Aktyor Vüsal Murtuzəliyevin reanimasiyadan çıxarılması təxirə salındı .....                     İran səfiri Qətər XİN-ə çağırılıb .....                     “PAŞA Bank”ın departamentinə direktor təyin edildi .....                     “Elçibəy sağ olsaydı, Qarabağın azad olunmasına sevinc və qürurla yanaşardı…” .....                     4 ayda ən çox sığorta yığımı əldə edən 5 ŞİRKƏT .....                     Azərbaycan və Serbiya HHQ arasında mütəxəssis görüşü keçirilib .....                     İrandan İsrailə raket atılması ilə bağlı xəbərlər təkzib olunur .....                     Tehrana zərbə endirmək göstərişi verdi .....                     Nazilə ÖZÜNDƏN ÇIXDI: .....                     Mülayim şərq küləyi əsəcək .....                     İrəvanda kilsənin yeni oyunu erməniləri fəlakətə apara bilər .....                     Bu savaşdan KİM NƏ QAZANDI? .....                     UNEC-də TOTAL NARAZILIQ: 180 tələbəni buna görə kəsdilər... .....                     Neftçilərin tez-tez verdiyi daha bir sual... .....                     İsrailə İrandan YENİ RAKET HÜCUMU .....                     Dövlətə xəyanətdə təqsirləndirilən şəxs: .....                     SSRİ dövründə də belə idi... Talıbovun dövründə də belə olub... İndi də belədir... .....                     İsrail nəyi planlayırdı... NƏ OLDU? .....                     Əhməd Orucun oğlunun qəfil ölümünün təfərrüatı məlum oldu .....                     16 illik əri məşhur müğənni ilə eşq yaşayır: .....                     Şəkidə Baş Göynük kəndinin problemi kimsəni maraqlandırmır... .....                     “Savadsız müəllimlər şagirdlərin gələcəyini oğurlayır” .....                     Daha hansı icra başçısı üçün YOLUN SONUDUR... .....                     İsrail hava məkanını açıb .....                     Erməni jurnalist Paşinyanın həyat yoldaşını məhkəməyə verib .....                     Səhiyyə Nazirliyinin 9.6 milyonluq tenderi ləğv olundu .....                     Rusiyadan Ermənistana açıq xəbərdarlıq: Sonu ağrılı olacaq .....                     Azərbaycanın 4 sığorta şirkətinin yığımları geriləyib .....                     “Azərlotereya”da yeni təyinat .....                     Netanyahunun ofisi İranla atəşkəs əldə olunduğunu rəsmən elan edib .....                     Paşinyandan Kilsəyə qarşı yeni TƏLİMAT .....                     TƏCİLİ! Bütün dünyanı belə aldatdılar .....                     Bakıya qarşı məkrli plan: çirkin kampaniya hansı "emalatxana"da hazırlanmışdı? .....                     Daha bir şirkətin rəhbərinə "stop" qoyuldu .....                     Başqa kişi ilə tutulan qadının başına iyrənc oyun açıldı .....                     Məktəb direktoru azyaşlı şagirdlərdən polisə şikayət edib .....                     Tramp atəşkəs rejiminin pozulmamasını xahiş edib .....                     Naftalanda bu məktəbdə təhsildən başqa hər şey var... .....                     İran və Türkmənistan XİN başçıları Aşqabadda görüşüblər .....                     "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə .....                 

Benzin mafiyası bizi necə qarət edir... - Qiymət yuxarı, keyfiyyət aşağı...
Tarix: 8-08-2017, 09:27 | Çap et
Benzin mafiyası bizi necə qarət edir...
Ölkədə benzinin keyfiyyətsiz olması və nəticədə avtomobillərin sıradan çıxması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkədə sürücülər “Aİ-92" markalı benzinin keyfiyyətinin aşağı olmasından şikayətlənirlər. Sürücülər bildirirlər ki, son günlərdə avtomobillə bir neçə kilometr məsafə qət etdikdən sonra mühərrikdə titrəmələr yaşanır və avtomobilin sürət götürməsində problem yaranır.

Öncə qeyd edək ki, bu ilin 14 iyul tarixində “Aİ-92" markalı benzinin qiyməti 90 qəpiyə qaldırıldı. Qiymət artımını əsaslandıran rəsmi məlumatda o da qeyd olunurdu ki, bahalaşmanın səbəbi ölkədə istehsal edilən mühərrik yanacaqlarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılmasıdır.

Sürücülər də bunu əsas gətirərək bildirirlər ki, qiymət bahalaşmasa da heç bir keyfiyyət yaxşılaşmasından söhbət gedə bilməz.

Ekspert Eyyub Hüseynov “Yeni Müsavat”a bildirib ki, əksinə, son illər yanacağın keyfiyyəti ilə bağlı onlara müraciət edən sürücülərin sayı xeyli sayda azalmışdı:

“İctimai rəyi götürsək, əhali illərdir ki, benzinin keyfiyyətindən razı deyil. Ən yeni açılan yanacaqdoldurma məntəqələrindən (YDM) belə əhalinin narazılıqları var. Bəziləri şikayət edirlər ki, benzini vurub bir qədər getdim, avtomobil söndü. Bir qismi deyir ki, mühərrik xarab oldu və ya benzin ödənilən məbləğdən az vuruldu və sairə. Ancaq bu illərdə çox az sayda şikayət alırıq. Demək olar ki, yazılı şikayətlər tamamilə dayanıb. Sürücülər yalnız ara-sıra telefonla zəng edib, şikayətlərini bildirirlər. Ötən illərdə isə yazılı şikayətlər çox idi. Azərbaycanda bütün YDM-lərdə ”menzurka" cihazları var. Ancaq bunu sürücülərə göstərmirlər. YDM-lərdə ciddi problemlərdən biri çənlərin vaxtında təmizlənməməsidir ki, nəticədə avtomobilin injektorlarına zərər dəyir. Bu işdə qeyri-şəffaflıq olduğu üçün bu kimi qayda pozuntularına rast gəlmək olur. Nə qədər ki, benzinlərin müstəqil ekspertizası yoxdur, bu problemlər davam edəcək".

İqtisadçı-ekspert Rəşad Həsənov qəzetimizə mövzu ilə əlaqədar bildirib ki, əslində burada başqa amillər də var: “Tarif Şurası yanacağın qiymətinin artırılmasını arqumentləşdirərkən, səbəblərdən biri kimi benzinin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlərin genişləndirilməsini göstərib. Yanacağın qiyməti artırsa bu, müəyyən qədər keyfiyyətə də öz müsbət təsirini göstərməlidir. Lakin düşünmürəm ki, qısa müddət ərzində keyfiyyətlə bağlı hansısa müsbət dəyişiklik baş verəcək. Ümumiyyətlə götürəndə əksər hallarda Azərbaycanda istehsal edilən yanacağın keyfiyyəti ilə bağlı müəyyən narahatlıqlar ortaya çıxır. Bu da ondan qaynaqlanır bir sıra hallarda yerli nəzarət qurumları öz fəaliyyətini effektiv təşkil etmirlər. Yaxud da hansısa formada bu məhsulların keyfiyyətinə davamlı nəzarəti təmin etmirlər. Nəticədə müəyyən müddətdən sonra istehsal prosesində texnoloji avadanlıqların keyfiyyətinin dəyişilməsi və ya məsuliyyətsizlik nəticəsində nöqsanlar ortaya çıxır. Yaxud da istehsaldan sonrakı prosesdə, yəni birbaşa olaraq pərakəndə satış məntəqələrində hansısa formada daha çox mənfəətin əldə olunması məqsədilə digər qatqılardan, daha aşağı oktanlı yanacağın qarışığı təklif edilir. Nəticədə isə vətəndaşlar yanacağın keyfiyyətindən şikayətlənirlər”.

Ekspert bildirib ki, 2015-ci ilin yanvar ayından etibarən Avro-4 standartlarına uyğun olan yanacağın istifadəsi ilə bağlı qərar qəbul edilib ki, bu da əvvəlki dövrlərlə müqayisədə keyfiyyətin yüksəldilməsini şərtləndirib:

“Bundan aşağı oktanlı yanacağı istifadə edən avtomobillərin ölkəyə idxalı da dayanıb. Bir sıra hallarda avtomobillərin özlərinin yanacaq sərfetmə mexanizmlərində də problemlər olur ki, bu da son nəticədə vətəndaşların problemi yanlış istiqamətdə qiymətləndirməsinə, yanacağın keyfiyyətindən şikayətçi olmasına gətirib çıxarır. Yəni bu kimi narazılıqlar ən müxtəlif səbəblərdən ortaya çıxa bilər. Yanacağın qiyməti artandan sonra keyfiyyətin azalması faktı doğru deyil. Benzinin qiyməti bahalaşdıqdan sonra insanlar bu məsələdən psixoloji olaraq narazıdırlar. Çünki yanacağın qiymətinin artırılması müəyyən təbii narazılıqlar yaradır. Bütün bunlar da belə fərqli mövqelərin ortaya çıxmasını şərtləndirə bilər”.

“SOCAR Petroleum” QSC-dən hazırkı şikayətlərlə bağlı rəsmi münasibət ala bilmədik. Lakin QSC-dən may ayında sürücülərin ənənəvi şikayətlərinə geniş münasibət bildirilib. Bildirilib ki, şirkətə məxsus yanacaqdoldurma məntəqələrində satışı həyata keçirilən bütün yanacaq növləri hər ay Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Neft-qaz və neft-kimya məhsullarının Sınaq Laboratoriyasında yoxlanılır və nəticə göstəriciləri ilə bağlı sınaq protokolu təqdim edilir: “Beləliklə, yanacaq növlərinin keyfiyyətinə mütəmadi olaraq səlahiyyətli dövlət qurumları tərəfindən aparılan laboratoriya sınaqları vasitəsilə nəzarət olunur. Bu günə qədər laborator sınaqlar nəticəsində heç bir oktan dəyişikliyi qeydə alınmayıb.

İlk növbədə müştərilər avtomobillərinə istehsalçının tövsiyə etdiyi yanacaqdan istifadə etməlidirlər. Avtomobilin yanacaq sisteminə də periodik texniki baxış keçirilməlidir. Bir çox modellərdə 20000 km-dən bir forsunkalar yuyulmalı və filtrlər yenilənməlidir.

Təəssüf ki, bir çox avtomobil sahibləri bu baxışları həyata keçirmirlər və günahı yanacaqda görürlər. Bunlar olmadıqda təbii ki, avtomobillərdə texniki nasazlıqlar baş verəcək".

Ölkədə fəaliyyət göstərən heç bir yanacaqdoldurma məntəqəsində “menzurka” (nümunəvi ölçü qabları) olmadığı ilə bağlı iddialara gəlincə isə qeyd olunub ki, “SOCAR Petroleum”a məxsus yanacaqdoldurma məntəqələrinin hər birində nümunəvi ölçü qabları mövcuddur: “Vətəndaşın yalnız hər hansı şübhəsi və ya narazılığı olarsa, yanacaq kolonkasının yoxlanılmasını tələb edə bilər. "Menzurka"lar hər sifarişə uyğun deyil, 10 litr və 20 litr həcmə malik olur", deyə, şirkətdən bildirilib.

Usta Dəniz Ağabəyli qəzetimizə bildirib ki, doğrudan da dolların manata nisbətdə bahalaşmasından sonra sürücülər avtomobilə zamanında baxış keçirtmirlər:

“Dollar bahalaşdığı üçün detalların, avtomobil yağının da qiyməti artb. Ona görə də sürücülər, məsələn, yanacaq filtrini 5 min kilometrdən bir dəyişmək əvəzinə, 10 min kilometrdən sonra dəyişir. Yağı da eyni 5 min yox, 8 min kilometrdən sonra dəyişirlər. Bütün bunlar da problemlər yaradır. Benzinin tərkibi normaldır. Əsasən problem dizellə işləyən avtomobillərdə olur”.

Bir sıra ekspertlər isə hesab edir ki, benzinin keyfiyyətini aşağı salan həm də YDM rəhbərləridir. Onların yanacağı bazadan aldıqdan sonra YDM-də ona müxtəlif ucuz məhlullar qataraq, həcmini artırırlar. Həmçinin, sürücülər əksər YDM-lərdə yanacağın az vurulduğunu bildirirlər.
Musavat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Aktyor Vüsal Murtuzəliyevin reanimasiyadan çıxarılması təxirə salındı - AÇIQLAMA
Bu gün, 13:06
İran səfiri Qətər XİN-ə çağırılıb
Bu gün, 13:05
“PAŞA Bank”ın departamentinə direktor təyin edildi - BUNDAN SONRA...
Bu gün, 13:02
“Elçibəy sağ olsaydı, Qarabağın azad olunmasına sevinc və qürurla yanaşardı…” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:55
4 ayda ən çox sığorta yığımı əldə edən 5 ŞİRKƏT - SİYAHI
Bu gün, 12:51
Azərbaycan və Serbiya HHQ arasında mütəxəssis görüşü keçirilib
Bu gün, 12:48
İrandan İsrailə raket atılması ilə bağlı xəbərlər təkzib olunur – İran televiziyası
Bu gün, 12:43
Tehrana zərbə endirmək göstərişi verdi
Bu gün, 12:27
Nazilə ÖZÜNDƏN ÇIXDI: - “Cındırından cin ürkür, amma...”
Bu gün, 12:23
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:21
İrəvanda kilsənin yeni oyunu erməniləri fəlakətə apara bilər - AKTUAL
Bu gün, 12:17
Bu savaşdan KİM NƏ QAZANDI? - ŞƏRH
Bu gün, 12:10
UNEC-də TOTAL NARAZILIQ: 180 tələbəni buna görə kəsdilər... - Tələbə və valideynlər rektordan KÖMƏK İSTƏDİ
Bu gün, 12:04
Neftçilərin tez-tez verdiyi daha bir sual... - Ekspert danışır...
Bu gün, 11:48
İsrailə İrandan YENİ RAKET HÜCUMU - ATƏŞKƏS POZULUR?
Bu gün, 11:44
Dövlətə xəyanətdə təqsirləndirilən şəxs: - Martin öz elədiyi əməlləri ört-basdır edir
Bu gün, 11:41
SSRİ dövründə də belə idi... Talıbovun dövründə də belə olub... İndi də belədir... - Əziyyətini isə camaat çəkir...
Bu gün, 11:32
İsrail nəyi planlayırdı... NƏ OLDU? - İNCƏLƏMƏ
Bu gün, 11:28
Əhməd Orucun oğlunun qəfil ölümünün təfərrüatı məlum oldu - AÇIQLAMA
Bu gün, 11:24
16 illik əri məşhur müğənni ilə eşq yaşayır: - Qadın Xoşqədəm Hidayətqızından kömək istəyir
Bu gün, 11:19
Şəkidə Baş Göynük kəndinin problemi kimsəni maraqlandırmır... - Nə başçını, nə də ki...
Bu gün, 11:15
“Savadsız müəllimlər şagirdlərin gələcəyini oğurlayır” - MALƏSƏF...
Bu gün, 11:08
Daha hansı icra başçısı üçün YOLUN SONUDUR... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:05
İsrail hava məkanını açıb - “Tmes of İsrael”
Bu gün, 11:01
Erməni jurnalist Paşinyanın həyat yoldaşını məhkəməyə verib - KİV
Bu gün, 10:58
Səhiyyə Nazirliyinin 9.6 milyonluq tenderi ləğv olundu
Bu gün, 10:53
Rusiyadan Ermənistana açıq xəbərdarlıq: Sonu ağrılı olacaq - NƏ BAŞ VERİR?
Bu gün, 10:42
Azərbaycanın 4 sığorta şirkətinin yığımları geriləyib - SİYAHI
Bu gün, 10:40
“Azərlotereya”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:39
Netanyahunun ofisi İranla atəşkəs əldə olunduğunu rəsmən elan edib - DETALLAR
Bu gün, 10:35
Paşinyandan Kilsəyə qarşı yeni TƏLİMAT - Ermənistanda gərginlik artır
Bu gün, 10:32
TƏCİLİ! Bütün dünyanı belə aldatdılar - Fordo əməliyyatının ŞOK DETALLARI
Bu gün, 10:23
Bakıya qarşı məkrli plan: çirkin kampaniya hansı "emalatxana"da hazırlanmışdı? - AKTUAL
Bu gün, 10:20
Daha bir şirkətin rəhbərinə "stop" qoyuldu
Bu gün, 10:14
Başqa kişi ilə tutulan qadının başına iyrənc oyun açıldı - TƏFƏRRÜAT
Bu gün, 09:40
Məktəb direktoru azyaşlı şagirdlərdən polisə şikayət edib – Bakı təhsilində şok
Bu gün, 09:38
Tramp atəşkəs rejiminin pozulmamasını xahiş edib
Bu gün, 09:30
Naftalanda bu məktəbdə təhsildən başqa hər şey var... - İLGİNC İDDİALAR
Bu gün, 09:29
İran və Türkmənistan XİN başçıları Aşqabadda görüşüblər - “Tasnim”
Bu gün, 09:22
"İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə - Sərdar Cəlaloğlu
Bu gün, 09:15
AXC iqtidarına Naxçıvanla bağlı ağır ittihamlar – Sabiq baş nazir gizlinləri açdı
Bu gün, 09:13
Azərbaycandan qaçdı... indi də Ermənistanda hakimiyyətə gəlmək istəyir... - "İravunk"
Bu gün, 09:08
"EV Azerbaijan" MMC nizamnamə kapitalını - KƏSKİN AZALTDI
Bu gün, 09:04
Nazir müavini Samir Vəliyevdən siyasi sabotaj - Sabit tarif təklifi qanuni pul oğurluğudur
Bu gün, 09:00
Hünər Hadızadə nədən bu qədər HÜNƏRLİDİR? - KİMƏ GÜVƏNİR Kİ?..
Bu gün, 08:58
Keçmiş deputat bələdiyyə sədrini TOPA TUTDU... - "Görün akademiklər kimin ümidinə qalıb?!"
Bu gün, 08:50
"16 yaşlı yeniyetmə bir qız özündən 20 yaş böyük, boşanmış və uşaqlı bir kişiyə qoşulub qaçır... - Cəmiyyət hara baxır?"
Bu gün, 08:41
Keçmiş nazirin təhsildə ÜSULİ-CƏDİD-İ - BU NƏDİ BELƏ?
Bu gün, 08:30
Ermənistanın Çinlə bağlı planları... - Narahat olaqmı?
Bu gün, 07:17
Adil Kərimlinin üz-üzə qaldığı XAOS - BACARACAQMI?
Bu gün, 07:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru