Azərbaycan şou-biznesinin gizli faktları .....                     Qətər öz hava məkanını bağlayıb .....                     6 yaşlı Ahu-nun qulağı əməliyyat zamanı çürüdü .....                     “Heç bir düşmənçilikdən söz gedə bilməz” .....                     TƏBİB-in daha bir milyonluq tenderi ləğv olundu .....                     Sabiq partiya sədrinin oğlu vəfat etdi .....                     İcra başçısının müavini korrupsiyaya görə işdən çıxarılıb? .....                     İran ABŞ-a qarşı əməliyyat keçirməyi planlayır .....                     "Ermənistan Elektrik Şəbəkələri" milliləşdirmə planından xəbərsizdir .....                     Həbs edilən müğənni aranı qatdı .....                     Güney Azərbaycan “ölüm zonası”na çevriləcək .....                     İranda kürdlər silahlanır: .....                     “SOCAR Polymer”dən “Azərbaycan Dəmir Yolları”na transfer .....                     Bakıda çimərliyi olan məşhur hotel satışa çıxarıldı .....                     Ərdoğan yol ayrıcında: Trampla mübahisəyə də, İranın dağılmasına da hazır deyil .....                     Bazar üçün böyük təhdid: Əgər baş verərsə... .....                     Ermənistanda keçmiş şəhər meri saxlanılıb .....                     Bölgədə şiddətlənən müharibə: Azərbaycanın mövqeyi necədir? .....                     Ermənistanın siyasi elitası Kallas ilə əlaqələrini genişləndirməyə çalışır .....                     Elşən Aslanzadə Gülpəri Bayramovanın 30 minini mənimsəyib .....                     Axundla qaçan qızla bağlı daha bir AÇIQLAMA .....                     Nizami rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib? .....                     “Çox incimişəm, əməyimə lazımı qiymət verilmədi, ona görə də...” .....                     Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədova hökm oxunub .....                     Gədəbəydə baş memarın OYUNBAZLIĞI... .....                     İran ilk dəfə İsrailə “Xeybər” raketləri .....                     Azərbaycanda ən çox hansı ölkələrin vətəndaşları ali təhsil alır? .....                     Hörmüz boğazında gərginlik artır .....                     16 yaşlı qızla evlənən axundun aqibəti: hansı cəza gözləyir? .....                     Qacarların varisi də sağdır: Hakimiyyətə qayıda bilər? .....                     Əcnəbilərin İrandan Azərbaycana təxliyəsi davam edir .....                     Elarizin Məmmədoğlunun qızı məhkəmədə ifadə verəcək .....                     Sara Netanyahudan İran xalqına: .....                     İnvestisiya Şirkətinin rəhbərliyində dəyişiklik olub: təyinat .....                     İsrail təyyarəsi Şərqi Azərbaycanda vuruldu .....                     ABŞ vətəndaşlarına Qətərdə növbəti bildirişə qədər evdən çıxmamaq tövsiyə edilib .....                     TƏBİB artıq bu xəstələrə dərman verməyəcək .....                     Xırdalanda BİABIRÇILIQ: ağacları maşın yağı ilə qurudurlar .....                     Bir gecədə kriptovalyuta bazarında 133 min dollar batdı .....                     Hörmüz boğazında ilişib qalan KAL ARMUD... .....                 

"MTN işi"nin zərəçəkmişi intihar edəcəyini deyir - “Mənə başqa yol qoymurlar...”
Tarix: 19-06-2017, 09:29 | Çap et
"MTN işi"nin zərəçəkmişi intihar edəcəyini deyir
“Son 10 gündə ədliyyə naziri Fikrət Məmmədova və Ali Məhkəmənin sədri Ramiz Rzayevə 21 teleqram vurmuşam. Xahiş etmişəm ki, məni qəbul edib dinləsinlər. Mənim əmlakımı Eldar Mahmudovun dəstəsi, onun işçisi Cavid Quluzadə ələ keçirib. 2 ildir ki, ”MTN işi" davam edir. Ötən müddət ərzində 2 məhkəməni udmuşam. Nərimanov Rayon Məhkəməsi qanunsuz olaraq əlimdən alınan əmlaklarımın özümə qaytarılması haqda hökm çıxarıb. Apelyasiya Məhkəməsi isə həmin hökmü qüvvədə saxlayıb. Bundan sonra iş Ali Məhkəməyə getdi və hazırda oradadır". İş adamı Maqsud Mahmudov belə deyir.

M.Mahmudov deyir ki, 2016-cı ilin əvvəlində o, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin müstəntiqi Cavid Quluzadə və Azad İsmayılova qarşı iddia qaldırıb. Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edən iş adamı qeyd edib ki, Bakı-Sumqayıt yolunda yerləşən “Las Veqas” restoran kompleksi və “Mercedes C 300" markalı, qara rəngli, Az 90 ZD 650 nömrə nişanlı maşını MTN əməkdaşları tərəfindən ondan zorla alınıb. Maşını müstəntiq Cavid Quluzadə əvvəlcə öz adına keçirib. İşin mahiyyəti budur ki, 2015-ci ilin əvvəlində iş adamı Maqsud Mahmudov ”Texnikabank"a müraciət edərək 1 milyon 500 min manat kredit alıb və özü də bilmədən “MTN çetesi”nin diqqət mərkəzinə düşüb. İş adamı həmin kreditin alınması üçün Bakı-Sumqayıt yolunda yerləşən “Las Veqas” restoran kompleksini girov qoyub. Kreditin alınmasından 3 ay sonra M.Mahmudovu “Texnikabank”ın Müşahidə Şurasının sədri vəzifəsini icra edən Ayaz Gərayzadə və müavini, Beynəlxalq Bankın sədri Cahangir Hacıyevin bacısı oğlu Cəmin Hacıyev çağırıb. İş adamına qarşı ağlasığmaz tələb irəli sürülüb.

Ondan reket qaydasında 2020-ci ilədək geri qaytarmalı olduğu krediti 3 günə geri ödəmək tələb olunub. 3 gün sonra isə o, MTN-in istintaq şöbəsinin müstəntiqi Cavid Quluzadə ilə birğə “Texnikabank”a Cəmin Hacıyevin hüzuruna aparılıb. İş adamı MTN-ə aparılmaqla təhdid edilib, başına oyun açılacağı deyilib. Bundan sonra iş adamı pulu ödəmək iqtidarında olmadığını söyləyib. Onu MTN-çi müstəntiq və digərlərinin əhatəsində təhdid altında Sumqayıt şəhərində yerləşən notariuslardan birinə aparıblar. Orada “Las Veqas” restoran kompleksini özləri ilə gətirdikləri Azad İsmayılovun adına rəsmiləşdiriblər.

Cəmin Hacıyev bununla da kifayətlənməyib, iş adamına hesabına 115 min dollar köçürtdürüb. Bundan başqa, M.Məmmədovun qardaşı oğlunun adına olan “Mercedes C 300" markalı, qara rəngli, Az 90 ZD 650 nömrə nişanlı maşın müstəntiq Cavid Quluzadənin adına rəsmiləşdirilib. 2015-ci ilin oktyabrında MTN-də məlum ”təmizləmə"lərdən sonra iş adamı məhkəməyə üz tutub. O, restoranının, maşınının və əlindən alınan 115 min dolların geri qaytarılması iddiası ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Nərimanov Rayon Məhkəməsinin hakimi Abbas Əliyev iddianı araşdırıb və təmin edib. Hökmə görə, 2015-ci ildə “Las Veqas” restoranının M.Mahmudovun adından A.İsmayılovun adına rəsmiləşdirilməsi haqda müqavilə ləğv olunub. Müstəntiq Cavid Quluzadə barəsində xüsusi qərardad çıxarılaraq Baş Prokurorluğa göndərilib.

Həmin hökmlə 2015-ci il sentyabrın 17-də M.Mahmudovun qardaşı oğluna məxsus avtomaşının C.Quluzadənin adına keçirilməsi haqda müqavilə də qanunsuz hesab edilərək ləğv olunub. 1981-ci il təvəllüdlü Cəmin Hacıyev “Texnikabank” rəhbərliyinə Beynəlxalq Bankdan transfer olunub. 2012-ci ildə baş tutan bu transfer vasitəsilə Cahangir Hacıyev “Texnikabank”ı nəzarətdə saxlayıb. Hökmdən narazı qalan qarşı tərəf apelyasiya şikayəti verib. Şikayətə Bakı Apelyasiya Məhkəməsində hakim Sidqi Məmmədovun sədrliyi ilə baxılıb və 8 dekabr 2016-cı ilə təmin edilməməsi haqda qətnamə çıxarılıb. M.Mahmudov deyir ki, həmin qətnamə qüvvəyə minsə də, onun əmlakları özünə qaytarılmır.
M.Mahmudov deyir ki, ötən illər ərzində məhkəmə islahatlarının keçirilməsi sahibkarların əksəriyyəti kimi onu da sevindirir: “Prezident gecə-gündüz çalışır, islahatların baş tutması üçün işləyir. Biz sahibkarlar da sevinirik ki, islahatlar bizim yükümüzü azaldacaq, haqq-ədalət yerini tapacaq. Lakin Ali Məhkəmənin hakimi Mehparə Əhmədova görülən işlərə kölgə salır. İyunun 6-da iş üzrə prosesdə hakim qarşı tərəfin qanunsuzluqlarına göz yummağa çalışırdı”.

Sahibkar F.Məmmədovla R.Rzayevə müraciətində qeyd edir ki, MTN ləğv olunandan sonra əmlaklarının onlara qaytarılacağına və ədalətin, nəhayət ki, bərpa olunacağına, inamları yaranıb: “Biz sahibkarlar nəyə görə gedib başqa ölkələrdə, başqa şəhərlərdə öz biznesimizi qurmalıyıq? Biz istəyirik ki, iş quraq, 50-60 nəfərə iş yeri yaradaq, gəlir imkanları olsun. Möhtərəm prezident çıxışlarında məmurlara çağırış edir ki, iş adamlarının yolunu bağlamayın, imkan verin işləsinlər. Amma məmurlar bizi müflis etməyincə, mal-mülkümüzü ələ keçirməyincə, işimizi məhv etməyincə dayanmırlar. O yerə çatdırıblar ki, sahibkarlar sözünü demək üçün dama çıxırlar. Özlərini yandırılar. Biz nə edək? Kimdir Mehparə Əhmədova? Niyə özbaşınalıq edir? Məgər bilmir ki, onu prezident təyin edib? Ona hakim statusu, geniş səlahiyyətlər verilib ki, haqq-ədaləti bərpa etsin. Faktlar ortadadır.

Mənim əmlaklarımı şantajla, hədə-qorxu ilə əlimdən alıblar. Müflis duruma salınmışam. Mehparə Əhmədova üzləşdiyim qanunsuzluqlara necə göz yuma bilər? Hörmətli ədliyyə naziri ilə Ali Məhkəmə sədrinə vurduğum 21 teleqramda məhz hakimin qanunsuzluqlarını diqqətə çatdırmaq istəmişəm. Hakimin əli ilə Eldar Mahmudovun dəstəsinin əlimdən aldığı əmlaklarımı növbəti dəfə yağmalamaq istəyirlər. Nazirlə sədrdən çox xahiş edirəm ki, məni qəbul edib dinləsinlər. Əgər Eldar Mahmudovun dəstəsi bizim əmlaklarımızı əlimizdən alıb keflərini davam etdirəcəkdilərsə, MTN niyə ləğv olundu? Əmlaklarımız əlimizdən getmişdi, 2 ildir ki, istintaq orqanında, məhkəmələrdə vaxtımız, günümüz, ömrümüz gedir. Əgər hakim Mehparə Əhmədova qanunsuzluq edəcəkdisə, bizim ömrümüzü niyə əlimizdən alırdılar? Səbrimiz tükənib, intihar həddinə çatmışıq”.

M.Mahmudov deyir ki, sahibkarlar bu gün də Eldar Mahmudovun dəstəsinin girovluğundadır: “Əmlaklarımızı alıblar, qaytarmırlar, özümüz də bunların hüzurlarına məhkəmələrə gedib-gəlməkdən yorulmuşuq. Bir tərəfdən də Mehparə Əhmədova kimi hakimlərin qismində özlərinə havadarlar tapırlar. Fikrət müəllimdən, Ramiz müəllimdən çox xahiş edirəm, məni qəbul etsinlər. Mən dama çıxıb oradan sözümü demək istəmirəm. Bir neçə gün sonra yenidən proses olacaq. Hakim qeyri-qanuni qərar versə, intihar edəcəyəm. Bəyan edirəm ki, baş verənlərə görə bütün məsuliyyət hakim Mehparə Əhmədovanın üzərindədir. Mənə başqa yol qoymurlar”.
\\musavat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan şou-biznesinin gizli faktları - SİYAHI
Bu gün, 21:01
Qətər öz hava məkanını bağlayıb
Bu gün, 20:47
6 yaşlı Ahu-nun qulağı əməliyyat zamanı çürüdü – Ana həkim Günel Məmmədlidən şikayətçidir
Bu gün, 20:42
“Heç bir düşmənçilikdən söz gedə bilməz” - Xalq artistlərindən Cavidana CAVAB
Bu gün, 18:15
TƏBİB-in daha bir milyonluq tenderi ləğv olundu
Bu gün, 18:12
Sabiq partiya sədrinin oğlu vəfat etdi - FOTO
Bu gün, 18:00
İcra başçısının müavini korrupsiyaya görə işdən çıxarılıb? - FOTO
Bu gün, 17:55
İran ABŞ-a qarşı əməliyyat keçirməyi planlayır
Bu gün, 17:52
"Ermənistan Elektrik Şəbəkələri" milliləşdirmə planından xəbərsizdir – şirkətdən baş nazirin ittihamlarına cavab
Bu gün, 17:46
Həbs edilən müğənni aranı qatdı – Yeni qalmaqal
Bu gün, 17:37
Güney Azərbaycan “ölüm zonası”na çevriləcək – Britaniyadan SENSASİYA
Bu gün, 17:32
İranda kürdlər silahlanır: - Bu ərazidə onlara dövlət yaratmağa çalışacaqlar
Bu gün, 17:27
“SOCAR Polymer”dən “Azərbaycan Dəmir Yolları”na transfer - BUNDAN SONRA...
Bu gün, 17:22
Bakıda çimərliyi olan məşhur hotel satışa çıxarıldı
Bu gün, 17:20
Ərdoğan yol ayrıcında: Trampla mübahisəyə də, İranın dağılmasına da hazır deyil - “Regnum”
Bu gün, 17:18
Bazar üçün böyük təhdid: Əgər baş verərsə... - GƏLİŞMƏ
Bu gün, 17:09
Ermənistanda keçmiş şəhər meri saxlanılıb
Bu gün, 17:04
Bölgədə şiddətlənən müharibə: Azərbaycanın mövqeyi necədir? - İNCƏLƏMƏ
Bu gün, 17:01
Ermənistanın siyasi elitası Kallas ilə əlaqələrini genişləndirməyə çalışır - ŞƏRH
Bu gün, 16:57
Elşən Aslanzadə Gülpəri Bayramovanın 30 minini mənimsəyib - TƏFƏRRÜAT
Bu gün, 16:53
Axundla qaçan qızla bağlı daha bir AÇIQLAMA – “Yeniyetməni ailə qurmağa təhrik edib…”
Bu gün, 16:49
Nizami rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib? -FOTOLAR
Bu gün, 16:42
“Çox incimişəm, əməyimə lazımı qiymət verilmədi, ona görə də...” - Məşhur sənətkar İLLƏR SONRA
Bu gün, 16:37
Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədova hökm oxunub - DETALLAR
Bu gün, 16:33
Gədəbəydə baş memarın OYUNBAZLIĞI... - FOTO, VİDEO
Bu gün, 16:31
İran ilk dəfə İsrailə “Xeybər” raketləri ATDI
Bu gün, 16:23
Azərbaycanda ən çox hansı ölkələrin vətəndaşları ali təhsil alır? - SİYAHI
Bu gün, 16:21
Hörmüz boğazında gərginlik artır - Gəmilər istiqamətini dəyişir
Bu gün, 16:17
16 yaşlı qızla evlənən axundun aqibəti: hansı cəza gözləyir? - AÇIQLAMA
Bu gün, 16:15
Qacarların varisi də sağdır: Hakimiyyətə qayıda bilər? - AKTUAL
Bu gün, 16:10
Əcnəbilərin İrandan Azərbaycana təxliyəsi davam edir
Bu gün, 16:08
Elarizin Məmmədoğlunun qızı məhkəmədə ifadə verəcək - TƏFƏRRÜAT
Bu gün, 16:05
Sara Netanyahudan İran xalqına: - Mübarizəmiz sizinlə deyil!
Bu gün, 16:04
İnvestisiya Şirkətinin rəhbərliyində dəyişiklik olub: təyinat - BUNDAN SONRA...
Bu gün, 16:01
İsrail təyyarəsi Şərqi Azərbaycanda vuruldu - VİDEO
Bu gün, 15:51
ABŞ vətəndaşlarına Qətərdə növbəti bildirişə qədər evdən çıxmamaq tövsiyə edilib - KİV
Bu gün, 15:48
TƏBİB artıq bu xəstələrə dərman verməyəcək - Qurumdan ŞOK ADDIM
Bu gün, 15:00
Xırdalanda BİABIRÇILIQ: ağacları maşın yağı ilə qurudurlar - DƏHŞƏTLİ FAKTLAR
Bu gün, 14:57
Bir gecədə kriptovalyuta bazarında 133 min dollar batdı - “Emosiyalara qapıldım”
Bu gün, 14:52
Hörmüz boğazında ilişib qalan KAL ARMUD... - AKTUAL
Bu gün, 14:49
ABŞ-ın Suriyadakı hərbi bazasına hücum edilib - "Mehr"
Bu gün, 14:45
Prokuror "Toplum TV" işi üzrə ittiham aktını elan edib - TƏFƏRRÜAT
Bu gün, 13:08
Ziya Məmmədovun oğlunun beton şirkəti ləğv edilir
Bu gün, 12:59
Şimal-qərb küləyi gündüz arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:47
Rövşən Məmmədov Mahmud Əhmədinejat xəbərinə görə onu işdən çıxardı - FOTO
Bu gün, 12:35
“American Airlines”in reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
Bu gün, 12:29
Tanınmış aktrisa GİZLİNLƏRİ AÇDI: - “7 ay arxasınca süründüm”
Bu gün, 12:28
Kilsə Paşinyanı devirəcək? - “Yaxın 2 ay ərzində...”
Bu gün, 12:22
Azərbaycana qısa müddətə böyük gəlir gələ bilər, amma... - GƏLİŞMƏ
Bu gün, 12:16
AMİP qurultaya hazırlaşır - AÇIQLAMA
Bu gün, 12:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru