Evlərin lentini kəsib gedəndən sonra əlillər xəbər tutub ki... - bu evlərdə nə işıq, nə qaz, nə su var
Tarix: 17-06-2017, 08:50 | Çap et
 "Düzdür, ora-bura etdiyimiz şikayətlərdən sonra hasarı çəkdirib, darvazanı qoydura bildim, ancaq işıq idarəsi hələ də məni get-gələ salıb. Bir az da səsimi qaldırıb tələblə danışanda deyirlər, вЂ?get, evi kim tikibsə, işığı da o çəksin’". Bir neçə ay əvvəl Ucardan bir neçə müharibə əlilinin imzası ilə şikayət məktubu daxil olmuşdu. Məktubda onlar üçün tikilən evin inşasına gərəkən bəzi materialları özlərinin aldıqlarını, usta və fəhlələrin pullarını ödədiklərini və həmin pulları Nazirliyin onlara qaytarmadığını yazırdılar.
DİA.AZ xatırladır ki, məktubda imzası keçənlərdən biri də rayonun Bağban-Bərgüşad kəndində yaşayan müharibə əlili Şahin Nurməmmədov idi. Onun sözlərinə görə, ötən ilin sonunda Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin sifarişi ilə əlillər üçün inşa edilmiş evlərin təhvil-təslimi olub. Nazirliyin nümayəndələri evlərin lentini kəsib gedəndən sonra əlillər xəbər tutub ki, bu evlərdə nə işıq, nə qaz, nə su var. Üstəlik, evlər hasara alınmayıb, darvaza da qoyulmayıb.
Əlillərin məsələni ictimailəşdirməsindən və nazir Səlim Müslümova müraciətindən sonra məsələyə Heydər Əliyev Fondu qarışıb. Evlərdə yarımçıq qalmış işlər tamamlanıb.
Lakin Şahin Nurməmmədovun evinin işıq məsələsini bitirmək yaddan çıxıb. Bu səbəbdən də əlil 6 aydan çoxdur ki, evə köçə bilmir: "O vaxt sizə də yazdıq, başqa təşkilatlara da yazdıq, kömək oldu. Ancaq işıq idarəsi hələ də işığımı çəkmir. O qədər gedib-gəlmişəm ki, məni qapıdan qovurlar. Deyirəm, dövlət bu boyda ev tikib verib, axı niyə gəlib işığını çəkmirsiz ki, köçüm oturum. 25 ildir əlil olmuşam, gəncliyim onun-bunun himayəsində keçib, yaşım 50-yə çatıb. Heç olmasa, bir az da öz evimdə yaşayım, fərəhlənim ki, dövlətim qayğıma qalıb, gec də olsa, mənə ev verib. Deyirlər, вЂ?əl çək də, get, evi kim verib, gəlib işığı da özü çəksin’. Mən bunların hərəkətində məntiq görə bilmirəm".
Lək kəndinin sakini, 2-ci qrup Qarabağ müharibəsi əlili Rafiq Tağıyev deyir, bütün problemlər təqribən 10 gündür ki, həllini tapıb: "Hər şey yarımçıq idi, kommunal xətlər qoşulmamışdı, hasar, darvaza yox idi, çox şükür, şikayətlərimizdən sonra gəlib düzəltdilər".
Ucarın işıq idarəsindən isə bildirilib ki, Bağban-Bərgüşad kəndində müharibə əlili üçün tikilmiş evə elektrik enerjisinin verilməsindən ötrü tərəflər müqavilə bağlamalıdır: "Dedikləri həqiqətə uyğun deyil. Ona bildirilib ki, yaxın günlərdə məsələ həll olunacaq. Niyə şikayətçidir ki?.."
Beləcə, hər iki tərəf bir-biri haqqında sualla danışır. Əlil soruşur – “axı niyə işığı çəkmirlər ki?...” İşıq idarəsi soruşur – “axı niyə şikayətçidir ki...” Bu sualların cavabı kimdədir, bilən yoxdur.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İlkin məşhur idmançılarımızın yer qalmaqalını ifşa etdi - "...gülünc görünürsünüz"
Bu gün, 00:18 |
|
|
|
• Fars körfəzi üzərində hava məkanının bağlanması nəticəsində Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişib - DİQQƏT
Bu gün, 00:11 |
|
|
|
• Azərbaycan şou-biznesinin gizli faktları - SİYAHI
Dünən, 21:01 |
|
|
|
• Qətər öz hava məkanını bağlayıb
Dünən, 20:47 |
|
|
|
• 6 yaşlı Ahu-nun qulağı əməliyyat zamanı çürüdü – Ana həkim Günel Məmmədlidən şikayətçidir
Dünən, 20:42 |
|
|
|
• “Heç bir düşmənçilikdən söz gedə bilməz” - Xalq artistlərindən Cavidana CAVAB
Dünən, 18:15 |
|
|
|
• TƏBİB-in daha bir milyonluq tenderi ləğv olundu
Dünən, 18:12 |
|
|
|
• Sabiq partiya sədrinin oğlu vəfat etdi - FOTO
Dünən, 18:00 |
|
|
|
• İcra başçısının müavini korrupsiyaya görə işdən çıxarılıb? - FOTO
Dünən, 17:55 |
|
|
|
• İran ABŞ-a qarşı əməliyyat keçirməyi planlayır
Dünən, 17:52 |
|
|
|
• "Ermənistan Elektrik Şəbəkələri" milliləşdirmə planından xəbərsizdir – şirkətdən baş nazirin ittihamlarına cavab
Dünən, 17:46 |
|
|
|
• Həbs edilən müğənni aranı qatdı – Yeni qalmaqal
Dünən, 17:37 |
|
|
|
• Güney Azərbaycan “ölüm zonası”na çevriləcək – Britaniyadan SENSASİYA
Dünən, 17:32 |
|
|
|
• İranda kürdlər silahlanır: - Bu ərazidə onlara dövlət yaratmağa çalışacaqlar
Dünən, 17:27 |
|
|
|
• “SOCAR Polymer”dən “Azərbaycan Dəmir Yolları”na transfer - BUNDAN SONRA...
Dünən, 17:22 |
|
|
|
• Bakıda çimərliyi olan məşhur hotel satışa çıxarıldı
Dünən, 17:20 |
|
|
|
• Ərdoğan yol ayrıcında: Trampla mübahisəyə də, İranın dağılmasına da hazır deyil - “Regnum”
Dünən, 17:18 |
|
|
|
• Bazar üçün böyük təhdid: Əgər baş verərsə... - GƏLİŞMƏ
Dünən, 17:09 |
|
|
|
• Ermənistanda keçmiş şəhər meri saxlanılıb
Dünən, 17:04 |
|
|
|
• Bölgədə şiddətlənən müharibə: Azərbaycanın mövqeyi necədir? - İNCƏLƏMƏ
Dünən, 17:01 |
|
|
|
• Ermənistanın siyasi elitası Kallas ilə əlaqələrini genişləndirməyə çalışır - ŞƏRH
Dünən, 16:57 |
|
|
|
• Elşən Aslanzadə Gülpəri Bayramovanın 30 minini mənimsəyib - TƏFƏRRÜAT
Dünən, 16:53 |
|
|
|
• Axundla qaçan qızla bağlı daha bir AÇIQLAMA – “Yeniyetməni ailə qurmağa təhrik edib…”
Dünən, 16:49 |
|
|
|
• Nizami rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib? -FOTOLAR
Dünən, 16:42 |
|
|
|
• “Çox incimişəm, əməyimə lazımı qiymət verilmədi, ona görə də...” - Məşhur sənətkar İLLƏR SONRA
Dünən, 16:37 |
|
|
|
• Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədova hökm oxunub - DETALLAR
Dünən, 16:33 |
|
|
|
• Gədəbəydə baş memarın OYUNBAZLIĞI... - FOTO, VİDEO
Dünən, 16:31 |
|
|
|
• İran ilk dəfə İsrailə “Xeybər” raketləri ATDI
Dünən, 16:23 |
|
|
|
• Azərbaycanda ən çox hansı ölkələrin vətəndaşları ali təhsil alır? - SİYAHI
Dünən, 16:21 |
|
|
|
• Hörmüz boğazında gərginlik artır - Gəmilər istiqamətini dəyişir
Dünən, 16:17 |
|
|
|
• 16 yaşlı qızla evlənən axundun aqibəti: hansı cəza gözləyir? - AÇIQLAMA
Dünən, 16:15 |
|
|
|
• Qacarların varisi də sağdır: Hakimiyyətə qayıda bilər? - AKTUAL
Dünən, 16:10 |
|
|
|
• Əcnəbilərin İrandan Azərbaycana təxliyəsi davam edir
Dünən, 16:08 |
|
|
|
• Elarizin Məmmədoğlunun qızı məhkəmədə ifadə verəcək - TƏFƏRRÜAT
Dünən, 16:05 |
|
|
|
• Sara Netanyahudan İran xalqına: - Mübarizəmiz sizinlə deyil!
Dünən, 16:04 |
|
|
|
• İnvestisiya Şirkətinin rəhbərliyində dəyişiklik olub: təyinat - BUNDAN SONRA...
Dünən, 16:01 |
|
|
|
• İsrail təyyarəsi Şərqi Azərbaycanda vuruldu - VİDEO
Dünən, 15:51 |
|
|
|
• ABŞ vətəndaşlarına Qətərdə növbəti bildirişə qədər evdən çıxmamaq tövsiyə edilib - KİV
Dünən, 15:48 |
|
|
|
• TƏBİB artıq bu xəstələrə dərman verməyəcək - Qurumdan ŞOK ADDIM
Dünən, 15:00 |
|
|
|
• Xırdalanda BİABIRÇILIQ: ağacları maşın yağı ilə qurudurlar - DƏHŞƏTLİ FAKTLAR
Dünən, 14:57 |
|
|
|
• Bir gecədə kriptovalyuta bazarında 133 min dollar batdı - “Emosiyalara qapıldım”
Dünən, 14:52 |
|
|
|
• Hörmüz boğazında ilişib qalan KAL ARMUD... - AKTUAL
Dünən, 14:49 |
|
|
|
• ABŞ-ın Suriyadakı hərbi bazasına hücum edilib - "Mehr"
Dünən, 14:45 |
|
|
|
• Prokuror "Toplum TV" işi üzrə ittiham aktını elan edib - TƏFƏRRÜAT
Dünən, 13:08 |
|
|
|
• Ziya Məmmədovun oğlunun beton şirkəti ləğv edilir
Dünən, 12:59 |
|
|
|
• Şimal-qərb küləyi gündüz arabir güclənəcək - belə deyirlər...
Dünən, 12:47 |
|
|
|
• Rövşən Məmmədov Mahmud Əhmədinejat xəbərinə görə onu işdən çıxardı - FOTO
Dünən, 12:35 |
|
|
|
• “American Airlines”in reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
Dünən, 12:29 |
|
|
|
• Tanınmış aktrisa GİZLİNLƏRİ AÇDI: - “7 ay arxasınca süründüm”
Dünən, 12:28 |
|
|
|
• Kilsə Paşinyanı devirəcək? - “Yaxın 2 ay ərzində...”
Dünən, 12:22 |
|
|
|
|