Rövşən Məmmədov Mahmud Əhmədinejat xəbərinə görə onu işdən çıxardı .....                     “American Airlines”in reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib .....                     Tanınmış aktrisa GİZLİNLƏRİ AÇDI: .....                     Kilsə Paşinyanı devirəcək? .....                     Azərbaycana qısa müddətə böyük gəlir gələ bilər, amma... .....                     AMİP qurultaya hazırlaşır .....                     İsrailin görünməyən gücü Azərbaycan erməni yanlısı İrana görə İsraildən keçərmi? .....                     Xüsusi karantin rejiminin müddəti uzadıldı .....                     Ermənistan XİN başçısı Çinə səfər edəcək .....                     İran dövlət televiziyasında Azərbaycana hücum çağırışı .....                     İndi qəzet oxuyan var? .....                     İstanbulda qəbul edilən qətnamə İrəvanda təşviş yaradıb .....                     “Bakı Mexanizasiya Tikinti” ASC-nin əmlakı səhmdarlar arasında bölünəcək .....                     "İnsanlara həmişə şans vermək lazımdır ki, .....                     “CFİ Financial İnvestisiya Şirkəti”nin rəhərliyində təyinatlar olub .....                     Qarabağ Qazisi 6 illik məzuniyyət pulunu ALA BİLMİR... .....                     Meşələrin İnkişafı Xidmətindən “Region Mühəndislik” MMC ilə şübhəli satınalma .....                     Polis rəisinə rüşvət verən azərbaycanlı narkotacir .....                     Dolların hökmranlığı bitir: Pekin dağıtmır, alternativ qurur .....                     “OFİS-A.M.” MMC dövlət satınalmalarında rekord qırır .....                     Sevgilisinin maşınını icazəsiz götürdü .....                     İranda Ukrayna kəşfiyyatının əməkdaşları diversiyaya hazırlıq ittihamı ilə saxlanılıb .....                     “Pensiyaların və müavinətlərin artırılması mütəmadi olaraq baş verəcək” .....                     QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verib .....                     Fəda Abbasovla monopolist Afər Hacıyevin işbirliyindən Məcnun Məmmədovun xəbəri varmı .....                     Daha bir tiktoker ev dustaqlığına buraxılıb .....                     2 trilyon dollara başa gəlmiş antimilli bir layihə havaya sovrulub .....                     Aqrar Xidmətlər Agentliyi qanun pozmaqda “gül” vurur .....                     Binəqədi rayonunda icarəyə götürülən obyektdə qanunsuz tikinti aparılır .....                     Gündəmi silkələyən olay: 16 yaşlı qızı qaçıran axund… .....                     Xameneiyə qarşı gizli komitə quruldu .....                     Zeynəb Xanlarovanın oğlu bu qurumun sədr müavini İŞLƏYİR .....                     Sertifikasiya imtahanlarının nəticələri qaneedicidir? .....                     Binəqədidəki ailəvi restoran ətrafdakı AİLƏLƏRİ NARAHAT EDİR .....                     AZAL Ürgəncə müntəzəm uçuşları bərpa edir .....                     İran Silahlı Qüvvələrinin rəhbəri ABŞ-ni cavab zərbələri ilə hədələyib .....                     Uranın zənginləşdirilməsini davam etdirəcəyik .....                     İsrail səfiri Elçibəyə hansı sirri açıb? .....                     Nigar onu polislə hədələdi .....                     ABŞ ordusu İranın nüvə obyektini sıradan çıxarıb .....                 

Şabranın icra başçısı özünü kimə bənzədir? - İTTİHAM VAR
Tarix: 8-05-2017, 08:16 | Çap et
Şabranın icra başçısı özünü kimə bənzədir?
Ötən yazımızda Şabran rayon rəhbərliyinin neqativ fəaliyyəti barədə yazı dərc etmişdik.

Həmin yazıda Şabran rayonunda əhalinin sosial vəziyyətinin dözülməz dərəcədə ağır olduğunu qeyd etmişdik.

Qeyd edirdik ki, uzun illərdən bəri rayon rəhbərliyinin bacarıqsızlığı ucbatından, daha doğrusu başları özlərinin mülklərini, kapitallarını artırmağa qarışdığından bu gün Şabranda kənd təsərrüfatı sahəsi tənəzzülə uğramış, yerli sahibkarlıq məhv edilmişdir.

Vurğulamışdıq ki, Şabranda səfalətin tüğyan etməsinə digər səbəb isə rayonun rəhbərliyi arasında davam edən gizli intriqalardır. Bu gün Şabran rayonu sözün əsl mənasında Allahın ümidinə buraxılıb. Bu rayonun məmurları sanki özlərinə və qohum-əqrabalarına xidmət etmək üçün vəzifəyə təyin olunublar. Yazımızda rayonun icra hakimiyyətin başçısı Novruz Novruzovla birinci müavini arasında gedən gizli ixtilafın, intriqanın azacıq səbəblərindən yazmışdıq.

Qeyd edək ki, Novruz Novruzovun Şabrana rəhbərlik etdiyi dövrün 10 il olmasına bir-iki ay qalıb. Novruz müəllim 22 ildir ki, müxtəlif zamanlarda və müxtəlif rayonlarda icra başçısı vəzifəsində çalışıb. Rəsmi vəzifəsi ilə yanaşı, həm də bədii yaradıcılıqla da məşğul olur. Məhz bu səbəbdəndir ki, bu gün yoxsulluğun girdabında çabalayan şabranlılar "Novruz müəllimin başı bizə dolanışıq yerləri yaratmağa yox, şeir yazmağa qarışıb” deyirlər.

Qlobal.az-ın internet üzərindən apardığı araşdırmalardan məlum olmuşdu ki, Novruz Novruzovun Şabrana başçı təyin edildiyi gündən atdığı ilk addım rayonun ən qədim məzarlığını sökdürərərək yerini satışa çıxarması olub. Deyilənə görə, hazırda həmin ərazidə fəaliyyət göstərən obyektlərin bir neçəsi Novruz Novruzova məxsusdur. Ancaq sənədlərdə isə başqa şəxslərin adına rəsmiləşdirilib.

İcra başçısının rayonda gördüyü digər "yenilik” isə Şəhidlər Xiyabanının ərazisinin müəyyən qisminin fərdi yaşayış evləri üçün hissə-hissə satışa çıxarması olub. Novruz Novruzov rəhbərliyə başladığı dövrdən Şabranda azad sahibkarlığı demək olar ki, sıradan çıxarıb. Bir neçə il öncə Novruzovun zülmündən qaçıb mətbuata üz tutan şabranlı iş adamı Rasim Həmidov bildirirdi ki, "Şabranda sahəsi 100 və 36 kvadratmetr olan iki ticarət obyekti var. Həmin dükanlar 21 il işlək vəziyyətdə olub. İcra başçısı üç ildir ki, həmin mağazaları bağlatdırıb, R.Həmidovun sahibkarlıq hüququnu ləğv etdirib, özünü isə məhkəməyə verib: "Novruz Novruzovun şəxsi tapşırıqlarını yerinə yetirmədiyimə görə 3 ildir obyektimi bağlayıb. Dükanın dəyəri 50-70 mindirsə, icra başçısı o qədər ”şapka" istəyir". R.Həmidov dedi ki, aidiyyəti orqanlara yetmiş beş məktub göndərib, teleqram vurub: "Ramiz Mehdiyevə, dövlət başçısı İlham Əliyevə, Mehriban Əliyevaya, Zakir Qaralova, daxili işlər nazirinə teleqramlar vurmuşam. Rayon məhkəməsi 63 iclas keçirib. Amma obyektimin sökülməsi ilə bağlı qərar verə bilmir. Çünki mənim məhkəməyə verilməyim qeyri-qanunidir. Obyektlərimin sənədləri qaydasındadır. Hər teleqram vuranda bizi şərləyirlər. İcra başçısı mənə deyib ki, hara şikayət yazsam araşdırılması üçün ona göndərəcəklər. Bir də dedi ki, nə qədər çox şikayət yazsam, bir o qədər xərcə düşəcəm. Rayonda keçirilən mötəbər tədbirlərdə deyib ki, məni düşməncəsinə məhv edəcək. Dediyinə görə, onun sifarişlərini yerinə yetirməyənlər Şabranda yaşamamalıdır”.

Bu gün 30 minə yaxın kənd əhalisi olan Şabranda işsizlik pik həddə çatıb. Dövlətin ayırdığı subsidiyalardan və digər güzəştlərdən sadə şabranlıların yararlana bilməməsinə görə bu torpaqlar istifadəsiz buraxılıb. Şabranın 68 kəndinin hamısında demək olar ki, eyni acınacaqlı vəziyyət hökm sürür.

Ancaq icra başçısının və rayonun digər vəzifəli şəxsləri kasıb şabranlıların çıxılmaz vəziyyətindən istifadə edərək onlara məxsus torpaqları qəpik-quruşa öz əllərində cəmləşdirirlər. Məsələn, bir müddət əvvəl N.Novruzovun rayonun Udulu adlanan ərazisində 400 hektar münbit torpaq əldə etdiyi barədə informasiyalar yayıldı. Həmin məlumatlarda deyilirdi ki, Novruz Novruzov Uduluda tikdirdiyi fermalarda dəvə, qoyun, at saxlayır.

Onu da xatırladaq ki, Novruz Novruzovun varidatı təkcə Şabran rayonunda olan mülklərlə yekunlaşmır. Onun Sumqayıt, Lerik və Bakı şəhərlərində də mülklərinin olduğu bildirilir. İddia olunur ki, təkcə paytaxtın Badamdar qəsəbəsində olan villasının dəyəri 2 milyon manatdan artıqdır.

Əlbəttə, yerli məmurlar tərəfindən sözün əsl mənasında pay-püş edilən Şabranda hər şey başçıya çatmır. Məlumatlara görə, ortada olan "qənimətlər” ədalətli bölünür, müavinlər də "unudulmur”.

Bunun bariz nümunəsi kimi isə Şabranda tikilən ilk üç mərtəbəli villanın RİH-nin 1-ci müavini, YAP-ın rayon təşkilatının sədri Mehdi Balabəyova aid olmasıdır. Yuxarıda da qeyd etdiyimiz kimi, Mehdi Balabəyov Şabran RİH-nin başçısının birinci müavini olmaqla yanaşı, həm də YAP-ın rayon təşkilatının sədridir. Məlumata görə, Mehdi Balabəyov partiya sədri olmağından sui-istifadə edərək rayon rəhbərliyinə daima təziqlər edib daha çox var-dövlət əldə etməyə çalışmışdır. Məsələn, məlumatlara görə, M. Balabəyov Şabranın əsas kurort zonalarından biri olaraq tanınan Qalaltı ərazisinin ətrafında çoxlu sayda villalar, kotteclər tikdirir və sonra baha qiymətə müxtəlif şəxslərə satdırır. Bundan başqa Şabran rayonunda aparılan abadlıq işlərini M.Balabəyovun yaxın dostlarına məxsus şirkətlərin həyata keçirdiyi deyilir. Məlumata görə, M. Balabəyovun keçirilən tenderlərdə xüsusi "payı” var.

Qlobal.az-ın əldə etdiyi məlumatlara görə, yuxarıda oxuduğunuz bu yazımız dərc olunandan sonra Novruz Novruzov Şabran rayonunda tüğyan edən səfalətə, aqrar sektorun və yerli sahibkarlığın nə üçün məhv edildiyinə aydınlıq gətirmək əvəzinə bədii yaradıcılığına tutulan iradı qabartmışdır.

Belə ki, məlumata görə, Novruz Novruzov ətrafına bədii yaradıcılığının rayona rəhbərlik etməsinə mane olmadığını, vaxtilə Molla Pənah Vaqifin də dövlət işləri ilə yanaşı, poeziyayla məşğul olduğunu bildirmişdir.

Biz hörmətli Novruz müəllimin həqiqtən də belə bir sözü deyib-demədiyini dəqiq bilmirik, ancaq cənab başçının diqqətinə çatdırırıq ki, tarixi vərəqləyərkən heç də uzağa - xanlıqlar dövrünə getmək lazım deyil. Hörmətli Novruz Novruzov Azərbaycan Demokratik Respublikasının və Azərbaycan SSR-nin tarixini vərəqləyərkən bədii və elmi yaradıcılıqla məşğul olan xeyli sayda dövlət xadimlərinin adlarına rast gələ bilər. Ancaq o şəxslərin uğuru onda idi ki, onlar bədii yaradıcılıqları ilə bərabər, həm də, məsuliyyətini bütün varlıqları, ruhları ilə dərk etdikləri dövlət işlərini layiqincə yerinə yetirirdilər. Təəssüflər olsun ki, biz bunu şair başçısı olan Şabran rayonunda görmürük. Əksinə, bu rayonda dərin bir səfalət var.

Qeyd edək ki, Şabranda hökm sürən iqtisadi geriliyin-tənəzzülün indki rayon rəhbərliyinin aradan qaldıra biləcəyinə sadə şabranlılar arasında inam qətiyyən yoxdur.

Araşdırmalarımız davam edir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rövşən Məmmədov Mahmud Əhmədinejat xəbərinə görə onu işdən çıxardı - FOTO
Bu gün, 12:35
“American Airlines”in reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
Bu gün, 12:29
Tanınmış aktrisa GİZLİNLƏRİ AÇDI: - “7 ay arxasınca süründüm”
Bu gün, 12:28
Kilsə Paşinyanı devirəcək? - “Yaxın 2 ay ərzində...”
Bu gün, 12:22
Azərbaycana qısa müddətə böyük gəlir gələ bilər, amma... - GƏLİŞMƏ
Bu gün, 12:16
AMİP qurultaya hazırlaşır - AÇIQLAMA
Bu gün, 12:13
İsrailin görünməyən gücü Azərbaycan erməni yanlısı İrana görə İsraildən keçərmi? -Yəhudi açarı, Amerika qapısı
Bu gün, 12:09
Xüsusi karantin rejiminin müddəti uzadıldı - QƏRAR
Bu gün, 12:03
Ermənistan XİN başçısı Çinə səfər edəcək
Bu gün, 12:00
İran dövlət televiziyasında Azərbaycana hücum çağırışı - BAŞLARI QAÇIB...
Bu gün, 11:55
İndi qəzet oxuyan var? - Tanınmışlar CAVAB VERDİLƏR
Bu gün, 11:53
İstanbulda qəbul edilən qətnamə İrəvanda təşviş yaradıb - Ölkə “türk tələsi”nə salınıb
Bu gün, 11:49
“Bakı Mexanizasiya Tikinti” ASC-nin əmlakı səhmdarlar arasında bölünəcək
Bu gün, 11:44
"İnsanlara həmişə şans vermək lazımdır ki, özlərini sona qədər alçalda bilsinlər"
Bu gün, 11:42
“CFİ Financial İnvestisiya Şirkəti”nin rəhərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 11:37
Qarabağ Qazisi 6 illik məzuniyyət pulunu ALA BİLMİR... - AXI NİYƏ?
Bu gün, 11:30
Meşələrin İnkişafı Xidmətindən “Region Mühəndislik” MMC ilə şübhəli satınalma - BU NƏDİ BELƏ?
Bu gün, 11:25
Polis rəisinə rüşvət verən azərbaycanlı narkotacir HƏBS OLUNDU
Bu gün, 11:21
Dolların hökmranlığı bitir: Pekin dağıtmır, alternativ qurur - İNCƏLƏMƏ
Bu gün, 11:12
“OFİS-A.M.” MMC dövlət satınalmalarında rekord qırır - İcazə verin, şübhələnək...
Bu gün, 11:01
Sevgilisinin maşınını icazəsiz götürdü - Məhkəməlik oldular
Bu gün, 11:00
İranda Ukrayna kəşfiyyatının əməkdaşları diversiyaya hazırlıq ittihamı ilə saxlanılıb - KİV
Bu gün, 10:55
“Pensiyaların və müavinətlərin artırılması mütəmadi olaraq baş verəcək” - deputat
Bu gün, 10:45
QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verib - DETALLAR
Bu gün, 10:41
Fəda Abbasovla monopolist Afər Hacıyevin işbirliyindən Məcnun Məmmədovun xəbəri varmı - İLGİNC FAKTLAR
Bu gün, 10:33
Daha bir tiktoker ev dustaqlığına buraxılıb
Bu gün, 10:29
2 trilyon dollara başa gəlmiş antimilli bir layihə havaya sovrulub - MƏRYƏM RƏCƏVİ
Bu gün, 10:27
Aqrar Xidmətlər Agentliyi qanun pozmaqda “gül” vurur - İTTİHAM VAR...
Bu gün, 10:25
Binəqədi rayonunda icarəyə götürülən obyektdə qanunsuz tikinti aparılır - ÖZBAŞINALIQ
Bu gün, 10:23
Gündəmi silkələyən olay: 16 yaşlı qızı qaçıran axund… – Hüquqşünas açıqlayır
Bu gün, 10:20
Xameneiyə qarşı gizli komitə quruldu - “Ruhanini hakimiyyətə gətirmək istəyirlər”
Bu gün, 10:18
Zeynəb Xanlarovanın oğlu bu qurumun sədr müavini İŞLƏYİR - TƏFƏRRÜAT
Bu gün, 10:15
Sertifikasiya imtahanlarının nəticələri qaneedicidir? - AKTUAL
Bu gün, 10:13
Binəqədidəki ailəvi restoran ətrafdakı AİLƏLƏRİ NARAHAT EDİR - GİLEY
Bu gün, 10:10
AZAL Ürgəncə müntəzəm uçuşları bərpa edir - DİQQƏT!
Bu gün, 10:04
İran Silahlı Qüvvələrinin rəhbəri ABŞ-ni cavab zərbələri ilə hədələyib - “The Times of Israel”
Bu gün, 09:59
Uranın zənginləşdirilməsini davam etdirəcəyik - İran XİN
Bu gün, 09:58
İsrail səfiri Elçibəyə hansı sirri açıb? – Azərbaycanla bağlı sensasion plan olub
Bu gün, 09:34
Nigar onu polislə hədələdi - Fotolar
Bu gün, 09:31
ABŞ ordusu İranın nüvə obyektini sıradan çıxarıb - FOTO
Bu gün, 09:20
Azərbaycanda 5 şirkət yenidən təşkil edilərək QSC-dən MMC-yə çevrilir - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 09:16
İsmayıllıda oğlu tərəfindən bıçaqlanan şəxs xəstəxanada ölüb - TƏFƏRRÜAT
Bu gün, 09:10
Dollarla bağlı kritik durum: vəziyyət dəyişir – Tarix verildi
Bu gün, 09:03
SOCAR rəhbərliyi bu QOVHAQOVA `DUR` deməsə... - Bəhanə axtarırlar ki...
Bu gün, 08:57
Gəmidə çalışanlar üçün VACİB BİLGİ - Ekspert danışır...
Bu gün, 08:44
Naxçıvan banklarında ARTIM İDDİASI... - rəqəmləri şişirdirlər, ya da...
Bu gün, 08:40
ABB-dən vətəndaşa qarşı açıq DƏLƏDUZLUQ - BU NƏDİ BELƏ?
Bu gün, 08:20
Tramp zərbədən öncə hər kəsi belə aldadıb... - KİV
Bu gün, 07:23
ABŞ Prezidenti İranda hakimiyyət dəyişikliyinin mümkünlüyünü istisna etməyib - "Truth Social"
Bu gün, 07:16
Gömrükdə daha bir HƏBS TƏDARÜKÜ - İLGİNC İDDİA
Bu gün, 07:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru