Azərbaycana yay fəsli daxil olub .....                     İrana hərbi müdaxilə ilə rejimi dəyişmək olarmı? .....                     Ağsuda səhiyyə sistemi İFLİC DURUMDA .....                     "Diplom almaq çətinləşdirilməlidir" .....                     Ehtiyata buraxılan hərbçilərin "forma pulu" 18 aydır niyə verilmir? .....                     Olmayan nəticəyə yatırılan milyonlar .....                     Neftçala təhsili kimə həvalə olunub? .....                     Bu müharibə Azərbaycanın turizminə NECƏ TƏSİR EDƏCƏK? .....                     Paşinyanın Türkiyə səfəri: Sülhə doğru addım, yoxsa siyasi alver? .....                     “Sağlığında özü mənə vəsiyyət etmişdi” .....                     Amerikadakı erməni diasporu Paşinyanı “diktator” adlandırdı .....                     İran Azərbaycanda İsrail bazası “tapıb”: Tehranın Araz sahillərində “sionist” axtarışı .....                     İsraildən şok XƏBƏRDARLIQ .....                     Ağ Ev lideri İrana diplomatiya üçün maksimum iki həftə vaxt verib .....                     İnternetsiz İran: “Starlink” də kömək etməyəcək .....                     DTX-nın Qaxda keçirdiyi əməliyyatla bağlı daha bir AÇIQLAMA .....                     "Şaurma və kolaya 20 lari verirsən... .....                     Axundun qaçırdığı 16 yaşlı qızın atası danışdı: “Elçi də göndərmək istədi, razı olmadıq” .....                     İranda qaçaqmalçılıq və “Mossad” bazaları: .....                     Paşinyan Türkiyəyə səfərinin iki ölkə arasındakı münasibətlərə yeni təkan verəcəyinə ümid edir .....                     “Daşnaksütyun”un regional ofislərində həbslər başlayıb, .....                     Təhsildə etimad böhranı: .....                     “Bəzi müğənnilər özlərini göstərmək üçün xaricə gedir!” .....                     Rüşvət almaqda ittiham olunan sabiq icra məmuru barədə qərar verilib .....                     “Vaxtın 1 ay qısaldılmasının izahatını da vermirlər” .....                     Azərbaycanda məşhur provayder ləğv olundu .....                     Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevlə bağlı qərar verib .....                     "Abituriyent atestatla tanınmayan bir universitetdə təhsil alır, ölkəyə qayıdanda diplomunu tanıda bilmir" .....                     Şirkətin borcu 13 milyon manatı ötdü .....                     Əməliyyat olunan Əli Mirəliyevin səhhəti NECƏDİR? .....                     "Öləndən sonra başdaşıma "Xalq artisti" yazılması lazım deyil" .....                     “Bakı Süd Co” MMC cərimələndi .....                     Azərbaycanda həbs edilən icra başçıları .....                     “QIZIM İNTİHAR ETMƏYİB, BUNA MƏCBUR EDİBLƏR” .....                     Öz gözündə tiri görməyən Putin... .....                     “Baku Medical Plaza”nın həkimi Günel Məmmədlidən ŞİKAYƏT .....                     Məntəqə komissiyalalarının tərkibində dəyişiklik mümkündür .....                     Naxçıvan Ağciyər Xəstəlikləri Dispanserinə baş həkim təyin edilib .....                     Ermənistan yenidən reallığı təhrif edir .....                     Azərbaycanda DSK sədri vəfat edib .....                 

“Yol qəzalarının əsas baiskarlarından biri də "Hell", "Yaguar", "Red Bull"dur...” - İLGİNC İDDİA
Tarix: 2-09-2016, 09:04 | Çap et
“Yol qəzalarının əsas baiskarlarından biri də "Hell", "Yaguar", "Red Bull"dur...”
“Tərkibində spirt olan 3 energetik içkinin gücü yarım litr spirtli içki qədər təsirediciliyə qadirdir. Azərbaycanda bu içkidən istifadə edənlər gündən-günə artır və çox təəssüf ki, artan siyahıda avtobus və taksi sürücüləri də var. Mən deyərdim ki, yol qəzalarının əsas baiskarı spirt tərkibli energetik içkilərdir. Gənclər və azyaşlılar arasında da bu içkinin alüdəçiləri gündən-günə çoxalır. Ən narahatedici məqam odur ki, adı enerji içkisi olsa da, orqanizmin gücünü alan bu qidalar gənclər arasında narkomaniyaya da yol açır. Ona görə də aidiyyatı qurumlar bu içkilərin ölkəyə kütləvi idxalını durduran, kütləvi qəbulunun qarşısını alan qərarlar verməlidir”.
Bu fikri Su İstehsalçıları Birliyinin sədri Dövlət Məmmədov Hurriyyet.org-a açıqlamasında bildirib.

Bəzi Avropa ölkələrində qadağan olunub

Birlik sədrinin sözlərinə görə, bir çox Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da energetik içkilərin gətirilməsinə və satışına qadağa qoyulması daha məqsədəuyğundur: “Bu içkilərin əksər Avropa dövlətlərində qəbulu qadağandır. İsveçdə, Fransada, Almaniyada demək olar ki, yalnız apteklərdə satılır. Norveçdə, Danimarkada tamam qadağan olunub. Onu ilk dəfə amerikalılar Vyetnam müharibəsində öz əsgərlərinə veriblər ki, ruhlandırıcı, yuxuqaçırma təsirinə malikdir, amma bu təsirin əks təsiri də orqanizmdə özünü heç də çox yubatmır. Bizim ölkəmizə əsasən Polşadan idxal edilir. Bu içkilər Avstriyada da çox istehsal olunur”.

Rusiyada tələbələri öldürdü

Birlik sədri onu da vurğuladı ki, bu içkilərlə bağlı Rusiya mətbuatında mübahisəli müzakirələr açılır: “Rusiyada da bu içkilərin ölkəyə idxalının qadağan olunması zaman-zaman dartışılır, orqanizmi zərrə-zərrə öldürdüyü yazılır. Rusiyada imtahana hazırlaşan gənclər yuxularını qaçırmaq üçün energetik içkilərdən istifadə etdiklərinə görə, tələbələr arasında ölüm halları baş vermişdi. Bizdə isə reklamı gündən-günə genişlənir”.

“Hell” cəhənnəmə göndərir, bəs yol polisi hara baxır?

Dövlət Məmmədovun sözlərinə görə, əsasən heyvan adları qoyulan enerji içkiləri elə reklam edilir ki, sanki o içkini qəbul edənlər həmin heyvanlara bənzəyir, güclənir, cəsarətlənir: “Bu içkilər kifayət qədər də reklam olunur. Məsələn, mağazaların vitrinlərinə yapışdırılır. “Hell” ingilscədən tərcümədə “cəhənnəm” deməkdir. Bankanın üz tərəfində də şeytanın simvolu var. Yəni belə anlaşılır ki, bu içkini qəbul edən cəhənnəmlik olur, şeytan da ona baxıb gülür. Bunu içənlər başa düşmür ki, qəbul etdiklərinin tərkibi nədən ibarətdir. Hətta mən son vaxtlar diqqət etmişəm, avtobus sürücüləri arasında energetik içki qəbul edənlər artıb, özü də əksəriyyəti tərkibində spirt olanları qəbul edirlər. Minlərlə insan həyatını bu sürücülərə etibar edir, onlarsa belə məsuliyyətsizliyə yol verirlər. Bir sürücüyə irad bildirdim ki, bilirsən əlində içdiyin nədir, deyir, hamı içir, mən də içirəm. İzahat verəndən sonra ki, bunun nə ziyanı var, deyir xəbəri yoxdur. Taksi sürücüləri, avtomobil idarə edənlər tərkibi spirtli olan energetik içkilər qəbul edib, sükan arxasında otururlar. Yol polisi hara baxır? Yol qəzalarının baş verməsində başlıca səbəblərdən biri də bu içkilərdir”.

Səhiyyə orqanları, millət vəkilləri susdurulub?

Birlik sədri hesab edir ki, bu içkini mütəmadi qəbul edənlərin zehni işləmir, beyinlərində kütlük, heysizlik, hərəkətsizlik, yaddaşsızlıq yaradır. Ona görə də səhiyyə orqanları bu barədə geniş məlumat verməli, bu məsələ millət vəkilləri tərəfindən parlamentdə müzakirəyə çıxarılmalı, müvafiq qanunlar qəbil edilməlidir: “Təzyiqli xəstələrin, ürəyi xəstə olanların bu içkini qəbul etməsi onların ölümü ilə nəticələnə bilər. Niyə səhiyyə orqanları bu barədə məlumat vermirlər? Bəlkə bu içkinin biznesini təşkil edənlər onları susdurular?! Bu haqda respublikanın baş pediatrı öz sözünü deməlidir. Uşaqların sağlamlığını energetik işkilərə qurban vermək olmaz. Əgər biz uşaqlarımızı sağlam görmək istəyiriksə, bilməliyik ki, bu araqdan və siqaretdən çox dəhşətlidir. 18 yaşınadək uşaqlara, yaşlılara, qan təzyiqi yüksək olan, ürəyi zəif olan insanlara, hamilə qadınlara energetik içki içmək olmaz. Bu həm də kişi və qadınlarda sonsuzluq yaradır, hətta bəzən narkomaniyaya yol bu içkilərdən keçir”.

Həkim rəyi: “Tonuslaşdırıcı təsiri olduğu üçün orqanizmin enerjisini alır”

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən bizə Sanitariya və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayevlə əlaqə saxlamaq tövsiyə edildi. Qurumun qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev Hurriyyet.org-a bildirdi ki, energetik içkilərlə bağlı onlara da müraciət edənlər az olmur və bu içkinin enerji dəyəri, xeyri, ziyanı barədə soruşulur: “Öncə onu deyim ki, energetik içkinin tərkibində şəkər yoxdursa, heç bir enerji dəyəri yoxdur. Ona görə o energetik içki adlanır ki, bu içkinin tonuslaşdırıcı təsiri var. Məsələn, tərkibində kofein var, kofein də yuxusuzluq yaradır. Yəni bu içkilər orqanizmin öz enerji ehtiyatını yığır, tənzimləyir, tonuslaşdırır, amma kənardan heç bir enerji gətirmir. Belə içkilərə bu xüsusiyyəti tərkibində olan kofein, taurin və sair bu kimi tonuslaşdırıcılar verir”.

Əvvəl oyanıqlıq yaradır, sonra əzginləşdirir...

Şöbə müdiri dedi ki, energetik içkilər alkoqollu və alkoqolsuz olur və hər iki tip içkini azyaşlıların, məktəbyaşlı uşaqların qəbul etməsi zərərlidir: “Bunu pediatorlar daha yaxşı izah edə bilər. Xüsusən hiperaktiv, enerjili uşaqlarda bu içkilər oyanıqlıq yaradır, sonradan isə əzginləşdirir. Əlbəttə, bunu normal içki hesab etmək olmaz. Daha çox dərman kimi təsiri var. Dünyada içki məhsulu kimi insanların qidasına daxil olub, amma sərinləşdirici kimi yox, tonuslaşdırıcıdır”.

“Satışına qadağa üçün qanunverici akt olmalıdır”

İ.Abdullayev dedi ki, bu içkinin Azərbaycanda satışına qadağa ilə bağlı qanunverici akt olmadığı üçün, səhiyyə qurumları yalnız tövsiyə xarakterli göstəriş verə bilər: “Hər ölkənin daxili qanunvericiliyinə uyğun satışı var. Rusiya Federasiyasının Dövlət Dumasında da bu cür içkilərə qadağa qoyulması və sair məsələlər qaldırılır, amma qanunverici akt halına salınması hələ yoxdur. Millət vəkili və ya adi vətəndaş öz fikirlərini izah edirsə, bu qanun deyil. Biz də dövlət orqanı olaraq qanunu tənzimləyirik. Bu içkilərlə bağlı Azərbaycanda Rusiyanın “QOST”u dövlət standartı kimi alkoqollu və qeyri-alkoqollu içki kimi qeydiyyata götürülüb və hər ikisi tonuslaşdırıcıdır. Standarlaşdırma Komitəsi tərəfindən razılaşdırılıb və ondan sonra Ədliyyə Naziriyində qeydiyyatdan keçirilib”.
Səhiyyə sözçüsü dedi ki, spirt tərkibli energetik içkilərdə 7,8 faizə qədər spirt varsa, bu alkoqollu içkilər siyahısına daxildir: “Mənfi təsirlərdən biri də uzun müdət qalması üçün tərkibinə vurulan qoruyuculardır. Bu qoruyucuların da orqanizmə zərərli təsirləri var, qara ciyər toxumasına, böyrəyə va sair. Xüsusən gənclərə, uşaqlara təsir edə bilər. Bu içkilərə gənclərin çox üz tutması ola bilsin, tərkibindəki spirtə asılılıqdan irəli gəlir. Asılılıq beyində kütləşmə yaradır və kənardan informasiya qəbulunu çətinləşdirir. Ona görə də belə içklərə alüdəçilik qətiyyən yolverilməzdir”.

Deputatdan əndrabadi təklif: “Qiyməti qaldırılsın”

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev isə bu içkilərin qəbulunun, satışının qadağasını yox, qiymətinin qaldırılmasını təklif edir: “Qadağa, inzibati müdaxilə heç nəyi dəyişməyəcək. Əksinə, satış şəbəkəsini azaltmaq və qiymətləri qaldırmaqla zərərli içkidən istifadə edənlərin sayını azaltmaq olar”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycana yay fəsli daxil olub
Bu gün, 06:53
İrana hərbi müdaxilə ilə rejimi dəyişmək olarmı? - Görünəni odur ki...
Bu gün, 06:48
Ağsuda səhiyyə sistemi İFLİC DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 06:44
"Diplom almaq çətinləşdirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 06:29
Ehtiyata buraxılan hərbçilərin "forma pulu" 18 aydır niyə verilmir? - MÜDAFİƏ NAZİRİNƏ MÜRACİƏT
Bu gün, 06:25
Olmayan nəticəyə yatırılan milyonlar - ARAŞDIRMA
Bu gün, 06:21
Neftçala təhsili kimə həvalə olunub? - İTTİHAM VAR...
Bu gün, 06:18
Bu müharibə Azərbaycanın turizminə NECƏ TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 06:06
Paşinyanın Türkiyə səfəri: Sülhə doğru addım, yoxsa siyasi alver? - İNCƏLƏMƏ
Bu gün, 06:03
“Sağlığında özü mənə vəsiyyət etmişdi” - Atasının bütün əsərlərinin sahibi olacaq
Bu gün, 06:00
Amerikadakı erməni diasporu Paşinyanı “diktator” adlandırdı - “RİA Novosti”
Bu gün, 05:55
İran Azərbaycanda İsrail bazası “tapıb”: Tehranın Araz sahillərində “sionist” axtarışı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 05:52
İsraildən şok XƏBƏRDARLIQ - “Kameraları söndürün, İran izləyir”
Bu gün, 05:50
Ağ Ev lideri İrana diplomatiya üçün maksimum iki həftə vaxt verib
Bu gün, 05:46
İnternetsiz İran: “Starlink” də kömək etməyəcək - NƏ BAŞ VERİR?
Bu gün, 00:03
DTX-nın Qaxda keçirdiyi əməliyyatla bağlı daha bir AÇIQLAMA - "Dövlətimizin prinsipiallığı..."
Bu gün, 00:00
"Şaurma və kolaya 20 lari verirsən... - Qalanını özünüz hesablayın"
Dünən, 23:55
Axundun qaçırdığı 16 yaşlı qızın atası danışdı: “Elçi də göndərmək istədi, razı olmadıq” - BELƏ HARA GEDİRİK?
Dünən, 23:52
İranda qaçaqmalçılıq və “Mossad” bazaları: - İraq və Əfqanıstan yolları
Dünən, 18:04
Paşinyan Türkiyəyə səfərinin iki ölkə arasındakı münasibətlərə yeni təkan verəcəyinə ümid edir - KİV
Dünən, 18:03
“Daşnaksütyun”un regional ofislərində həbslər başlayıb, kütləvi aksiyalarla bağlı xəbərdarlıq edilib
Dünən, 17:59
Təhsildə etimad böhranı: - Builki imtahan sualları əvvəlki illərlə müqayisədə daha çətin idi
Dünən, 17:57
“Bəzi müğənnilər özlərini göstərmək üçün xaricə gedir!” - Şou əhlinin yay planları
Dünən, 17:51
Rüşvət almaqda ittiham olunan sabiq icra məmuru barədə qərar verilib
Dünən, 17:45
“Vaxtın 1 ay qısaldılmasının izahatını da vermirlər” - Tələbələr narazıdır
Dünən, 17:41
Azərbaycanda məşhur provayder ləğv olundu
Dünən, 17:33
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevlə bağlı qərar verib
Dünən, 17:27
"Abituriyent atestatla tanınmayan bir universitetdə təhsil alır, ölkəyə qayıdanda diplomunu tanıda bilmir" - NƏ ETMƏLİ?
Dünən, 17:25
Şirkətin borcu 13 milyon manatı ötdü - Sahibkara "stop" qoyuldu
Dünən, 17:19
Əməliyyat olunan Əli Mirəliyevin səhhəti NECƏDİR? – Özündən AÇIQLAMA
Dünən, 17:15
"Öləndən sonra başdaşıma "Xalq artisti" yazılması lazım deyil" - ETİRAZ
Dünən, 17:11
“Bakı Süd Co” MMC cərimələndi - Ölkədən 35 min dolları qanunsuz çıxardı
Dünən, 17:08
Azərbaycanda həbs edilən icra başçıları - SİYAHI
Dünən, 17:06
“QIZIM İNTİHAR ETMƏYİB, BUNA MƏCBUR EDİBLƏR” – Paytaxt sakinindən Baş prokurora müraciət
Dünən, 17:00
Öz gözündə tiri görməyən Putin... - ŞƏRH
Dünən, 16:55
“Baku Medical Plaza”nın həkimi Günel Məmmədlidən ŞİKAYƏT - BU NƏDİ BELƏ?
Dünən, 16:50
Məntəqə komissiyalalarının tərkibində dəyişiklik mümkündür - MSK sədri AÇIQLADI
Dünən, 16:40
Naxçıvan Ağciyər Xəstəlikləri Dispanserinə baş həkim təyin edilib - ƏMR
Dünən, 16:32
Ermənistan yenidən reallığı təhrif edir - "...hücum etməmək prinsipinə ciddi əməl edir"
Dünən, 16:22
Azərbaycanda DSK sədri vəfat edib
Dünən, 16:19
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 16:15
Naxçıvanın muxtariyyəti ləğv edilir, doğru qərardır - partiya sədri
Dünən, 16:13
Mərkəzi Bank yenə “Palladium”un cərimələnməsini istədi - Bu dəfə 2 milyondan çox vəsait...
Dünən, 16:05
Qaxın icra başçısı BUNDA İTTİHAM OLUNUR - TƏFƏRRÜAT
Dünən, 15:51
Zaqatalanın icra başçısı xalası oğlunun həbsindən DANIŞDI - "Mən Zaqataladayam. Siz Qaxa zəng edin"
Dünən, 15:47
Apteklərdə reseptsiz satılan TƏHLÜKƏ – Şəkər dərmanı arıqlama üçün İSTİFADƏ edilir?
Dünən, 15:44
“Bolt” və rəhbərliyi ilə bağlı sensasion iddialar: Vasif Talıbovla əlaqələr, sertifikatsız sürücülər... VƏ AYNA-nın adından istifadə...
Dünən, 15:38
Ət bahalaşır? - "Nə etdik ki, ucuzlaşsın?"
Dünən, 15:32
Kahramanmaraşdan verilən mesajlar: həssas bölgədə iradə nümayişi - NƏ BAŞ VERİR?
Dünən, 15:25
İran-İsrail savaşı NAXÇIVANI VURDU: Yanacaq tükənmək üzrədir, talon sisteminə keçilir... - MR yenidən BLOKADA ŞƏRAİTİNDƏ...
Dünən, 15:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru