“Patriot” sistemlərinin tədarükü ilə bağlı Trampın komandasına sorğu vermişik .....                     Hesablama Palatası Dövlət Neft Fondunda yoxlama aparıb .....                     “ƏDV geri al” kampaniyası başa çatır? .....                     Deputatdan İcra başçısının .....                     Naxçıvanla bağlı nə baş verir? .....                     Sayt rəhbərlərinə hökm oxundu .....                     “A-Group Sığorta Şirkəti”nin rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     Mərkəzi Bankda yeni təyinat .....                     İran İsraillə nə edəcək? .....                     Axundun qaçırdığı 17 yaşlı qız DANIŞDI: "Çox xoşbəxtəm" .....                     Dilqəm Əsgərovun oğlu: Atam balta ilə məni öldürəcəyini deyir .....                     Aldadılan şəxslər arasında həbsxana rəisi olmuş Həsənov da var .....                     Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI .....                     72 yaşlı bələdiyyə sədri cəzalandırıldı .....                     “Sürətin kraliçası” ən həyəcanlı yarışda olacaq .....                     Gələcəyimizin tərbiyələndirilməsi öz əlimizdə deyilsə... .....                     "Sumqayıt Hospital"ın həkimi Elçin Yaqubovdan şikayət .....                     Xalq artistinin ruhuna HÖRMƏTSİZLİK: .....                     “Forfinance” BOKT-a lisenziya verilib .....                     Zaqatalada TRAGİKOMİK VƏZİYYƏT .....                     Bir qrup dövlət qulluqçusu təltif edilib .....                     Qax rayonunun icra başçısı vəzifəsindən azad edilib .....                     Bakı Ermənistana ikinci dəfə xilas əlini uzadır: .....                     Bəşər Əsədin əmisi oğlu saxlanılıb .....                     Biznesmenlə keçmiş xanımı arasında “uşaq qalmaqalı” .....                     Pirallahıdan Allahın da xəbəri yoxdur... .....                     İranın vuran əlini “sındırdılar” .....                     Paşinyan Türkiyə-Azərbaycan münasibətlərindən danışdı .....                     ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq .....                     Amerikalı diplomat Azərbaycan-İran sərhədini müşahidə etdi .....                     Naxçıvanda nazir qayda pozdu: CƏZALANDI .....                     Saatlıda 28 yaşlı oğlan gecə qonşusunun evinə girdi, arvadını yataqdan apardı .....                     Mirzoyan və Kallas Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını .....                     Gədəbəydə də işlər rahat deyil: Mürsəlovun həbs təlaşı... .....                     Paşinyanın Türkiyə səfərinin PƏRDƏARXASI .....                     Azərbaycanda yeni dövlət qurumu yaradılır, sədr o olacaq .....                     “Bakcell”in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində .....                     İsrailin İrana endirdiyi zərbə nəticəsində daha bir nüvə alimi öldürülüb .....                     Paşinyan Türkiyəyə bu məqsədlə gedib .....                     Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayıb .....                 

Yaralı zabitin həyat yoldaşından prezidentə fəryad dolu müraciət - "Vətənimin, torpağımın bu qədər imkanı var, nə olar, Rahimi xaricə aparsınlar..."
Tarix: 13-06-2016, 09:03 | Çap et
Yaralı zabitin həyat yoldaşından prezidentə fəryad dolu müraciət
Az əvvəl mətbuatda bu ilin aprel döyüşlərində ağır yaralanıb koma vəziyyətinə düşən Azərbaycan Silahlı Qüvvələrinin giziri Rahim Tağıyevin həyat yoldaşı Vüsalənin müraciəti yayımlanmışdı. Ağır yaralı gizirin həyat yoldaşı Vüsalə xanım bu gün Moderator.az -a açıqlamasında Rahim Tağıyevin vəziyyətinin daha da ağırlaşdığını bildirib:
“Mətbuatda gedən müraciətdən sonra Müdafiə Nazirliyindən İlqar adlı şəxs tərəfindən zəng olundu. Məni Müdafiə Nazirliyinə çağırdılar, Mingəçevirdə yaşadığıma görə həmin gün onların çağırışına gedə bilmədim. Dünən uşaqları məktəbə yola salıb Bakıya çıxdım. Yolda zəng vurdum ki, mən ora gəlirəm, əgər imkanınız varsa, siz də gəlin, Rahim haqqında danışaq. Mənə cavab verdi ki, indi başqa yerdəyəm, gələ bilmərəm. Mən də hospitala Rahimin yanına getdim, gördüm ki, vəziyyəti daha da ağırlaşıb. Onun dünənki vəziyyətini görəndən sonra hələ də özümə gələ bilmirəm. Əlimi ürəyinin üstünə qoydum, ürəyinin xırıltısından az qalırdı ki, ürəyim parçalana”. Göz yaşlarına hakim ola bilməyən Vüsalə xanım yeganə istəyinin həyat yoldaşının sağlamlığına qovuşması olduğunu bildirib:
“Çox narahatam. Əvvəl başı idi, indi artıq ürəyində də problemlər yaranıb. Həkim deyir ki, başındakı infeksiya indi ürəyinə təsir edib. Xəyal həkimlə danışdım, dedi ki, başındakı infeksiyanı analiz edirik, yoxlanılır, neçə yerdən həkimlər gətirmişik, ancaq tapa bilmirik ki, nə infeskiyadır, adı nədir. Mən də yalvardım ki, ay həkim, tapa bilmirsinizsə, başqa yerə göndərin. Allaha şükür dövlətimizin hər şeyə gücü, imkanı yetir.
Bu infeksiyanı başqa yerdə yoxlatdırmaq olar axı. Əməliyyat olunmalıdır, ancaq infeksiyanı dəqiqləşdirə bilmirlər deyə əməliyyat etmirlər. Rahim hələ sağdır axı, canıyla əlləşir, yaşayan bir insanı ayağa qaldırmaq lazımdır. Rahim hansısa yol qəzasında yaralanmayıb ki, o, vətən uğrunda canını qurban verib. Dünən hospitaldan çıxandan ağlıyıram, yol boyu ağlaya-ağlaya Mingəçevirə gəlmişəm. Onsuz da səhhətimdə problemlər var idi, Rahim yaralanan gündən ağrılarım daha da çoxalıb. Uşaqlarım olmasaydı bir gün belə yaşamazdım. İndi uşaqlarıma görə yaşayıram ancaq, ovuc-ovuc dərmanlar içirəm ki, heç olmazsa Rahim sağalana qədər uşaqlara baxa bilim. Dözə bilmirəm daha, artıq gücüm də tükənib, indi gücüm göz yaşlarına çatır ancaq”.
Yaralı zabitin həyat yoldaşı ölkə başçısına müraciət də ünvanlayıb: “Ali baş komandanımızdan, Mehriban xanımdan xahiş edirəm ki, yoldaşımın sağlamlığına qovuşmasına, ayağa qalxmasına kömək eləsinlər. Aprelin ikisindən Rahim komada yatır, canıyla çırpışır. Yəqin ki, övladlarının, ailəsinin çarəsiz durumda qaldığını hiss edir və buna görə də hələ həyatdan tutunub. Nə olar, onu ayağa qaldırmağa kömək etsinlər. Hara lazımdırsa, aparsınlar, nə lazımdrsa, eləsinlər. Onu o vəziyyətdə görmək asan deyil, hər dəfə Rahimi o halda görməyə tab gətirə bilmirəm artıq. Artıq uşaqlarıma da deməyə söz tapa bilmirəm. Keçən dəfə uşaqları da aparmışdım ki, ataların görsünlər. Gələndən ağlıyırlar, oğlum həm axşam o qədər ağlamışdı ki, yatdığı yerdə qulağından qan açılmışdı. Uşaqlarım hər saat atalarına görə həyacan keçirirlər, ataları da orda yaşamaq üçün çarpışır, buraxmır balalarını… Vətənimin, torpağımın bu qədər imkanı var, nə olar, Rahimi xaricə aparsınlar və ya xaricdən həkim gətirsinlər. Mən özüm üçün heç nə istəmirəm, balalarım üçün atalarını istəyirəm. Axı mən heç kimdən başqa heç nə istəmirəm… Bir tək Rahimi istəyirəm, balaları üçün… Rahimin dünənki vəziyyətini görəndən sonra mənimçün heç nəyin əhəmiyyəti yoxdur. Təki Rahim ayağa qalxsın, o, özü öz kreditini də ödəyəcək. İndiyədək kimdənsə pul alıb kredit borcun ödəməyib, özü halal qazancı ilə, halal maaşı ilə kreditin ödəyib. Yeganə istəyim odur ki, Rahimi ayağa qaldırsan, başqa heç nə istəmirəm.
Xahiş edirəm, bütün dünya azərbaycanlılarından, Rahim üçün yalvarıram, onu ayağa qaldırmağa kömək edin. Dünən onun vəziyyətini görəndən bəri özümə gələ bilmirəm. Xaricdə gözəl həkimlər var, aparatlar var, nə olar, başqa yerə aparsınlar Rahimi, əllərindən gələni eləsinlər.
Özüm üçün heç nə istəmirəm, uşaqlarıma da özüm baxacam, amma yetər ki, Rahim sağalsın, bircə onu ayağa qaldırsınlar. Rahim vətən uğrunda, torpaq uğrunda, bu torpağın insanları üçün canını sipər edib axı. Bilirəm ki, heç kim səsimi eşitməyəcək. Ona görə də son ümid yeri olaraq prezidentimizə, onun xanımına müraciət edirəm. Xahiş edirəm ki, kömək etsinlər, Rahimi balaları üçün ayağa qaldırsınlar. Aprelin ikisindən bəri bircə dəfə olsun belə icra hakimiyyətindən və ya nazirlikdən bizə təsəlli olacaq, dərdimizi ovundurmağa çalışacaq bir nəfər belə qapımızı açmayıb.
“Rahimə heç nə omayacaq, inşaallah sağalacaq, səbrli olun” kəlməsini belə bizə çox görürlər. Bundan sonra biz kimə güvənə bilərik, kimə arxayın ola bilərik, kimə sözümüzü deyə bilərik? Rahimi evdən çıxanda o vəziyyətdə yola salmamışdım axı… Ürəyim dayanır, Allaha yalvarıram ki, mənə güc versin, bu dərdə dözə bilim…

Yaralı zabitin həyat yoldaşından prezidentə fəryad dolu müraciət










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Patriot” sistemlərinin tədarükü ilə bağlı Trampın komandasına sorğu vermişik - Zelenski
Bu gün, 18:00
Hesablama Palatası Dövlət Neft Fondunda yoxlama aparıb
Bu gün, 17:56
“ƏDV geri al” kampaniyası başa çatır? - DİQQƏT!
Bu gün, 17:41
Deputatdan İcra başçısının həbsinə REAKSİYA
Bu gün, 17:38
Naxçıvanla bağlı nə baş verir? – İdarəetmədə mühüm yenilik: yeni referendum gözlənir
Bu gün, 17:34
Sayt rəhbərlərinə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 17:25
“A-Group Sığorta Şirkəti”nin rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 17:19
Mərkəzi Bankda yeni təyinat - ƏMR
Bu gün, 17:15
İran İsraillə nə edəcək? - NƏLƏR OLACAQ?
Bu gün, 17:08
Axundun qaçırdığı 17 yaşlı qız DANIŞDI: "Çox xoşbəxtəm" - VİDEO
Bu gün, 17:01
Dilqəm Əsgərovun oğlu: Atam balta ilə məni öldürəcəyini deyir - TƏFƏRRÜAT
Bu gün, 16:59
Aldadılan şəxslər arasında həbsxana rəisi olmuş Həsənov da var – Pulu xidməti otağında veribmiş
Bu gün, 16:57
Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI - BU DA FAKT!
Bu gün, 16:04
72 yaşlı bələdiyyə sədri cəzalandırıldı - Elektron qolbaqla gəzəcək
Bu gün, 15:51
“Sürətin kraliçası” ən həyəcanlı yarışda olacaq - “Azərbaycanda ilk dəfə inanılmaz bir şou sərgiləyəcəm”
Bu gün, 15:47
Gələcəyimizin tərbiyələndirilməsi öz əlimizdə deyilsə... - AKTUAL
Bu gün, 15:45
"Sumqayıt Hospital"ın həkimi Elçin Yaqubovdan şikayət - "Ayaq vətərlərimi kəsib..."
Bu gün, 15:42
Xalq artistinin ruhuna HÖRMƏTSİZLİK: - Əlaqədar qurumlar HARA BAXIR?
Bu gün, 15:37
“Forfinance” BOKT-a lisenziya verilib
Bu gün, 15:26
Zaqatalada TRAGİKOMİK VƏZİYYƏT – Güclü yağış yağsa da, su problemi yaşanır
Bu gün, 15:24
Bir qrup dövlət qulluqçusu təltif edilib - SİYAHI
Bu gün, 15:19
Qax rayonunun icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:15
Bakı Ermənistana ikinci dəfə xilas əlini uzadır: - İrəvan üçün son fürsət!
Bu gün, 15:00
Bəşər Əsədin əmisi oğlu saxlanılıb - TASS
Bu gün, 14:49
Biznesmenlə keçmiş xanımı arasında “uşaq qalmaqalı” - MƏHKƏMƏ
Bu gün, 14:43
Pirallahıdan Allahın da xəbəri yoxdur... - BU NƏDİ BELƏ?
Bu gün, 14:36
İranın vuran əlini “sındırdılar” – “Hizbullah” çaşqın və iflic vəziyyətdə
Bu gün, 14:29
Paşinyan Türkiyə-Azərbaycan münasibətlərindən danışdı - Heç kimə sirr deyil ki...
Bu gün, 14:26
ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq - İran XİN rəhbəri
Bu gün, 14:15
Amerikalı diplomat Azərbaycan-İran sərhədini müşahidə etdi - FOTO
Bu gün, 14:14
Naxçıvanda nazir qayda pozdu: CƏZALANDI - İLGİNC
Bu gün, 14:10
Saatlıda 28 yaşlı oğlan gecə qonşusunun evinə girdi, arvadını yataqdan apardı - TƏFƏRRÜAT
Bu gün, 14:00
Mirzoyan və Kallas Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə ediblər
Bu gün, 13:55
Gədəbəydə də işlər rahat deyil: Mürsəlovun həbs təlaşı... - REALDIR...
Bu gün, 13:53
Paşinyanın Türkiyə səfərinin PƏRDƏARXASI - Nikol Ərdoğanla nələri müzakirə edib?
Bu gün, 13:38
Azərbaycanda yeni dövlət qurumu yaradılır, sədr o olacaq - İDDİA
Bu gün, 13:34
“Bakcell”in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində
Bu gün, 13:27
İsrailin İrana endirdiyi zərbə nəticəsində daha bir nüvə alimi öldürülüb
Bu gün, 13:23
Paşinyan Türkiyəyə bu məqsədlə gedib - Koncoryan
Bu gün, 11:09
Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayıb - DİQQƏT!
Bu gün, 11:06
“Azİnvest İnşaat” şirkətinin ötən il gəlirləri azalıb - HESABAT
Bu gün, 11:05
“A-Group Sığorta Şirkəti”nin İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:03
“Qüsursuz reputasiya” və “dürüstlüyün zirvəsi” - nə deyəsən, necə deyəsən, niyə susasan...
Bu gün, 11:01
“Azərelektroterm”in baş direktoru vəzifədən azad edilir
Bu gün, 10:59
Putindən İrana AÇIQ DƏSTƏK - “Sky News Arabia”
Bu gün, 10:53
Əliuzun məmurların qandallanması – “qaramaskalı”ların qonaq gedəcəyi yerlər çoxdur
Bu gün, 10:52
Bakıda “Nürnberq prosesi”: Yolun harasındayıq? - İNCƏLƏMƏ
Bu gün, 09:17
"Azərbaycan tərəfi bu iki şərt yerinə yetirilmədən heç bir sülhü əsla qəbul etməz" - deputat
Bu gün, 09:15
Jurnalist Ağaddin Babayev vəfat edib
Bu gün, 09:12
EKSPERTLİK MƏRƏZİ... - Əcəb işə düşmüşük...
Bu gün, 09:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru