Ət bahadır... .....                     "Hər iki valideynimin baxıma ehtiyacı var..." .....                     Sənədləşmə gözləyən insanların evlərini itirmək təhlükəsi... .....                     "Səhifəmi bağlayıb, sonra məndən pul istədilər" .....                     Hacı İsmayılın "AA" seriyalı "Land Rover" sürən oğlu cəzalandırıldı .....                     “Məndən başqa 15 nəfər işçinin də pulunu vermirlər” .....                     Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb .....                     Sahibkarları indi də elektron tərəzi ilə soyurlar... .....                     “Həkimlər bizi hədələyir ki, səsini çıxarsan, 2 ildə aldığınız pulları geri ödəyəcəksiniz” .....                     Şirvanda torpaq mübahisəsi zəminində qətl: Cəza ağırlaşdırıldı .....                     Hazırlıq başladı: İsraildə vardı, 38 il sonra Türkiyədə də olacaq .....                     Ağdamda 16 yaşlı qız cinsi zorakılığa məruz qaldı, 4 nəfər həbs olundu .....                     Beyləqanda bu ilin əvvəlində yaradımış şirkətin nizamnamə kapitalından .....                     Onlar son zamanlar 100 milyonluq əmlak satıblar... .....                     Nadir Bayramlı QINADI: .....                     Putin müharibəni genişləndirir, növbəti hədəf Polşadır .....                     14 yaşlı qızla 20 yaşlı oğlan nişanlandı .....                     Azərbaycan Ordusunda praktiki məşğələlər icra olunub .....                     İsrail kəşfiyyatı Qətərdə əməliyyatı bir neçə həftə ərzində planlaşdırmışdı .....                     Ruslar Azərbaycana qarşı YENİ HƏBS DALĞASINA START VERİB... .....                     Qırmızı kitaba düşən heyvanlarla müştəri "cəlb" edilir .....                     Qarabağ Qazisi `Azəriqaz`la çəkişmədə... .....                     Azərbaycanda yeni nazirlik yaradılacaq? .....                     Tovuzda ƏDALƏT AXTARIŞI: məmursansa HAQLISAN? .....                     "Bu qərarı qanunsuz hesab edirəm" .....                     Paşinyan ermənilərdən ÜZR İSTƏDİ... .....                     Azərbaycanda sabiq məktəb direktoruna elektron qolbaq taxıldı .....                     Şimal və cənubdan Azərbaycana heyrətamiz böhtan .....                     Paşinyanın valideynləri: 12 yaşından Nikolu ögey anası böyüdüb .....                     Lavrov Əliyevin məşhur təklifini gündəmə gətirdi .....                     Beynəlxalq Böhran Qrupundan Bakıya sensasion təklif .....                     Rusiyada qanunsuz miqrantlara qoyulan möhlət bu gün bitir .....                     Xankəndidə restoranda müştəriləri təhqir edən şəxs həbs olundu .....                     Fransanın dizayn, konsaltinq və mühəndislik şirkəti .....                     Bir qrup müəllim deputatın direktor bacısından şikayətçidir .....                     Trampın adamları Bakıda: Zəngəzur hazırlığı başladı .....                     Direktor təyinatında İKİLİ STANDART... .....                     Masazırda barınan oliqarx-məmur... .....                     "Uşaq bağçasına yerlər 500 manata satılır" .....                     Zirəddindən şok müharibə .....                 

ERMƏNİ İLƏ AİLƏ QURAN AZƏRBAYCANLI QADININ ETİRAFI
Tarix: 16-08-2012, 12:18 | Çap et
ERMƏNİ İLƏ AİLƏ QURAN AZƏRBAYCANLI QADININ ETİRAFI

TOLERANTLIQ NÜMUNƏSMİ?!

Tolerantlıq mövzusunu işləyərkən məni hər zaman bir sual düşündürüb: “görəsən, cəmiyyət kimlərə qarşı və nə qədər tolerant ola bilər?” Başqa sözlə desək, insan nələrə və kimlərə dözümlü olmalıdır, tolerantlığın sərhədi harada bitir? Axı biz hamıya və hər bir əmələ dözümlülük nümayiş etdirə bilmərik. Bütün bunları götür-qoy edərək yeni bir yazını hazırlayarkən virtual aləmdə təsadüfən bir qadınla tanış oldum. İnternet vasitəsilə mütəmadi olaraq yazışmağa başladıq. Məlum oldu ki, o, bir zamanlar azərbaycanlı ailəsində dünyaya göz açsa da, sonrakı taleyini erməni millətindən olan bir gənclə bağlayıb, onunla ailə qurub, dünyaya övladlar gətirib. Bu addım həmin qadını doğulub boya-başa çatdığı ailəsindən, anasından, qardaşlarından, bacısından ayırıb. O, indi də Dağlıq Qarabağda yaşayır. O Qarabağda ki, minlərlə günahsız azərbaycanlının qanı bahasına ermənilər tərəfindən işğal olunub. Kim bilir, bəlkə də Gülzar həmin ərazilərdə yaşayan yeganə azərbaycanlıdır? Əlbəttə ki, əsirlikdə olan yüzlərlə həmvətənindən fərqli olaraq o, sevdiyi həyat yoldaşının, canının bir parçası olan övladlarının yanındadır, torpağında göz açdığı Qarabağda özü seçdiyi taleyi yaşayır. Bu qisməti heç kim onun əlindən ala bilməz. Lakin bir həqiqət danılmazdır ki, Gülzar ona can verən anasını, həyatının ən şirin anlarını paylaşdığı əzizlərini, bir sözlə, keçmişini itirib. Kim bilir, bəlkə də əbədiyyətə qədər? Maraqlıdır, görəsən, gənclik həvəsinə görə, hətta onun adını məhəbbət qoysaq belə, doğmalarını, uşaqlıq xatirələrini, həmvətənlərini, millətini, adət-ənənələrini, vətənini dəyişməyə dəyərmi? Etiraf edim ki, cümlənin sonunu hisslərimə qapılaraq yazdım. Axı Gülzar vətənini dəyişməyib, Dağlıq Qarabağ tarixən Azərbaycan torpağı olub və nə vaxtsa öz sahibinə qayıdacaq. Hələliksə reallıqla barışmalıyıq. Azərbaycanlı qadın erməni ailəsinin gəlinidir və bizi özünə düşmən bilən ermənilər üçün əsgər böyüdür.

Əziz oxucular, Gülzarın fikirlərini kiçik ixtisar və redaktə ilə sizlərə təqdim edirəm. Onun atdığı addımın tolerantlıq nümunəsi, fədakarlıq, xəyanət, səhv və ya qismət olduğuna siz qərar verin.

- Atam öləndə beş yaşım var idi. Anam Ağdam rayonu Mərzili kəndindən Füzuli rayonunun Qacar kəndində yaşayan nənəmin evinə köçdü. O, hər il üzüm tədarükü mövsümündə Saruşen kolxozunda işləyirdi. Mən də onun yanında olurdum. O vaxtlar milli məsələ yox idi. Hamı bir-birinə qarşı mehriban idi.

On yeddi yaşım olanda mən həmin kolxozda işləyən 27 yaşlı Slaviklə tanış oldum. Birinci gündən hiss elədim ki, məndən xoşu gəlir, amma mən ona fikir vermirdim. O, mənə sevgi məktubları yazır, erməni qızları ilə göndərirdi. Mən heç birini oxumurdum, cırıb atırdım. O isə xəbər göndərirdi ki, nə olursa olsun, mən səni almalıyam. Bir gün qabağımı kəsib mənə eşq elan elədi. Özümü itirdim. Amma onun bu hərəkəti xoşuma gəlmişdi. Yavaş-yavaş ona isinişməyə başladım. Ürəyimdə qorxurdum ki, bizimkilər onu qəbul etməzlər. Çünki başqa millətdən idi. Ona görə də bu məsələni heç kimə danışmırdım. Kimsə anama pıçıldamışdı ki, qızın filankəslə gizli görüşür. Anam məni yanına çağırıb dedi: “Bizdə azərbaycanlı oğlan başqa millətdən qız ala bilər, amma azərbaycanlı qız başqasına gedə bilməz”. Hər şeyi dandım, dedim ki, yalan deyirlər. Anam mənə inandı. Amma biz yenə də Slaviklə xəlvətdə görüşürdük. Belə davam eləyə bilməzdi. Biz sezon qurtaran kimi kəndimizə qayıdırdıq, bir-birimizdən ayrılırdıq. Düzdür, Slavik tez-tez bizim kəndə gəlirdi, amma məni görüb geri qayıdırdı, görüşə bilmirdik.

Bir gün sözləşib Slavikin Stepanakertdə (qeyd: Xankəndidə) yaşayan əmisigilə qaçdıq. Elə bilirdik bizi tapan olmayacaq. Səhəri gün qardaşlarım dostları ilə məni tapıb geri qaytardılar. Slavikin üstünə bıçaq çəkmişdilər ki, məndən əl çəksin.

15 günə qədər anamgil məni evimizdə kilidlədilər, eşiyə buraxmadılar. Hətta döydülər də. Tələb edirdilər ki, Slavikin məni zorla qaçırdığı haqda dilimdən kağız verim. Çox fikirləşdikdən sonra canımı dişimə sıxıb dedim: “yox, istəmirəm ki, onu tutsunlar, mən onu sevirəm”. Bir müddət Slavikdən uzaq düşdüm. Ailəm mənim hər addımıma göz qoyurdu. Slavik bir neçə dəfə məni qaçırmaq istədi, ancaq alınmadı.

Hərdən biz tərəflərə yolu düşəndə mənə zəng vururdu, imkan düşəndə danışırdıq. Sonra məlum hadisələr başladı. Mən Slavikin təklifi ilə evdən qaçdım. O, bu dəfə məni Əsgərana apardı. Çox qorxurdum. Geri qayıda bilməzdim, hara gəldiyimi də bilmirdim. Ara qarışdığından ailəm məni tapa bilmədi.

... İndi dörd uşaq anasıyam - Gennadi, Aşot və Hayk əsgərliyi başa vurublar və ataları ilə Stepanakertdə, Şuşada tikintilərdə işləyirlər. Qızım Vera da böyüyüb. Mən indi anamı yaxşı başa düşürəm. Erməni oğlana qoşulub qaçanda anamın nələr çəkdiyini hiss eləyirəm. Tam səmimiyyətlə deyirəm. Mənim üçün gəlinimin millətinin əhəmiyyəti yoxdur. Təki oğlumla bir-birini sevsinlər. Düzünü deyim ki, gəlinimin birinin azərbaycanlı olduğunu çox istəyərdim, amma bu mümkün deyil. Çünki arada bu qədər qan tökülüb. Bildiyimə görə, Azərbaycanda erməniləri bir nömrəli düşmən gözündə görürlər, onlara işğalçı deyirlər. Amma Rusiyada, başqa ölkələrdə bu gün də beynəlmiləl ailələr qurulur. Mən buna çox sevinirəm. Düzü, istəməzdim ki, öz qızım azərbaycanlıya getsin. Çünki o, erməni qızıdır, deməli, düşməndir. Mən nə dediyimi yaxşı bilirəm. Ancaq Slaviklə ailə qurduğuma görə də peşman deyiləm. Taleyimlə barışmışam. Qonşulardan da narazı ola bilmərəm. Onlar mənim azərbaycanlı olduğumu bilirlər. Çoxları mənimlə məsləhətləşir. Cavan qızlar məndən biş-düz öyrənir. Düzdür, müharibənin qızğın vaxtlarında bizim üçün də çox çətin oldu, tez—tez yerimizi dəyişməli olurduq, amma indi mənə bir acı söz deyən də yoxdur.

İki təzə otaq tikmişik, yavaş-yavaş evi təmir edirik. Hər şey yaxşıdır. Lakin qardaşlarım, bacım və anam üçün çox darıxıram. Mən onları Aşağı Divanallarda qoymuşam. Kiçik qardaşımın Jdanovda (qeyd: Beyləqanda) evi var idi. Bəlkə ordadırlar, bəlkə də Bakıda? Mən onların yerini bilmirəm. Amma onlar bilirlər ki, biz Saruşendə yaşayırıq. Atamın birinci arvadından altı oğlu olmalıdır. Onları tanımıram. Amma doğmalardan iki qardaşım, bir bacım var. Hamısı üçün çox darıxıram. Yaşım artdıqca onları daha çox yada salıram. Gecələr yuxuma girirlər. Hərdən təkliyə çəkilib ağlayıram. Övladın öz yeri var, ananın, bacı-qardaşın yerini isə heç nə ilə əvəz eləmək olmur. Anam iki böyük uşaqlarımı kiçik yaşlarında görüb, o biri oğlumla qızımdan xəbəri yoxdur. Ən çox anam üçün darıxıram. Yerini bilsəydim, quş olub yanına uçardım. İndi lap çox qorxuram. Qorxuram ki, bu dünyada bir daha onların üzünü görə bilməyəcəm. O dünyada isə onlar məni çətin ki, bağışlasınlar.

Son söz əvəzi:

Yazışma zamanı Gülzar mənim jurnalist olduğumu bilib, əzizlərinin adlarını bir-bir sadaladı. O, hərdən fərqinə belə varmadan ermənicə “matağım”, yəni “əzizim” deyə könlümü oxşamağa çalışırdı. Çünki əzizlərini tapacağıma çox inanırdı. Məlum səbəblərdən həmin insanların adlarını çəkməsəm də, araşdırmam davam edir. Ümidvaram ki, o insanlardan heç olmasa biri ilə əlaqə yarada biləcəyəm və bu haqda geniş bir məqalə yazmaq imkanım olacaq. Hələliksə onu qeyd etmək istəyirəm ki, heç kim bu yazıya görə məni qınamağa tələsməsin. Ən azı ona görə ki, həqiqət danılmazdır: qəhrəmanım Dağlıq Qarabağdan olan Azərbaycan vətəndaşı ilə ailə qurub və acılı-şirinli həyat yolunu özü seçib. Azərbaycanda və onun ayrılmaz parçası olan Qarabağda bu cür ailələr az deyil, sadəcə, onlar haqda məqalə yazmaq cəsarət tələb edir.

Odur ki. gəlin fərqli fikirlərə qarşı tolerant olmağı bacaraq. Çünki bizim fikrimiz də kimin üçünsə fərqli görünə bilər.

Könül Aypara

O.M.

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ət bahadır... - Ekspert deyir ki...
Bu gün, 11:44
"Hər iki valideynimin baxıma ehtiyacı var..." - ETİRAZ VAR...
Bu gün, 11:39
Sənədləşmə gözləyən insanların evlərini itirmək təhlükəsi... - Yüzlərlə söküntü barədə qərar çıxarılıb
Bu gün, 11:37
"Səhifəmi bağlayıb, sonra məndən pul istədilər"
Bu gün, 11:25
Hacı İsmayılın "AA" seriyalı "Land Rover" sürən oğlu cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 11:24
“Məndən başqa 15 nəfər işçinin də pulunu vermirlər” - ÖZBAŞINALIQ...
Bu gün, 11:22
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb - TƏFSİLAT
Bu gün, 11:10
Sahibkarları indi də elektron tərəzi ilə soyurlar... - ŞOK FAKTLAR
Bu gün, 11:09
“Həkimlər bizi hədələyir ki, səsini çıxarsan, 2 ildə aldığınız pulları geri ödəyəcəksiniz” - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:05
Şirvanda torpaq mübahisəsi zəminində qətl: Cəza ağırlaşdırıldı – MƏHKƏMƏ
Bu gün, 10:59
Hazırlıq başladı: İsraildə vardı, 38 il sonra Türkiyədə də olacaq – Azərbaycanlılar üçün çağırış
Bu gün, 10:56
Ağdamda 16 yaşlı qız cinsi zorakılığa məruz qaldı, 4 nəfər həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 10:53
Beyləqanda bu ilin əvvəlində yaradımış şirkətin nizamnamə kapitalından - 1 MİLYON MANAT GÖTÜRÜLÜR
Bu gün, 10:49
Onlar son zamanlar 100 milyonluq əmlak satıblar... – İDDİA
Bu gün, 10:44
Nadir Bayramlı QINADI: - “Oxumur, özünü rüsvay edir”
Bu gün, 10:42
Putin müharibəni genişləndirir, növbəti hədəf Polşadır
Bu gün, 10:39
14 yaşlı qızla 20 yaşlı oğlan nişanlandı - Ata həbs edildi
Bu gün, 10:37
Azərbaycan Ordusunda praktiki məşğələlər icra olunub - VİDEO
Bu gün, 10:34
İsrail kəşfiyyatı Qətərdə əməliyyatı bir neçə həftə ərzində planlaşdırmışdı - KİV
Bu gün, 10:31
Ruslar Azərbaycana qarşı YENİ HƏBS DALĞASINA START VERİB... - bu dəfə...
Bu gün, 10:28
Qırmızı kitaba düşən heyvanlarla müştəri "cəlb" edilir - Restoranlarda "trend"ə çevrilən “vəhşilik”...
Bu gün, 10:14
Qarabağ Qazisi `Azəriqaz`la çəkişmədə... - Artıq bir ildir ki...
Bu gün, 10:10
Azərbaycanda yeni nazirlik yaradılacaq? - Görünəni odur ki...
Bu gün, 10:05
Tovuzda ƏDALƏT AXTARIŞI: məmursansa HAQLISAN? - NARAZILIQ VAR...
Bu gün, 10:00
"Bu qərarı qanunsuz hesab edirəm" - VİDEOMÜRACİƏT
Bu gün, 09:41
Paşinyan ermənilərdən ÜZR İSTƏDİ... - BUNA GÖRƏ...
Bu gün, 09:36
Azərbaycanda sabiq məktəb direktoruna elektron qolbaq taxıldı
Bu gün, 09:33
Şimal və cənubdan Azərbaycana heyrətamiz böhtan - AXI NİYƏ?
Bu gün, 09:27
Paşinyanın valideynləri: 12 yaşından Nikolu ögey anası böyüdüb - FOTO
Bu gün, 09:24
Lavrov Əliyevin məşhur təklifini gündəmə gətirdi – “Razıyıq!”
Bu gün, 09:13
Beynəlxalq Böhran Qrupundan Bakıya sensasion təklif - DETALLAR
Bu gün, 09:01
Rusiyada qanunsuz miqrantlara qoyulan möhlət bu gün bitir - KİV
Bu gün, 08:59
Xankəndidə restoranda müştəriləri təhqir edən şəxs həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 08:57
Fransanın dizayn, konsaltinq və mühəndislik şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 08:56
Bir qrup müəllim deputatın direktor bacısından şikayətçidir - "Məktəb ciddi yoxlanılsın..."
Bu gün, 08:53
Trampın adamları Bakıda: Zəngəzur hazırlığı başladı - GƏLİŞMƏ
Bu gün, 08:47
Direktor təyinatında İKİLİ STANDART... - BU NƏDİ BELƏ?
Bu gün, 07:31
Masazırda barınan oliqarx-məmur... - İLGİNC FAKTLAR
Bu gün, 07:26
"Uşaq bağçasına yerlər 500 manata satılır" - NARAZILIQ VAR...
Bu gün, 07:22
Zirəddindən şok müharibə PROQNOZU
Bu gün, 07:18
İnteqrasiya təlimli internat məktəbinin qalmaqallı direktoru yenidən gündəmdə - bu dəfə vergi məsələsinə görə...
Bu gün, 07:16
Bakıda məktəb direktoru qeyri-adi səbəbə görə işdən ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 07:04
Sülhü sabotaj edən səfir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 07:01
Nazirlik yanında İctimai Şura üzvü AYNA-nın qərarına etiraz etdi - "Bu, faktiki olaraq inhisarçılıqdır"
Bu gün, 06:59
"Rusiya Azərbaycanın müstəqil siyasət yeritməsini həzm edə bilmir" - ONA GÖRƏ DƏ...
Bu gün, 06:56
Musiqi məktəblərindən də narazılıq var - Qiymət bahalaşıb, pulu da əvvəlcədən istəyirlər
Bu gün, 06:54
“Qalacaq yer tapmaq imtahandan sonra ikinci stressdir” - AKTUAL
Bu gün, 06:52
“Ermənistanla sülh müqaviləsi imzalanacaq” - Yalnız bunlar olacaqsa...
Bu gün, 06:47
"Hər bayram, hər qələbə artıq başqa dad verəcək"
Bu gün, 06:44
Kreditlərlə bağlı mühüm məsələ – İlin sonuna qədər…
Bu gün, 06:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru