
ONUN SƏHHƏTİNDƏ PROBLEM YARANIB
“Dalğa” Gənclər Hərəkatının (GH) sədri istefa verib. Bu barədə “Qafqazinfo”ya təşkilatdan məlumat daxil olub.
Məlumata görə, bu gün “Dalğa” GH-nin sədri Xanım Yadigarlı istefa verib. Onun istefasının səbəbinin səhhətində yaranmış problemlərlə bağlı olduğu bildirilir.
Qeyd edək ki, X. Yadigarlı təşkilata bu ilin martında sədr seçilib.