Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər .....                     Ermənistanı seçkilər və riskli gələcək gözləyir .....                     “Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının .....                     Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? .....                     60 zəvvarı aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi .....                     AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub .....                     “İki oğlum əlildir, sağlam uşağımı da doğulmamış məhv etdilər” .....                     Kürün daşması ehtimalı yüksəkdir: .....                     "Unibank"a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb .....                     AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     "İrəvan teatrı niyə unudulub?" .....                     “Tofiq Yaqublunun aclıq aksiyasını dayandırmasından ən çox kədərlənən radikal müxalifətdir...” .....                     Tehranda “Dədə Qorqud”un satışına qadağa qoyuldu .....                     Bakıda mozaikaların bərpası davam edir .....                     “Beynəlxalq Bankı"ın rəhbərlərinə bir ildə .....                     “Atəşgah” Sığorta Şirkətində yeni təyinat .....                     "Bu, heç bir qonorar qarşılığında mümkün deyil" .....                     “Dedi ki, donunu qaldır” .....                     DTX-nin həbs etdiyi "Çaqqal"dan XƏBƏR VAR .....                     “Azon zavodu”nun direktoru dəyişib .....                     Xankəndidə daha bir məktəb açılacaq .....                     Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... .....                     “Elm və Təhsil Nazirliyinin “TikTok”da müsabiqə keçirməsini yüksək qiymətləndirirəm” .....                     Elm və Təhsil Nazirliyi milyonluq tenderi Ramiz Mehdiyevə məxsus olduğu bildirilən şirkətə verdi .....                     Bakıda parkinq böhranı… .....                     Azərbaycanda bu universitet .....                     Qanunları pozub cəzasız qalan Samir Mollayev... .....                     Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru məhkəmə zalından həbs edilib .....                     Hindistan faşist zehniyyətli rejimdir .....                     İcra başçısına xanım müavin təyin edilib .....                     "Mehin uşaqdır, öz dünyası var" .....                     Naxçıvanda hərbçilərin maaşından hər ay 200-300 manat tutulur... .....                     Bu hal qanunla NECƏ TƏNZİMLƏNİR? .....                     Kişi cinsi istismar qurbanı oldu .....                     İrəvanda siyasi intriqa qızışır .....                     "Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" .....                     "Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" .....                     "AZAL genişmiqyaslı ESG Strategiyası və Sıfır Emissiya Planı hazırlayır" .....                     Qalmaqallı direktor barəsində hökm dəyişdirildi .....                 

Taksi xidmətində nələr dəyişəcək?
Tarix: 13-11-2015, 13:18 | Çap et
Taksi xidmətində nələr dəyişəcək?
Taksi xidmətlərinin fəaliyyətindən hər zaman sərnişin narazılığı olurdu. Gedişhaqqının düzgün hesablanmaması, yüksək səsli musiqi, sürücülərin siqaret çəkmələri, sərnişinlə kobud davranmaları və s. kimi problemlərdən demək olar ki, bütün sərnişinlər şikayət edirdilər. Son vaxtlar taksilərin fəaliyyəti ilə bağlı bu və digər problemlərin aradan qaldırılması üçün müxtəlif işlər görülməkdədir.

Taksi sürücülərinə lisenziya artıq “ASAN xidmət”də verilir. Eyni zamanda, taksi fəaliyyəti ilə məşğul olmaq üçün qaydalar sərtləşdirilib və s. Bütün bunlar əhaliyə təqdim edilən xidmətin yüksəldilməsi üçündür. Bəs görülən işlər nə dərəcədə effektiv olacaq? Daha dəqiq desək, sərnişinlər nə vaxt bütün taksilərdə yüksək səviyyəli xidmət görəcəklər?

Yeniliklərin müsbət tərəfləri

Sosial Strateji Tədqiqatlar Birliyinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, taksilərin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı nəzərə alınmalı bir çox məqamlar var. Onlardan birincisi xidmətin sxemini qurarkən hansı modelə əsaslanmaqdır. O, qeyd etdi ki, Bakıda bəzi taksi xidmətləri müəyyən qədər normal fəaliyyət göstərirlər. Amma buna baxmayaraq, yenə də problemlər kifayət qədər qalmaqdadır: “Qəbul olunan ən önəmli faktor bütün fərdi taksilərdə, eləcə də taksi fəaliyyəti həyata keçirən şirkətlərin nəqliyyat vasitələrində taksometrlərin quraşdırılmasıdır. Taksometrin olması ilk olaraq istehlakçının aldanmasının qarşısını alacaq. İkincisi, taksi xidmətini həyata keçirənlə sərnişinlər arasındakı gedişhaqqı ilə bağlı olan mübahisələr aradan qalxacaq. Taksometrin göstərdiyinə əsasən istehlakçı pul ödəyəcək. Taksi sürücülərinin xüsusi treninq kurslarından keçməsi məsələsi də gündəmdədir. Sürücülər minimum sərnişini qarşılama və yola salma səviyyəsinə, dil biliklərinə malik olmalıdırlar. Bu da bir növ xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına səbəb olacaq”.

İ.Hüseynli deyir ki, taksilərlə bağlı əhalinin yaşadığı problemlərdən biri də sürücülərin şəhərdəki ünvanları o qədər də yaxşı bilməmələridir: “Bizdə Nəqliyatın İntellektual İdarəetmə Sistemi işə düşüb. Bu, sürücülərin işini asanlaşdırmaq üçündür. Amma Bakı şəhərinin bəzi küçələrində adlar dəyişdirilib. Eyni zamanda Bakının bəzi yerlərində küçələrin GPS vasitəsi ilə tanınmasında problemlər var. Taksi sürücülərinin də şəhərdə ünvan tapmalarında müəyyən problemlər mövcuddur. Bunların aradan qaldırılmsası gündəmdə olan ciddi problemlərdən olmalıdır. Sərnişin gedəcəyi ünvana dəqiq şəkildə və tez bir zamanda çatdırılmalıdır”.

Dəyişikliklərdən biri də sürücünün adı, soyadı, fotoşəkili olan lövhənin sərnişinin görəcəyi bir yerdə olmasıdır. İ.Hüseynlinin sözlərinə görə, səslənişi adi olsa da, bu çox önəmli məsələdir: “Bəzi hallarda taksi xidmətlərində oğurluq hadisəsi baş verir. Yaxud sərnişin çantasını, pulqabını və başqa nəyisə taksidə itirə bilər. Sonradan həmin taksini tapmaq çətin olur. Amma avtomobildə sürücü haqqında məlumatlar göz önündə olsa, o özünü daha məsuliyyətli aparacaq. Əgər sərnişin, şikayət etmək, yaxud sürücü ilə bağlı xoş bir fikrini şirkətə çatdırmaq istəsə, bu mənada da rahat ola bilər. Hələ ki bizdə taksi xidmətindən istifadə mədəniyyəti tam olaraq formalaşmayıb. Xidmətin tezliklə yüksək səviyyədə qurulacağını demək olmaz. İnsanların şüurunda dəyişikliklər getməlidir. Adaptasiya dövrünü yaşamalıyıq”.

Taksometrsiz nəqliyyat vasitəsi taksi olmamalıdır

Avtosfer.az saytının baş redaktoru, nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı bildirdi ki, taksi fəaliyyəti ilə bağlı bir çox məsələlər qanunvericilikdə olsa da, tətbiq edilməyib. Buraya taksometrlər də daxil olmaqla, bir çox məsələlər aiddir: “Lisenziya məsələsini biz son illər görmüşük. Nəqliyyat Nazirliyi bu məsələni qabartmışdı ki, taksi sürücüləri lisenziya əsasında fəaliyyət göstərsinlər. Amma bu məsafəni ölçən qurğu bütün taksilərdə yoxdur. Son vaxtlar xidmət aparan London taksilərində biz bunları gördük. Bəzi şirkətlər də müəyyən taksi xidmətləri yaratdılar və bir neçəsində taksometrlər var idi. Amma qanunvericilikdə birbaşa göstərilir ki, taksometri olmayan nəqliyyat vasitəsini taksi kimi istifadə etmək olmaz. Təəssüf ki, Nəqliyyat Nazirliyi taksometri olmayan avtomobilə taksi fəaliyyəti ilə məşğul olmağa lisenziya verirdi. Bu da sərnişinlərlə sürücülər arasında gedişhaqqı məsələsində problem yaradırdı. Bir ünvana London taksisi bir qiymətə gedir, şəxsi maşın başqa bir qiymətə. London taksilərində sərnişin maşına oturan kimi bir manat hesablayır. Bu da qeyri-müəyyən bir təcrübə idi. Başqa heç bir ölkənin təcrübəsində bu yoxdu”.

E.Muradlının sözlərinə görə, hazırda əhali taksilərin xidmətindən razı deyil: “Xidmətin keyfiyyəti məsələsinə gələndə, inanmıram ki, Azərbaycanda taksidən istifadə edənlərin hamısı xidmətdən razı qalsın. Bu fikri London taksilərinə aid etmirəm. Çünki bu taksilərdə arakəsmə var, sürücü ilə sərnişin o qədər də ünsiyyətdə olmur. Əgər nə isə problem olsa da, sürücü görmür, çünki arakəsmə var. Eləcə də siqaret çəkmək, şiş-şit musiqiləri London taksilərində görməmişəm. Amma bu yaxınlarda fərdi bir taksiyə əyləşmişdim. Meyxanaya yüksək səs verib, heç vecinə də deyil ki, sərnişinin bu musiqidən xoşu gəlməyə bilər. Milli Məclisdə də bu məsələ qaldırıldı. Sürücülər siqaret çəkirlər, hətta sərnişinə də təklif edirlər. Bu cür məsələlər qanunla tənzimlənməlidir”.

Taksi dayanacağı problemli məsələdir

Ekspert deyir ki, sürücü və onun avtomobili lisenziya almaq üçün tələb olunan standartlara cavab verməlidir: “Artıq lisenziyanı “ASAN xidmət” verəcək. Lisenziya almaq üçün tələb olunan kriteriyadan neçə faiz sürücünün keçə biləcəyini dəqiq bilmirik. Avtobuslardakı kimi, taksi sürücüləri arasında da özünü apara bilməyənlər çoxdur. Sərnişinlə davranmağı bacarmırlar. Əksəriyyəti ünvanı tanımır. Bəzən sürücüyə gedəcəyin ünvanı deyəndə soruşur ki, özün tanıyırsansa, izah et, aparım. Hər işsiz adam maşının üstünə “şahmat” qoyub taksi fəaliyyəti ilə məşğul olmamalıdır. İşləmək istyirsə, başqa bir yerdə çalışa bilər. Məsələn, elə işlərdə çalışanlar tanıyıram ki, yüksək maaşları olsa da, axşam işdən sonra taksi fəaliyyəti ilə də məğul olurlar. Yeni standartlar qüvvəyə minəndən sonra bu adamlar sıradan çıxacaq. Həmin şəxslərin daimi iş yeri varsa, taksi fəaliyyəti üçün lisenziya ala bilməyəcək. Bu cür adamlar sıradan çıxsa, normal taksi sürücüləri üçün də müştəri bolluğu olar”.

E.Muradlı taksi dayanacaqları ilə bağlı məsələnin Bakıda problemli olduğunu bildirdi. O deyir ki, taksi dayanacağı olmadığına görə, onlar avtobuslar üçün nəzərdə tutulan yerlərdə saxlamağa məcbur olurlar: “Bakıda taksilər üçün dayanacaqlar sıfır səviyyəsindədir. Muzey Mərkəzinin qarşısında taksi dayanacağı olsa da, təxminən bir ilə yaxındır ki, orada taksilərin dayanmasına yol polisi imkan vermirdi. Bununla bağlı saytda yazdım ki, əgər işarə varsa, niyə icazə vermirlər? Yazıdan sonra indi həmin yerdə deyəsən icazə verirlər. İnsanlarda da taksiyə taksi dayanacağından minmək mədəniyyəti yoxdur. Avtobus dayanacağında dururlar, əgər avtobus gec gəlsə, taksiyə minirlər. Bu qaydaya öyrəşiblər. Türk filmlərində taksi dayanacaqlarını göstərirlər. Bu çox maraqlı bir mənzərə yaradır. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi belə bir açıqlama verdi ki, taksi dayanacaqlarından istifadə edəcəkləri üçün onlardan aylıq 5 manat pul tutacağıq. Əgər dayanacaq yoxdursa, niyə pul alınsın ki? Metroların çıxışında dayanacaqlar olmalıdır. Amma şəxsi maşınların əlindən taksilər dayana bilmir”.

“Hər adam taksi sürücüsü ola bilməz” – düşüncəsi formalaşmalıdır

E.Muradlı deyir ki, əgər taksilərin fəaliyyəti ilə bağlı yeni qəbul olunan qərarlar yeninə yetirilsə, biz yüksək səviyyədə taksi xidmətindən yararlana biləcəyik: “Düzdür, qanun çox gözəldir, amma bunun nə dərəcədə yerinə yetirilməsi çox vacibdir. Elə qanunlar olur ki, icrası illərlə vaxt aparır. Taksi məsələsinin də tezliklə, yüksək səviyyədə olacağına inanmıram. Bunun üçün illərlə vaxt lazımdır. Taksi sürücüləri üçün kurs mütləq olmalıdır. Əgər bu olmasa, ən azından aidiyyatı orqanlar broşürlər hazırlayıb, sürücülərə təqdim etməlidir ki, oxusunlar. Əgər hansısa taksi sürücüsünün mədəniyyəti sərnişinin xoşuna gəlirsə, bəzən illərlə onun xidmətindən istifadə edir. Əksinə, belə də olur ki, qızlar cavan taksi sürücüsünün avtomobilinə minmək istəmirlər. Çünki ya nömrə istəyirlər, ya da şit-şit danışırlar”.

Ekspert onu da bildirdi ki, Türkiyədə bu işin biliciləri var. Bu bir sistemdir və hər adam taksi sürücüsü ola bilmir: “Hər adam taksi sürücüsü ola bilməz” – deyə bir düşüncə formalaşmalıdır. Necə ki hər kəs jurnalist, şair ola bilməz. Təbliğat vasitələrindən istifadə etmək lazımdır. Təkcə qanunun qəbul edilməsi ilə iş həll olunmur. Bir müddət gözləməliyik. İctimai sektorda olanlar da dövlət qurumlarına bu sahədə yardım etməlidirlər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər - AKTUAL
Bu gün, 14:02
Ermənistanı seçkilər və riskli gələcək gözləyir - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
“Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 13:58
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 13:05
60 zəvvarı aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:03
AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub - FOTO
Bu gün, 12:54
“İki oğlum əlildir, sağlam uşağımı da doğulmamış məhv etdilər” - NARAZILIQ VAR...
Bu gün, 12:52
Kürün daşması ehtimalı yüksəkdir: - Qarşısını necə almaq olar?
Bu gün, 12:46
"Unibank"a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb - Vüqar Namazov nəyi düz etmir?
Bu gün, 12:45
AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub - FOTO
Bu gün, 12:40
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:35
"İrəvan teatrı niyə unudulub?" - ETİRAZ
Bu gün, 12:31
“Tofiq Yaqublunun aclıq aksiyasını dayandırmasından ən çox kədərlənən radikal müxalifətdir...” - Zahid Oruc
Bu gün, 12:30
Tehranda “Dədə Qorqud”un satışına qadağa qoyuldu - BAŞLARI QAÇIB...
Bu gün, 12:21
Bakıda mozaikaların bərpası davam edir - FOTO
Bu gün, 12:14
“Beynəlxalq Bankı"ın rəhbərlərinə bir ildə 27 milyon manat ödəniş edilib
Bu gün, 12:11
“Atəşgah” Sığorta Şirkətində yeni təyinat - DOSYE
Bu gün, 12:07
"Bu, heç bir qonorar qarşılığında mümkün deyil"
Bu gün, 12:05
“Dedi ki, donunu qaldır” - Küçədə qadını zorakılıqdan uşaqlar xilas edib
Bu gün, 12:04
DTX-nin həbs etdiyi "Çaqqal"dan XƏBƏR VAR - QƏRAR VERİLDİ
Bu gün, 12:02
“Azon zavodu”nun direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:58
Xankəndidə daha bir məktəb açılacaq
Bu gün, 11:55
Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
Bu gün, 11:52
“Elm və Təhsil Nazirliyinin “TikTok”da müsabiqə keçirməsini yüksək qiymətləndirirəm” - Elman Nəsirov
Bu gün, 11:47
Elm və Təhsil Nazirliyi milyonluq tenderi Ramiz Mehdiyevə məxsus olduğu bildirilən şirkətə verdi - DETALLAR
Bu gün, 11:42
Bakıda parkinq böhranı… - “Azparking”in zəbt etdiyi yollar boşaldılacaq
Bu gün, 11:38
Azərbaycanda bu universitet illik təhsil haqqını ARTIRACAQ
Bu gün, 11:36
Qanunları pozub cəzasız qalan Samir Mollayev... - BELƏ HARA GEDİR?
Bu gün, 11:30
Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru məhkəmə zalından həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 11:19
Hindistan faşist zehniyyətli rejimdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15
İcra başçısına xanım müavin təyin edilib - ƏMR
Bu gün, 11:14
"Mehin uşaqdır, öz dünyası var" - FOTO
Bu gün, 11:03
Naxçıvanda hərbçilərin maaşından hər ay 200-300 manat tutulur... - ETİRAZ VAR...
Bu gün, 10:58
Bu hal qanunla NECƏ TƏNZİMLƏNİR? - Ekspert danışır...
Bu gün, 10:53
Kişi cinsi istismar qurbanı oldu - Azərbaycanda ŞOK
Bu gün, 10:51
İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
Bu gün, 10:32
"Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" - AZAL-ın prezidenti
Bu gün, 10:27
"Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" - AZAL-ın prezidenti
Bu gün, 10:24
"AZAL genişmiqyaslı ESG Strategiyası və Sıfır Emissiya Planı hazırlayır" - Samir Rzayev
Bu gün, 10:22
Qalmaqallı direktor barəsində hökm dəyişdirildi - QƏRAR
Bu gün, 10:12
Siyasi iradədən Zəfərə: XXI əsrin strateji Azərbaycan modeli - İNCƏLƏMƏ
Bu gün, 10:08
Rövşən Rüstəmovun `ŞAN-ŞÖHRƏTİ` sərhədləri aşır... - BU DA FAKT!
Bu gün, 10:05
Paşinyan komandasına əmr verdi – Siyahı hazırlandı, plan işə düşür
Bu gün, 09:56
Putinin silah biznesi çökə bilər - Trampın qarşısına görün hanı seçimi qoydular
Bu gün, 09:53
Azərbaycanın şirniyyat şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:45
Rüşvətə görə işdən qovulan məktəb direktoru həm də seçki komissiyasının sədri imiş... - İLGİNC FAKT
Bu gün, 09:39
Hindistan Azərbaycanı HƏDƏLƏDİ: Cavabı BELƏ VERİLDİ - TƏFƏRRÜAT
Bu gün, 09:32
"Budurmu SOCAR-da İSLAHAT? Budurmu SOCAR-da QƏNAƏT?" - ETİRAZ VAR...
Bu gün, 09:30
Dələduzluq edən “Sukanal” İdarəsinin vəzifəli şəxsi ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:07
“Kəpəz Mehmanxana” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 09:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru