“Baksell” şəbəkə yenilənməsini başa çatdırdı
Tarix: 4-11-2015, 14:44 | Çap et
 Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi “Baksell” şirkəti daha geniş əhatə dairəsi və daha yüksək ötürmə qabiliyyətinə malik ən etibarlı şəbəkə qurmaq üçün şəbəkənin yenilənməsi və unifikasiyası layihəsi çərçivəsində həyata keçirdiyi genişmiqyaslı işlərin başa çatdırıldığını elan edir. Bu layihə Azərbaycanda və ümumiyyətlə, dünya üzrə simsiz rabitə sənayesində indiyə qədər həyata keçirilmiş ən kompleks və mürəkkəb layihələrdən biri hesab edilir. Layihənin həyata keçirilməsində “Baksell” şirkətinin əsas məqsədi abunəçiləri keyfiyyət, sürət və sabitlik baxımından ən üstün təcrübə ilə təmin etməkdir. “Baksell” şirkətinin şəbəkəsi yeni və innovativ xidmətləri daha az istismar xərcləri ilə dəstəkləyəcək. Şirkətin yenilənmiş şəbəkəsi abunəçilərə daha yüksək sürətli (Azərbaycanda mövcud olan mobil şəbəkələr arasında ən yüksək) internet xidməti vasitəsilə HD səs və video kimi innovativ xidmətlər təqdim edəcək. Son 24 ay ərzində şirkət öz mobil rabitə şəbəkəsini müasirləşdirərək xüsusilə rayonlarda 3G baza stansiyalarının sayını 100% artırıb. Bu isə öz növbəsində şəbəkənin ötürücülük qabiliyyətini 72% gücləndirib, 3G şəbəkəsinin əhatə dairəsi əhali üzrə 14%, ərazi üzrə isə 27% genişləndirilib. Bu gün Azərbaycanda ən iri şəbəkəyə malik olan “Baksell” şirkəti 5300-dən çox 2G, 3G və 4G baza stansiyaları sayəsində bütün ölkə ərazisində, o cümlədən ən ucqar ərazilərdə “Baksell” abunəçilərini yüksək keyfiyyətli mobil rabitə xidməti ilə təmin edir. “Baksell” şirkəti üçün bölgələrdə əhatə dairəsinin genişləndirilməsi olduqca vacibdir, buna görə də şirkət tərəfindən xüsusi olaraq kənd yerlərində şəbəkənin əhatə dairəsini genişləndirmək, penetrasiya göstəricilərini və müvafiq müştəri təcrübəsini yüksəltmək üçün nəzərdə tutulmuş 275 3G baza stansiyası quraşdırılıb. Müasirləşdirmə layihəsi çərçivəsində “Baksell” şirkəti 697 2G və 123 3G baza stansiyasının avadanlığını son texnologiyaları dəstəkləyən ən müasir avadanlıqla əvəz edib. Yüksək keyfiyyətli son nəsil data xidmətlərində istifadə olunan yüksək məlumatötürmə qabiliyyətini dəstəkləmək və abunəçilərə 3G DC-HSPA şəbəkəsində 42 Mbps qədər sürət, LTE-A şəbəkəsində isə 225 Mbps qədər sürət təmin etmək məqsədilə radiotezlik spektri ən optimal şəkildə yenidən təşkil və refarminq edilib. “Heç bir şəbəkə abunəçilərini bu dərəcədə yüksək sürət və müfəssəl əhatə dairəsi ilə təmin edə bilmir. Biz xüsusilə 3G və 4G+ üzərindən yüksək sürətli mobil internet dünyası xidmətlərinin əlçatan olması üçün şəbəkəmizi yenilədik. “Baksell” yüksək sürətli internet xidməti vasitəsilə bu xidmətlərin abunəçilərə təqdim olunması üçün daha geniş spektrə malikdir. Daha sadə şəkildə desək, bizim şəbəkəmiz daha sürətli və daha yaxşıdır”,- deyə “Baksell” şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib. “Layihə telekommunikasiya sahəsində aparıcı xidmət təchizatçıları olan “Nokia Solutions and Networks” və “Huawei Technologies” şirkətlərinin texnologiya və qlobal təcrübəsindən istifadə etməklə həyata keçirilib. Biz inanırıq ki, şəbəkə resurslarının unifikasiyası layihəsinin təmin etdiyi daha yaxşı əhatə dairəsi, yüksək ötürmə qabiliyyəti, sabitlik və texnologiyalar “Baksell” abunəçilərinə göstərilən xidmətlərin keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəltməklə bərabər, həm də “Baksell” mobil rabitə şəbəkəsində təklif olunan yeni mütərəqqi xidmətlərin göstərilməsi üçün möhkəm və uyğunlaşa bilən bir baza yaradacaq”,- “Baksell” şirkətinin baş texniki direktoru cənab Yiğit Berktaş bildirib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ və Türkiyə PKK ilə əlaqəli SDF qruplaşmasına 30 gün vaxt verib
Dünən, 18:40 |
|
|
|
• Rusiyaya ZƏRBƏ: Avropa “Rosselxozbank”ın kartlarını blokladı - Azərbaycanda isə işləyir...
Dünən, 18:21 |
|
|
|
• Qarabağdan dünyaya açılan qapı – “Bu üç məkan olmasa, mümkünsüzdür”
Dünən, 18:09 |
|
|
|
• Azərbaycan Baş nazirinin birinci müavininin adından saxta açıqlama yayılıb - AÇIQLAMA
Dünən, 18:01 |
|
|
|
• Dövlət qurumu tibb ehtiyacları üçün 3,7 milyon manat ayırır - TENDERLƏR
Dünən, 17:59 |
|
|
|
• Şuşadan Xankəndiyə: Ata vəsiyyəti yerinə yetirildi - ŞƏRH
Dünən, 17:56 |
|
|
|
• Hikmət Hacıyevin adından Rusiya-Azərbaycan münasibətlərinə dair saxta açıqlama yayılıb - DİQQƏT!
Dünən, 17:45 |
|
|
|
• Universitet 2500, peşə məktəbi 5 min manat: Oxuyan tapılmayacaq - BELƏ HARA GEDİRİK?
Dünən, 17:31 |
|
|
|
• Zəngəzur dəhlizi geosiyasi oyunun mərkəzində: - İran dolayısıyla etiraz edir
Dünən, 17:22 |
|
|
|
• Əliyevin sözləri Avropada əks-səda doğurdu: - Bakıdan dünyanı dəyişdirən QƏRAR
Dünən, 17:16 |
|
|
|
• Putin Rusiya limanlarına gələcək xarici gəmilərlə bağlı qanunu sərtləşdirib
Dünən, 17:09 |
|
|
|
• Naxçıvanda dövlət qurumu 779 minlik yayım avadanlıqlarını bu şirkətdən aldı
Dünən, 16:50 |
|
|
|
• "Həmin müğənnilər "qara siyahı"dadır"
Dünən, 16:48 |
|
|
|
• “Abu Malik” DTX-nin tələsinə necə düşüb? - FOTO
Dünən, 16:42 |
|
|
|
• Doğrudanmı, bizə "hücum mediası" lazımdır?! - AKTUAL
Dünən, 16:36 |
|
|
|
• Anar AYB-dən gedəcək: Yeni sədr kim olacaq? - AKTUAL
Dünən, 16:30 |
|
|
|
• Rusiyadan Azərbaycanla bağlı daha bir hədələyici çağırış: - Viza rejimi tətbiq edilsin
Dünən, 16:26 |
|
|
|
• Prezidentin 4 ay öncə şiddətli töhmət verdiyi sədr 10 manatlıq şirkətə 847 min AZN-lik sifariş verdi
Dünən, 16:22 |
|
|
|
• Trampın regionda hiyləgər gedişi – Bakı və İrəvan üzərindən görün nə edəcək
Dünən, 16:11 |
|
|
|
• Keçmiş sovet respubliklarının işğalı real təhlükədir - Sərdar Cəlaloğlu
Dünən, 16:00 |
|
|
|
• Nazir dostunu sədr müavini təyin etdi - ƏMR
Dünən, 15:43 |
|
|
|
• Sabiq nazir müavini 3 ay sonra bu vəzifəsindən də getdi - Yeni təyinat
Dünən, 15:42 |
|
|
|
• Nicat Rəhimovun səhhətində problem yaranıb
Dünən, 15:35 |
|
|
|
• Moskvadan Gəncəyə gəlməli olan reys qəsdən yubadılır? - "Bizə burada pis rəftar edirlər..."
Dünən, 15:33 |
|
|
|
• İzzət Bağırov buna görə çimərlikdən qorxur
Dünən, 15:30 |
|
|
|
• Bağçalarda təhlükə siqnalı: Özəl müəssisələrdə nə baş verir? – DETALLAR
Dünən, 15:28 |
|
|
|
• Xanım aparıcı metronun mətbuat katibi təyin edildi
Dünən, 15:25 |
|
|
|
• Azərbaycan universitetləri qızıl medalçını qəbul etmir - “Cənab nazir, cavab gözləyirəm!”
Dünən, 15:22 |
|
|
|
• İrəvan Zəngəzur Dəhlizinin inşasına hazırlaşır
Dünən, 15:19 |
|
|
|
• İranda vətəndaşlarımızın telefonları TƏFTİŞ OLUNUB: Bakı İŞƏ QARIŞDI... - "Qanunsuzdusa, onu niyə bauraxırdılar?"
Dünən, 15:13 |
|
|
|
• Bunu osmanlılar belə etməmişdi, 2000 il sonra Paşinyan həyata keçirdi – Simonyan
Dünən, 15:07 |
|
|
|
• İran yığmasının qeyri-adi azərbaycanlı üzvü - Əmin
Dünən, 15:05 |
|
|
|
• 323 saylı baxçada hər uşaq üçün 30 manat pul yığılır? - İTTİHAM VAR...
Dünən, 14:58 |
|
|
|
• Moskva-Bakı münasibətləri özünün çətin dövrünü yaşayır - Kreml
Dünən, 14:50 |
|
|
|
• Əgər Azərbaycan Rusiyaya qarşı məhkəməyə müraciət etmək qərarına gələrsə, qərarları gözləyəcəyik - Peskov
Dünən, 14:47 |
|
|
|
• Bakıda hənbəlilik məzhəbini yaymaq istəyən şəxsə - Bu cəza verildi
Dünən, 14:13 |
|
|
|
• 55 qəpik qiymət, 5 qəpiklik xidmət - 105-də avtobus dəyişdi, problemlər yerində qaldı
Dünən, 14:11 |
|
|
|
• Jurnalist Samir Əlinin anası vəfat etdi
Dünən, 14:08 |
|
|
|
• Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? - AÇIQLAMA
Dünən, 14:01 |
|
|
|
• Ermənistan Azərbaycanla razılaşma əldə edildikdən sonra Sünik vilayətində dəmir yolu tikməyə hazırdır
Dünən, 13:07 |
|
|
|
• “Yol çəkilişinə 5 milyon ayrılacaq, 2 milyonu qazancdır” - Keçmiş sevgilisinə qarşı 400 minlik İDDİA
Dünən, 12:59 |
|
|
|
• “ONLARI DARMADAĞIN ETMƏK LAZIMDIR!” – Kreml təbliğatının növbəti anti-Azərbaycan isterikası başlayıb
Dünən, 12:57 |
|
|
|
• Rusiya ordusunun açdığı atəş nəticəsində iki nəfər ölüb, 15 nəfər yaralanıb - Zelenski
Dünən, 12:52 |
|
|
|
• “Buna görə razılıq vermirəm” – Tanınmış aktrisa seriallara NİYƏ ÇƏKİLMİR?
Dünən, 12:47 |
|
|
|
• Mirşahin Ağayevdən Xankəndidə sensasion AÇIQLAMALAR və CAVABLAR - VİDEO
Dünən, 12:43 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:34 |
|
|
|
• Professor hakim partiyadan istefa verib, `Vəhdət`ə QOŞULDU - AÇIQLAMA
Dünən, 12:26 |
|
|
|
• Ələsgər Məmmədli ilə bağlı qərar verildi
Dünən, 12:23 |
|
|
|
• Kremldən Bakıya qarşı ittiham: Bir aydan sonra “tapdılar” - NƏ BAŞ VERİR?
Dünən, 12:18 |
|
|
|
• Azərbaycanda 3 sığorta agentinin lisenziyası ləğv edilib
Dünən, 12:16 |
|
|
|
|