Zelenski anasına müraciət etdi .....                     Gömrükdəki köhnə iddialar və kölgələr... .....                     İcra başçısı rüşvət alan işçisini BELƏ QORUDU .....                     Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb .....                     Dünya qorxu içində: Hindistan-Pakistan nüvə müharibəsi olacaqmı? .....                     TDT prioritet olsa da, Cənubi Azərbaycan daha vacibdir .....                     "Bu proses hazırda da mərhələli şəkildə davam etdirilir" .....                     "Məni qarşıda ağır xərçəng xəstəliyi gözləyirmiş" .....                     “Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər” .....                     Ermənistanda Azərbaycana qarşı terror aktlarına intensiv hazırlıq gedir .....                     Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü .....                     Hindistan iyulda Ermənistana “Akash” sistemlərinin ikinci partiyasını göndərəcək .....                     Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq .....                     Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq .....                     Paşinyanın gizli müqaviləsi .....                     Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir .....                     “Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” .....                     Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar .....                     Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU .....                     Xanım Qafarovanın anası dünyasını dəyişib .....                     "Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" .....                     Paşinyan üçün 3 kritik ssenari cızıldı .....                     Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi .....                     Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər .....                     Tramp Kəşmir probleminin həllinə çalışacaq .....                     «Gold Residence»lə KİMSƏ BACARMIR? .....                     “Elm ocağı hara, çayxana hara?!” .....                     Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi .....                     “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” .....                     ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... .....                     Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək .....                     Pakistanda 150 uçuş reysi ləğv edildi .....                     "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım" .....                     Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... .....                     “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün .....                     İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür .....                     İnformasiya “fırtınası” .....                     "Hər bir sənət adamı buna fikir verməlidir" .....                     Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA .....                     "Prezident Tofiq Yaqublunu əfv edə bilər" .....                 

Düzgün cihaz – yüksək keyfiyyətli şəbəkə təcrübəsi
Tarix: 24-10-2015, 11:35 | Çap et
Düzgün cihaz – yüksək keyfiyyətli şəbəkə təcrübəsi
Düzgün cihaz – yüksək keyfiyyətli şəbəkə təcrübəsi! Bakcell abunəçiləri üçün faydalı tövsiyələr.

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti öz şəbəkəsində yüksək səviyyəli müştəri təcrübəsini təmin etmək üçün ən qabaqcıl və müasir texnologiyaları dəstəkləyir.

Şirkətdən verilən məlumata görə, yüksək keyfiyyətli mobil internet xidmətlərini təqdim etməklə və öz şəbəkəsini və texniki imkanlarını genişləndirməklə yanaşı, Bakcell şirkəti təqdim etdiyi səs və data xidmətlərindən istifadə edən müştərilərinə daha çox üstünlük verə bilən cihazların funksional imkanlarını da ölçür.

Mobil cihazların Bakcell şirkətinin müştəri təcrübəsinin idarə edilməsi sistemi vasitəsi ilə aparılmış monitorinqi göstərir ki, Bakcell şəbəkəsinin imkan verdiyi texnologiyalardan tam faydalana və yüksək keyfiyyəti hiss edə bilmək üçün abunəçilər funksional imkanları geniş olan keyfiyyətli cihazlardan istifadə etməlidirlər.

Hazırda bazarda qiymətindən asılı olaraq müxtəlif funksional imkanlara və müxtəlif brendlərə məxsus cürbəcür cihazlar təklif olunur. Bakcell öz abunəçilərinin nəzərinə çatdırır ki, düzgün mobil cihaz seçimi onlara Bakcell şəbəkəsində daha yüksək keyfiyyətli səs və data xidməti vəd edir. Aşağıda Bakcell müştəriləri üçün bəzi tövsiyələr yer alır:

Cihaz Bakcell şəbəkəsinin tezlik diapazonlarını dəstəkləməlidir: GSM 900 (Band 8), GSM 1800 (Band 3), UMTS 900 (Band 8), UMTS 2100 (Band 1), LTE 1800 (Band 3).

LTE xidmətlərindən istifadə etmək üçün abunəçi Bakcell Müştəri Xidmətləri Mərkəzindən USIM kartını əldə etməlidir. Rayonlarda 3G şəbəkəsində daha yaxşı keyfiyyətlə istifadə edə bilmək üçün UMTS 900 dəstəklənməsi olduqca vacibdir.

Cihaz Bakcell şəbəkəsinin təmin etdiyi texnologiyaları dəstəkləməlidir: GSM, EDGE, HSPA+, DC-HSPA, LTE, LTE-A (Cat 4, Cat 6), VoLTE. Bakcell xidmətlərinin keyfiyyəti və sürəti cihazın hansı tezlikləri və texnologiyaları dəstəkləyə bilməsindən birbaşa asılıdır. Məsələn, bəzi köhnə cihazlar LTE (və ya hətta 3G) texnologiyasını dəstəkləməyə bilər, bəzi cihazlar isə, hətta yeniləri belə, bu texnologiyanı bəzi məhdudiyyətlərlə qismən dəstəkləyə və yaxud Bakcell şəbəkəsinin işlədiyi tezlik diapazonlarını ümumiyyətlə dəstəkləməyə bilər.

Məşhur brendlərin cihazlarını almaq məsləhət görülür (məsələn, Apple, Sony, Samsung, HTC, LG, Huawei, Nokia, Microsoft, Bakcell və s.), çünki belə cihazlar güclüdür, etibarlıdır və sabit siqnal qəbulunu və şəbəkədə daha yaxşı əhatə olunmanı təmin edən yüksək keyfiyyətli qəbuledici-ötürücü sistemə malikdir. Bakcell Müştəri təcrübəsinin idarə edilməsi bölməsinin məlumatına görə, Apple iPhone 5/5S, 6/ 6 Plus/ 6S/ 6S Plus, Samsung Galaxy S5 / S6 / S6 Edge, Sony Xperia Z3 / Z4 / Z5, HTC One M9, LG G3 / G4 cihazlarından istifadə edən abunəçilər Bakcell şəbəkəsində əhəmiyyətli dərəcədə keyfiyyətli təcrübədən faydalanırlar.

Saxta və ya adsız cihazları almaq məsləhət görülmür (məsələn, EXPLAY, Sunny Alricson, Suny Ericssom, Sully Erison, Konka, Nouka, Nony, Jinpeng və s.). Belə cihazların prosessoru ləng və pis keyfiyyətli, proqram təminatı optimallaşdırılmamış, qəbuledici-ötürücü sistemi isə zəif olur. Bu, pis müştəri təcrübəsinə və şəbəkə keyfiyyətinin pis qavranmasına, habelə siqnal və şəbəkə əhatəsinin tez-tez itməsi nəticəsində abunəçi ilə əlaqənin mümkün olmamasına gətirib çıxarır. Cihazların Bakcell tərəfindən keçirilən sınaq yoxlamaları zamanı müəyyən edilib ki, bu növ cihazlarda istifadəçinin xəbəri olmadan SMS-lər göndərilə bilər ki, bu da pul itkisi ilə nəticələnir. Bundan əlavə, şəbəkənin mərkəzi cihazları idarəetmə sistemi belə cihazları avtomatik olaraq konfiqurasiya edə bilmir.

Bir SİM kartlı cihazlardan istifadə etmək məsləhət görülür. Bir çox hallarda iki, üç, dörd SİM kartlı cihazlarda eyni qəbuledici-ötürücü sistemdən istifadə edilir ki, bu da zənglərin eyni zamanda qəbul edilməsinə imkan vermir, SMS-lərin bir cihaza taxılmış iki müxtəlif SİM karta gəlməsinə səbəb olur. Belə hallarda əlaqə yaratmaq mümkün olmayan, xətti məşğuldur kimi göstərilən, telefonunun batareyası tez tükənən, eləcə də şəbəkə xidmətlərindən və texnologiyalarından istifadəsi məhdudlaşan (adətən, 2G, 3G və LTE şəbəkələrini yalnız bir SİM kart dəstəkləyə bilir, 2-ci, 3-cü və 4-cü SİM kartlar isə yalnız 2G rejimində işləyir) istifadəçinin şəbəkə təcrübəsi pisləşəcək. Şəbəkənin tez-tez dəyişdirilməsi nəticəsində cihazda proqram təminatı xidmətlərinin donması da bir sıra problemlər yaradır.

Cihazın Azərbaycana rəsmi yolla idxal edildiyini və lazımi qaydada qeydiyyata salındığını yoxlamaq tövsiyə olunur, çünki cihazın IMEI məlumatı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Mərkəzi EIR sistemi tərəfindən həmişə yoxlanaraq təsdiq olunur. Abunəçi öz cihazının IMEI nömrəsini ayarlar menyusundan və ya *#06# yığmaqla cihazın qutusuna çap edilmiş kodla müqayisə edib yoxlaya bilər. IMEI kodu bütün mənbələrdə eyni olmalıdır. Əgər IMEI nömrəsi uyğun gəlmirsə, bu, həmin mobil cihazın oğurluq və ya saxta ola bildiyinə dəlalət edə bilər və belə cihaz Bakcell şəbəkəsinə qoşulmaya da bilər.

Abunəçi öz cihazında internet parametrlərinin düzgün konfiqurasiya edildiyinə əmin olmalıdır. Bakcell öz şəbəkəsində işləyən cihazlar üçün zəruri olan internet parametrlərini avtomatik olaraq təmin etmək üçün xüsusi və analoqları arasında ən yaxşı cihazları idarəetmə platformasından istifadə edir. Bundan əlavə, Bakcell SİM kartı yeni cihaza ilk dəfə taxıldığı zaman Bakcell şəbəkəsinin cihazları idarəetmə sistemi həmin cihazda İnternet parametrlərinin avtomatik olaraq qurulmasını təmin edir. Abunəçi Bakcell-dən aldığı konfiqurasiya SMS-də göstərilən məsləhətlərə əməl etməlidir. Bu gün cihazların əksəriyyəti bu funksiyanı dəstəkləyir, lakin bəzi smartfonlarda (məsələn, iOS və Windows Phone sistemi ilə idarə olunan cihazlar) isə abunəçi parametrləri yükləmək üçün SMS-lə göndərilən linkə keçməlidir. Planşet tipli cihazlar SMS-ləri dəstəkləmədiyinə görə APN qurmalarını internet.bakcell.com səhifəsinə əl ilə konfiqurasiya etmək tövsiyə olunur. Həmçinin, nəzərə alınmalıdır ki, bəzi Android cihazlarında konfiqurasiya SMS-ləri telefonun xüsusi qovluğunda saxlanılır.

Köhnə telefonların batareyaları cihazın şəbəkəyə qoşulması üçün potensial olaraq daha yüksək çıxış gücündən istifadə olunması və ya batareyaların köhnəlməsi səbəbindən daha tez tükənir. Bakcell şəbəkəsində daha yüksək data sürətinin dəstəkləndiyinə baxmayaraq, aşağı keyfiyyətli cihazlar öz daxili quruluşuna görə buraxılış qabiliyyətini məhdudlaşdırır və həddən artıq çox qızır ki, bu da daha çox enerji sərfiyyatına, batareyanın tez tükənməsinə və nəticə etibarı ilə pis istifadə təcrübəsinə gətirib çıxarır. Eyni yerdə olan müxtəlif telefonlarda tamamilə müxtəlif əhatə dairəsi və şəbəkə keyfiyyəti qavrayışı müşahidə edilə bilər. Əgər telefon keyfiyyətli telefondursa, hətta aşağı siqnal səviyyəsi ilə də yaxşı data ötürmə sürəti əldə edilə bilər.

Simsiz cihazların funksionallığı artdıqca, bu, cihazın texniki mürəkkəbliyində də əks olunur və beləliklə, cihazların keyfiyyəti xidmətin keyfiyyətini də artırır. Bakcell ümid edir ki, bu tövsiyələr abunəçilərimizə düzgün cihaz seçimində və Bakcell şəbəkəsinin dəstəklədiyi yeni texnologiyalardan faydalanmaqda, sabit və etibarlı bağlantı qurmaqda, güclü siqnal alaraq ən yüksək keyfiyyətli istifadə təcrübəsi əldə etməkdə köməklik göstərəcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zelenski anasına müraciət etdi - “... narahat olma!”
Bu gün, 02:12
Gömrükdəki köhnə iddialar və kölgələr... - Yeni sistem də bir işə yaramırsa...
Bu gün, 01:59
İcra başçısı rüşvət alan işçisini BELƏ QORUDU - TƏFƏRRÜAT
Bu gün, 01:53
Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb - ŞƏRH
Bu gün, 01:48
Dünya qorxu içində: Hindistan-Pakistan nüvə müharibəsi olacaqmı? - AKTUAL
Bu gün, 01:44
TDT prioritet olsa da, Cənubi Azərbaycan daha vacibdir - İNCƏLƏMƏ
Bu gün, 01:42
"Bu proses hazırda da mərhələli şəkildə davam etdirilir" - deputat
Bu gün, 01:38
"Məni qarşıda ağır xərçəng xəstəliyi gözləyirmiş"
Bu gün, 01:32
“Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər”
Dünən, 23:33
Ermənistanda Azərbaycana qarşı terror aktlarına intensiv hazırlıq gedir - VİDEO
Dünən, 23:32
Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü – Azərbaycan qlobal dialoqların yeni ünvanına çevrilir
Dünən, 23:27
Hindistan iyulda Ermənistana “Akash” sistemlərinin ikinci partiyasını göndərəcək
Dünən, 23:24
Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq - Ərdoğan
Dünən, 15:57
Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq - AÇIQLAMA
Dünən, 15:52
Paşinyanın gizli müqaviləsi - Hamilə, uşaq, qoca və əlillər üzərində ÖLÜM SINAĞI
Dünən, 15:00
Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir - FAKT BUDUR!
Dünən, 14:57
“Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” - Əli Ömərov
Dünən, 14:52
Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:52
Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU - “NBC News”
Dünən, 11:49
Xanım Qafarovanın anası dünyasını dəyişib
Dünən, 11:47
"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" - ETİRAZ
Dünən, 11:44
Paşinyan üçün 3 kritik ssenari cızıldı – Yaxın günlərdə…
Dünən, 11:42
Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi - TƏFƏRRÜAT
Dünən, 11:40
Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
Dünən, 11:38
Tramp Kəşmir probleminin həllinə çalışacaq
Dünən, 09:24
«Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Dünən, 09:22
“Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Dünən, 09:10
Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Dünən, 09:01
“Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Dünən, 08:58
ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Dünən, 08:54
Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Dünən, 06:15
Pakistanda 150 uçuş reysi ləğv edildi
Dünən, 06:08
"Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Dünən, 02:48
Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Dünən, 02:45
“Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Dünən, 02:43
İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Dünən, 02:36
İnformasiya “fırtınası” - AKTUAL
Dünən, 02:33
"Hər bir sənət adamı buna fikir verməlidir"
Dünən, 02:30
Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Dünən, 02:23
"Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10-05-2025, 19:08
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
10-05-2025, 19:05
Putin hesab edir ki... - GƏLİŞMƏ
10-05-2025, 16:20
“Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
10-05-2025, 16:16
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
10-05-2025, 15:51
Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
10-05-2025, 15:38
"Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
10-05-2025, 15:16
Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
10-05-2025, 15:07
Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
10-05-2025, 15:05
Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
10-05-2025, 15:02
Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
10-05-2025, 15:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru