“Ukrayna münaqişəsi ilə bağlı fikir ayrılıqları Rusiya və Azərbaycan arasında qarşılıqlı faydalı münasibətləri pozmamalıdır”.
Yeniavaz.com xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
“Biz Azərbaycan rəhbərliyinin Ukrayna ilə bağlı mövqeyindən xəbərdarıq. Bu məsələdə bizim fərqli fikirlərimiz var. Əvvəldən Azərbaycan Prezidenti İlham Əliyev bu mövqedən çıxış edib. Biz əvvəldən bununla razılaşmamışıq”, - Kreml sözçüsü qeyd edib.
O, bu fikir ayrılıqlarının ikitərəfli münasibətlərdə soyuqluğa səbəb olmayacağına ümid etdiyini bildirib.
“Eyni zamanda, biz ümid edirik ki, bu fikir ayrılıqları bizim üçün ikitərəfli münasibətlərdə soyuqluğa səbəb olmayacaq. Və mövcud vəziyyət naminə qarşılıqlı, faydalı maraqları qurban verməyəcəyik”, - Rusiya liderinin mətbuat katibi yekunlaşdırıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 3-cü Qlobal Şuşa Forumunda ukraynalı jurnalist Dmitri Qordonun sualını cavablayarkən onlara işğalla barışmamağı tövsiyə etmişdi.