İran elitası silkələnir: Pezeşkian istefa verir? .....                     Qanuna tabe olub, qanunsuzluqla üzləşən vətəndaş problemi necə həll edə bilər? .....                     İrəvanda Qarabağ mübahisəsi: yenidən günahkar axtarışında .....                     DSMF ödənişi və minimum pensiya kapitalı artır: Bu zərərli qanunlar ləğv edilsin... .....                     Zəngəzur dəhlizi ilə bağlı müzakirələr davam edir .....                     5 dəqiqəyə 20 minin xərclənməsi... .....                     Azərbaycan da `D-8` üçün ASAN YEM DEYİL... .....                     Deputat: “ABŞ səfirliyinin qərəzli fikirləri diplomatiyaya ziddir” .....                     Minimum əməkhaqqı ARTIRILDI .....                     Azərbaycan üzən məzənnə rejiminə KEÇİR? .....                     "Ziraat Bank Azərbaycan" ASC-nin Müşahidə Şurasına müstəqil üzv təyin edilib .....                     “Serdar Ortac canlı yayında məni dinləyib ağladı” .....                     Bundan sonra utanıb siçan deşiyinə girsinlər .....                     Fransanın yerini hansı dövlət tutub? .....                     Söyüş, əxlaqsızlıq, narkotikin təbliği: Azərbaycanda TikTok bağlanacaq? .....                     Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-yə 20 milyon manat ayrılıb .....                     Azərbaycanın Belarusdakı hərbi attaşelik aparatının nümayəndələri .....                     Rusiyadan qaçaq düşən `AST Telman`ın Bakıdakı şirkəti... .....                     1 milyon manatı qanunsuz yolla leqallaşdıranların məhkəməsi başladı .....                     Çalışdığım müddətdə hər rüb 10 min manat paket almışam .....                     Xaos davam edir: .....                     Nazir müavininin sənəd saxtakarlığı üzə çıxdı .....                     Nazirin sertifikat alverçilərindən xəbəri olmayıb? .....                     Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI .....                     Bəxtiyar Hacıyev “Qərbi Azərbaycan” İcmasına müraciət edib .....                     General bu xanımı idarə rəisi təyin etdi .....                     Ramil Usubovun ailəsində xoş gün .....                     Kommunal xətlər keçən ərazidə tikilən evlərlə bağlı BƏD XƏBƏR .....                     “Mənə pul xərcləyən adamı tapsanız...” .....                     “Heç bilmirəm “xalq artisti” adını necə alırlar, onlar mənim qədər sevilmirlər” .....                     Suriyanın müxalif qrupları dağılmaq və müdafiə nazirliyi altında birləşmək barədə razılığa gəlib .....                     “Əlil olduğum üçün banklar mənə kredit vermir, halbuki həmin bankdan əməkhaqqı alıram” .....                     Azərbaycan Quru Qoşunları komandanı türkiyəli həmkarı ilə görüşüb .....                     Mərkəzin direktoru təqaüdə GÖNDƏRİLDİ .....                     Ət kağız üstündə artır, bəs bazarda? .....                     İsrail Pezeşkianın istefasını gözləyir .....                     Ən çox sığorta haqqı toplayan .....                     Bir düz bütün səhvləri aparır: Zəngəzur həqiqətləri, İrəvan nağılları .....                     Banklar tərəfindən təqdim olunan ən yüksək əmanət faziləri .....                     Yeni il şənliyi bizə neçəyə başa gələcək? .....                 

Bəxtiyar Əliyev zəmanənin damarını tutaraq bəxtiyar olub... - İlginc iddialar
Tarix: 9-10-2015, 11:46 | Çap et
Bəxtiyar Əliyev zəmanənin damarını tutaraq bəxtiyar olub...
118 saylı Ağdam şəhər seçki dairəsinin deputatı Bəxtiyar Əliyev eyni zamanda AMEA-nın müxbir üzvü, Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri vəzifəsində də çalışır

Bununla da onun da iki vəzifə tutmaqla qanunlara riayət etmədiyini görürük. Milli Məclisinin Elm və təhsil komitəsinin sədr müavinidir. Qeyd edək ki, o 3 dəfə Milli Məclisə seçilib.

Azərbaycan İnformasiya Agentliyinin 3 sentyabr 2015 tarixli məqaləsində yazdığı iddiaya görə Bəxtiyar Əliyev millət vəkilliyindən əlavə saxta diplom satmaqla da yadda qalıb. O Sankt-Peterburq Xarici Əlaqələr, Hüquq və İqtisadiyyat Universitetinin Bakı filialını yaradıb, bu müddət ərzində 7 minə yaxın tələbəyə saxta diplom satıb. Ağdam sakinləri ilə söhbət zamanı məlum olub ki, onlar Bəxtiyar Əliyevin yalnız adını eşidib və bir də şəkilini görüblər. Bəxtiyar Əliyev hətta seçkilər zamanı belə Ağdam camaatı ilə heç bir görüş keçirməyib. Bəxtiyar Əliyevin Ağdamda tanıdığı yer Ağdam rayon icra hakimiyyəti, tanıdığı ağdamlılar isə rayonun icra başçısı və digər vəzifəli şəxsləridir.

Azərinfo.org xəbər verir ki, 2010-cu il parlament seçkiləri zamanı baş verən bir hadisə isə artıq ağdamlılar arasında lətifəyə çevrilib. Ağdamdan deputatlığa namizəd olan Bəxtiyar Əliyev Çəmənli kəndinə gəlib seçicilərlə görüş keçirmək istəyib. Kəndin ağsaqqalları ondan soruşurlar ki, bəs siz kimsiniz? Bəxtiyar Əliyev cavab verir ki, ötən seçkilərdə Ağdamdan deputat seçilmişəm və bu dəfə də yenidən Ağdamdan namizədliyimi vermişəm. Ağsaqqallar kəndin cavanlarına işarə edirlər və kəndin cavanları deputatı daşa basırlar. Bəxtiyar Əliyev maşınına minir, bir xeyli uzaqlaşır, sonra yenidən maşını geri sürdürüb pəncərədən başını çıxardaraq deyir ki, “Baxarsınız, sizin acığınıza hər il Ağdamdan deputat seçiləcəm!”.

Ölkə.Az-ın Ağdam rayon sakinləri ilə keçirdiyi sorğu zamanı sakinlərin Bəxtiyar Əliyev haqqında fikirləri ilə də tanış olaq: “Deputatımızı tanımıram, gəlmir, getmir, camaatla maraqlanmır”, “Deputatımızı ancaq televizorda görmüşük. Millət vəkilləri seçkilər zamanı gəlir, sonra bir də üzünü növbəti seçkilərə qədər görmürük. Gəlib maraqlanmır seçiciləri ilə”, “Deputatımızı tanımıram, tanımaq belə istəmirəm”. Yenilik.az internet qəzeti 11 avqust 2015 tarixli yazısında qeyd edirdi ki, vaxtı ilə ölkə miqyasında ən çox saxta diplom satanlardan biri olan Bəxtiyar Əliyev həmçinin tələbə köçürülmələriinin də «xaç atalarından” hesab olunur. Sayt onu da vurğulayır ki, millət vəkilinin vətəndaşlara verdiyi diplomlar təhsil nazirliyinin diplom bankında qeydiyyata oturmayıb və həmin diplomlar saxta sayılır. Sayt mənbənin iddiasına əsasən bildirib ki, Təhsil Nazirliyi bir çox rayonlarda, xüsusən Qarabağ rayonlarında müəllim işləyən xeyli şəxslərin diplomlarını yoxlayan zaman xeyli sayda diplom saxta çıxıb. Saxta çıxan diplomların çox hissəsi isə Bəxtiyar Əliyevin “məzunları” olub. Cumhuriyyet.az 18 may 2015-ci il tarixli məqaləsində millət vəkilinin yol hərəkəti qaydalarına əməl etmədiyi də vurğulanıb. Belə ki, sayt bildirib ki, millət vəkilinin avtomobili AzNeft meydanında yol polisi tərəfindən saxlanılaraq, Bəxtiyar Əliyevin hədə-qorxularına baxmayaraq, cərimə meydançasına aparılıb.

Saytın yazdığına görə BDU-nun Psixologiya kafedrasının müdirindən burada çalışan bəzi müəllimlər də narazıdır. Bildirilir ki, tanınmış psixoloqlardan Rövşən Cavadov, Mirələm Vəliyev, İmdad Bayramov, Azər Mustafayev bu qənaətdədirlər ki, Bəxtiyar Əliyev öz deputat, Elmi Şura sədri, müxtəlif dövlət komissiyalarına üzvü olmaq və digər onlarla dövləti səlahiyyətləri ilə Azərbaycan elmində islahatlara ciddi əngəl törədir, ambisiyalı xarakteri ilə ona rəqib ola biləcək hər kəsə əlindəki səlahiyyətlərlə təsir göstərərək elmdən uzaqlaşdırır, buna görə də rəqabəti boğaraq bu sahədə monopoliya yaradıb, bütün layihələri və vəzifələri öz əlinə alır. Bəxtiyar Əliyev məqsədli şəkildə o adamların “elmi” işini müdafiəyə buraxır, hansıların ki, nə özü bu sahəyə aid adam deyil, nə də işi heç yerdə lazım olası deyil. Əksinə, istedadlı gəncləri beşiyindəcə boğmaq üçün Bəxtiyar Əliyev BDU-da imtahan komissiyasının üzvü, AAK-da Şura sədri, Milli Məclisdə Elm-Təhsil komissiyasının sədr müavini olmaq kimi səlahiyyətlərindən tam qüvvəsi ilə istifadə edir. Məsələ o qədər kəskin xarakter alıb ki, hətta BDU rəhbərliyi bu problem həll etmək üçün xüsusi komissiya da yaradıb və komissiya da, kafedra əməkdaşlarının iddiasının doğruluğu qənaətinə gəlib. Mətbuatın yazdığına görə, 7 illik fəaliyyəti müddətində bu yalançı “universitet”in 2 min (bəziləri hətta 7 min) “tələbə” qəbul edib başqa universitetlərə ötürməklə yanaşı, həmin məzunların yalançı diplomunun statusunu daha da qaldırmaq üçün onların bir çoxunu, öz kurasiyasında olan Elmi Şuralar vasitəsilə elmi iş müdafiəsinə buraxdırıb. Mətbuat, Bəxtiyar Əliyevin 1989-cu ildə fəlsəfə sahəsində müdafiə etdiyi “Межнациональное общение как объект социально-психологического анализа” namizədlik dissertasiyasının plagiat olmasını və ermənilərlə qardaşlığın əhəmiyyətinə həsr olunduğunu, ona görə də indi heç kimin əlinə düşməməsi üçün bütün tədbirləri görüb, kitabxanalardan yığışdırtdırdığı, gizlədildiyini də yazıb. Bu dissertasiyanın çox hissəsinin müəllifliyi göstərilmədən onunkundan 5 il əvvəl müdafiə olunmuş Проскурнин Дмитрий Тимофеевич: “Межнациональное общение как объект социально-философского анализа” dissertasiyasından köçürmə olduğunu deyirlər. Öz ətrafında toxunulmazlıq aurası yaratmaq üçün Bəxtiyar Əliyev hər yerdə bəyan edir ki, guya cavanlıqda Moskvada ölkə prezidenti cənab İlham Əliyevlə bir universitetdə təhsil alıb, onunla tələbə yoldaşı olub, və indi də onun dəstəyi ilə bu zirvələrə qalxıb. Bəxtiyar Əliyevin bir vaxtlar Ayaz Mütəllibovun müdafiəsi üçün yaradılmış “Nicat” cəmiyyətinin sədr müavini, cəmiyyətin sədri Famil Mehdi istefaya gedəndən sonra isə, sədr olduğu məlumdur. Cəmiyyətin Heydər Əliyev əleyhinə aktiv fəaliyyət apaması səbəbindən dağıldığı da məlumdur.

Sayt alimlərdən bir qrupuna istinadən ehtimal edir ki, Rusiya bütün postsosialist məkanında aktivləşməsi fonunda “Nicat”çılarda xüsusi aktivləşərək, təşkilatlanmağa başlayıblar. Ehtimal olunur ki, son günlər Rusiyaya səfərlərin intensivləşməsi fonunda Bəxtiyar Əliyev orada şübhəli görüşlər keçirib. Deputat bir sıra komissiyanın üzvü olduğu 15 il ərzində ona aidiyyətli heç bir qanun hazırlanıb, ortaya qoymayıb. Bəxtiyar Əliyevin adıgedən saxta İnstitutuna, qəbul olunan “tələbə”lərin sayını ən azı 2 min hesab etsək və hər bir “tələbənin” qəbulundan B.Əliyevə 1000 manat mənfəət qalsa bu, orta hesabla 2 milyon manat deməkdir. Saxta müdafiələrin qiymətinin isə 10-25 min manat olduğunu nəzərə alsaq, həmçinin buraya B.Əliyevin “biznesmen fəaliyyətini” də əlavə etsək, onun ölkədə ən zəngin adamlardan biri olduğuna heç bir şübhə qalmır. Tanınmış tarixçi-alim C.Həsənli «Azadlıq» qəzetinin 14.04.2012 tarixli sayında özünün “Donqili akademiklərlə” elmi inkişaf etdirmək cəhdi özünü aldatmaqdır” adlı məqaləsində Bəxtiyar Əliyev haqqında bunları yazmışdı:
«…Əlbəttə mən müxtəlif mülahizələrə görə ad çəkmək istəmirdim, amma İsa Həbibbəylidə aydınlıq yaransın deyə o təsadüfü adamları açıqlamaq istəyirəm. Bunlardan biri Ramiz Mehdiyevə göstərdiyi müxtəlif xidmətlər müqabilində müxbir üzv seçilmiş Bəxtiyar Əliyevdir.

Akademiyanın təcrübəli bir həqiqi üzvü kimi, eyni zamanda həmin seçkilərdə say komissiyasının üzvü olmuş bir alim kimi bəlkə İsa Həbibbəyli desin ki, Bəxtiyar Əliyevin elmə töhfə verən hansısa kitabını, əsərini, məqaləsini və sair oxuyub. Orta səviyyəli, elmdə elə bir diqqətəlayiq nəticələri olmayan Bəxtiyar Əliyevi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçmək akademik əxlaqsızlıq idi”. Tanınmış filosof-alim, Ali məktəblərdə “Məntiq” dərsliyinin müəllifi olan Mahir İsrafilov “Təzadlar” qəzetinin 16.01.2014 sayında dərc etdirdiyi məqaləsində onun barədə yazmışdı:

“Dramatizm ondadır ki, AMEA-nın seçkilərində müxbir üzvlüyünə fəlsəfədən anlayışı, bir səhifəlik məqaləsi olmayan Bəxtiyar Əliyev kimi adamlar seçilir, ömrünü-gününü fəlsəfi problemlərin işlənməsinə, gələcəyinə həsr etmiş və 25 kitabın müəllifi olan rəhmətlik Y.Rüstəmov, 38 samballı monoqrafiyanın müəllifi Ə.Məmmədov, C.Mustafayev, Y.Rüstəmov, fəlsəfi elmlərin usdadı adlandırdığımız rəhmətlik C.Əhmədli kimi bu qəbildən olan alimlərimiz kölgədə qalır. Elmdə “fərdi foton” alayışının olmadığını qanmayan “mənəviyyat” anlayışına tərif verə bilməyən, onun atributlarını qarışıq salan Bəxtiyar Əliyev kimi adamları sabah akademik də seçə bilərlər. Belə olan halda, “milli elm”, “milli kitab”, “milli dərslik” və bu kimi anlayışlara necə tərif verək? Demokratiya.info saytına açıqlama verən Ağdam rayonu sakini, məcburi köçkün, təqaüdçü müəllim Nuşirəvan Aslanov da B. Əliyev kimi deputatları olmasından qürur hissi keçirə bilmədiyini söyləyib: “Bizim Ağdam rayonunu Milli Məclisdə təmsil edən iki deputatımız var. Bəxtiyar Sadıqov və Bəxtiyar Əliyev… Onlar aşırma şalvar geyinəndən ta bu günə kimi, rayonumuzu orada təmsil edirlər. Bəs bizim o deputatlar orda nə edirlər? Bizneslə məşğuldurlar, alverlə məşğuldurlar, nəylə məşğuldurlar? Mən şəxsən Ağdam rayon sakinləri adından təklif edirəm ki, qarşıdan gələn 2015-ci ildə Milli Məclisə keçiriləcək seçkilərdə iştirakdan imtina edək. Çünki biz 20 ildir ki, deputatlarımızın fəaliyyətini görmürük, heç onları tanımırıq. Əhalinin də böyük əksəriyyəti öz deputatını tanımır. Mən Ağdam tərəfindən belə adamların deputat seçilməsinə bir vətəndaş kimi öz etirazımı bildirirəm”.

GRU.TV Təzadlar qəzetinə istinadən yazıb ki, son 5-6 ildə BDU xətti ilə dissertasiya müdafiə etmiş şəxslərin demək olar ki, 70%-nin ixtisası qeyri-psixologiya sahəsi olan imkanlı şəxslərdir.Məsələn, bir neçə il öncə həbs olunana qədər B.Əliyevin kafedrasının müəlliməsi olmuş və psixologiya üzrə elmi iş müdafiə etmiş sabiq deputat Gülər Əhmədova ixtisasca riyaziyyatçıdır. Hətta onlar arasında çoxsaylı İran vətəndaşlarının olduğu da söylənilir. O da qeyd olunur ki, İctimai televiziyanın sabiq direktoru İsmayıl Ömərovun qızı Füruzə Səmədovanın müdafiə işi Bəxtiyar Əliyevin himayəsi ilə bütün mərhələləri uğurla keçib. amma plagiat olduğu üçün Ali Attestasiya Komissiyasından geri qaytarılıb. Azpolitika 5 may 2014 Mənbə başqa bir maraqlı məlumatı da diqqətə çatdırır: Belə ki, məlumata görə teleaparıcı, hazırda məhkum olunan İlham Mirzəyevin “Çaşıoğlu” nəşriyyatında 2011-ci ildə çap olunmuş “Ailənin sosial psixologiyası” kitabının elmi redaktoru Bəxtiyar Həmzə oğlu Əliyevdir. Göründüyü kimi, Bəxtiyar Əliyevin İlham Mirzəyevin psixologiya elminə “gəlməsində” müstəsna rolu olub.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran elitası silkələnir: Pezeşkian istefa verir? – Son durum
Bu gün, 06:22
Qanuna tabe olub, qanunsuzluqla üzləşən vətəndaş problemi necə həll edə bilər? - NƏ ETMƏLİ?
Bu gün, 00:14
İrəvanda Qarabağ mübahisəsi: yenidən günahkar axtarışında - GƏLİŞMƏ
Bu gün, 00:11
DSMF ödənişi və minimum pensiya kapitalı artır: Bu zərərli qanunlar ləğv edilsin... - ÇAĞIRIŞ
Dünən, 23:27
Zəngəzur dəhlizi ilə bağlı müzakirələr davam edir - Uraloğlu
Dünən, 23:24
5 dəqiqəyə 20 minin xərclənməsi... - “TikTok”da çirkli pullar necə yuyulur?
Dünən, 20:27
Azərbaycan da `D-8` üçün ASAN YEM DEYİL... - FAKT BUDUR!
Dünən, 19:00
Deputat: “ABŞ səfirliyinin qərəzli fikirləri diplomatiyaya ziddir”
Dünən, 18:58
Minimum əməkhaqqı ARTIRILDI - "1000 manat da ola bilər amma..."
Dünən, 18:05
Azərbaycan üzən məzənnə rejiminə KEÇİR? - Dolların kursu və manatın məzənnəsi isə...
Dünən, 18:00
"Ziraat Bank Azərbaycan" ASC-nin Müşahidə Şurasına müstəqil üzv təyin edilib
Dünən, 17:58
“Serdar Ortac canlı yayında məni dinləyib ağladı” - VİDEO
Dünən, 17:16
Bundan sonra utanıb siçan deşiyinə girsinlər – Fürsətdir!
Dünən, 17:09
Fransanın yerini hansı dövlət tutub? - İNCƏLƏMƏ
Dünən, 17:04
Söyüş, əxlaqsızlıq, narkotikin təbliği: Azərbaycanda TikTok bağlanacaq? - NƏ ETMƏLİ?
Dünən, 17:02
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-yə 20 milyon manat ayrılıb - SƏRƏNCAM
Dünən, 16:58
Azərbaycanın Belarusdakı hərbi attaşelik aparatının nümayəndələri Polotsk Kadet Məktəbində olub
Dünən, 16:56
Rusiyadan qaçaq düşən `AST Telman`ın Bakıdakı şirkəti... CƏRİMƏLƏNDİ!
Dünən, 16:54
1 milyon manatı qanunsuz yolla leqallaşdıranların məhkəməsi başladı - TƏFƏRRÜAT
Dünən, 16:46
Çalışdığım müddətdə hər rüb 10 min manat paket almışam - Naxçıvan Səfərbərlik xidmətinin həbsdə olan sabiq rəisi
Dünən, 16:40
Xaos davam edir: - "Müharibələr ssenarisinə hazır olmalıyıq"
Dünən, 16:29
Nazir müavininin sənəd saxtakarlığı üzə çıxdı - İLGİNC...
Dünən, 16:25
Nazirin sertifikat alverçilərindən xəbəri olmayıb? - AKTUAL
Dünən, 16:00
Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI – 8 saat cərrahiyyə stolunda qaldım, sinəm kiçilmədi!
Dünən, 15:55
Bəxtiyar Hacıyev “Qərbi Azərbaycan” İcmasına müraciət edib - SƏBƏB
Dünən, 15:52
General bu xanımı idarə rəisi təyin etdi - FOTO
Dünən, 15:51
Ramil Usubovun ailəsində xoş gün
Dünən, 15:49
Kommunal xətlər keçən ərazidə tikilən evlərlə bağlı BƏD XƏBƏR - Söküləcək və kompensasiya VERİLMƏYƏCƏK?
Dünən, 15:46
“Mənə pul xərcləyən adamı tapsanız...” – Nazilədən SƏS-KÜYLÜ VİDEOMÜSAHİBƏ
Dünən, 15:44
“Heç bilmirəm “xalq artisti” adını necə alırlar, onlar mənim qədər sevilmirlər” - ETİRAZ
Dünən, 15:42
Suriyanın müxalif qrupları dağılmaq və müdafiə nazirliyi altında birləşmək barədə razılığa gəlib - Suriyanın yeni administrasiyası
Dünən, 15:40
“Əlil olduğum üçün banklar mənə kredit vermir, halbuki həmin bankdan əməkhaqqı alıram” - BU NƏDİ BELƏ?..
Dünən, 15:36
Azərbaycan Quru Qoşunları komandanı türkiyəli həmkarı ilə görüşüb
Dünən, 15:19
Mərkəzin direktoru təqaüdə GÖNDƏRİLDİ - FOTO
Dünən, 15:18
Ət kağız üstündə artır, bəs bazarda? - ŞƏRH
Dünən, 15:14
İsrail Pezeşkianın istefasını gözləyir – “Keyhan”
Dünən, 15:13
Ən çox sığorta haqqı toplayan - 6 ŞİRKƏT
Dünən, 15:09
Bir düz bütün səhvləri aparır: Zəngəzur həqiqətləri, İrəvan nağılları - GƏLİŞMƏ
Dünən, 15:07
Banklar tərəfindən təqdim olunan ən yüksək əmanət faziləri – Tam siyahı
Dünən, 15:05
Yeni il şənliyi bizə neçəyə başa gələcək? - 500 manata MENYU
Dünən, 15:02
Tiktokerlərə hansı cəza verilə bilər? - Vəkildən AÇIQLAMA
Dünən, 14:59
Tahir Qədəşov 2025-ci ildə hakim qarşısında dayanacaq - 14 milyonluq dələduzluq işi
Dünən, 14:58
Onları ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir - Başqa cür ola da bilməz...
Dünən, 14:00
"Yalan məlumatı ayırd etmək və medianın təsirini anlamaq dezinformasiyaya qarşı mübarizədə effektiv üsuldur"
Dünən, 13:58
Professordan tiktokerlərin həbsinə reaksiya: - Yolverilməzdir!
Dünən, 13:28
SOCAR bölgələrdə yanacaq çatışmazlığına münasibət bildirib - AÇIQLAMA
Dünən, 13:07
Zərifin sözlərini CİDDİYƏ ALAQMI? - İNCƏLƏMƏ
Dünən, 13:05
Suriya İran üçün hava məkanını bağladı – Tehrandan cavab
Dünən, 13:02
"Paysis" MMC-nin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib
Dünən, 13:00
Ermənistan ABŞ-dan sabiq müdafiə nazirinin malikanəsinə həbs qoyulmasını istəyib
Dünən, 12:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru