“Bu, baş versə idi, Ermənistan olmayacaqdı” .....                     Xaricdə yaşayan Sevinc Osmanqızı, Abid Qafarov və Beydulla Manafov Baş Prokurorluğa çağırılıblar .....                     Xarici borcumuz silah alışı hesabına artıb .....                     Xalqımızın tarixlər boyu unutmayacaq o fəxarətli cümlə... .....                     Azərbaycan kinosu: film çəkməyə doğrudanmı pul yoxdur? .....                     Şərurlu İsfəndiyardan ölkəni tərk etmək istəməsi ilə bağlı iddialara .....                     Şabranın icra başçısı 2 yerli sakini məhkəməyə verdi .....                     “Düşdü qəzetlər hörmətdən...” .....                     “Mahnılarımı oğurlayıb oxuyurlar, mənimsəyirlər” .....                     8 saatlıq iş vaxtı necə olacaq və maaşlara nə qədər ƏLAVƏ OLUNACAQ? .....                     Ermənistan TŞ-nin katibi Cənubi Kiprə səfər edəcək .....                     Fuad Nəcəfov Naxçıvanı eləcə... sakitcə... TƏRK EDƏ BİLƏCƏKMİ? .....                     Nazirin BÖYÜK-KİÇİK SÖHBƏTİ... .....                     İsa Qəmbər - Etibar Məmmədov razılaşması: Onu kim necə pozdu? .....                     Azərbaycanda məmur həbsi niyə toy-bayrama çevrilir... .....                     “Kiyev Rusiyanın milyardlarını gözləyir” .....                     Bu dəfə də Elman Nəsirovun oğlu... .....                     Ramiz Mehdiyevə görə hədəfə çevrildilər .....                     Bu Paşinyanın mənəvi prinsiplərə verdiyi önəmi göstərir .....                     Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil .....                     “Məni əxlaqsız kimi tanıtmaq istədi” .....                     Hərbi prokurora böyük köməkçi təyin edildi .....                     Paşinyan– Köçəryan insidenti .....                     Şahin Bağırov PLANI DOLDURA BİLMİR... .....                     Ermənistanda 10-a yaxın din xadimi istintaqa çağırılıb .....                     Bir çox ağır cinayətlərdə ittiham edilən şəxsə hökm oxunub .....                     Mədəniyyət Nazirliyi 248 min manatlıq gül alır .....                     "Bakı Ticarət Mərkəzi" nizamnamə kapitalını 2,5 milyon manat azaldır .....                     Prezidentin “mərkəzdə oturan bəzi məmurlar” ifadəsi kimə aiddir? .....                     Diplomları saxta çıxan həkimin nazir olmaq arzusu .....                     Azərbaycanın icmal büdcəsinin 10 aylıq profisiti 8 milyard manatı ötüb .....                     Zaqatala sakini "Nar"dan avtomobil qazanıb .....                     Təqaüdə göndərilən general yenidən xidmətə qayıtdı .....                     “Azercell” bu paketləri səssizcə bağlayır .....                     `Siyəzənneft`in RƏHBƏR üçlüyü ilə bağlı Prezidentə MÜRACİƏT .....                     Ölkədə həyata keçirilən islahatların və yeniləşmə prosesinin əsasında vətəndaşlara xidmət dayanır .....                     Hər bir rəhbər şəxs üçün əsas meyarlar xalqa xidmət etmək, xalqla bir yerdə olmaqdır .....                     Azərbaycanda kino sektorundakı adamların əksəriyyəti kasıbdır .....                     Azərbaycandan Rusiyaya ekstradisiya olunan azərbaycanlı Ukraynada həlak olub .....                     "Premium Bank"ın sədri işdən çıxıb .....                 

Laçın və laçınlıların Akif Səlimov dərdi – VİDEO, FOTOFAKT və AÇIQLAMALAR
Tarix: 20-08-2015, 14:34 | Çap et
Laçın və laçınlıların Akif Səlimov dərdi
İcra Hakimiyyəti başçıları daim yerli medianın hədəfində olur. Elə bir icra hakimiyyəti başçısı tapılmaz ki, dövlət əmlakını dağıtmasın, rayonun abadlaşdırılması üçün dövlət büdcəsindən ayrılan vəsaitin yarısını öz hesabına yatırdmasın, özü, ailəsi və yaxınları üçün dəbdəbəli həyat qurmasın, başqalarının adına obyektləri, villaları olmasın və s…
Amma Laçın rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov Laçına heç 3 il deyil ki, başçı təyin olunub, ayda 3 dəfə medianın hədəfindədir. Elə ilk aylardan bu şəxsdən narazılıqlar baş qaldırıb…
Avrasiya.net bu yazını yerli medianın A.Səlimovla bağlı laçınlılar tərəfindən edilən şikayətlər, iddialar və faktlar əsasında hazırlayıb. Od olmayan yerdən tüstü çıxmaz deyiblər. Mediada gedən yazılardan da görünür A.Səlimov rayona polis zabiti təcürbəsindən istifadə edərək “ağalıq” edir. Axı A.Səlimov Laçın, Goranboy, Qax və Cəlilabad rayon polis şöbələrini rəisi vəzifələrində çalışıb. Uzun müddət bu vəzifələrdə çalışan bir şəxsin birdən-birə icra başçısı səlahiyyətlərini humanistcəsinə yerinə yetirəcəyi bir qədər müəmmalı görünər. Axı təcrübədən də görünüb ki, əksər polis rəislərinin gözündə çoxu cinayətkar obrazında görünüb. A.Səlimovun da əhali ilə polis zabiti təcrübəsindən istifadə edib rəftarı ondan çoxsaylı şikayətlərlə nəticələnib.
Bizim üçün maraqlı olan bir məqam daha var. O da Səlimovla bağlı vaxtaşırı В«O Qarabağda döyüşübВ» ifadəsidir. Əvvəla Akif Səlimovun Qarabağda döyüşməsi onun mənəvi borcu idi. Bu Vətən təkcə onun deyil, hamımızın olduğundan onun dərdini də, sərini də biz çəkməyə borcluyuq. Səlimovun Qarabağda döyüşməsi də bizim üçün hər hansı bir üstünlük deyil. Bir də, Akif Səlimov Qarabağda döyüşüb deyə, hazırda icra başçısı olduğu Laçını talamalıdırmı? O Qarabağda döyüşüb deyə, rüşvətə, korrupsiyaya total şəkildə qapı açmalıdırmı? O Qarabağda döyüşüb deyə, Laçın camaatı əlindən zülm ayaqlamalıdırlar?
Digər bir düşündürücü sual da laçınlı olan bu şəxsin Laçında qəbul edilməməsidir. Niyə bu icra başçısı ilə bağlı mediamız bu qədər həyacan təbili çalır? Gəlin yazılanlara bir daha nəzər salaq. Sualın cavabını yazılardan, video və fotolardan tapmağa çalışaq.
İcra başçısı DSK sədrindən intiqam aldı
Mediamız icra hakimiyyəti başçısından yazıb ki, A.Səlimov başçı təyin olunandan qıza müddət sonra onun fəaliyyəti artıq laçınlılar arasında böyük narazılıqları yaranmasına səbəb olub. A.Səlimov Laçın RİH-nin yeni başçısı təyin olunduqdan dərhal sonra bu qurumun strukturunda əksər məsul postları tutan şəxsləri, o cümlədən hümanitar məsələlər üzrə müavin Bəsti Nəcəflini, aqrar məsələlər üzrə müavin S.Məmiyevi, ümumi şöbənin müdirü N.Nəcəfovu, RİH-nin komendantı Şakir İbrahimovu, Mədəniyyət və Turizm şöbəsinin müdiri İ.İlyasovu öz vəzifələrindən azad edib. Məlumatlarda bildirilir ki, həmin vəzifələrə Akif Səlimova yaxınlığı ilə seçilən kadrlar təyinat alıblar. Yerli mənbələr tərəfindən təqdim olunan məlumatlarda isə Akif Səlimovun yeni komanda yaratmaq üçün kadr seçimini məhz etnik mənsubiyyət kriteriləri əsasında həyata keçirdiyi iddia olunur.
Məlum olduğu kimi Azərbaycanda etnik mənsubiyyət zəminində vətəndaşlar arasında ayrı-seçkiliyə yol verilməsi olkə qanunları ilə qadağan olunub. Yerli mənbələrdən daxil olan başqa bir məlumatda isə Akif Səlimovun həm də vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, vətəndaşların hüquqlarının pozulması ilə müşayiət olunan qisasçılıq və əvəz çıxma kimi qeyri-etik davranış formalarına yol verdiyi bildirilir. Məsələn, qeyd olunur ki, 121 saylı Laçın Dairə Seçki Komissiyasının sədri Ş.Paşayevin bu vəzifədən kənarlaşdırılmasını yerli sakinlər artıq üç il davam edən ədavətin məntiqi nəticəsi kimi qiymətləndirirlər. Məlumatlara görə, 2010-cu ildə Akif Səlimov 121 saylı Seçki Dairəsindən Milli Məclisə deputat kimi öz namizədliyini irəli sürmüşdü. Bildirilir ki, həmin vaxt kifayət qədər səs toplaya bilməyən A.Səlimov buna görə məhz Laçın RİH-nin keçmiş icra başçısının və Dairə Seçki Komissiyasının sədrinin məsuliyyət daşımalı olduqlarına özünü inandırıb. İndi isə əlinə düşən imkandan istifadə edən başçı qısa müddətdə komissiya sədrinin dəyişdirilməsinə nail ola bilib.
Səlimovun bacanağı ermənidir? – İDDİA



Vaxtilə daxili işlər naziri işləmiş Tahir Əliyevin 1994-cü ildə Şuşanın və Laçının işğalı ilə bağlı aparılmış məhkəmə prosesində verdiyi ifadənin video yazısının mətbuatda ictimailəşdirilməsi də A.Səlimovun ermənilərlə qohum olması iddiasıdır. Tahir Əliyev ifadəsində hazırda Laçının icra başçısı işləyən, o zamanlarsa adı çəkilən rayonun polis rəisi çalışmış Akif Səlimov və keçmiş müdafiə naziri Rəhim Qazıyev haqqında təhqiramiz ifadələr işlədir. Həmçinin Akif Səlimovun bacanağının erməni olduğunu və Görusun polis rəisi işlədiyini bildirir.

Akif Səlimovun infarktının sirri
Qarabağ müharibəsi veteran Vahid Məmmədovun mediaya verdiyi açıqlama isə bomba kimi partladı.
O, bildirib ki, Akif Səlimov Laçın Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edildikdən sonra 1994-cü ilin mart ayından 1996-cı ilin oktyabr ayınadək Goranboy Rayon Polis Şöbəsinin rəisi vəzifəsində işləmişdir. Həmin dövrdə Goranboy rayonu Əkbərovlar ailəsinin idarəçiliyində idi. Müstəqilliyin ilk illərindən 2000-ci ilin əvvələrinədək Ağa Əkbərov Goranboy rayon İcra Hakimiyyəti Başçısı vəzifəsində çalışmışdır. Rasim Əkbərov isə Goranboy rayonundakı “N” saylı hərbi hissənin komandiri və “Azərbaycanın Milli Qəhrəmanı” kimi yüksək statusa malik idi. Səlimovun keçmiş Milli Qəhrəman Rasim Əkbərovla dostluqu da Goranboyda işlədiyi dövrdən başlamışdır. A. Səlimov Əkbərovların Goranboyda bütün bəd əməllərindən xəbərdar olmaya bilməzdi. Goranboyu istədikləri kimi idarə edən Əkbərovlar, bu rayonun malını, sərvətini talan edirdilər və şübhəsiz ki, Akif Səlimov da onlara şərik idi. Beləliklə polkovniklərin dost olmalarına bir çox səbəb var idi və bu dostluq daha da güclənəməkdə idi . Goranboyda rəsilik etmək Səlimov üçün çox düşərli olmuşdur. Özünə xeyli var-dövlət toplamış, övladlarına o dövr üçün ən bahalı avtomobillər, evlər almışdır. Səlimovla Əkbərovu birləşdirən başqa dəyərlər də var idi. Hər ikisi Qarabağ müharibəsində iştirak etmişdir və komandir olmaları onların özbaşınalğına, vəzifələrindən sui-istifadə edərək korrupsiyaya qurşanmmalarına geniş yol açırdı.
Akif Səlimovun 1996-cı ilin oktyabr ayında Qax Rayon Polis Şöbəsinin rəisi təyin edilməsi Rasim Əkbərovla dost olmalarında heç bir soyuqluq yaratmamışdır. Dostluqu qohumluqla davam etdirmək istəyən polis rəisi oğluna Əkbərovlardan qız almaq ərəfəsində idi. Amma 2000-ci ildə gözlənilməz hadisələr baş verdi. 2000-ci illin əvvəllərində Goranboy rayon İcra Hakimiyyəti Başçısı Ağa Əkbərov və onun oğlu, Azərbaycanın Milli Qəhrəmanı polkovnik Rasim Əkbərov dövlət çevrilişinə cəhddə ittiham olunaraq həbs olundu. Vətənə xəyanət, vəzifə səlahiyyətlərini aşma, qanunsuz silah saxlama ilə həbs edilən Əkbərovların taleyi Səlimovun səhətinin pisləşməsinə səbəb oldu. Ata-oğulun həbs edilməsi Akif Səlimovu rahatsız etməyə bilməzdi. Çünki onların törətdikləri bir sıra cinayətlərdə özünün ifşa olacağından qorxurdu. Özünün də həbs olunacağını gözləyən Akif Səlimov stres keçirdərək infarkt oldu. Həmişə bütün çətin vəziyyətlərdən məharətlə çıxmağı bacaran Akif Səlimov, Əkbərovları aparan selin axınından da çıxmağı bacara bildi. Həmin dövrdə Respublika rəhbərliyində güclü havadarlarının olması polkovnikin gələcəkdə icra başçısı pilləsinə qədər yüksəlməsinə yol açdı. Əgər Akif Səlimov bütün bu faktları inkar etmək istəyərsə, Daxili İşlər Nazirliyinin hospitalında onun 2000-ci ildə infarkt olması barədə xəstəlik tarixçəsinin mövcud olmasını unutmasın”.
(Davamı var)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Bu, baş versə idi, Ermənistan olmayacaqdı” – Paşinyan
Bu gün, 00:11
Xaricdə yaşayan Sevinc Osmanqızı, Abid Qafarov və Beydulla Manafov Baş Prokurorluğa çağırılıblar - TƏFƏRRÜAT
Bu gün, 00:08
Xarici borcumuz silah alışı hesabına artıb - Paşinyan ETİRAF ETDİ
Dünən, 18:00
Xalqımızın tarixlər boyu unutmayacaq o fəxarətli cümlə... - MƏQALƏ
Dünən, 17:57
Azərbaycan kinosu: film çəkməyə doğrudanmı pul yoxdur? - AKTUAL
Dünən, 17:44
Şərurlu İsfəndiyardan ölkəni tərk etmək istəməsi ilə bağlı iddialara CAVAB
Dünən, 17:39
Şabranın icra başçısı 2 yerli sakini məhkəməyə verdi - Arpanı alıb, pulunu vermir
Dünən, 17:36
“Düşdü qəzetlər hörmətdən...” - AXI NİYƏ?
Dünən, 17:32
“Mahnılarımı oğurlayıb oxuyurlar, mənimsəyirlər” - Xalq artistindən ETİRAZ
Dünən, 17:28
8 saatlıq iş vaxtı necə olacaq və maaşlara nə qədər ƏLAVƏ OLUNACAQ? - Müəllimlərin iş rejimi DƏYİŞİR
Dünən, 17:24
Ermənistan TŞ-nin katibi Cənubi Kiprə səfər edəcək
Dünən, 17:20
Fuad Nəcəfov Naxçıvanı eləcə... sakitcə... TƏRK EDƏ BİLƏCƏKMİ? - MÜMKÜN DEYİL!
Dünən, 17:17
Nazirin BÖYÜK-KİÇİK SÖHBƏTİ... - İNKİŞAF HARDADIR?
Dünən, 17:08
İsa Qəmbər - Etibar Məmmədov razılaşması: Onu kim necə pozdu? -Pənah Hüseyn açıqladı
Dünən, 17:04
Azərbaycanda məmur həbsi niyə toy-bayrama çevrilir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:01
“Kiyev Rusiyanın milyardlarını gözləyir” - Poitico
Dünən, 16:58
Bu dəfə də Elman Nəsirovun oğlu... - FOTO
Dünən, 16:56
Ramiz Mehdiyevə görə hədəfə çevrildilər – Araşdırmalar başlaya bilər
Dünən, 16:54
Bu Paşinyanın mənəvi prinsiplərə verdiyi önəmi göstərir - ŞƏRH
Dünən, 16:50
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil - AKTUAL
Dünən, 16:45
“Məni əxlaqsız kimi tanıtmaq istədi” - Model videoya aydınlıq gətirdi
Dünən, 16:41
Hərbi prokurora böyük köməkçi təyin edildi - ƏMR
Dünən, 16:37
Paşinyan– Köçəryan insidenti - Gərginlik yox idi, siz sadəcə başlıq axtarırsınız
Dünən, 16:32
Şahin Bağırov PLANI DOLDURA BİLMİR... - Maliyyə Nazirliyi məlumat yayıb
Dünən, 16:27
Ermənistanda 10-a yaxın din xadimi istintaqa çağırılıb - Ermənistan KİV
Dünən, 16:26
Bir çox ağır cinayətlərdə ittiham edilən şəxsə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 16:21
Mədəniyyət Nazirliyi 248 min manatlıq gül alır - SİYAHI
Dünən, 15:16
"Bakı Ticarət Mərkəzi" nizamnamə kapitalını 2,5 milyon manat azaldır
Dünən, 15:11
Prezidentin “mərkəzdə oturan bəzi məmurlar” ifadəsi kimə aiddir? - “Dərin dövlət qurmuşdu”
Dünən, 15:09
Diplomları saxta çıxan həkimin nazir olmaq arzusu - REPLİKA
Dünən, 15:05
Azərbaycanın icmal büdcəsinin 10 aylıq profisiti 8 milyard manatı ötüb
Dünən, 14:57
Zaqatala sakini "Nar"dan avtomobil qazanıb - FOTO
Dünən, 14:51
Təqaüdə göndərilən general yenidən xidmətə qayıtdı - BUNDAN SONRA...
Dünən, 14:48
“Azercell” bu paketləri səssizcə bağlayır – Abunəçilər xəbərsizdir
Dünən, 14:45
`Siyəzənneft`in RƏHBƏR üçlüyü ilə bağlı Prezidentə MÜRACİƏT - "Ata-babalarımızın çəkdiyi zəhmət boşa gedəcək..."
Dünən, 14:40
Ölkədə həyata keçirilən islahatların və yeniləşmə prosesinin əsasında vətəndaşlara xidmət dayanır - MƏQALƏ
Dünən, 14:32
Hər bir rəhbər şəxs üçün əsas meyarlar xalqa xidmət etmək, xalqla bir yerdə olmaqdır - İsrafil Kərimovun yazısı
Dünən, 14:31
Azərbaycanda kino sektorundakı adamların əksəriyyəti kasıbdır - "Ata ocağı" serialının rejissoru
Dünən, 13:29
Azərbaycandan Rusiyaya ekstradisiya olunan azərbaycanlı Ukraynada həlak olub - SON 10 İLDİR Kİ, BURADA YAŞAYIRDI
Dünən, 13:10
"Premium Bank"ın sədri işdən çıxıb - BUNDAN SONRA...
Dünən, 13:05
Fuad Nəcəflinin işdən çıxarılmasının səbəbi məlum oldu - belə deyirlər...
Dünən, 13:04
Saxlanılan nazir, icra başçıları milyonlarla vəsaiti haradan oğurlayırlar? – Tahir Rzayev
Dünən, 13:02
Bankların HƏDİYYƏ ŞOUSU: "YeloBank" və "UniBank" şəhid ailələrini aciz qoyur" - İTTİHAM VAR...
Dünən, 13:00
Küçədə yararsız vəziyyətdə qalan “AA” seriyalı avtomobil kimindir? - FOTOLAR
Dünən, 12:50
İcra başçısından yeni təyinat - BUNDAN SONRA...
Dünən, 12:44
Komitə gömrük postlarını ildırımdan qorumaq üçün 17,5 min xərcləyəcək
Dünən, 12:42
Xocavənddə evlərin təmirinə 2,4 milyon manat sərf olunacaq
Dünən, 12:37
Generalın direktor qudası məhkəməyə verildi - Peşə Təhsil Mərkəzində tələbəni təhqir edib
Dünən, 12:35
Tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov həlak olub - TƏFƏRRÜAT
Dünən, 12:31
Bəşir Hacıyevin “ARCRİSE” MMC-nə xüsusi qayğısı nədəndir?! - İcazə verin şübhələnək...
Dünən, 12:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru