Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? .....                     60 zəvvarı aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi .....                     AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub .....                     “İki oğlum əlildir, sağlam uşağımı da doğulmamış məhv etdilər” .....                     Kürün daşması ehtimalı yüksəkdir: .....                     "Unibank"a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb .....                     AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     "İrəvan teatrı niyə unudulub?" .....                     “Tofiq Yaqublunun aclıq aksiyasını dayandırmasından ən çox kədərlənən radikal müxalifətdir...” .....                     Tehranda “Dədə Qorqud”un satışına qadağa qoyuldu .....                     Bakıda mozaikaların bərpası davam edir .....                     “Beynəlxalq Bankı"ın rəhbərlərinə bir ildə .....                     “Atəşgah” Sığorta Şirkətində yeni təyinat .....                     "Bu, heç bir qonorar qarşılığında mümkün deyil" .....                     “Dedi ki, donunu qaldır” .....                     DTX-nin həbs etdiyi "Çaqqal"dan XƏBƏR VAR .....                     “Azon zavodu”nun direktoru dəyişib .....                     Xankəndidə daha bir məktəb açılacaq .....                     Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... .....                     “Elm və Təhsil Nazirliyinin “TikTok”da müsabiqə keçirməsini yüksək qiymətləndirirəm” .....                     Elm və Təhsil Nazirliyi milyonluq tenderi Ramiz Mehdiyevə məxsus olduğu bildirilən şirkətə verdi .....                     Bakıda parkinq böhranı… .....                     Azərbaycanda bu universitet .....                     Qanunları pozub cəzasız qalan Samir Mollayev... .....                     Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru məhkəmə zalından həbs edilib .....                     Hindistan faşist zehniyyətli rejimdir .....                     İcra başçısına xanım müavin təyin edilib .....                     "Mehin uşaqdır, öz dünyası var" .....                     Naxçıvanda hərbçilərin maaşından hər ay 200-300 manat tutulur... .....                     Bu hal qanunla NECƏ TƏNZİMLƏNİR? .....                     Kişi cinsi istismar qurbanı oldu .....                     İrəvanda siyasi intriqa qızışır .....                     "Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" .....                     "Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" .....                     "AZAL genişmiqyaslı ESG Strategiyası və Sıfır Emissiya Planı hazırlayır" .....                     Qalmaqallı direktor barəsində hökm dəyişdirildi .....                     Siyasi iradədən Zəfərə: XXI əsrin strateji Azərbaycan modeli .....                     Rövşən Rüstəmovun `ŞAN-ŞÖHRƏTİ` sərhədləri aşır... .....                     Paşinyan komandasına əmr verdi .....                 

Hamıdan ucadan “Oğrunu tut!” qışqıranın özü oğrudur - TƏHLİL
Tarix: 24-06-2015, 14:48 | Çap et
Hamıdan ucadan “Oğrunu tut!” qışqıranın özü oğrudur
Hamıdan ucadan “Oğrunu tut!” qışqıranın özü oğrudur. Bu aksiomdur. Bu qayda bəzi beynəlxalq QHT nümayəndələrinə tətbiq edilsə, onda bu təşkilatların əsas fəaliyyət dairəsini asanlıqla müəyyənləşdirmək olar.

Məsələn, 20 il “Sərhədsiz Reportyorlar” təşkilatının baş katibi vəzifəsində çalışan, hazırda Bezye şəhərinin meri kimi fəaliyyət göstərən Rober Menar.

“Krossvord” (Mots Croisées) verilişinin aparıcısının sualını cavablandırdıqdan sonra R.Menar tənqid atəşinə tutulmuşdu. Cavabında R.Menar bildirmişdi ki, onun əmri ilə müsəlman uşaqların statistikası aparılır və bu statistikaya əsasən, Bezye şəhərinin şagirdlərinin 64 faizi islam dininə ibadət edir. Merin fikrincə bu göstərici “çoxdur”.

Onu da qeyd etmək lazımdır ki, R.Menarın nasist meylləri var – o, Fransanın ultrasağçı milliyyətçi partiyası “Milli cəbhə”dən şəhər meri seçilib. Təsadüfi deyil ki, hələ ötən ilin oktyabrında AFR-in maliyyə naziri Volfhanq Şoyble bu partiyanı “faşist” partiyası adlandırıb.

Verilişdəki bu çıxışından sonra siyasətçilər və hüquq müdafiəçiləri Bezye şəhərinin merini qeyri-qanuni yolla informasiya toplanması və istifadə edilməsində qınadılar. Fransanın baş naziri Manyuel Vals Tvitter səhifəsində belə bir iş tutduğu üçün merin utanmalı olduğunu yazdı. Səudiyyə Ərəbistanında rəsmi səfərdə olan Fransanın prezidenti Fransua Olland isə bildirdi ki, R.Menarın fəaliyyəti “Fransa Respublika dəyərləri ilə ziddiyyət təşkil edir”.

Monpelye regional mərkəzinin prokurorluğu şagirdlərin “etnik mənşəyi barədə məlumatların qeyri-qanuni toplanması” məsələsi ilə bağlı ilkin istintaqa başladı. Növbəti gün R.Menar dindirildikdən sonra jurnalistlərin suallarını cavablandırmaqdan imtina etdi.

“France-2” telekanalı R.Menarı “sərhədsiz təxribatçı” adlandırdı: “Bu təxribatçı sağ düşərgədən sol düşərgəyə keçməklə müxtəlif təxribatlarla məşğuldur”.

Onu da qeyd etmək lazımdır ki, R.Menarın bundan əvvəl də məhkəmə orqanları ilə problemi olub. Bir neçə il əvvəl, hələ “Sərhədsiz Reportyorlar”a başçılıq etdiyi dövrdə o, etiraf edib ki, təşkilatın büdcəsi əsasən “ABŞ-ın xarici siyasəti ilə sıx əlaqəsi olan Amerika təşkilatlarının” hesabına dolur. Bu təşkilatların arasında milyarder Corc Sorosun “Açıq cəmiyyət təşkilatı” (Open Society Foundation), ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və NED var.

2008-ci ildə isə R.Menar USAID-dən qrantların oğurlanmasında ittiham edilib. Məhz R.Menarın katiblik etdiyi dövrdə bu təşkilat Vaşinqtonun sözə baxan oyuncağına çevrilib. Qəribə təsadüf nəticəsində ABŞ-a loyal ölkələrdə söz azadlığına göz yuman və qiymətləndirmə fəaliyyətinin meyarlarını açıqlamaq istəməyən, rəsmən müstəqil olan bu qeyri-hökumət təşkilatının obyektivliyi haqqında danışmaq olarmı?

Fransanın “Legrandsoir” qəzetində yer alan məlumatda deyilir ki, təşkilatın maliyyə hesabatlarına əsasən, onun illik büdcəsi 4 milyon avro təşkil edir və bu vəsaitin əsas hissəsi fotoalbomların, həmçinin futbol köynəklərinin satışından əldə edilir.

Jurnalist Salim Lamrani hesablayıb ki, “Sərhədsiz Reportyorlar” gəlir kimi göstərdiyi 2 milyon avronu qazanmaq üçün 2004-cü ildə 170200, 2005-ci ildə isə 188400 kitab satmalı idi. Həqiqətdə isə təşkilatın 2007-ci ildə kitab satışından gəliri 230 min dollar təşkil edib.

“Sərhədsiz Reportyorlar”ın saytında bu təşkilatın hər hansı bir nəşrini sifariş etmək cəhdləri, satış, qiymət və nəşrin mündəricatı barəsində heç bir məlumat verilmir.

Con Çerianın Hindistanın “Frontline” jurnalında dərc olunan məqaləsində deyilir: "“Sərhədsiz Reportyorlar”ın “qərbin xüsusi kəşfiyyat xidmətləri ilə sıx əlaqəsi var”, “Kuba Rober Menarı MKİ-i ilə əlaqələr üzrə qrupun başçısı adlandırıb”.

Rəsmən söz azadlığını müdafiə etməli olan təşkilat Vaşinqtonun siyasi planlarını həyata keçirir və informativ-psixoloji müharibələrdə adi silaha çevrilib. Bəlkə Vaşinqtonun hüquq və azadlıqlarla bağlı təsirli nitqlərinə son verməlidir? Vicdanla “Kim bizimlə deyilsə, bizə qarşıdır” demək daha yaxşı olmazmı? Belə olduğu təqdirdə, hər şey öz yerini tutar və “Sərhədsiz Reportyorlar” kimi təşkilatların təmin edilməsi üçün vəsaitlərin xərclənməsinə ehtiyac qalmaz.

Qeyd edək ki, 2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin R.Menarı qəbul etməsinə baxmayaraq, adıçəkilən təşkilat sistemli və müntəzəm şəkildə ölkə hökumətini ifadə və söz azadlıqlarını pozmaqda günahlandırır. Təşkilat ötən ilki hesabatına Azərbaycanda guya həbs edilən 12 jurnalistin adını daxil edib. Bu addımı atmaqda məqsəd ölkəmizi Çin və İran kimi ölkələrlə bir sırada təqdim etməkdir.

“Sərhədsiz Reportyorlar”ın islamofobiya mövqeyinə daha bir nümunə təşkilatın Türkiyəyə qarşı münasibətidir. “Sərhədsiz Reportyorlar”ın indeksində Türkiyə 180 ölkə arasında 154-cü yerdədir. Ölkənin reytinqi baş verən dəyişikliklərə baxmayaraq, 2012-ci ildən dəyişilməyib.

2013-cü ilin indeksində İraq 153-cü yeri tutub. Komitənin hesabatında qeyd olunur ki, bu ölkədə 2013-cü ildə 10 jurnalist öldürülüb. Bununla belə, İraqın reytinqi bu dövr ərzində 1 jurnalistin belə öldürülmədiyi Türkiyənin reytinqindən yüksəkdir.

Lakin ən əsas məsələ odur ki, R.Menar kimi şəxslər və “Sərhədsiz Reportyorlar” kimi təşkilatlar heç vaxt öz burunlarının dibində baş verən problemləri həll etməyə çalışmırlar.

Məsələn, Amerikanın nüfuzlu “Huffington Post” qəzeti bir müddət əvvəl yazırdı: "R.Menar “başdan ayağa qədər satılıb” və “hər il təşkilatın dərc etdiyi mətbuat azadlığı indeksi müəyyən sponsorların zövqünə uyğun tərtib edilir”.

Nə qəribədir ki, səs-küylü qalmaqallarda adı çəkilən belə satqın, rasist individlər və təşkilatlar Azərbaycanın reytinqini tərtib etməyə və ölkəmizi “qeyri-demokratiya” nümunəsi kimi təqdim etməyə çalışır.

Təhlil xüsusi olaraq Trend üçün hazırlanıb










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 13:05
60 zəvvarı aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:03
AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub - FOTO
Bu gün, 12:54
“İki oğlum əlildir, sağlam uşağımı da doğulmamış məhv etdilər” - NARAZILIQ VAR...
Bu gün, 12:52
Kürün daşması ehtimalı yüksəkdir: - Qarşısını necə almaq olar?
Bu gün, 12:46
"Unibank"a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb - Vüqar Namazov nəyi düz etmir?
Bu gün, 12:45
AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub - FOTO
Bu gün, 12:40
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:35
"İrəvan teatrı niyə unudulub?" - ETİRAZ
Bu gün, 12:31
“Tofiq Yaqublunun aclıq aksiyasını dayandırmasından ən çox kədərlənən radikal müxalifətdir...” - Zahid Oruc
Bu gün, 12:30
Tehranda “Dədə Qorqud”un satışına qadağa qoyuldu - BAŞLARI QAÇIB...
Bu gün, 12:21
Bakıda mozaikaların bərpası davam edir - FOTO
Bu gün, 12:14
“Beynəlxalq Bankı"ın rəhbərlərinə bir ildə 27 milyon manat ödəniş edilib
Bu gün, 12:11
“Atəşgah” Sığorta Şirkətində yeni təyinat - DOSYE
Bu gün, 12:07
"Bu, heç bir qonorar qarşılığında mümkün deyil"
Bu gün, 12:05
“Dedi ki, donunu qaldır” - Küçədə qadını zorakılıqdan uşaqlar xilas edib
Bu gün, 12:04
DTX-nin həbs etdiyi "Çaqqal"dan XƏBƏR VAR - QƏRAR VERİLDİ
Bu gün, 12:02
“Azon zavodu”nun direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:58
Xankəndidə daha bir məktəb açılacaq
Bu gün, 11:55
Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
Bu gün, 11:52
“Elm və Təhsil Nazirliyinin “TikTok”da müsabiqə keçirməsini yüksək qiymətləndirirəm” - Elman Nəsirov
Bu gün, 11:47
Elm və Təhsil Nazirliyi milyonluq tenderi Ramiz Mehdiyevə məxsus olduğu bildirilən şirkətə verdi - DETALLAR
Bu gün, 11:42
Bakıda parkinq böhranı… - “Azparking”in zəbt etdiyi yollar boşaldılacaq
Bu gün, 11:38
Azərbaycanda bu universitet illik təhsil haqqını ARTIRACAQ
Bu gün, 11:36
Qanunları pozub cəzasız qalan Samir Mollayev... - BELƏ HARA GEDİR?
Bu gün, 11:30
Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru məhkəmə zalından həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 11:19
Hindistan faşist zehniyyətli rejimdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15
İcra başçısına xanım müavin təyin edilib - ƏMR
Bu gün, 11:14
"Mehin uşaqdır, öz dünyası var" - FOTO
Bu gün, 11:03
Naxçıvanda hərbçilərin maaşından hər ay 200-300 manat tutulur... - ETİRAZ VAR...
Bu gün, 10:58
Bu hal qanunla NECƏ TƏNZİMLƏNİR? - Ekspert danışır...
Bu gün, 10:53
Kişi cinsi istismar qurbanı oldu - Azərbaycanda ŞOK
Bu gün, 10:51
İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
Bu gün, 10:32
"Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" - AZAL-ın prezidenti
Bu gün, 10:27
"Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" - AZAL-ın prezidenti
Bu gün, 10:24
"AZAL genişmiqyaslı ESG Strategiyası və Sıfır Emissiya Planı hazırlayır" - Samir Rzayev
Bu gün, 10:22
Qalmaqallı direktor barəsində hökm dəyişdirildi - QƏRAR
Bu gün, 10:12
Siyasi iradədən Zəfərə: XXI əsrin strateji Azərbaycan modeli - İNCƏLƏMƏ
Bu gün, 10:08
Rövşən Rüstəmovun `ŞAN-ŞÖHRƏTİ` sərhədləri aşır... - BU DA FAKT!
Bu gün, 10:05
Paşinyan komandasına əmr verdi – Siyahı hazırlandı, plan işə düşür
Bu gün, 09:56
Putinin silah biznesi çökə bilər - Trampın qarşısına görün hanı seçimi qoydular
Bu gün, 09:53
Azərbaycanın şirniyyat şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:45
Rüşvətə görə işdən qovulan məktəb direktoru həm də seçki komissiyasının sədri imiş... - İLGİNC FAKT
Bu gün, 09:39
Hindistan Azərbaycanı HƏDƏLƏDİ: Cavabı BELƏ VERİLDİ - TƏFƏRRÜAT
Bu gün, 09:32
"Budurmu SOCAR-da İSLAHAT? Budurmu SOCAR-da QƏNAƏT?" - ETİRAZ VAR...
Bu gün, 09:30
Dələduzluq edən “Sukanal” İdarəsinin vəzifəli şəxsi ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:07
“Kəpəz Mehmanxana” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 09:00
“Azərboru”nun rəhbərliyi yenidən formalaşacaq
Bu gün, 08:52
Həbsdəki Qarabağ Qazisinin gözündəki yara irinləyib... - Saxlandığı yerdə...
Bu gün, 08:50
“Almet” ASC-yə məxsus bina və qurğular İcra Hakimiyyəti tərəfindən söküləcək
Bu gün, 08:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru