“Heç olmasa serial çəkim, kartof satmayım...” - Cavid Təvəkkül
Tarix: 19-05-2015, 09:08 | Çap et
DİA.AZ Kulis-ə istinadən yenicə təqdim olunmuş “Dərs” filminin rejissorlarından biri Cavid Təvəkkülə müsahibəni təqdim edir. - Cavid bəy, bir qədər çəkilişlərdən danışın. Necə idi? -Filmi ötən yay çəkmişik. İsti idi, uşaqlar tez yorulurdular. Bəxtimizdən kastinqdə biz yaxşı uşaqlar seçə bildik. Uşaqlar hamısı sözəbaxan və ağıllı idi. - Ən çətin nə idi? - İsti. İyulun ortasında məktəb geyimində olan uşaqlar sinif otağında qurulmuş işıqların altında istiyə dözə bilmirdilər. Aynanın (Filmdə Solmaz obrazı) - o, həm də Rafiq müəllimin nəvəsi-ürəyi getmişdi. Orada biz Rafiq müəllimlə mübahisə etdik. Uşağı qızdırmalı-qızdırmalı çəkilişə gəlməyə məcbur edirdi. Nə olsun, sizin nəvənizdi, deyirdim. Uşağı xəstə-xəstə incitmək olmaz. O, isə deyirdi ki, o aktrisadır, burada oturmalıdır. Amma Ayna da qızdırmalı halda fədakarca çəkildi. Ayna çox istedadlıdır. Siz onun qapıdan baxışını görmüşdünüz? Asif gəlib ondan xahiş edir ki, Çinarəni özü ilə gəzməyə gətirsin? Orada Solmazın baxışları heyrətamizdir. Kinoda gözlər çox vacibdir axı. Məncə, o qız aktrisa olmalıdır. Xalid rolunu oynayan uşaq da tapıntıdır. Əvvəllər o, böyüyəndə vəkil olmaq istədiyini deyirmiş, filmin montaj dövründə məlum oldu ki, aktyor olmaq istəyir. İndi o çəkilən uşaqların hamısı kinoaktyor olmaq istəyir. - Cavid, filmdə iki rejissor - Rafiq Əliyev və siz birgə işləmisiz. İki rejissorun birgə işləməsi necədir? Çəkiliş meydanında “böyük-kiçik” kompleksi var idimi? - Mən natura etibarilə sakit adamam. Təbii, çılğınlıq da olur arada, amma o qədər də deyil. İlk görüşdə bizi təqdim edib deyəndə ki, birgə işləyəcəksiz, dedim Rafiq müəllim etiraz etmirsə, olar. Niyə də yox? Hardasa bu da özünü sübut etmək kimi bir şeydir. Razılaşdıq. İlk söhbətimiz də o oldu ki, - həm də bunu Rafiq müəllim deyib, məni qabaqladı - nə olursa olsun, bir-birimizə hörmət etməliyik. Kino da, yaradıcılıq da elə şeydir ki, əsəblər ola bilər. Amma Rafiq müəllim çox alicənab adamdır və mən onu tanıdığıma şad oldum. Əlbəttə, “Böyüklərə hörmət etmək lazımdır”, tərbiyəsini almışam, amma, hər şeyin yeri var. - Aranızda hansısa bölgü var idimi? - Əvvəlcədən hansısa bölgü yox idi. Çəkiliş meydanında hər şey bəlli oldu. bizim bir məqsədimiz var idi: uşaqlar üçün əla sonluqlu, tərbiyəvi, pozitiv bir film alınsın. Uşaqların necə sevdiyini, necə dost olduğunu, necə küsdüyünü, necə barışdığını işıqlı formada göstərmək. - Filmdən sonra baş qəhrəman Xalidin lider hesab etdiyi dostu Asifə yaxın olmaq arzusunu güclüyə yaxın olmaq, onun yanında olmaq istəyini pis örnək kimi yozanlar oldu. - Orada dost olmaq istəyi var, liderdən asılılıq yoxdur. Xalid elə xarakterlidir ki, bütün siniflə dost olmaq istəyirdi... Məndə də belə bir problem olub. İstəmişəm dostum olsun. Amma məndə fərqli olub hər şey. Aktyor ailəsində böyümüşəm, teatra gedib gəlirdim və ora mənim üçün hər şeyi öldürmüşdü. Amma hər şey olub. Dost problemi də olub, qonşu məktəblə qız üstündə dava da olub.... Bu film ömrümüzdən bir nağıl kimi gəldi getdi... Uşaqlar özləri olanda, başları özlərinə qarışırdı, onların öz dünyaları var idi. Mən kənardan baxırdım, düşünürdüm ki, kameranı götürüb bunların bu dünyasını-gerçəkdən danışdıqlarını çəkəsən. Çünki proses gedə-gedə içəridə konfliktlər də oldu, küsüb bağışlamalar da oldu. Bir oğlan var idi, çəkilişi saxlayıb, yoldaşından üzr də istədi. Kişilik göstərdi yəni. - Deməli film içində bir film çəkmək də olardı. - Olardı, olardı... - Təqdimatda siz çox narahat görünürdünüz... - Çox həyəcanlı idim. Mən çox qorxurdum ki, film təqdim olunsun, amma heç kim heç nə yazmasın. Tənqid etsinlər, amma yazsınlar təki. - Nəticədən razı qalmısınız? - Bir az da müasirləşdirmək olardı. Filmə başlayanda 13-14 yaşlarımda nə ilə məşğul olduğumu yadıma salmağa çalışırdım. Pioner düşərgələri var idi, fotoaparatım var idi, velosipedim var idi... Maraq dairəm bunlar idi. İndi filmə çəkilən uşaqlar bəzən mənə dostluq atırlar, istəmirəm qəbul edəm, bəllidir niyə istəmirəm. Amma onları da qırmaq istəmirəm. İndiki uşaqlarda sosial şəbəkələr, planşetlər var... - “Qarabağnamə” layihəni var idi. O, yarımçıq qaldı? - “Qarabağnamə” mənim yaralı yerimdir. Mən o layihəyə bəlkə 20 ilimi vermişdim. Filmi İctimai Televiziya istehsal edirdi. Bir gün dedilər ki, çəkilişlər saxlanılsın. Bu günə qədər mənə heç bir səbəb deyilməyib. Nə mənə, nə də filmin ikinci rejissoru Bəhram Osmanova. Pavilyon səhnələri çəkilmişdi, qalmışdı, interyer və naturadan çəkilişlər. Hələ nə vaxtadək saxlandığı məlum deyil... - Bayaq melodrama çəkmək istədiyinizi dediniz. - Yay mövsümü ərzində bağda çəkmək istəyirik, minimum xərclər olsun deyə. Üç-dörd iştirakçı ilə, mövzusu xəyanətdir. Hələ ki, çox az büdcə tapmışam, qalanı görək, Allah kərimdi... Ola bilsin filmi Almadovara həsr edim. Düşünürəm mənim filmimdə qəhrəmanlarım Almadovarın “Onunla danış” filminə baxsınlar. O film mənə çox təsir edib. Yeri gəlmişkən, o filmdəki hadisəni Almadovar qəzetdən oxuyub. - Bizdə bəzən olan hadisələrin xəbərini paylaşanda yazırlar: Rejissor olsa, əsl filmlik əhvalatdı. Bəs belə hadisələrdən nəsə təsirləndirən olub sizi? - Mənim bir papka elə əhvalatlarım var. Özüm də belə xəbərləri oxuyub məhz bu nöqteyi-nəzərdən paylaşıram. Elə əhvalatlar çoxdu, “Hamı rejissorlar?” iradı bir az düz deyil. Rejissorlar var axı. Bax, “Axınla aşağı”, “Nabat”... nüfuzlu festivallarda mükafat da alırlar. Az deyil ki... - Bu sektorda daha çox ssenari qıtlığından şikayətlənirlər... - Məncə, daha çox pul yoxdur. Skorsezanın, ya Spilberqin belə sözü var: Kino nədir?- Ssenari, ssenari, ssenari. Yaxşı, tutalım mənim ssenari-ssenari-ssenarim var, bəs mən filmi hansı paraya çəkim? Mən əvvəl dostlara da deyirdim ki, filmi telefonla da çəkmək olar, hətta, festivala da göndərmək olar. Amma axı, bu, ciddi deyil. Ciddi film üçün ciddi büdcə lazımdır. - Düzdür, burada rəqəm demək olmur, amma təxminən nə qədər olmalıdır büdcə? İndi kommersiya layihələri çəkilir. Onların büdcəsi elə də çox deyil. Yüz min, yüz əlli min manat zad. - Ola bilər. Amma birinə çatır, birinə çatmır. Rejissor da istəyir ki, rahat-rahat işləsin. Tarixi film çəkirsənsə, büdcə barədə evin yıxılıb. - Bizim kinoya pul ayırmağa başlayan və yeni-yeni yetişən kontingent hansı filmlərə pul ayırır? - Deyəsən komediyalara. Kommersiya filmlərinə təbii ki. Qoyun mən də sizdən bir şey soruşum, siz tamaşaçı olaraq kommersiya layihələri kimi necə filmlər istəyirsiniz? - Madam ki, kütləvidir, onun təsir imkanlarını nəzərə almaq lazımdır. İronik, maarifləndirici cəhətləri ola bilər. Hansısa klişelərdən çıxmaq üçün və s. - Ara-sıra elə şeylər görürəm ki... Bəzən yenicə yaradıcılıq barədə düşünən uşaqlarla bir yerdə oturmalı olursan. Necə ki, dəb dəyişir, bizdə də düşüncələr dəyişir. Zarafatlar çox bayatdır, “Günün ekranı” səviyyəsindədirlər. Tək zarafat deyil, düşüncədir. Filmini danışırlar, baxırsan ki, belə əhvalat nə olmayıb, nə də olmayacaq indən belə. O gün biri mənə deyir ki, öz filminin rimeykini çək. Mən niyə öz filmimin rimeykini çəkməliyəm? - Amma siz deyəsən, rimeyk çəkmək istəyirdiniz... - “Gün keçdi...”nin. Amma öz filmimin yox da. - Gənclərlə görüşürsünüz, nə düşünürlər? - Özümü lap qoca hiss etdim belə deyəndə... (gülür) Uşaqlarda dəhşət kino istəyi də var, savadlı olanlar da var. Elələri də var ki, dediyini eşitmək istəmir, bu da təhlükəlidir. Elələri var, ümumiyyətlə, dinləmək mədəniyyəti yoxdur. Amma dəhşət çox çəkmək istəkləri olan da var. Onları qınamıram, mən də o yaşda olanda kimlərisə tənqid edirdik ki, kino belə olar... Amma indi əlinə versən çəkə bilməyəcək. Bu tənqidilik də yaxşıdır. Olmalıdır bu gənclikdə... - İndi imkanlar əvvəlki deyil amma. - Düzdür, telefonla fotoaparatla filmlər çəkə bilərlər... - Hə, heç olmasa mövzu, problematikanı görə bilərsən. Bu gənclər nə düşünür?... - Əksəriyyəti nakam sevgi barədə düşünür. Mənə 6 ssenari göndərmişdilər ki, baxın. Baxdım ki, altı ssenarinin altısında da qızla oğlan sevgilidir, qız xərçəngdir. Amma bir yaxşı ssenari də olub. Xoşuma gəldi. Macəra filmi ssenarisi idi. Bakını, Qız Qalasını salmışdı ssenariyə. İki tarixçi tələbə xəzinə axtarır... Çox yaxşı ssenari idi. Düzdür Hollivud modelini götürmüşdü, amma bunun nəyi pisdir? Kommersiya layihələri üçün vacibdir... Müəllif filmi üçün bu keçərli olmaya bilər. İndi ağıllı rejissorlar var ki, kommersiya layihəsindən pul götürüb, öz filmini çəkməyə çalışır. Bir ara mən İctimaidən (İTV-ni nəzərdə tutur) də işdən çıxmışdım, işsiz idim. Serial çəkib pul qazanmaq istəyirdim. Heç olmasa serial çəkim, deyirdim, kartof satmayım... “İtkin gəlin” flminin rimeykini çəkmək istədim. Bir hissəsini öz hesabımıza çəkdik, banka borca girdik. Amma çoxu layihəni bəyəndi, amma büdcəni o qədər az təyin etdilər ki, mən baxdım ki, aktyora pul verə bilməyəcəyəm. İmtina etdim... - Qarşılaşdığınız ən böyük maneə nədir? - İki film var ki, onları çəkmək istəyirəm. “Kamernıy” filmlərdir. Amma onlara büdcə tapa bilmirəm, tapa bilməyəcəyəm də...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Kaspi" qəzeti 144 illiyini qeyd edir
Bu gün, 13:47 |
|
|
|
• Bakıdan İrəvana Yeni il ismarışı - Barışıq əli bu il “dəmir yumruğ”a çevrilə bilər!
Bu gün, 13:39 |
|
|
|
• Ermənistanda əsgər meyitləri hələ də basdırılmayıb - Ölüsü də dəyərsiz... dirisi də...
Bu gün, 10:40 |
|
|
|
• Bayram günlərində işləyən banklar - SİYAHI
Bu gün, 10:32 |
|
|
|
• Vergi Xidməti bu il də `OVA ÇIXACAQ`... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:28 |
|
|
|
• "Deyir, dükan düzdür... siz səhvsiniz..." - BU NƏDİ BELƏ?..
Bu gün, 10:20 |
|
|
|
• Əli Əsədov yenə də BUNU ETMƏDİ... - REAKSİYA
Bu gün, 10:15 |
|
|
|
• "Şəhidliyi batırdılar, heç olmasa əlillik haqqım bərpa olunsun” - ETİRAZ
Bu gün, 10:11 |
|
|
|
• "Çalışın, bu şirkətdən UZAQ OLUN..." - Ünvanı da dəyişdi, amma...
Bu gün, 10:02 |
|
|
|
• Mikayıl Cabbarovun fövqəlnazirliyinə SON QOYULUR? - "Böyük ehtimalla yeni ildə də..."
Bu gün, 09:56 |
|
|
|
• Keçmiş deputatın şirkəti vətəndaşı ƏLƏ SALIR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:50 |
|
|
|
• ` World Telecom` yeni ilə yeni narazılıqla... - AXI NİYƏ?..
Bu gün, 09:41 |
|
|
|
• Fikrət Məmmədov bu sistemə elə zərbə vurub ki... - bundan sonra HARA GEDƏCƏK?
Bu gün, 09:30 |
|
|
|
• Təyyarə terroruna münasibətdəki DAHA BİR QƏNAƏT - BU, BİZİK!!!
Bu gün, 09:24 |
|
|
|
• Münasibətləri Bayden administrasiyası korladı... - Trampla isə...
Bu gün, 09:19 |
|
|
|
• Nərimanov Tibb Mərkəzinin direktoru ətrafında 400 minlik qalmaqal - Borcunun əvəzinə vəzifə verdi
Bu gün, 08:25 |
|
|
|
• Suriyanın yeni ordusuna türk briqada generalı təyin edilib
Bu gün, 08:14 |
|
|
|
• Vanqanın 2025-ci il proqnozları: - Dəhşətli müharibə, təbii fəlakət və daha nələr...
Bu gün, 08:11 |
|
|
|
• “Nar” Yeni il sevincini ucqar kəndlərdə yaşayan uşaqlarla paylaşıb - FOTO
Bu gün, 08:08 |
|
|
|
• Fransa hərbçiləri daha bir Afrika ölkəsindən çıxarılır
Bu gün, 08:00 |
|
|
|
• Azərbaycanın 2025-ci il üçün ulduz falı: BİZİ NƏ GÖZLƏYİR? - Transformasiya və strateji dirçəliş ili
Bu gün, 07:58 |
|
|
|
• Açıq etirafdan yayınma və ya “bu, ən sadə, təbii həll yolu idi” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:53 |
|
|
|
• Qazax qardaşlarımız belə yad etdi... - DƏNİZ ÜRƏYİ...
Bu gün, 07:45 |
|
|
|
• ABŞ bu günə kimi Ukraynaya 65,4 milyard dollar yardım ayırıb - Pentaqon
Bu gün, 07:39 |
|
|
|
• “Paris – Bakı gərginliyi heç bir tərəfə fayda gətirmir” - Fransalı politoloq
Bu gün, 07:37 |
|
|
|
• Yeni ildə mənzil bazarında qiymətlər belə olacaq – Bahalaşma gözlənir
Bu gün, 07:33 |
|
|
|
• Karantin rejimi bu gündən UZADILDI - QƏRAR
Bu gün, 07:31 |
|
|
|
• Azərbaycanda 2025-ci ilin ilk körpəsi dünyaya gəlib - FOTO
Bu gün, 01:12 |
|
|
|
• "Ölkə iqtisadiyyatında müsbət inkişaf var, hərbi gücümüz artıb..." - prezident İlham Əliyev
Bu gün, 00:44 |
|
|
|
• Mən fala baxaraq "qorxmayın" demirəm... – Yetirmişli
Dünən, 12:17 |
|
|
|
• Rusiyanın ali şamanı 2025-ci il üçün proqnoz verdi: Nə gözlənilir? - "Biz çoxlu taxıl yığacağıq..."
Dünən, 12:00 |
|
|
|
• Yunanıstan və Cənubi Kiprdən Türkiyəyə qarşı plan: - Suriya ilə bu müqavilə imzalansa...
Dünən, 11:14 |
|
|
|
• Məşhur müğənni silahdan atəş açaraq mahnı oxudu - VİDEO
Dünən, 11:01 |
|
|
|
• Bu il vəzifəyə təyin olunan və azad edilən məmurlar… - SİYAHI
Dünən, 10:57 |
|
|
|
• Aktaudakı qəza sübut edir ki, Rusiya... - Şolts
Dünən, 10:47 |
|
|
|
• Rusiyada neft bazası PUA hücumuna məruz qalıb - TASS
Dünən, 10:45 |
|
|
|
• Rusiya Paşinyanın müxalifətini niyə həbsdə saxlamadı? - İLGİNC
Dünən, 10:41 |
|
|
|
• Nə evini, nə də ödədiyi pulunu geri ala bilmir... - NARAZILIQ VAR...
Dünən, 10:37 |
|
|
|
• "Bu, siyasi iradə və xalqımıza sədaqət nümunəsi idi..." - deputat
Dünən, 10:28 |
|
|
|
• Kiyev raketlə vuruldu: - Əhaliyə çağırış
Dünən, 10:24 |
|
|
|
• Borçalıdakı soydaşlarımız AYAĞA QALXDI: Gürcü xüsusi təyinatlıları ilə toqquşma - kəndə polis YERİDİLDi
Dünən, 10:20 |
|
|
|
• Zakir Həsənov Azərbaycan Ordusunu təbrik edib
Dünən, 10:18 |
|
|
|
• Rusiyanın qaçacaq yeri... YOXDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:36 |
|
|
|
• Putinin Əliyevə zəngi: 25 illik hakimiyyətində ilk dəfə bunu etdi - İNCƏLƏMƏ
Dünən, 09:32 |
|
|
|
• Sədərək gömrüyündə Qarabağ qazilərinin 300 manatına TAMAH SALDILAR - BU NƏDİ BELƏ?
Dünən, 09:30 |
|
|
|
• Azərbaycanda məktəblər 12 illik olacaq? - Müəllim, dərslik, valideyn problemi
Dünən, 09:12 |
|
|
|
• “Rusiya 2024-cü ilimizi qanqaraçılıqla yekunlaşdırdı...” - Etibar Məmmədov
Dünən, 09:04 |
|
|
|
• Hacı Qurban vergi borcundan qurtula bilmir, 200 min AZN ödəsə də... - DETALLAR
Dünən, 09:02 |
|
|
|
• "Ortada olan təkzibedilməz fakt ondan ibarətdir ki..." - deputat
Dünən, 08:58 |
|
|
|
• "Lifttəmir" İstehsalat Birliyinin baş direktoru artıq MÜDAFİƏSİZ QALIB... - Görünəni odur ki...
Dünən, 08:54 |
|
|
|
|