"Onunla rastlaşmaq və barışmaq fikrim yoxdu" - Röyanın keçmiş əri
Tarix: 18-02-2015, 12:02 |
Çap et
Müğənni Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov şəxsi həyatından danışıb. diaaz.space-ın atvxeber.az-a istinadən verdiyi xəbərə görə, A.Cəlilov keçmiş həyat yoldaşı barədə bu sözləri deyib: “Bizdə nə problem ola bilər ki? O, oğlumla görüşməyə heç bir problem yaratmır. Mən istədiyim vaxt oğlumu görə bilirəm, onunla bacardığım qədər çox vaxt keçirməyə çalışıram. Dayə sürücümlə onu gedib götürür və bizə gətirirlər. Bunu da ona görə edirəm ki, Röya ilə rastlaşmaq və barışmaq fikrim yoxdur. Nə deyim? Belə bir fikrim olsaydı, boşanmazdım ki...”.
Qeyd edək ki, müğənni Röya Ayxan A.Cəlilovun ikinci həyat yoldaşı olub. Onlar ötən il ayrılıblar. Bu barədə ilk olaraq A.Cəlilov ictimaiyyətə bildirib.