Aktrisa onu skuterlə vuran kuryerdən .....                     “Gənclər milli qəhrəman yox, “oğru aləmi”ni seçir!” .....                     İsraildə nazir ailələri gizli bölgələrə təxliyə olunub .....                     İran yolu bağlandığından Ermənistan BLOKADAYA DÜŞÜB .....                     Əməliyyat zamanı eltisinin ölümünə səbəb olan Ülviyyə İlyasovanı hansı məmur himayə edir? .....                     “AzToyuq” MMC-nin vergi borcu yaranıb .....                     “Kupça”sı olmayanlar ÇARƏSİZ DURUMDA .....                     “İsrail dostumuz, İran da qapıbir qonşumuzdur...” .....                     Azərbaycanın keçmiş baş naziri son istefasından DANIŞDI .....                     İsrail – İran müharibəsi: Azərbaycan üçün risklər .....                     "Xalq Kapital İnvestisiya Şirkəti” mənfəətdən ZƏRƏRƏ KEÇİB .....                     Müavinətlərin son artımı qiymətlərə necə təsir edəcək? .....                     Nazirliyin "favorit" şirkəti ilə 7 milyon manatlıq müqavilə bağlanılıb .....                     İsraildən XƏBƏRDARLIQ: .....                     İsrail niyə xüsusi olaraq Təbriz şəhərini HƏDƏF ALIR? .....                     ABŞ İsrailə İrana hücum etməyə imkan verib .....                     "Deyirlər ki, qanun ona dəfn pulu verməyə yol vermir..." .....                     Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR .....                     Kamil Zeynallı dağlara çəkildi .....                     Xumar "Vəhşi kimi"ni bu dəfə onlar üçün canlı oxudu .....                     Pənah Hüseyn Azərbaycan Xalq Partiyasının sədrliyindən istefa verib .....                     Azərbaycana İsraildən turist axını mayda 98 % artıb .....                     Dövlət poliklinikasında baş həkim özbaşınalığı: İşçilərə təzyiq, saxta aktlar .....                     İranda İsrail üçün casusluqda təqsirli bilinən şəxs edam edilib .....                     Gədəbəyin kəndləri boşalır!: Naşir həyəcan təbili çaldı .....                     Trampın İranda ikiüzlü siyasəti... .....                     Netanyahunun baş köməkçisi İranın hələ də minlərlə ballistik raketi olduğunu bəyan edib .....                     Qəbələdə kişi həmkəndlisini dəhrə ilə öldürüb .....                     Gədəbəydə məmurlar QOÇULUQ EDİR .....                     İran xalqı İsrailə qarşı müharibə başlatmayıb və onu istəməyib .....                     Dövlət qurumlarının planşet alışları gerçəkləşmədi: TENDERLƏR LƏĞV OLUNDU .....                     İran tərəfindən atılan raket Hayfa elektrik stansiyasına düşüb .....                     Bunlarla dövlət də bacarmır... .....                     İşçilərin bunları bilməsi VACİBDİR... .....                     Hər saniyəsi dəqiq hesablanmış 44 gün... .....                     İran hava məkanının bağlı qalmasının vaxtını uzadıb .....                     Nəcəfli Tahirlini HƏBS ETDİRƏCƏK? .....                     Tramp Xamaneini niyə qorumalıdır ki? .....                     Xameneiyini öldürəcəklər? .....                     Fars-molla rejimi bu durumunda belə BÖHTANINDAN QALMIR... .....                 

"Birlik İnşaat"dakı fırıldağın ifşasında şübhəli məqamlar - Zərər verən də, zərər çəkən də narazıdır...
Tarix: 29-11-2014, 12:35 | Çap et
"Birlik İnşaat"dakı fırıldağın ifşasında şübhəli məqamlar
Vətəndaşların milyonlarını mənimsəyən tikinti şirkətinin vəzifəli
şəxsləri barəsində çıxarılan hökm məhkəmələri dolaşır...
Bu günlərdə ofisimdə olan Bakı Ağır Cinayətlər Məhkəməsində “Birlik-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) dələduzluqda təqsirləndirilən vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə hökmündə zərərçəkmiş kimi tanınan Qasımova Gülşən İbrahim qızı şirkətin direktoru Elman Tağıyevin vəzifəsindən sui-istifadə edərək dələduzluq yolu ilə onun həyat yoldaşından 36 min manat pulu alaraq mənimsəməsindən danışdı. Zərərçəkən bildirdi ki, valideynlərilə birlikdə Ağdam şəhərinin işğalından sonra, 1993-cü ildən məcburi köçkün kimi Bakı şəhərində məskunlaşıblar. Onun sözlərinə görə, 2004-cü ildə Qasımov Sənan İsmayıl oğlu ilə birgə nikaha daxil olub, 2004-cü ildən 2010-cu ilə qədər qayınanası ilə birlikdə yaşayıblar: “Ailəmiz böyüdükcə (övladlarımız dünyaya gəldikcə) ailə-məişət vəziyyətimiz çətinləşirdi.
Belə ki, mən, həyat yoldaşım, iki övladım və qayınanam darısqal evdə yaşamağa məcbur idik. Şəraitimizi yaxşılaşdırmaq məqsədilə həyat yoldaşımla Bakı şəhəri, Xətai rayonunda yerləşən ikiotaqlı mənzili satmaq qərarına gəldik. Ancaq əvvəlcədən “Birlik İnşaat” MMC-nin direktoru ilə yeni tikdikləri binadan mənzil almaq barəsində razılığa gəldik. Bundan sonra mənzilimizi sataraq 2010-cu il aprelin 28-də həyat yoldaşım Qasımov Sənan İsmayıl oğlu və onun İsmayıl adlı dostunun iştirakı ilə 36 min manat pulu “Birlik İnşaat” MMC-nin direktoruna verərək, aramızda “Birlik İnşaat” MMC-nin Bakı şəhəri, R.Məmmədov küçəsi 20 saylı ünvanda inşa etdiyi 15 mərtəbəli binanın birinci mərtəbəsində 86,7 kvadratmetr yaşayış sahəsi olan 7 saylı mənzilin bizə verilməsi barədə müqavilə bağlandı”.
İki azyaşlı övladından birinin ürək qüsurlu doğulduğunu və bu səbəbdən də müalicəyə ehtiyacı olduğunu deyən G.Qasımovanın sözlərinə görə, mənzillərini satdıqdan sonra həyat yoldaşı Rusiyaya işləməyə gedib: “Mən isə iki azyaşlı uşağımla Bakının Nərimanov rayonundakı Əlyar Əliyev küçəsi, 26 A ünvanında yerləşən “Taxıl Məhsulları Kombinatı”nın “Tikinti Quraşdırma” İdarəsinin yataqxanasında məskunlaşan anamgilə köçərək bir otaqda 5 nəfərlə birlikdə yaşamağa məcbur olduq. Qayınanam isə iki yaşlı qadınla (ucuz olsun deyə) kirayə tutduğu mənzildə yaşamalı oldu. Fikirləşirdik ki, müvəqqəti çətinlikdən sonra tezliklə təzə mənzilimizə köçəcəyik. Amma “Birlik İnşaat” MMC-nin direktoru rəsmi müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etməyərək, onu kobud şəkildə pozdu. Hətta sonra məlum oldu ki, o, bizə satdığı mənzili daha iki şəxsə satıb. O gündən təkcə maddi deyil, mənən də sarsıldıq. İndi neçə ildir ki, ailəmiz pərən-pərən düşüb”.
G.Qasımova qeyd etdi ki, “Birlik İnşaat” MMC-nin vəzifəli şəxsləri tərəfindən dələduzluq yolu ilə pulları mənimsənilən vətəndaşlar aidiyyəti dövlət qurumlarına şikayət ediblər. Nəticədə, 2012-ci ildə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində “Birlik-İnşaat” MMC-nin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb. Həmin ilin oktyabr ayında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində “Birlik-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsləri tərəfindən aldatma yolu ilə külli miqdarda özgə əmlakının ələ keçirilməsi faktına görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Müəyyən edilib ki, cəmiyyətin təsisçisi və direktoru, baş mühasibi Roza Minaçaeva, həmçinin MMC-də qeyri-rəsmi işləmiş Soltan Məhərrəmov, Eyvaz Fərəcov və Çingiz Əzimov özgənin külli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olaraq cəmiyyət tərəfindən paytaxtın Xətai rayonu ərazisində inşa olunan çoxmərtəbəli yaşayış binasında 210 mənzili və 1041 kvadratmetr qeyri-yaşayış sahəsini saxta müqavilələr tərtib etməklə 543 nəfərə təkrar sataraq əldə edilmiş 15 milyon 416 min 964 manat vəsaitin 4 milyon 780 min 593 manatını inşa edilən binanın tikintisinə sərf edib, qalan 10 milyon 636 min 371 manat məbləği isə dələduzluq yolu ilə talayıblar.
Bundan başqa, “Birlik-İnşaat” MMC vergi ödəyicisi kimi qeydiyyatdan keçdikdən sonra direktor 2006-2011-ci illərdə mənzil tikintisi ilə məşğul olarkən sadələşdirilmiş vergi ödəyicisi kimi 157 min 365 manat məbləğində vergiyə cəlb olunacaq dövriyyəni vergi bəyannamələrində göstərməməklə 6 min 294 manat sadələşdirilmiş vergini, həmçinin əlavə dəyər vergisinə cəlb olunan dövriyyənin 1 milyon 877 min 471 manatını bəyannamələrdə az göstərməklə 343 min 879 manat məbləğində vergini büdcəyə ödəməkdən yayınıb.
İstintaqın gedişində 456 nəfər zərərçəkmişlə tikintini davam etdirən “Birlik-İnşaat” MMC və “Həyan-E” MMC arasında yeni müqavilələr bağlanılmaqla onların pozulmuş mənzil hüquqları bərpa edilib. Bundan başqa, digər 87 zərərçəkmişə vurulmuş zərərin ödənilməsinin təmin edilməsi məqsədilə təqsirləndirilən şəxslərin adlarına qeydə alınmış 3 milyon 830 min manat məbləğində daşınar və daşınmaz əmlakların üzərinə həbs qoyulub.
İş üzrə təqsirləndirilən şəxslər qismində cəlb edilmiş direktor və Roza Minaçaevaya Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2-ci (külli miqdarda vergi ödəməkdən yayınma), 308.2 və 313-cü (vəzifə saxtakarlığı), Soltan Məhərrəmov, Çingiz Əzimov və Eyvaz Fərəcova isə 178.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan ittihamlar elan edilib.
Cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində “Birlik-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) dələduzluqda təqsirləndirilən təsisçisi və direktoru Eyvaz Fərəcov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi 2014-cü il mayın 30-da başa çatıb.
Hökmə əsasən, Soltan Məhərrəmov, Eyvaz Fərəcov və Çingiz Əzimov 14 il müddətinə azadlıqdan məhrum edilib. Barələrində həbs-qətimkan tədbiri seçilməyən direktor və Roza Minaçaeva barəsində də 14 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarılıb. Məhkəmə zalında olan Roza Minaçaeva həbs edilib, E.Tağıyev isə məhkəməyə gəlmədiyi üçün həbs olunaraq təcridxanaya göndərilməsi barədə qərar qəbul edilib...
Amma onun barəsində seçilmiş həbs qəti-imkan tədbiri sonradan nə səbəbdənsə ev dustaqlığı ilə əvəzlənib. Təqsirləndirilən Eyvaz Fərəcov isə təcridxanada müəmmalı şəraitdə dünyasını dəyişib. İttiham aktından və məhkəmə prosesinin gedişatından da tam sübuta yetirilib ki, 543 nəfərin təxminən 95-96 faizi pullarını birbaşa direktora, 3-4 faizi baş mühasib işləmiş Roza Maniçayevaya, 1 faizi isə barəsində həbs qəti-imkan tədbiri seçilmiş üç nəfərə verib.
Aldanaraq evlərinin satıldığını və hazırda anasıgildə darısqal, şəraitsiz bir otaqda ağır köçkün həyatı yaşadığını, ağır ürək qüsurlu övladının əziyyət çəkdiyini bir daha xatırladan G.Qasımova onların və digər vətəndaşların milyonlarını mənimsəyən tikinti şirkətinin vəzifəli şəxsləri barəsində çıxarılan və məhkəmələrdə dolaşan hökmün tezliklə icrasına başlanılacağını ümidlə gözləyir. G.Qasımovanın mənə təqdim etdiyi dövlət başçısına ünvanlı müraciəti və Bakı Ağır Cinayətlər Məhkəməsinin “Birlik-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) dələduzluqda təqsirləndirilən vəzifəli şəxslər barədə çıxardığı hökm barədə növbəti yazımda bəhs edəcəyəm.
Qeyd edim ki, bu il noyabrın 18-də Bakı Apellyasiya Məhkəməsində “Birlik-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) dələduzluqda təqsirləndirilən vəzifəli şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən ilkin baxış iclasında bəzi sənədlərin düzgün olmaması müəyyən edilib. Apellyasiya şikayətinin tam müəyyən edilməsi üçün iş yenidən birinci instansiya məhkəməsinə qaytarılıb. Bəzi sənədlərə qeydlər aparılandan sonra apellyasiya instansiyasında işə yenidən baxılacaq.
***
Bir daha xatırladıram ki, istintaq araşdırması zamanı “Birlik-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru, baş mühasibi, həmçinin MMC-də qeyri-rəsmi işləmiş Soltan Məhərrəmov, Eyvaz Fərəcov və Çingiz Əzimovun özgənin külli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olaraq cəmiyyət tərəfindən paytaxtın Xətai rayonu ərazisində inşa olunan çoxmərtəbəli yaşayış binasında 210 mənzili və 1041 kvadrat metr qeyri-yaşayış sahəsini saxta müqavilələr tərtib etməklə 543 nəfərə təkrar sataraq əldə edilmiş 15 milyon 416 min 964 manat vəsaitin 4 milyon 780 min 593 manatını inşa edilən binanın tikintisinə sərf edib, qalan 10 milyon 636 min 371 manat məbləği isə dələduzluq yolu ilə taladıqları müəyyən edilib. Bundan başqa, məlum olub ki, “Birlik-İnşaat” MMC vergidən də yayınıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Soltan Məhərrəmov 14 il, Çingiz Əzimov 14 il müddətinə azadlıqdan məhrum edilib. Barələrində həbs-qətimkan tədbiri seçilməyən direktor və Roza Minaçaeva barəsində də 14 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarılıb. Məhkəmə zalında olan Roza Minaçaeva həbs edilib, direktor isə məhkəməyə gəlmədiyi üçün həbs olunaraq təcridxanaya göndərilməsi barədə qərar qəbul edilib.
Bundan başqa, cinayət işi üzrə təqsirləndirilən Eyvaz Fərəcovun vəfat etməsi ilə bağlı olaraq onun barəsində olan cinayət işinə xitam verilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər. Onlar şikayətlərində günahsız olduqlarını əsas gətirərək barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.
(Davamı var)

Salman Bağırov,
hüquqşünas
\\ tezadlar.az \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Aktrisa onu skuterlə vuran kuryerdən "qan pulu" tələb edir
Bu gün, 12:29
“Gənclər milli qəhrəman yox, “oğru aləmi”ni seçir!” - Faciənin astanasındayıq
Bu gün, 12:27
İsraildə nazir ailələri gizli bölgələrə təxliyə olunub
Bu gün, 12:18
İran yolu bağlandığından Ermənistan BLOKADAYA DÜŞÜB - KİV
Bu gün, 12:04
Əməliyyat zamanı eltisinin ölümünə səbəb olan Ülviyyə İlyasovanı hansı məmur himayə edir? – MƏRHUMUN ANASINDAN PREZİDENTƏ MÜRACİƏT
Bu gün, 12:00
“AzToyuq” MMC-nin vergi borcu yaranıb - FOTO
Bu gün, 11:55
“Kupça”sı olmayanlar ÇARƏSİZ DURUMDA – Vətəndaşların müraciəti niyə RƏDD edilir?
Bu gün, 11:47
“İsrail dostumuz, İran da qapıbir qonşumuzdur...” - deputat
Bu gün, 11:44
Azərbaycanın keçmiş baş naziri son istefasından DANIŞDI - "Sədrin kim olması ilə bağlı məsələ..."
Bu gün, 11:41
İsrail – İran müharibəsi: Azərbaycan üçün risklər - NƏ ETMƏLİ?
Bu gün, 11:35
"Xalq Kapital İnvestisiya Şirkəti” mənfəətdən ZƏRƏRƏ KEÇİB - HESABAT
Bu gün, 11:32
Müavinətlərin son artımı qiymətlərə necə təsir edəcək? - “İlin sonunda...”
Bu gün, 11:30
Nazirliyin "favorit" şirkəti ilə 7 milyon manatlıq müqavilə bağlanılıb - TƏFƏRRÜAT
Bu gün, 11:14
İsraildən XƏBƏRDARLIQ: - Tehrandakı binaları və məhəllələridağıdacaq
Bu gün, 11:12
İsrail niyə xüsusi olaraq Təbriz şəhərini HƏDƏF ALIR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:00
ABŞ İsrailə İrana hücum etməyə imkan verib - Pezeşkian
Bu gün, 10:55
"Deyirlər ki, qanun ona dəfn pulu verməyə yol vermir..." - NARAZILIQ VAR...
Bu gün, 10:49
Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?
Bu gün, 10:44
Kamil Zeynallı dağlara çəkildi
Bu gün, 10:33
Xumar "Vəhşi kimi"ni bu dəfə onlar üçün canlı oxudu - VİDEO
Bu gün, 10:30
Pənah Hüseyn Azərbaycan Xalq Partiyasının sədrliyindən istefa verib - FOTO
Bu gün, 10:26
Azərbaycana İsraildən turist axını mayda 98 % artıb
Bu gün, 10:24
Dövlət poliklinikasında baş həkim özbaşınalığı: İşçilərə təzyiq, saxta aktlar - BU NƏDİ BELƏ?
Bu gün, 10:10
İranda İsrail üçün casusluqda təqsirli bilinən şəxs edam edilib - KİV
Bu gün, 10:05
Gədəbəyin kəndləri boşalır!: Naşir həyəcan təbili çaldı - ÇÜNKİ...
Bu gün, 09:56
Trampın İranda ikiüzlü siyasəti... - Nəyə nail olmaq istəyir?
Bu gün, 09:47
Netanyahunun baş köməkçisi İranın hələ də minlərlə ballistik raketi olduğunu bəyan edib - “The Times of Israel”
Bu gün, 09:42
Qəbələdə kişi həmkəndlisini dəhrə ilə öldürüb - TƏFƏRRÜAT
Bu gün, 09:40
Gədəbəydə məmurlar QOÇULUQ EDİR - NARAZILIQ VAR...
Bu gün, 09:39
İran xalqı İsrailə qarşı müharibə başlatmayıb və onu istəməyib - Pezeşkian
Bu gün, 09:16
Dövlət qurumlarının planşet alışları gerçəkləşmədi: TENDERLƏR LƏĞV OLUNDU - İLGİNC
Bu gün, 09:15
İran tərəfindən atılan raket Hayfa elektrik stansiyasına düşüb -“NourNews”
Bu gün, 09:10
Bunlarla dövlət də bacarmır... və yaxud da dövlət adından himayə olunurlar...
Bu gün, 08:57
İşçilərin bunları bilməsi VACİBDİR... - Ekspert danışır...
Bu gün, 08:50
Hər saniyəsi dəqiq hesablanmış 44 gün... - İNDİ DÜŞÜNÜRSƏN Kİ...
Bu gün, 08:46
İran hava məkanının bağlı qalmasının vaxtını uzadıb
Bu gün, 08:41
Nəcəfli Tahirlini HƏBS ETDİRƏCƏK? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 08:37
Tramp Xamaneini niyə qorumalıdır ki? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:30
Xameneiyini öldürəcəklər? - AKTUAL
Bu gün, 08:26
Fars-molla rejimi bu durumunda belə BÖHTANINDAN QALMIR... - ZİBİLƏ DÜŞMÜŞÜK
Bu gün, 08:24
İranın əsas hədəfi İsrail deyil, Türkiyə və Azərbaycandır – Türkiyəli ekspertdən şok açıqlamalar
Bu gün, 07:14
İranın anonsunu verdiyi dağıdıcı zərbə - 3 variant var
Bu gün, 07:10
İsrail İranda rejimi devirməyə çalışmır - İsrailli nazir
Bu gün, 07:06
İrandan İsrailə doğru raket atəşi qeydə alındı
Bu gün, 05:39
İran parlamenti Rusiya ilə strateji tərəfdaşlıq müqaviləsini təsdiqləyib - “Tasnim”
Bu gün, 05:36
Fordo yaxınlığında zəlzələ – İranın nüvə obyektinə qarşı yeni təhlükə?
Bu gün, 03:14
Yaxın Şərqdəki gərginlik fonunda neft KƏSKİN BAHALAŞDI - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 03:11
“Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları - MÜLKİYYƏTƏ ZORAKILIQ
Bu gün, 03:09
Paytaxt sakinləri taksi xidmətindən necə “həzz” alır… - TƏFƏRRÜAT
Bu gün, 02:55
Bu savaş İran üçün necə nəticələnəcək: Mühüm proqnozlar... - Görünəni odur ki...
Bu gün, 02:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru