Ağdam Sənaye Parkında yeni şirkət .....                     Auditorlar Palatasının mənfəəti cüzi artıb .....                     BU NƏDİ BELƏ: Naxçıvanda fermerlərə ŞOK QADAĞA... .....                     Məşğulluq Agentliyi özünə umac ova bilməyən “BİS CO” MMC-yə əriştə kəsdirir .....                     Bakıda bayram günü QƏTL: .....                     MOSKVANIN “QARABAĞ SANCISI” BİTMİR .....                     Gürcüstan ABŞ-a yeni səfir təyin edib .....                     Tahir Kərimlinin partiyası növbədənkənar qurultaya gedir .....                     "Sahil S-İnşaat" işi niyə çözülmür .....                     “Holcim Azərbaycan”ın ƏDALƏTİNƏ GÜVƏNDİKSƏ... .....                     Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən tiktoker "Bəniz" .....                     “Oğlumu evləndirə bilmirəm, ev yoxdur, almaq istəyirəm” .....                     Qadının bu halda işləməsi qadağandır... .....                     “Atama görə gecə ilə evimizi satdım” .....                     "JEK"lərin xidmət haqqı toplaması qanunidir? .....                     Əsgərlikdən yeni gəldi, dekan müavini TƏYİN EDİLDİ .....                     Ermənistanın OYUNBAZ KATALİKOSU... .....                     Şərur səhiyyəsinin ASİMANI NƏDƏN BULANIQDIR? .....                     “Troni İnvestisiya Şirkəti”nin zərəri 5 dəfə artıb .....                     Tələbə Cavadın öldüyü qəzanın təfərrüatı .....                     OBA “Best Managed Companies Azerbaijan 2025”in qalibi oldu .....                     Naxçıvanda dərdini kimə deyəsən... .....                     Paşinyana qarşı müxalifətin gücü YETƏRLİ OLACAQMI? .....                     Erməni kilsəsini azad etməli, yeni katolikos seçilməlidir .....                     Naibə Allahverdiyeva da Mehriban Ələkbərzadəni tənqid etdi .....                     Bəraət almış sahibkara qarşı MİLYONLUQ PROTEST .....                     Tütün mallarını istehsalı və satışı ilə məşğul olan məşhur şirkətin 4,8 milyon manat .....                     İşəgötürən BUNA MƏCBURDUR... .....                     Qida təhlükəsizliyimizin ÖZÜ TƏHLÜKƏDƏDİR .....                     Vüqar Səfərli və oğlunun müsadirə edilmiş əmlakları ilə bağlı şikayət araşdırılır .....                     Azad edilmiş bu kəndin layihələndirilməsinə başlanılır .....                     Los-Ancelesdə peşəkar təxribatçılar fəaliyyət göstərir və bunun üçün onlar pul alırlar .....                     Mədəniyyət Nazirliyinin 180 minlik tenderi ləğv edildi .....                     8 dövlətin “müharibə hazırlığı”: Türk ölkəsi də vurulacaq? .....                     `Kontakt Home`un ÖZ QANUNLARI VAR İMİŞ... .....                     “Gövhər Rzayeva xalamqızıdır, küsülü idik, təzə barışmışıq” .....                     10 yaşlı qızın ölümündə təqsirli bilinən həkimlərin işi: biri cəza, digəri bəraət aldı .....                     "Bunların pulunu heç Süni İntellekt də saya bilməz…" .....                     "Mübariz Mənsimov bu cür yaxşılıqları başa düşən deyil..." .....                     “Həmin şəxsin cəza çəkməsini istəmirəm, bilərəkdən etməyib” .....                 

"Qoy açıq geyimlərimə görə məni daşlasınlar" - Nurəddin Mehdixanlının qızı
Tarix: 26-07-2014, 10:39 | Çap et
"Qoy açıq geyimlərimə görə məni daşlasınlar"
DİA.AZ tabloid.az-a istinadən aktrisa, model Kəmalə Quliyevanın müsahibəsini təqdim edir. Mətbuat onu Nurəddin Mehdixanlının qızı kimi tanıdı. Açıq deyək ki, Kəmalə gözəlliyi, səmimiliyi ilə bu qısa müddətdə çox sevildi. Kəmalə Azərbaycan filmləri, serialları üçün potensial aktrisadır. Ümid edək ki, Kəmalənin gözəl siması və istedadını yerli rejissorlar da görəcəklər.

- Yay istirahəti ilə bağlı nə kimi planlarınız var?

- Hələ istirahətə getməmişəm. May ayında 1-2 həftə istirahət etmişəm. İyun-iyul aylarında dincəlməmişəm. Fikirləşirəm ki, avqustda yenidən istirahətə gedəcəyəm.

- Harada istirahət etməyi planlaşdırırsınız?

- Demək olar ki, hər il Antalyaya, Kəmərə gedirəm. Orada dincəlməyi sevirəm. Güman ki, bu il də Kəmərə gedəcəyəm.

- Siz həm fotomodel, həm də aktrisasınız. Yaradıcılığınızda nə kimi yeniliklər gözlənilir?

- Bu yaxınlarda yeni fotosessiyam olacaq. Düzü, bir müddət öncə fotosessiya etdirmək istəmirdim. Çünki şəkillərim internetdə yayımlandıqda şərh bölməsində xoşagəlməz sözlər yazılırdı. İncimişdim. Hətta fikirləşirdim ki, bir daha fotosessiya etdirməyəcəyəm. Amma düşündüm ki, nə geyinməyimdən asılı olmayaraq, həmin şərhlər yazılacaq. Ona görə də fikirləşdim ki, işimi əvvəlki kimi davam etdirəcəyəm. Hamı adamı tərifləyə bilməz ki. Onu da deyim ki, məni tənqid deyil, təhqir qəzəbləndirmişdi. Şərhlərdə tənqid, təhqir və sözsüz ki, tərif də var idi.

- Kifayət qədər gözəl xanımsınız. Maraqlıdır, tənqidlər nə ilə bağlı idi?

- Sosial şəbəkələrdə şortda olan şəkillərim, həmçinin ilk fotosessiyam yayılmışdı. Kiçik bir misal çəkim. Küçədə şortla gəzəndə normal qəbul olunur. Amma şortla şəkil çəkdirib, sosial şəbəkələrdə paylaşanda fərqli münasibət sərgilənir. Yazırlar ki, bu nədir, biabırçılıq. Şortda şəkil çəkdirmək olar? Və yaxud mini ətək, ya da dekolteli geyimlər olsun. Yaxşı ki, çimərlikdə şəkil çəkdirməmişəm, bunu etsəm, nələr olardı?.. Bəs görəsən, camaat çimərliyə necə gedir?

- Təbii ki, çimərlik geyimində.

- Bəli. Amma bizdə çimərlikdə çimərlik geyimində şəkil çəkdirəni təhqir edirlər. Guya özləri dənizə gedəndə paltarla çimirlər. Siz də çimərlik geyimində olursunuz da. Yanlış olan nəyəsə irad tutsalar, dərd yarıdır. Bu halda həmin şərhlərə haqq qazandırmaq olar. Düşünərsən ki, doğrudan, belə olmaz axı! Biri də var ki, şəkildə oturmusan, bir az ayaqların açıqdır. Yazacaqlar ki, vay, biabırçılıq. Təhqir, tənqid... Çox ifrat dərəcədə şərhlər yazırlar. Ona görə də fotosessiya etdirmədim. Amma indi fikirləşmişəm ki, maraqlı bir obraz yaradım. Yəni ki, adi bir fotosessiya olmayacaq. Bir neçə Hollivud ulduzunun obrazını canlandıracağam.

- Maraqlıdır, həmin fotosessiyada geyimləriniz necə olacaq?

- Əvvəlki fotosessiyamın biri yay, digəri isə payıza aid idi. Payızda çəkilən fotosessiyam uğurludur. İlk fotosessiyam uğursuz alınıb. İnsanlar bunu başa düşmürlər ki, uşaq yeriməyə cəhd edəndə iməkləyir, bunu yıxıla-yıxıla edir. Daha sonra isə normal gəzməyə başlayır. Hər bir adam hansısa səhvə yol verə bilər. İlk fotosessiyamın uğursuz olduğunu özüm bilirdim. Sonrakı, gəlinlik geyimində olan fotosessiyalarım çox gözəl, uğurlu alınıb.

Bilirsiniz, problem nədədir? Verdiyim müsahibələrə yaxşı fotosessiyalarımdan olan şəkilləri deyil, uğursuz işimdən olan fotolarımı yerləşdirirlər. Əslində, o şəkillər açıq-saçıq deyil. Sadəcə, oturmuşam, ətəyimi azacıq qaldırmışam. Ayağım görünür, azacıq sinə dekoltesi olan paltar geyinmişəm. Yəni çimərlik paltarında deyiləm.

- Yeni fotosessiyanda kimlərin obrazlarını yaradacaqsan?

- Mənim iki ən çox sevdiyim aktrisa var. Həmin aktrisaların çəkildiyi filmlərdəki bəzi obrazları yaradacağam. Onlar Hollivud ulduzlarıdır.

- Salma Hayek və Ketrin Zeta Cons. Bu xanımlardan hansını seçmisən?

- Sifət quruluşuma görə məni Ketrin Zeta Consa, Türkan Şoraya, Monika Beluççiyə, Ancelina Coliyə bənzədirlər. Onların çəkildiyi obrazları canlandırmaq istəyirəm. Kimin obrazını canlandıracağımı qətiləşdirməmişəm.

- Deyirsiniz ki, xoşagəlməz şərhlərdən dolayı fotosessiya etməyəcəyinizə qərar vermişdiniz. Amma bir müddət öncə müsahibənizdə demişdiniz ki, atanız Nurəddin Mehdixanlı özü sizə qadağa qoymuşdu ki, belə fotosessiyalara son qoyasınız...

- Qadağa qoymamışdı. Amma bildirmişdi ki, açıq fotosessiyalara çəkilmə. O, sadəcə mənim fotosessiyamı bəyənməmişdi.

- Hazırda Nurəddin Mehdixanlı ilə münasibətiniz nə yerdədir?

- Bu söhbətlər çox uzandı. İfrat dərəcəyə gətirib çıxardılar. Bütün saytlarda bu mövzuda xəbərlər, məqalələr dərc olunurdu. Və etiraf edim ki, hazırda münasibətlər elə də xoş deyil. Münasibətimiz kəsilib, aramızda inciklik var. Yenə də o, mənim böyüyümdür. İnanmıram ki, aramızdakı inciklik uzun müddət davam etsin. Ondan inciməyə ixtiyarım var.

- Necə düşünürsünüz, atanızla münasibətinizin korlanmasında mətbuatın rolu oldu? Olaylar sanki bir az şişirdildi.. Ata ilə qız arasında anlaşılmazlığa rəvac verildi...

- Düzü, mətbuat mənə böyük bir zərbə vurdu. Onsuz da mən atasız böyümüşdüm. Son 6-7 il idi ki, atamla münasibətim yaranmışdı. 6 yaşım olanda valideynlərim ayrılıblar. Həyatımın 20 ilini atasız böyümüşdüm. 25 yaşımdan sonra işimlə əlaqədar olaraq, özüm onun yanına getdim. Bizim artıq isti, mehriban münasibətimiz var idi. Məsləhət verirdi, ata kimi onunla söhbət edirdim. Onunla görüşdən sonra deyirdim ki, atamın yanındaydım.

- Maraqlıdır, görüşəndə sizə hisslərini, duyğularını büruzə verirdi?

- Atam xasiyyətcə sərt insandır. Amma ondan özümə qarşı sevgi görmüşəm. Atamın mənə qarşı olan sevgisi, məsləhətləri, saatlarla söhbətləşməyimiz... Dayaq, qayğı görməsəm də, sevgi görmüşəm. Əlimdən tutmasa da, onunla görüşüb saatlarla danışmağım mənim üçün hər şey idi. Mətbuat bütün bunları mənim əlimdən aldı.

- Onun bu illər ərzində peşman olduğunu hiss etdiniz? Mənəvi və maddi dəstək olmadığı üçün peşman idi?

- O çox yaxşı insandır. Mənim böyüyümdür. Məni görüb, özülüyündə peşmançılıq hiss edirdi. Bəlkə də peşmandır. İndi peşman olmasa da, nə vaxtsa da olacaq.

- Bəlkə, bizim vasitəmizlə ona müraciət edəsiniz, barışasınız?

- Yox. Atamın məndən imtina etməyi mənə böyük zərbə oldu. Onun bu addımı düşdüyü vəziyyətdə normal idi. Bilirəm ki, o, bunu çıxılmaz vəziyyətdə qaldığı üçün etdi. Biz onunla saatlarla telefonla danışırdıq.

- Onun ailəsi, xanımı, sizin ögey bacılarınız, qardaşınız bundan xəbərdar idi?

- Təbii ki.

- Maraqlıdır, bəs onlarla münasibətiniz necə idi?

- Mənim onlarla yox, sırf atamla münasibətim olub. Onlar haqqında danışmaq istəmirəm. Çünki kimlərinsə vəziyyəti başqa istiqamətə yönəltməsini istəmirəm. Atamın qəzəbinə səbəb şəkillərimə yazılan rəylər oldu. Kişinin 2-3, hətta 4 arvadı ola bilər. Bu, şəriətimizdə də var. Mən onun rəsmi nikahla, ilk evliliyindən olan övladıyam. Mən və qardaşım. Ən azından atamın xalq artisti olmağına hörmət etməli idilər. Onun yaşına, bu günə kimi Azərbaycan üçün etdiklərinə hörmətlə yanaşmalı idilər. İnsan şəxsi həyatını necə istəyir, elə də yaşaya bilər. Əsas onun şəxsiyyətinə hörmət etmək lazım idi. Həmin rəylər ona yaraşmırdı. Nurəddin Mehdixanlı üçün yazılmamalı idi. Çünki o, Nurəddin Mehdixanlıdır. Azərbaycanın xalq artistidir. Həmin rəylər onu çox sarsıtdı.

Mənim bir gün əvvəl verdiyim müsahibə ilə “İnstagram”da olan şortda olan şəkillərimi birləşdirib verdilər saytlara. Eləməyin... Niyə ata ilə qızının arasına girdiniz, bizə zərbə vurdunuz? Onun açıqlaması isə məni sarsıtdı. Məcburiyyət qarşısında qalıb, sübut etdim ki, o, mənim atamdır. Sadəcə olaraq, mətbuatın güdazına getdik. Sonrakı hadisələrdən hamınız xəbərdarsınız. Aləm bir-birinə dəydi. Sonra da o, dedi ki, bəli, mənim qızımdır. Sadəcə, yarıçılpaq şəkillərinə görə onu qəbul etmirəm.

Rəylər yazıldı ki, ata-bala özlərini reklam edirlər. İnsanlar necə bu səviyyədə ola bilərlər?! Anlamırlar ki, mən istəsəydim bunu çoxdan edərdim. Sənətdə ilk addımlarımı atanda bunu açıqlaya bilərdim. Hətta bəlkə də artıq Azərbaycanda deyil, xaricdə fəaliyyət göstərirdim. Ümumiyyətlə, mən qara piarı sevmirəm.

- Nə əcəb heç bir teatrda çalışmırsınız? Tearın yükü daha ağırdır, daha sanballıdır, siz daha gözəl obrazlar yarada bilərsiniz...

- Akademik Milli Dram Teatrında və yaxud Gənc Tamaşaçılar Teatrında işləyə bilərdim. Sadəcə olaraq sərbəst çalışmaq istədim. Sizə deyim ki, filmdə oynamağı vəhşicəsinə sevirəm. Teatrda oynamağı sevmirəm. İncəsənət Gimnaziyasında tamaşalarda oynayırdım.

- Sizə hansı daha çətin gəlir, teatr, yoxsa kino aktyoru olmaq?

- Mənə heç biri çətin gəlmir. İnanırsınız, bütün janrlar mənə yaxındır. İstənilən janrda obraz yarada bilirəm. Həm komediya, həm dram. Hərdən fikirləşirəm ki, gərək o zamanlar valideynlərimdən qorxmayıb, bu sənətə gələydim. Amma onların sözü mənim üçün qanun olub. Mən təkcə aktrisa deyiləm, yaradıcı insanam. Şeir, ssenari, hekayələr yazıram, qiraəti bacarıram, mahnı bəstələyirəm.

- Səsiniz var?

- Mən həm də xorda oxumuşam. Səsim var. Amma heç bir zaman müğənni olmaram. Müğənnilik sənətinə böyük hörmətim var. Sadəcə olaraq, mən özümü müğənnilik sənətində görmürəm.

- Sonuncu dəfə teatrda hansı tamaşaya baxmışınız?

- İki ay öncə Rus Dram Teatrında.

- Nurəddin Mehdixanlının oynadığı tamaşalara gedirsiniz?

- Xeyr, getməmişəm.

- Dəvət edib sizi?

- Xeyr.

- Haqqınızda danışılanlar sizi çox narahat edir?

- Şükür Allaha, aktrisalardan, aktyorlardan və müğənnilərdən mənə fikir bildirən, söz atan olmadı. Mən də özümü reklam etmək üçün kiməsə söz atan deyiləm. Sənət adamlarından haqqımda heç nə eşitmədim. Ümumiyyətlə, qalmaqaldan uzaq adamam. Eybi yox, qoy açıq geyimlərimə görə məni daşlasınlar. Amma mən kiməsə söz atıb, aşağı səviyyəyə düşmərəm. Elə insan deyiləm.

- Sizcə, insanın açıq-saçıq geyimi onun əxlaqından xəbər verir?

- Əlbəttə ki, yox! Fotosessiya etmişəm, ayağım görünür. Mənim ayağım deyil? Göstərirəm! Bir qadın mənim haqqımda xoşagəlməz şərhlər yazmışdı. Həmin insanın profilinə baxdım, təxminən 63-64 yaşlı müəllimə idi. Bu xanım məktəb künclərində, pilləkənlərində, partaların üstündə fotosessiya edib, şəkillər çəkdirib. Mini ətəkdə, tül, şəffaf kofta geyinib... Siz təsəvvür edin, bu insan pilləkəndə oturub, mini ətəkdə, ayaqlarını da üçbucaq şəklində qoyub... Və bu xanım, mənə deyir ki, valideynlərin hara baxır? Mən buna nə deyim?! Necə geyinməyini də özün bilərsən. Amma heç kimə də söz atma. Şort geyinib maşının yuxarısında oturub, ayaqlarını da yuxarı qaldırıb şəkil çəkdirən qızlar var... Amma başqasına yazır ki, bu nə gündədir? Niyə belə açıq-saçıq geyinib? İnsan hansı yaşda olursa-olsun geyiminə özü cavabdehdir. Hansı zəmanədə yaşayırıq axı?!

- Sizcə, bu problemin kökü nədədir?

-Təhqiri, tənqidi edən insan birinci aynada özünə baxmalıdır. Sonra dönüb arxasına baxmalıdır, ondan sonra kiməsə söz atmalıdır. Mən bu sözü hər zaman deyirəm ki, əvvəlcə geriyə dönüb, öz həyat qatarına bax, sonra kiminsə şəxsi təyyarəsinə söz at.

Baxırsan, 20-21 yaşında qızlar hansısa müğənninin şəklinə “fu, iyrənc, bu nə gündədir? Bu niyə belə açıq-saçıq geyinib” - yazırlar. Əzizim, sənin 21 yaşın var, guya qapalı geyinirsən ki?! Psixologiya, düşüncə problemi var. Bir də ki, bəzi insanların özünə hörməti yoxdur. Düşünürəm ki, bu savadsızlıqdan irəli gəlir. İnsan savadlı olanda ilk növbədə özünə hörmət edir. Fikirləşir ki, mən bu sözü kimin üçünsə yazıramsa, özümə ayıbdır.

- Qadınların açıq-saçıq geyinməsinə olan münasibətdən danışdıq. Bu hal əks cinsin nümayəndələri üçün də aktualdır. Yəni şort geyinən kişilər cəmiyyətdə, deyərdim ki, qadınlardan daha çox sərt təpki ilə üzləşirlər...

- Kişi şalvarında gəzən kişiciklər uzunqol geyinir, köynəyini də hülqumuna qədər düymələyir, amma arvadlarını boşayırlar. Min cür avara, axmaq işlərlə məşğul olurlar. Eyb etməz, qoy kişi şort geyinsin, amma namuslu, qeyrətli olsun. Ailəsinin qədrini bilsin. Kişi söhbəti başqadır. Şort geyinənə “kişi deyil” deyənlərin özlərində məhz həmin xüsusiyyət yoxdur. Kişi şalvarı geyinib, kişi olmamaqdansa, şortik geyinib, sözünə düz, dürüst olmaq daha önəmlidir.


"Qoy açıq geyimlərimə görə məni daşlasınlar"









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ağdam Sənaye Parkında yeni şirkət - 8,6 milyona velosiped istehsalı müəssisəsi quracaq
Bu gün, 11:32
Auditorlar Palatasının mənfəəti cüzi artıb
Bu gün, 11:29
BU NƏDİ BELƏ: Naxçıvanda fermerlərə ŞOK QADAĞA... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:27
Məşğulluq Agentliyi özünə umac ova bilməyən “BİS CO” MMC-yə əriştə kəsdirir – Milyonlarla manata
Bu gün, 11:22
Bakıda bayram günü QƏTL: - qız küçədə kişini öldürdü
Bu gün, 11:18
MOSKVANIN “QARABAĞ SANCISI” BİTMİR - Kremlin rəsmi ideoloqunun açıqlaması nəyi göstərir?
Bu gün, 11:16
Gürcüstan ABŞ-a yeni səfir təyin edib
Bu gün, 11:07
Tahir Kərimlinin partiyası növbədənkənar qurultaya gedir - AÇIQLAMA
Bu gün, 11:05
"Sahil S-İnşaat" işi niyə çözülmür - arxasındakı "sehirli əllər" üzə çıxır
Bu gün, 11:00
“Holcim Azərbaycan”ın ƏDALƏTİNƏ GÜVƏNDİKSƏ... - BU NƏDİ BELƏ?
Bu gün, 10:56
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən tiktoker "Bəniz" ev dustaqlığına buraxılmayıb
Bu gün, 10:52
“Oğlumu evləndirə bilmirəm, ev yoxdur, almaq istəyirəm” -Fədayə Laçın
Bu gün, 10:49
Qadının bu halda işləməsi qadağandır... - Ekspert danışır...
Bu gün, 10:43
“Atama görə gecə ilə evimizi satdım” – Yaşar Nurinin qızından ETİRAF
Bu gün, 10:37
"JEK"lərin xidmət haqqı toplaması qanunidir? - AKTUAL
Bu gün, 10:31
Əsgərlikdən yeni gəldi, dekan müavini TƏYİN EDİLDİ - ƏMR
Bu gün, 10:21
Ermənistanın OYUNBAZ KATALİKOSU... - KİV
Bu gün, 10:18
Şərur səhiyyəsinin ASİMANI NƏDƏN BULANIQDIR? - ETİRAZ VAR...
Bu gün, 10:14
“Troni İnvestisiya Şirkəti”nin zərəri 5 dəfə artıb
Bu gün, 10:08
Tələbə Cavadın öldüyü qəzanın təfərrüatı – Anası günahkarları bağışladı...
Bu gün, 10:00
OBA “Best Managed Companies Azerbaijan 2025”in qalibi oldu
Bu gün, 09:55
Naxçıvanda dərdini kimə deyəsən... - BİLMİRSƏN...
Bu gün, 09:47
Paşinyana qarşı müxalifətin gücü YETƏRLİ OLACAQMI? - “Hraparak”
Bu gün, 09:34
Erməni kilsəsini azad etməli, yeni katolikos seçilməlidir - Paşinyan
Bu gün, 09:29
Naibə Allahverdiyeva da Mehriban Ələkbərzadəni tənqid etdi - Paylaşımını sildi
Bu gün, 09:27
Bəraət almış sahibkara qarşı MİLYONLUQ PROTEST - SƏBƏB
Bu gün, 09:21
Tütün mallarını istehsalı və satışı ilə məşğul olan məşhur şirkətin 4,8 milyon manat - VERGİ BORCU VAR
Bu gün, 09:17
İşəgötürən BUNA MƏCBURDUR... - Ekspert danışır...
Bu gün, 09:14
Qida təhlükəsizliyimizin ÖZÜ TƏHLÜKƏDƏDİR - FAKT BUDUR!
Bu gün, 09:10
Vüqar Səfərli və oğlunun müsadirə edilmiş əmlakları ilə bağlı şikayət araşdırılır - MƏHKƏMƏ
Bu gün, 08:59
Azad edilmiş bu kəndin layihələndirilməsinə başlanılır - DETALLAR
Bu gün, 08:57
Los-Ancelesdə peşəkar təxribatçılar fəaliyyət göstərir və bunun üçün onlar pul alırlar - Kristi Noem
Bu gün, 08:55
Mədəniyyət Nazirliyinin 180 minlik tenderi ləğv edildi - TƏFƏRRÜAT
Bu gün, 08:49
8 dövlətin “müharibə hazırlığı”: Türk ölkəsi də vurulacaq? – PLAN AÇILDI
Bu gün, 08:36
`Kontakt Home`un ÖZ QANUNLARI VAR İMİŞ... - BU NƏDİ BELƏ?
Bu gün, 08:31
“Gövhər Rzayeva xalamqızıdır, küsülü idik, təzə barışmışıq” - Mərhum sənətkarın qızı
Bu gün, 08:20
10 yaşlı qızın ölümündə təqsirli bilinən həkimlərin işi: biri cəza, digəri bəraət aldı – Ali Məhkəmədən son qərar
Bu gün, 08:18
"Bunların pulunu heç Süni İntellekt də saya bilməz…" - keçmiş deputatdan NÖVBƏTİ İTTİHAMLAR
Bu gün, 08:15
"Mübariz Mənsimov bu cür yaxşılıqları başa düşən deyil..." - NARAZILIQ VAR...
Bu gün, 08:10
“Həmin şəxsin cəza çəkməsini istəmirəm, bilərəkdən etməyib” -skuterin vurduğu aktrisa
Bu gün, 08:01
ABŞ Ukraynadan tamamilə imtina edəcəkmi? - FP
Bu gün, 07:01
ABŞ-İran müharibəsi olarsa... - ŞƏRH
Bu gün, 06:59
Kreditlərlə bağlı YENİ TƏKLİF: Borclar silinir? - MÜHÜM
Bu gün, 06:38
"Belə bir vəziyyət Rusiyadan gələn pullar hesabına yaşayan insanlarımızın sosial vəziyyətinə olduqca mənfi təsir göstərir" - deputat
Bu gün, 06:34
Dövlət qurumu 9 000 qış gödəkçəsi alır - TENDER, ŞƏRTLƏR
Bu gün, 04:14
44 günə Qarabağı azad edənlər 5 ildir haqqlarını arayırlar - DAHA BİR ETİRAZ...
Bu gün, 04:06
Pullarını falçılara qapdıranlar... - NƏ ETMƏLİ?
Bu gün, 03:47
Zaur Mikayılov 8 milyonu hara xərclədi? - Ramana-Maştağa yolunu "yedilər"
Bu gün, 03:40
Kiyev üçün yeni hədəflər - GƏLİŞMƏ
Bu gün, 03:33
Bazara yeni mobil operator gəlməlidir ki, qiymətlər ucuzlaşsın? - AKTUAL
Bu gün, 03:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru