Tahir Kərimlinin partiyası növbədənkənar qurultaya gedir .....                     "Sahil S-İnşaat" işi niyə çözülmür .....                     “Holcim Azərbaycan”ın ƏDALƏTİNƏ GÜVƏNDİKSƏ... .....                     Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən tiktoker "Bəniz" .....                     “Oğlumu evləndirə bilmirəm, ev yoxdur, almaq istəyirəm” .....                     Qadının bu halda işləməsi qadağandır... .....                     “Atama görə gecə ilə evimizi satdım” .....                     "JEK"lərin xidmət haqqı toplaması qanunidir? .....                     Əsgərlikdən yeni gəldi, dekan müavini TƏYİN EDİLDİ .....                     Ermənistanın OYUNBAZ KATALİKOSU... .....                     Şərur səhiyyəsinin ASİMANI NƏDƏN BULANIQDIR? .....                     “Troni İnvestisiya Şirkəti”nin zərəri 5 dəfə artıb .....                     Tələbə Cavadın öldüyü qəzanın təfərrüatı .....                     OBA “Best Managed Companies Azerbaijan 2025”in qalibi oldu .....                     Naxçıvanda dərdini kimə deyəsən... .....                     Paşinyana qarşı müxalifətin gücü YETƏRLİ OLACAQMI? .....                     Erməni kilsəsini azad etməli, yeni katolikos seçilməlidir .....                     Naibə Allahverdiyeva da Mehriban Ələkbərzadəni tənqid etdi .....                     Bəraət almış sahibkara qarşı MİLYONLUQ PROTEST .....                     Tütün mallarını istehsalı və satışı ilə məşğul olan məşhur şirkətin 4,8 milyon manat .....                     İşəgötürən BUNA MƏCBURDUR... .....                     Qida təhlükəsizliyimizin ÖZÜ TƏHLÜKƏDƏDİR .....                     Vüqar Səfərli və oğlunun müsadirə edilmiş əmlakları ilə bağlı şikayət araşdırılır .....                     Azad edilmiş bu kəndin layihələndirilməsinə başlanılır .....                     Los-Ancelesdə peşəkar təxribatçılar fəaliyyət göstərir və bunun üçün onlar pul alırlar .....                     Mədəniyyət Nazirliyinin 180 minlik tenderi ləğv edildi .....                     8 dövlətin “müharibə hazırlığı”: Türk ölkəsi də vurulacaq? .....                     `Kontakt Home`un ÖZ QANUNLARI VAR İMİŞ... .....                     “Gövhər Rzayeva xalamqızıdır, küsülü idik, təzə barışmışıq” .....                     10 yaşlı qızın ölümündə təqsirli bilinən həkimlərin işi: biri cəza, digəri bəraət aldı .....                     "Bunların pulunu heç Süni İntellekt də saya bilməz…" .....                     "Mübariz Mənsimov bu cür yaxşılıqları başa düşən deyil..." .....                     “Həmin şəxsin cəza çəkməsini istəmirəm, bilərəkdən etməyib” .....                     ABŞ Ukraynadan tamamilə imtina edəcəkmi? .....                     ABŞ-İran müharibəsi olarsa... .....                     Kreditlərlə bağlı YENİ TƏKLİF: Borclar silinir? .....                     "Belə bir vəziyyət Rusiyadan gələn pullar hesabına yaşayan insanlarımızın sosial vəziyyətinə olduqca mənfi təsir göstərir" .....                     Dövlət qurumu 9 000 qış gödəkçəsi alır .....                     44 günə Qarabağı azad edənlər 5 ildir haqqlarını arayırlar .....                     Pullarını falçılara qapdıranlar... .....                 

"Belə bir vəziyyət Rusiyadan gələn pullar hesabına yaşayan insanlarımızın sosial vəziyyətinə olduqca mənfi təsir göstərir" - deputat
Tarix: Bu gün, 06:34 | Çap et

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:
- Qüdrət bəy, Rusiya ilə Ukrayna arasında müharibə daha da şiddətlənir, İranda yük avtomobillərinin sürücüləri tətil edir. Oonşularımız olan bu iki ölkədə baş verənlərin Azərbaycana təsiri nə ola bilər və mənfi təsirləri minimuma endirmək üçün hansısa işlər görülürmü?
- Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə həm Rusiyanın öz iqtisadiyyatına böyük ziyan vurur, əhalinin sosial vəziyyətini ağırlaşdırır, həm də qonşu ölkələr, Rusiyanın iqtisadi sahədə əməkdaşlıq etdiyi dövlətlər bundan əziyyət çəkirlər. Son 10 ildə əmək miqrantları tərəfindən Rusiyadan ölkəmizə göndərilən maliyyə vəsaitinin həcmi 10 dəfəyə qədər azalıb. Rusiya keçmiş sovet respublikalarından gəlmiş əmək miqrantlarını müharibəyə göndərmək üçün miqrasiya siyasətini sərtləşdirib. Onlardan tələb olunur ki, ya ölkəni tərk et, ya da orduya yazıl və sağ qalsan Rusiya vətəndaşlığı al. Sərhədlərimiz bağlı olduğu üçün vətəndaşlarımızın geri dönməsi çox da asan deyil. İndi gənclərimiz iş üçün Rusiyaya getməkdən çəkinirlər. Belə bir vəziyyət Rusiyadan gələn pullar hesabına yaşayan insanlarımızın sosial vəziyyətinə olduqca mənfi təsir göstərir. Rusiyada 2 milyona qədər azərbaycanlı yaşayır, Azərbaycanda elə bir nəsil yoxdur ki, onlardan kimsə Rusiyada yaşamasın. Müharibə həm də həmin ailələrə əlavə gərginlik və stress yaşadır. Avropa Ukraynaya az da olsa kömək etdiyindən Putin Trampla birgə Ukraynanı hələlik kapitulyasiyaya məcbur edə bilmir. Ona görə də müharibə hələ bir müddət davam edəcək.
İranla bağlı isə Pezeşkian prezident seçiləndə bəyan etmişdim ki, dini lider xalq tərəfindən birbaşa seçilmiş legitim prezidenti dəstəkləməli və ona ciddi islahatlar həyata keçirmək üçün imkan yaratmalıdır. Bu, bəlkə də İranın dinc inkişafı üçün sonuncu şansdır. Amma biz, seçkilərdən kifayət qədər vaxt keçsə də, islahatlara başlanılmasını müşahidə etmirik. İranda sabitliyin pozulması bizim maraqlarımıza cavab vermir, çünki Çinlə ticarət əsasən İran üzərindən həyat keçirilir. İran müsəlman ölkəsidir, əhalisinin az qala yarısı azərbaycanlılardır. Onların rifahı və təhlükəsizliyi bizi də ciddi narahat edir. İranla geniş iqtisadi əlaqələrimiz var. Azərbaycan dövlətinin banisi Rəsulzadənin dünyalarca məşhur bir şüarı var, “İnsanlara hürriyyət, millətlərə istiqlal!”.
İranda insan hüquq və azadlıqlarına hörmət edilməsi, milli hüquqlardan istifadəyə və milli mədəniyyətin inkişafına imkan yaradılması, yerli dövlət hakimiyyət orqanlarına geniş səlahiyyətlərin verilməsi, iqtisadi azadlıqların genişləndirilməsi, rəqabət mühitinin yaradılması, korrupsiya ilə effektli mübarizə, imtiyazlardan imtina vətəndaş qarşıdurmasını önləyə, ölkəni yeni inkişaf mərhələsinə çıxara bilər. İranın daxili zəifliyini görən ABŞ və İsrail də nüvə enerjisindən dinc məqsədlərlə istifadə olunması məsələsində daha maksimalist mövqe sərgiləyirlər.
Bizə sabitliyin hökm sürdüyü və inkişaf edən sivil qonşular lazımdır.
Azərbaycan xaricdən mənfi təsirləri azaltmaq üçün enerji istehsalını və satışını artırmağa çalışır. Bunu təqdir etməklə yanaşı, iqtisadiyyatımızın gücləndirilməsi istiqamətində atılan addımları yetərli saymıram. İqtisadiyyatımız şaxələndirilməli, qeyri-neft sektoru, sahibkarlıq inkişaf etdirilməli, ciddi iqtisadi islahatlar aparılmalıdır.
- Qüdrət bəy, ABŞ prezidenti Trampla seçkilərdə ona ciddi dəstək vermiş Mask arasında yaranan münaqişəni bəzi ekspertlər razılaşdırılmış tamaşa adlandırır. Siz necə düşünürsünüz? ABŞ-ni nə gözləyir?
- Bunu deyənlər ya baş verənləri ciddi izləmir, ya da çox böyük fantaziyaya malikdirlər. Bu ehtimal sıfıra yaxındır. Mask tərəfindən Trampın yetkinlik yaşına çatmayan qızları istismar edən və həbsxanada özünü asan, qızlarla və Epşteynlə birgə videosunun paylaşılması və ona impiçment elan olunmasına çağırış oyun ola bilməz. Belə şeylər bağışlanmır. Mask Prezidentin yanında özünü çox ədəbsiz aparırdı və bu çox davam edə bilməzdi. Onun davranışları həm də narkotik sərxoşluq vəziyyətində olan adam görüntüsü yaradırdı. Ona görə də Tramp özünü ikinci prezident kimi aparan Maskla yollarını ayırdı. Düşünürəm bir azdan Maska hazırda Moskvada olan atası başa salacaq, bəlkə də artıq başa salıb ki, pullarına və xaricdəki dostlarımıza çox güvənmə. O, sakitləşəcək, əks halda məhv ediləcək. Öz xidmətlərini həddindən artıq şişirdən və özünü apara bilməyən yüksək ranqlı vəzifə sahibləri bizdə də olub və var. Ona görə deyirlər ki, şəxsin öz səviyyəsindən yüksək vəziyə təyin olunması və pula hərisliyi dövlət və cəmiyyət üçün fəlakətdir. Bizdə Mask kimi prezidentin yanında ədəbsizlik edə bilməsələr də, bəziləri fikirləşir ki, bu qədər yüksək vəzifə səlahiyətlərinə və müəyyən xarici əlaqələrə malikəmsə, qulluq mövqeyimdən sui-istifadə edə, milyonları büdcədən yayındıra , insanları, sahibkarları, kiçik ranqlı məmurları, bir sözlə hər kəsi Maskdan da çox incidə bilərəm. Mask yalnız siyasi məqsədəuyğunluq baxımından insanlara yanaşır və işdən çıxarırdı. İnkişafı əngəlləyən və vətəndaşları dövlətdən, hökumətdən narazı salan belə davranış əksər hallarda yaxşı sonuclanmır.
Tramp avtoritar idarəetməyə üstünlük verir. ABŞ-də isə tam müstəqil olmasa da məhkəmə hakimiyyəti, qismən azad media, xalqın iradəsi ilə formalaşan Konqress, vətəndaş cəmiyyəti institutları, müxalifət var. ABŞ həm də federal dövlətdir, ştatlar-fedrasiyanın subyektləri geniş səlahiyyətlərə malikdir. Ona görə Trampın onları ram etməsi çətin olacaq. İmpulsiv, qanunlara çox da hörmət etməyən və Putinin adamı sayılan Tramp vəzifədə qalmaqda davam edərsə ABŞ-ni yenidən böyük olmaq yox, yox olmaq təhlükəsi gözləyir. ABŞ-nin çöküşündən bütün dünya əziyyət çəkəcək. Xatırlayırsınızsa Tramp atəşkəs elan olunmasa danışıqlardan çıxacağı ilə hədələyirdi. Mən isə deyirdim ki, Putin icazə versə o vasitəçilikdən geri çəkilə bilər. Bu isə indiki halda Rusiyanın maraqlarına cavab vermir. Tramp hal-hazırda vasitəçi kimi Rusiyaya yeni sanksiyalrın tətbiqinin qarşısını ala bilir.
Dünya böyük çalxalanma dövrünə qədəm qoyub. Şükür edək ki, İlham Əliyev ölkəni bu təlatümlərdən kənarda saxlamağı bacarır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tahir Kərimlinin partiyası növbədənkənar qurultaya gedir - AÇIQLAMA
Bu gün, 11:05
"Sahil S-İnşaat" işi niyə çözülmür - arxasındakı "sehirli əllər" üzə çıxır
Bu gün, 11:00
“Holcim Azərbaycan”ın ƏDALƏTİNƏ GÜVƏNDİKSƏ... - BU NƏDİ BELƏ?
Bu gün, 10:56
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən tiktoker "Bəniz" ev dustaqlığına buraxılmayıb
Bu gün, 10:52
“Oğlumu evləndirə bilmirəm, ev yoxdur, almaq istəyirəm” -Fədayə Laçın
Bu gün, 10:49
Qadının bu halda işləməsi qadağandır... - Ekspert danışır...
Bu gün, 10:43
“Atama görə gecə ilə evimizi satdım” – Yaşar Nurinin qızından ETİRAF
Bu gün, 10:37
"JEK"lərin xidmət haqqı toplaması qanunidir? - AKTUAL
Bu gün, 10:31
Əsgərlikdən yeni gəldi, dekan müavini TƏYİN EDİLDİ - ƏMR
Bu gün, 10:21
Ermənistanın OYUNBAZ KATALİKOSU... - KİV
Bu gün, 10:18
Şərur səhiyyəsinin ASİMANI NƏDƏN BULANIQDIR? - ETİRAZ VAR...
Bu gün, 10:14
“Troni İnvestisiya Şirkəti”nin zərəri 5 dəfə artıb
Bu gün, 10:08
Tələbə Cavadın öldüyü qəzanın təfərrüatı – Anası günahkarları bağışladı...
Bu gün, 10:00
OBA “Best Managed Companies Azerbaijan 2025”in qalibi oldu
Bu gün, 09:55
Naxçıvanda dərdini kimə deyəsən... - BİLMİRSƏN...
Bu gün, 09:47
Paşinyana qarşı müxalifətin gücü YETƏRLİ OLACAQMI? - “Hraparak”
Bu gün, 09:34
Erməni kilsəsini azad etməli, yeni katolikos seçilməlidir - Paşinyan
Bu gün, 09:29
Naibə Allahverdiyeva da Mehriban Ələkbərzadəni tənqid etdi - Paylaşımını sildi
Bu gün, 09:27
Bəraət almış sahibkara qarşı MİLYONLUQ PROTEST - SƏBƏB
Bu gün, 09:21
Tütün mallarını istehsalı və satışı ilə məşğul olan məşhur şirkətin 4,8 milyon manat - VERGİ BORCU VAR
Bu gün, 09:17
İşəgötürən BUNA MƏCBURDUR... - Ekspert danışır...
Bu gün, 09:14
Qida təhlükəsizliyimizin ÖZÜ TƏHLÜKƏDƏDİR - FAKT BUDUR!
Bu gün, 09:10
Vüqar Səfərli və oğlunun müsadirə edilmiş əmlakları ilə bağlı şikayət araşdırılır - MƏHKƏMƏ
Bu gün, 08:59
Azad edilmiş bu kəndin layihələndirilməsinə başlanılır - DETALLAR
Bu gün, 08:57
Los-Ancelesdə peşəkar təxribatçılar fəaliyyət göstərir və bunun üçün onlar pul alırlar - Kristi Noem
Bu gün, 08:55
Mədəniyyət Nazirliyinin 180 minlik tenderi ləğv edildi - TƏFƏRRÜAT
Bu gün, 08:49
8 dövlətin “müharibə hazırlığı”: Türk ölkəsi də vurulacaq? – PLAN AÇILDI
Bu gün, 08:36
`Kontakt Home`un ÖZ QANUNLARI VAR İMİŞ... - BU NƏDİ BELƏ?
Bu gün, 08:31
“Gövhər Rzayeva xalamqızıdır, küsülü idik, təzə barışmışıq” - Mərhum sənətkarın qızı
Bu gün, 08:20
10 yaşlı qızın ölümündə təqsirli bilinən həkimlərin işi: biri cəza, digəri bəraət aldı – Ali Məhkəmədən son qərar
Bu gün, 08:18
"Bunların pulunu heç Süni İntellekt də saya bilməz…" - keçmiş deputatdan NÖVBƏTİ İTTİHAMLAR
Bu gün, 08:15
"Mübariz Mənsimov bu cür yaxşılıqları başa düşən deyil..." - NARAZILIQ VAR...
Bu gün, 08:10
“Həmin şəxsin cəza çəkməsini istəmirəm, bilərəkdən etməyib” -skuterin vurduğu aktrisa
Bu gün, 08:01
ABŞ Ukraynadan tamamilə imtina edəcəkmi? - FP
Bu gün, 07:01
ABŞ-İran müharibəsi olarsa... - ŞƏRH
Bu gün, 06:59
Kreditlərlə bağlı YENİ TƏKLİF: Borclar silinir? - MÜHÜM
Bu gün, 06:38
"Belə bir vəziyyət Rusiyadan gələn pullar hesabına yaşayan insanlarımızın sosial vəziyyətinə olduqca mənfi təsir göstərir" - deputat
Bu gün, 06:34
Dövlət qurumu 9 000 qış gödəkçəsi alır - TENDER, ŞƏRTLƏR
Bu gün, 04:14
44 günə Qarabağı azad edənlər 5 ildir haqqlarını arayırlar - DAHA BİR ETİRAZ...
Bu gün, 04:06
Pullarını falçılara qapdıranlar... - NƏ ETMƏLİ?
Bu gün, 03:47
Zaur Mikayılov 8 milyonu hara xərclədi? - Ramana-Maştağa yolunu "yedilər"
Bu gün, 03:40
Kiyev üçün yeni hədəflər - GƏLİŞMƏ
Bu gün, 03:33
Bazara yeni mobil operator gəlməlidir ki, qiymətlər ucuzlaşsın? - AKTUAL
Bu gün, 03:30
"Kilsə xalqın adı ilə xarici dövlətlərin siyasi alətinə çevirib" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:27
İmamoğluna görə Türkiyənin tanınmış müğənnilərinə qadağa qoyuldu - SİYAHI
Bu gün, 03:23
Bakı dəstəkləmədi, İrəvanın dostu qəzəbləndi – Qərar təsdiqlənib
Bu gün, 03:19
Ərdoğanın səhhəti ilə bağlı RƏSMİ AÇIQLAMA - "Bu məsələ ilə bağlı..."
Bu gün, 03:16
"Kassap Döner" QALMAQALI: 17 nəfər zəhərləndi, məsuliyyət kimdədir? - AKTUAL
Dünən, 18:05
Dolların kursu dəyişəcək? - EKSPERT AÇIQLADI
Dünən, 18:02
Böyük güclərin Cənubi Qafqazda qarşıdurması - Yeni mərhələ başlayır!
Dünən, 17:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru