“Ən böyük arzum bir ev alıb, oğlumu evləndirmək və o evdə öz ailəsi ilə onu xoşbəxt görməkdir. Nəvə-nəticə sahibi olmaq istəyirəm. Bu mənim nəinki həyatda, dünyada yeganə arzumdur”
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Fədayə Laçın doğum günündə qeyd edib. O daha sonra əlavə edib:
“Bakıda şəxsi evim yoxdur. Nə evim var, nə də oğlum evlənmək istəyir. Hər ikisi problemdir. Fərq etməz, bu ev Bakıda da ola bilər, Rusiyada da. Çünki mən həm burada, həm də Bakıda fəaliyyət göstərirəm” deyə müğənni bildirib.
Müğənni bildirib ki, sənətlə bağlı arzusu hər zaman səhnədə olmaqdır:
“Mən hər zaman səhnədə olmaq istəyirəm. Onu təsəvvür edə bilmirəm ki, nə vaxtsa səhnədən gedə bilərəm. Allah etməsin, səsim batarsa o vaxt sənəti ata bilərəm. Nə qədər sənətim, səsim var, oxumağı bacarıram, bu mənim ağlımın ucundan belə keçmir. Çoxları elə bilir ki, sənətdən kənar çəkilmişəm. Ola bilər ki, vətəndən uzaqda olduğum üçün gündəmdə deyiləm, amma bilsinlər ki, sənətin tən ortasındayam, içindəyəm. Hər gün sənətlə məşğulam. Halbuki məni bir çox şeylər qane etmir. Sənətin bu qədər ucuzlaşmasını istəməzdim” deyə müğənni bildirib.
Fədayə Laçın bacısı İlahə Fəda ilə küsülü olması iddialarına da son qoyub:
“Bunu danışana deyin ki, Fədayə deyir adam yalançı olmaz. Münasibətimiz çox yaxşıdır, 1 saat da küsülü qalmamışıq. Bu şayələri alçaq insanlar yaya bilərlər” deyə müğənni bildirib.