Kənd təsərrüfatı məhsulları ixrac edən sahibkarların həbslərinin arxasında nələr dayanır? .....                     KTN-in rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxsinin .....                     Tanınmış hüquq müdafiəçisi ŞOK SƏNƏD YAYDI... .....                     Paşinyan iki ağaya qulluq etmək istəyir: alınırmı? .....                     Prokuror “Kanal 11”in direktoruna cəza istəyib .....                     “Keşlə bazarı”nda söküntü işləri təxirə salınır .....                     "Bununla bağlı mənə məlumat verməlidirlər" .....                     "Qızışdıranlar olmasa, əslində, camaat üçün xoşdur" .....                     Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb .....                     Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq .....                     Ağsu RMX-nin dələduzluqda təqsirləndirilən vəzifəli şəxsləri özlərini qismən təqsirli biliblər .....                     "Özünə hörmət edən adam “feyk” profil işlətməz" .....                     Rusiya Zaporojye və Xersona 4000 nəfərin iştirakı ilə hücuma hazırlaşır .....                     Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu .....                     Prezident İlham Əliyev bir qrup idmançı və idman mütəxəssisini təltif edib .....                     "Zəlzələ olanda birinci biz hiss edirik..." .....                     Gömrük Komitəsinin tenderi LƏĞV OLUNDU .....                     Orbanla Fitsonun PUTİN SEVGİSİ .....                     Əli İnsanov İlham Əliyevi təbrik etdi .....                     Almaniyada cinayət törədən şəxsin ekstradisiya işinə baxılır .....                     Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisinə .....                     "Sual verildi ki, siz niyə filan obyektin vergisini ödəmirsiniz?" .....                     Azərbaycan və Maldiv arasında diplomatik, xidməti və rəsmi pasport sahibləri qarşılıqlı viza tələbindən azad ediləcək .....                     "Qadın ayrılıb deyə “onunla evlənmək olmaz” düzgün düşüncə tərzi deyil" .....                     “5A Construction” şirkəti ölkədən pul çıxarıb? .....                     Culfa və Babək şəhərinin baş planının hazırlanması .....                     Tramp-Putin görüşünə hazırlıqlar başlayır .....                     "Bakıda hesab edirlər ki, bu, onlara dəhlizi nəzarətə götürmək hüququ verir" .....                     “Yararlı hərbi qulluqçular yararsız kimi qeyd olunur” .....                     Jurnalistə vəzifə verildi .....                     Neftçilərdən SOS: Heç birimizin ərzağı qalmayıb!!! .....                     Şərurda valideynlər məktəbdən İMTİNA EDİR? .....                     İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti jilet, papaq, dəbilqə, eynək alacaq .....                     Paşinyan gecikmiş etirafından peşmandır .....                     Elvin Məmmədova yeni vəzifə verildi .....                     Qardaşına görə arvadının başını kəsdi .....                     Bakıda daha bir lizinq şirkəti təsis edilib .....                     Bakı həbsxanasında .....                     Emin Əmirullayevin `skoç`lanan və tüstülənən məktəbləri... .....                     4 günlük gecikməyə görə İŞDƏN QOVULDU VƏ... .....                 

Oğuzda Azərbaycanın təbii sərvəti olan meşələrimizə belə divan tutulur - Vətəndaş prezidentə şikayətçi düşdü
Tarix: 10-07-2014, 15:15 | Çap et
Oğuzda Azərbaycanın təbii sərvəti olan meşələrimizə belə divan tutulur
DİA.AZ: - Oğuz şəhər sakini F.İbrahimovun adından redaksiyamıza Oğuz meşələrinin qırılması ilə bağlı ilginc ittiham və faktlarla dolu şikayət məktubu daxil olub. Bildirək ki, DİA.AZ-a daxil olan məktub eyni zamanda müxtəlif KİV-lərə və prezident İlham Əliyev başda olmaqla bir sıra dövlət rəhbərlərinə də ünvanlanıb. Məktubda deyilir:

“Çox hörmətli cənab Prezident!

Sizin bir siyasi rəhbər kimi həyata keçirdiyiniz siyasi kursu bəyənirik və yüksək qiymətləndiririk. Ölkə prezidenti kimi fəaliyyətinizdən razıyıq. Lakin qəbul etdiyiniz qərarlar, verdiyiniz tapşırıqlar yerli məmurlar tərəfindən icra olunmur. Əsəsən də Oğuz rayonuna son 10 ildə təyin etdiyiniz icra başçıları, onların müavinləri korrupsiyadan çəkinməmişlər və xüsusi olaraq yeganə sərvəti meşəçilik olan rayonda meşə dağıntılarının kütləvi hal alması çoxları kimi bizləri-bir qrup Oğuz ziyalılarını da ciddi narahat edir.

Cənab Prezident!

And içirik ən müqəddəs saydığımız varlıqlara ki, 1990-cı ildən üzü bu yana rayona təyin edilən birinci şəxslər-icra başçıları, prokurorlar, polis rəislərinin əsas gəlir mənbəyi Oğuz meşələri olmuşdur. Son 15 ildə Oğuzda 5 icra başçısı dəyişdirilib. Onların rəhbərliyi ilə meşələrimiz, bağ-bağçamız dağıdılıb, 100 illərə boya-başa çatmış bərk cinsdən olan palıd, fıstıq, görüş, çökə, vələs ağacları qanunsuz kəsilmiş və bu işbazlar tərəfindən satılaraq milyonlarla manat pul qazanılmışdır.

Sonuncu dəfə- 1 il əvvəl rayona təyin edilən bizim həmyerlimiz (Özünü hər kəsə sizin yaxın dostunuz olduğunu bildirir) Eyvaz Qurbanov isə rayona rəhbər təyin edilən kimi «meşə mafiyası» yaratdı. O, hamını yaxşı tanıyırdı… Eyvaz Qurbanov (əvvəlki RİH başçısı Aydın Əlihüseynovun vaxtında da meşə korrupsiyasına başçılıq edən) indiki müavini və yaxın dostu sayılan Azad Əliyevə Oguz meşələrinin qanunsuz qırılaraq içlik material, yeşik taxtası və oduncaq kimi rayondan kənara satılması və külli miqdarda pul qazanılması işini həvalə etdi. Bu həmin Azad Əliyevdir ki, əvvəllər rayonda qaz idarəsinin rəisi işləyirdi və nə işlər görürdü, hansı əməllər törədirdi, bunu bütün rayon bilir. Onun əvvəlki RİH başçısı Aydın Əlihüseynovu necə bezdirib rayondan qaçırtdığını da hamımız bilirik (Bu hissədə bəzi korrupsiya və rüşvət faktları sadalanır və bu faktları araşdırmadan yaza bilməzdik, məhkəmə perspektivindən uzaq olmaq üçün). A.Əliyev bununla da rayonda meşələrə qənim kəsilən korrupsiya şəbəkəsi yaratdı və çox fəal fəaliyyətə başlayıbdır. Hətta ola bilsin onun bəzi işlərindən öz dostu Eyvaz Qurbanov da xəbərsizdir. Amma rayonda kənardan hamı hər şeyi görür. Görür ki, Oğuz meşələri Azad Əliyevin əlindən necə qan ağlayır…

Rayon polis şöbəsinin rəisi də bu korrupsiya şəbəkəsinin üzvüdür. Bu yolla əldə edilən qanunsuz gəlirlərdən hər ay Azad Əliyevin komanda üzvlərinin bildirdiyinə görə polisə haqq ayrılır. Cənab Prezident!

Məlumunuz olsun ki, meşə materiallarının Oğuzda qanunsuz qırılıb, dağıdılıb satılması yolu ilə hər ay bu komanda 350-400 min manat qanunsuz gəlir əldə edir. Belə ki, 1 «KaMAZ» ( 62 sm-lik) oduncaq yeşik taxtasına yarayan odun meşə işçiləri tərəfindən işbazlara 800 manata satılır. Hər bir maşının (materialla dolu ) rayondan polis işçiləri tərəfindən keçirilməsinə 400 manat pul alınır. Bu hər gün belədir və bir müşahidəçi olsa, yetər ( «Təzadlar» artıq bir əməkdaşını rayona ezam edib.Red.). Material satışı ilə məşğul olan işbazlar rayondan satılan hər bir «KaMAZ» maşınları üçün Azad Əliyevə 600 manat verirlər. Göyçay, Ağdaş, Şəmkir, Yevlax kimi rayonlarda fəaliyyət göstərən yeşik istehsalı sexlərinə həmin bir maşın ağac materialı 2500 manata satılır. Azad Əliyev rayonda 8 yerdə meşə materialından yeşik reykası hazırlayan sex işlədir ki, həmin sexlərdə Oğuz meşələrindən qanunsuz qırılmış meşə materialı hesabına işləyir. Bu sexlərdə hər bir maşın (62-sm-lik) materialdan 100-120 min ədəd yeşik taxtası istehsal edilir. Bu qanunsuz sexlər Oğuz şəhərində, həmçinin Oğuzun keçmiş quşçuluq fermasında ( «raypo»ya məxsus) Rüfət Həsrətov adlı şəxsin evində, Kərimli kəndində Qüdrət müəllimin evində, Xaçmaz kəndində meşə dolayının rəhbəri Xalid Seyidovun bağında, Xal-Xal kəndində, Muxas, Calud kəndlərində və sair yerlərdə fəaliyyət göstərir. Azad Əliyevin razılığı olmadan Oğuzda hec bir kəs meşə materialının emalı və satışı ilə məşğul ola bilməz. Azad Əliyevin bu koorrupsiya fəaliyyətini nizamlayan, yerlərdən pulları toplayan, material satışını təşkil edən sirdaşı- padarlı Nail və oğuzlu Hamildir. Bu koorrupsiya üzvlərinin bildirdiyinə görə Azad Əliyevin əldə olunan qazancının 50 %-i başçıya verilir, 30%-i, yəni 100-120 min manatı isə özünə qalır, qalan hissəsi isə meşə işçilərinə və digər üzvlərə paylanır.

Cənab prezident!

Biz oğuzlular meşələrimizin qırılmasının tam əleyhinəyik. Neçə illərdir ki, etiraz səsimizi qaldırırıq. Sizlərə, rəhbər orqanlara narahatlığımızı bildiririk, ölkə mətbuatında bu barədə məlumat verilir. Heç bir müsbət nəticəsi olmur. Meşələrin qırılması ilə bağlı şikayət məktubu Prezident Administrasiyasına çatan kimi, rayona baxan «kurator» tərəfindən başçı ora-bura çağrılır, nə tapşırıq verilirsə, Azad Əliyev meşə dağıdan korrupsiyaçılara 10-15 gün fasilə vermələrini tapşırır, sonra yenə əvvəlki kimi iş davam etdirilir. Görünür ki, bizim meşələrimizin dağıdılması üçün sizə etdiyimiz müraciətimiz hansısa məmurların əlinə keçir, sonra isə məsələ düyünə düşür.

Cənab Prezident!

Siz korrupsiya və rüşvətxorluğa qarşı mübarizə barədə sərəncam vermisiniz. Cənab Ramiz Mehdiyev korrupsiya və rüşvətxorluğa qarşı mübarizə komissiyasının rəhbəridir. Bəs nə əcəb yerli aparatlarda əyləşən icra başçısı, onun müavini və digərləri Sizin bu sahədəki mübarizənizə kölgə salırlar? Biz son 10 ildə Prezident Administrasiyasına, Ekologiya Nazirliyinə yüzlərlə Oğuz ziyalıları adından meşələrimizin qanunsuz dağıdılması, talan edilməsi haqqında onlarla müraciətlər etmişik. Amma yerli məmurlar bunlara məhəl qoymurlar. Qarabağın Topxana meşəsini düşmən dağıtdı. Oğuzun meşələrini isə yerli məmurlar viran qoyur.

Cənab Prezident!

Oğuzun Yaqublu kəndi rayonda sonuncu, sərhəd ərazidir. Bizim dediklərimizə inanmayanlar əgər bu koorrupsiya şəbəkəsinin ifşa olunmasını, biz yazan faktların doğruluğunu bilmək istəyirsə, bir gün ərzində həmin kənddən Şəki rayonunun taxılçılıq sovxozuna keçən yolda müşahidə aparsınlar. Hər şey bəlli olacaqdır. Hər gün axşamlar oradan 15-20 «KaMAZ» dolu meşə materialı ötürülür.

Oğuz Meşə İdarəsində ixtisaslı meşə işçisi qalmayıb. Meşələrin qırılmasına etiraz edən ixtisaslı meşəçilər işdən kənarlaşdırılıbdır. Əvəzində Azad Əliyev öz adamlarını meşə nəzarətçiləri təyin etdirib. Bəs ulu öndər H.Əliyevin siyasi kursunu davam etdirməli olan Oğuz RİH başçısı Eyvaz Qurbanov, onun müavini Azad Əliyev, Oğuz rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov hara baxır???

Ulu öndər H.Əliyev deyirdi: "Bir qanunsuz yaşıl ağac kəsiləndə elə bilirəm ki, mənim sağ qolumu kəsirlər". Dünya azərbaycanlılarının konfransında bütün dünya azərbaycanlılarına "xeyir-dua" etdi. H.Əliyev deyirdi: " Sizin çaylariniz qurumasın, ocağınız sönməsin, bulaqlarınız qurumasın, ağaclarınız kəsilməsin!». Bəs meşəsi olmayan ərazidə, çaylarda, bulaqlarda su olarmı? Milyard manatlarla xərclə Bakıya Oğuzdan su xətti çəkilib Meşə olmasa yerin altında su ehtiyatı necə təmin oluna bilər?

Ölkənin birinci xanımı Mehriban Əliyevə elə bu ili də «Ekologiya ili!» elan ebibdir. Mehriban xanımın bu möhtəşəm təşəbbüsü Oğuzda niyə alt-üst başa düşülüb???

Cənab Prezident! Bəzi məmurlar həqiqətən də odla oynayırlar və təbiətə qənim kəsiliblər. Onların qarşısını inanırıq ki, ən azı bu müraciətimizdən sonra Siz kəsəcəksiniz.
Böyük ümid hissi ilə:

Oğuz ziyalıları və təbiət sevənlər adından: F.İbrahimov»









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kənd təsərrüfatı məhsulları ixrac edən sahibkarların həbslərinin arxasında nələr dayanır? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 13:12
KTN-in rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxsinin vəsatəti təmin edilməyib
Bu gün, 13:10
Tanınmış hüquq müdafiəçisi ŞOK SƏNƏD YAYDI... - BU NƏDİ BELƏ?..
Bu gün, 13:08
Paşinyan iki ağaya qulluq etmək istəyir: alınırmı? - FAKT BUDUR!
Bu gün, 13:02
Prokuror “Kanal 11”in direktoruna cəza istəyib
Bu gün, 13:01
“Keşlə bazarı”nda söküntü işləri təxirə salınır - BU TARİXƏDƏK...
Bu gün, 12:55
"Bununla bağlı mənə məlumat verməlidirlər" - GİLEY
Bu gün, 12:52
"Qızışdıranlar olmasa, əslində, camaat üçün xoşdur" - Razi Nurullayev
Bu gün, 12:50
Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb - DİQQƏT!
Bu gün, 12:47
Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46
Ağsu RMX-nin dələduzluqda təqsirləndirilən vəzifəli şəxsləri özlərini qismən təqsirli biliblər
Bu gün, 12:45
"Özünə hörmət edən adam “feyk” profil işlətməz" - ETİRAZ
Bu gün, 12:42
Rusiya Zaporojye və Xersona 4000 nəfərin iştirakı ilə hücuma hazırlaşır - KİV
Bu gün, 12:40
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - Polisin internet əməliyyatı
Bu gün, 12:37
Prezident İlham Əliyev bir qrup idmançı və idman mütəxəssisini təltif edib - SİYAHI
Bu gün, 12:36
"Zəlzələ olanda birinci biz hiss edirik..." - NARAZILIQ VAR...
Bu gün, 12:35
Gömrük Komitəsinin tenderi LƏĞV OLUNDU - SƏBƏB
Bu gün, 12:25
Orbanla Fitsonun PUTİN SEVGİSİ - Görünəni odur ki...
Bu gün, 12:20
Əli İnsanov İlham Əliyevi təbrik etdi
Bu gün, 12:18
Almaniyada cinayət törədən şəxsin ekstradisiya işinə baxılır - DETALLAR
Bu gün, 12:15
Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisinə 20 milyon manat ayrıldı
Bu gün, 12:12
"Sual verildi ki, siz niyə filan obyektin vergisini ödəmirsiniz?" - Xoşqədəm həmyerlisini İFŞA ETDİ
Bu gün, 12:08
Azərbaycan və Maldiv arasında diplomatik, xidməti və rəsmi pasport sahibləri qarşılıqlı viza tələbindən azad ediləcək
Bu gün, 12:04
"Qadın ayrılıb deyə “onunla evlənmək olmaz” düzgün düşüncə tərzi deyil" - VİDEO
Bu gün, 11:51
“5A Construction” şirkəti ölkədən pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 11:44
Culfa və Babək şəhərinin baş planının hazırlanması 351 min manata başa gələcək
Bu gün, 11:40
Tramp-Putin görüşünə hazırlıqlar başlayır
Bu gün, 11:38
"Bakıda hesab edirlər ki, bu, onlara dəhlizi nəzarətə götürmək hüququ verir" - Vardan Oskanyan
Bu gün, 11:33
“Yararlı hərbi qulluqçular yararsız kimi qeyd olunur” - RƏSMİ İTTİHAM
Bu gün, 11:31
Jurnalistə vəzifə verildi - ƏMR
Bu gün, 11:24
Neftçilərdən SOS: Heç birimizin ərzağı qalmayıb!!! - NƏ BAŞ VERİR?
Bu gün, 11:18
Şərurda valideynlər məktəbdən İMTİNA EDİR? - "Siniflərdə oturmaq mümkün deyil..."
Bu gün, 11:08
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti jilet, papaq, dəbilqə, eynək alacaq - 343 min xərcləyəcək
Bu gün, 11:03
Paşinyan gecikmiş etirafından peşmandır - KİV
Bu gün, 10:59
Elvin Məmmədova yeni vəzifə verildi - ƏMR
Bu gün, 10:58
Qardaşına görə arvadının başını kəsdi – Xırdalanda dəhşət
Bu gün, 10:55
Bakıda daha bir lizinq şirkəti təsis edilib
Bu gün, 10:49
Bakı həbsxanasında DAHA BİR ÖLÜM
Bu gün, 10:41
Emin Əmirullayevin `skoç`lanan və tüstülənən məktəbləri... - AXI NİYƏ?..
Bu gün, 10:34
4 günlük gecikməyə görə İŞDƏN QOVULDU VƏ... - İTTİHAM VAR...
Bu gün, 10:30
“Soyuqdan donsam da, heç vaxt qazı yanılı qoyub yatmıram” – Razi Nurullayev
Bu gün, 10:16
Fakt istəyən nazirə FAKT YAĞIŞI davam edir... - Nəticəsi OLACAQMI?
Bu gün, 10:14
Afaqın verilişi nə vaxt yayımlanacaq?
Bu gün, 10:10
Dələduzluqda ittiham olunan “Moon Kids” uşaq bağçasının direktoru özünü təqsirli bilməyib
Bu gün, 10:06
Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər NİYƏ İŞLƏMİR? - Vasif Talıbovun da adı çəkilir...
Bu gün, 10:03
Ermənistanın dəmir yolu təklifi: Paşinyan əslində nə istəyir? - AKTUAL
Bu gün, 09:50
Geri çağrılan səfirdən GERİYƏ QALANLAR... - İLGİNC İDDİA
Bu gün, 09:45
AMEA-nın hər köşəsi BAZAR İMİŞ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:32
Ermənistanda “iqtisadi sıçrayış” bitdi: nələr gözlənilir? - "...çıxılmaz vəziyyətə düşüb"
Bu gün, 09:27
Zəngəzur dəhlizi uğrunda gərgin SAVAŞ - İNCƏLƏMƏ
Bu gün, 09:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru