Nəğməkar şair Baba Vəziroğlu fövqəladə hallar naziri Kəmaləddin Heydərova ad günü hədiyyəsini açıqlayıb.
Şair Qaynarinfo-ya açıqlamasında Kəmaləddin Heydərova yeni şeir hədiyyə etdiyini deyib:
"Şairin hədiyyəsi nə olar? Yeni "Mən olacağam" adlı şeir yazdım, Kamal müəllim də bəstələdi. Mahnını bu gün (dünən-red.) təqdim etdik. Uzun zaman idi ki, üzərində işləyirdik. Çox bəyəndi. Mahnını müğənni Elton Hüseynəliyev ifa edib. İnanıram ki, yaxın günlərdə trend olacaq".
Baba Vəziroğlu bildirib ki, Kamal müəllim bəstələdiyi mahnıların ifaçılarını həmişə özü seçir:
"Mahnını bəstələyəndə artıq bilir ki, bu hansı ifaçının repertuarında yaxşı alınar".