Əmək Müqaviləsinə xitam verilərkən işçilərin hansı maddi təminatları və müavinət almaq hüquqları vardır?
Əmək Müqaviləsinə xitam verilərkən işçilərin aşağıda göstərilən maddi təminatları, güzəşt və müavinət almaq hüquqları vardır:
1. İşçilərin sayının azaldılması və ya ştatların ixtisarl ilə əlaqədar, həmin müəssisədə bağladığı Əmək müqaviləsi üzrə iş stajından asılı olaraq orta aylıq əmək haqqının: 1-2 misli aylıq miqdarında.
2. İşçinin əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; orta aylıq əmək haqqının azı iki misli miqdarında.
3. Əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə; orta aylıq əmək haqqının azı iki misli miqdarında.
4. İşçi hərbi və ya alternativ xidmətə çağırıldıqda: orta aylıq əmək haqqının azı iki misli miqdarında. Hərbi xidmətdən sonra öz vəzifə və ya peşəsinə qayıtmaq hüququ ilə.
5. İşçinin vəfatı ilə əlaqədar, vəfat edənin vərəsələrinə: orta aylıq əmək haqqının azı üç misli miqdarında.
6. Müəssisənin mülkiyyətçisinin dəyişməsi iləəlaqədar rəhbər heyətə daxil olan işçilərə: orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir.
7. Əmək müqaviləsində nəzərdə tutulmuşsa, bu halda da işçiyə müavinət ödənilməlidir.
8. Kollektiv müqavilədə nəzərdə tutulmuşsa, bu halda da işçiyə müavinət ödənilməlidir.
9. İşəgötürənin təşəbbüsü və ya könüllü iradəsi əsasında.
10. İşçi ilə hər hansı bir razılaşma əsasında.
11.Əmək kitabçasını, Əmək müqaviləsinin 1 nüsxəsini və son haqq-hesabını son iş günü almaq hüququ.
12. Əmək münasibətlərində olduğu müddət üçün - İşəgötürəndən müvafiq arayış almaq.
13. Müvafiq arayışlar almaq, əmək fəaliyyəti ilə əlaqədar.
14. Əmək müqaviləsinə xitam verilərkən İşəgötürən, Əmək Məcəlləsində və ya razılaşmalarda olan məbləğdən az ödəyə bilməz, lakin yüksək məbləğdə ödəyə bilər.
Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - (dia-az.icu)