“Azərbaycanla sülh müqaviləsi üzrə danışıqlar davam edir”.
KONKRET.az xəbər verir ki, bunu hakim “Mülki müqavilə” partiyasından olan deputat Vladimir Vardanyan deyib.
“Sazişin mətni razılaşdırılıb və siz bu barədə məlumatlısınız. Ona görə də biz bu məsələ ilə bağlı əlavə şərh vermək istəmirik”, – Vardanyan bildirib.
Bir qədər sonra o, əlavə edib ki, danışıqlar prosesi başa çatıb və mətn razılaşdırılıb.
“Ermənistan Respublikası öz rəsmi mövqeyini bildirib, ona əsasən sülh müqaviləsini imzalamağa hazırdır. İndi yalnız imzalanma yeri və vaxtı müzakirə olunur. Bu qədər. Yeni heç nə yoxdur. Bu, bizim yanaşmamız və rəsmi mövqeyimizdir”, – deyə deputat vurğulayıb.