TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq – Hökm ləğv edildi
Tarix: 15-05-2025, 09:22 | Çap et
 Bakıda qeyri-rəsmi münasibətdə olduğu qadına işgəncə verməkdə, seksual xarakterli zorakılıq hərəkətləri etməkdə ittiham olunan 2003-cü il təvəllüdlü Əli Məmmədovun Ali Məhkəmədə işinə baxılıb.
Teleqraf-ın əldə etdiyi məlumata görə, Neftçala rayon sakini Əli “TikTok” sosial şəbəkəsində Sumqayıt şəhər sakini olan Ləman (ad şərti verilib – red.) ilə tanış olub və aralarında sevgi münasibəti yaranıb. Bir müddət sonra Ləmanın hamilə olması məlum olub. Lakin daha sonra onların münasibəti pozulub. Əli qısqanclıq zəminində sevgilisini cəzalandırmaq qərarına gəlib.
İttihama görə, Əli hamilə vəziyyətində olan qeyri-rəsmi münasibətdə olduğu Ləmanın sosial şəbəkələrdə başqa kişilərlə ünsiyyət saxlamasından xəbər tutub.
21 mart 2023-cü ildə, saat 10 radələrində dostu Vaqifin kirayə qaldığı evin qonaq otağında mübahisə zamanı Ləmanın sifət nahiyəsinə çoxsaylı zərbələr vurub. Bel kəmərini çıxararaq onu üzü üstdə yerə uzadıb, kürək, sağrı və ayaq nahiyələrinə zərbələr endirib. Ləmanın qollarını kəmərlə bağlayıb, onu köməksiz vəziyyətə salıb.
Ailəsinin və özünün ünvanına nalayiq ifadələr işlədib, bir daha sosial şəbəkələrdə başqa şəxslərlə ünsiyyət saxlamayacağına söz verməsini tələb edib.
Ləman diktə olunan sözləri deyərkən Əli Məmmədov mobil telefonla videoçəkiliş aparıb. Soyunaraq qadına qarşı intim hərəkətlər edib.
Ləman ilə əvvəlcə oral, sonra qeyri-təbii yolla seksual xarakterli hərəkətlər edib. Bu hərəkətlərini də mobil telefonla çəkib.
Qadın ona yalvararaq aktiv müqavimət göstərib, seksual xarakterli hərəkətlər etmək təklifi ilə razılaşmadığını bildirib.
Əli Məmmədov yetirdiyi xəsarətlərin izlərini itirmək üçün qarşılıqlı razılaşmaya əsasən saat 14 radələrində birlikdə istintaqla müəyyən edilməyən digər evə gedib və 4 gün orada yaşayıblar.
Bundan sonra birlikdə martın 25-də Əlinin digər dostunun kirayə yaşadığı evə gediblər, saat 21 radələrində yenidən sosial şəbəkələrdə kişi cinsindən olan digər şəxslərlə ünsiyyət saxlamasını bəhanə edərək onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurub.
Kəmərlə Ləmanın qollarını bağlayaraq mənzilin hamam otağına salıb. Orada onunla cinsi əlaqədə olub, üzərinə sidik ifraz edib, bu hərəkətlərini mobil telefonla çəkib.
İstintaq orqanı tərəfindən Əli Məmmədovun barəsində Cinayət Məcəlləsinin 133.2.2 (aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində əzab vermə), 133.2.4 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə), 133.2.6 (əzab vermə - işgəncə verməklə törədildikdə) və 150.2.4-cü (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı xüsusi amansızlıqla seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasının ümumi rejimli müəssisədə çəkilməsi müəyyən edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, ittiham olunduğu Cinayət Məcəlləsinin 133.2.2, 133.2.4 və 133.2.6-cı maddələrindən həmin məcəllənin 128-ci maddəsinə tövsif edilməsini, zərərçəkmiş şəxslə barışdığına görə barəsində olan cinayət təqibinə xitam verilməsini, cəzadan azad olunmasını istəyib.
Bundan əlavə o, ittiham olunduğu Cinayət Məcəlləsinin 150.2.4-cü maddəsi üzrə əməlində cinayət tərkibi olmadığı üçün bəraət verilməsini xahiş edib.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Əli Məmmədovun ittiham olunduğu Cinayət Məcəlləsinin 150.2.4-cü maddəsi həmin məcəllənin 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) maddəsinə tövsif edilib. Onun cəzası 5 ilə endirilib.
Bu qərardan kasasiya şikayəti və protesti ilə Ali Məhkəməyə müraciət olunub. Prokuror Bakı Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən apellyasiya instansiyasına qaytarılması ilə bağlı qərar qəbul edilməsini istəyib.
Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçriilən prosesdə qərar elan olunub. Qərara görə, prokurorun protesti təmin olunub.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub, işin ağırlaşdırıcı hallarının müəyyən edilməsi üçün cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.
Yaxın günlərdə bu iş üzrə yenidən məhkəmə başlanacaq.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bəylər Eyyubovun vəzifədən getməsi… – Sabiq nazir hər şeyi açdı
Bu gün, 11:05 |
|
|
|
• Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 11:02 |
|
|
|
• Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb - İLGİNC FAKTLAR
Bu gün, 11:00 |
|
|
|
• Qanunvericiliyə mediada saxta məlumatların dərcinin qarşısının alınmasına dair tələb daxil edilir
Bu gün, 10:50 |
|
|
|
• İlham Əliyev ƏN DOĞRUSUNU EDİR... - BU FAKTDIR!
Bu gün, 10:48 |
|
|
|
• Keçmiş arvadı və qayınanasını bıçaqlayan şəxsə hökm oxundu
Bu gün, 10:40 |
|
|
|
• Naxçıvan səhiyyəsində BÖHRANLI DURUM: adi iynə-dərman belə tapılmır... - Buna görə, ağır xəstələri belə evə buraxırlar...
Bu gün, 10:37 |
|
|
|
• Media Reyestrində olmayan çap mediası subyektinin nəşri qadağan olunur
Bu gün, 10:33 |
|
|
|
• Ermənistan-İran əməkdaşlığı müzakirə olunub
Bu gün, 10:29 |
|
|
|
• "“Russia Today” və “Sputnik” Rusiya casusluğunun ön xəttindədir" - Müşfiq Ələsgərli
Bu gün, 10:27 |
|
|
|
• İnformasiya agentliklərinə dair yeni tələblər müəyyənləşir
Bu gün, 10:26 |
|
|
|
• Ermənistandan sərt bəyanat: - Biz Putini təhqir etsək, necə olacaq?
Bu gün, 10:24 |
|
|
|
• Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər müəyyənləşib
Bu gün, 10:22 |
|
|
|
• “Rusiya ikinci cəbhədə: Cənubi Qafqazda savaşa risk etməz” - NƏ BAŞ VERİR?
Bu gün, 10:20 |
|
|
|
• Sabunçu İstehsalat Xidməti Bazasının direktoru vəzifədən azad ediləcək
Bu gün, 10:18 |
|
|
|
• Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektləri 5000 manatadək cərimələnəcək
Bu gün, 10:15 |
|
|
|
• Putinin dostu... AZƏRBAYCANA DOST OLA BİLMƏZ! - ÇÜNKİ...
Bu gün, 10:11 |
|
|
|
• Kseniya Sobçak azərbaycanlıların qətlindən yazdı – "Sonra da deyirik bizi niyə sevmirlər?"
Bu gün, 09:51 |
|
|
|
• Məşhur jurnalistin qardaşlarını öldürən rus OMON-çuların FOTOSU - Aralarında tatar da var
Bu gün, 09:49 |
|
|
|
• “Müəllim-professor heyətinin “5-ci kolon” rolunu oynayıb-oynamadığını təyin etmək vacibdir” - ÇAĞIRIŞ
Bu gün, 09:45 |
|
|
|
• Ölkənin MÜDAFİƏ SƏNAYESİNİ KOLXOZ BAZARINA DÖNDƏRİB... - ŞOK FAKTLAR...
Bu gün, 09:33 |
|
|
|
• Onlar da YOL ÜSTÜNDƏDİR... - FOTO
Bu gün, 09:27 |
|
|
|
• Anasına sataşan vəzifəli şəxsi öldürdü: Əxlaqsız təkliflər edibmiş... - TƏFƏRRÜAT
Bu gün, 09:23 |
|
|
|
• “Putin NATO”sunu Azərbaycana qarşı qaldırmaq cəhdi - NƏ ETMƏLİ?
Bu gün, 09:15 |
|
|
|
• “Nə qədər ki, gec deyil, Rusiyada bir ağıllı insan tapılmalıdır ki...” - deputat
Bu gün, 09:14 |
|
|
|
• İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR
Bu gün, 09:12 |
|
|
|
• Salyanda keçmiş məktəb direktoru İTTİHAM OLUNUR - aidiyyatı qurumlar isə...
Bu gün, 09:06 |
|
|
|
• 74-cü maddənin C BƏNDİ... - Ekspertdən ŞƏRH
Bu gün, 09:00 |
|
|
|
• Bakı ÖNƏ ÇIXDI: Xəzərin o tayı da susmalı deyil... - ÇÜNKİ...
Bu gün, 08:55 |
|
|
|
• Bakı ilə İrəvan sözü bir yerə qoya biləcəkmi? - Heç olmasa... BU DƏFƏ!
Bu gün, 08:53 |
|
|
|
• Paşinyanın altından bir stul çəkilməlidir - amma hansı?
Bu gün, 08:48 |
|
|
|
• Ariz Mikayılov dövlət traktorunu bibisi oğluna verdi - Şəxsi istifadə zamanı əmlak məhv oldu…
Bu gün, 07:53 |
|
|
|
• İşarəni dənizdən gözləyənlər: Yoldaş Məmişovun səsi niyə çıxmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:37 |
|
|
|
• "Jurnalistlərin binası"nda qaz problemi yaranıb - NARAZILIQ VAR...
Bu gün, 07:35 |
|
|
|
• Sahib Məmmədov tam KOLXOZ SƏDRİDİR - İLGİNC FAKTLAR
Bu gün, 07:32 |
|
|
|
• Burda lisenziyasız “həkimlər” at oynadır - BU NƏDİ BELƏ?
Bu gün, 07:27 |
|
|
|
• Sertifikasiya imtahanından öncə suallar SIZDIRILIB – Kimya Müəllimlərindən ŞOK İDDİA
Bu gün, 07:23 |
|
|
|
• “Caspian Engineering Solutions” MMC-nin 405 min manat vergi borcu var - VİDEO
Bu gün, 07:19 |
|
|
|
• Onlar neyrtallaşdırılmalıdır!: Azərbaycanda təxribat törədə bilərlər - ÇAĞIRIŞ
Bu gün, 07:15 |
|
|
|
• Rusiya və İranın təsir dairəsi genişlənir: Türkiyə bazalarının Azərbaycanda yerləşməsi... - AKTUAL
Bu gün, 07:12 |
|
|
|
• Sektor müdirindən ibtidai təhsilin 5 illik olması təklifinə ETİRAZ - "Qəti ehtiyac yoxdur"
Bu gün, 07:10 |
|
|
|
• Limonun ədədi 1,50 oldu... - BU MƏHSULLAR DA BAHALAŞACAQ!
Bu gün, 07:08 |
|
|
|
• Rusiyanın müharibə iqtisadiyyatı tənəzzülə uğrayır - AMMA...
Bu gün, 07:02 |
|
|
|
• Azərbaycan İranın düşməni deyil - amma Tehran belə düşünmürsə...
Bu gün, 07:00 |
|
|
|
• Ukraynanın Avropa yolundakı Orban əngəli – Bu səddi necə keçməli?
Bu gün, 06:58 |
|
|
|
• SOCAR-da QAYÇILAMA davam edir - BU DƏFƏ İSƏ...
Bu gün, 06:54 |
|
|
|
• “Yaxın günlərdə bizi sürpriz xəbər və hadisələr gözləyə bilər…” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 06:34 |
|
|
|
• “Pomidor məsələsi” Kremlin cılızlığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:29 |
|
|
|
• Ukrayna onları “qara siyahı”ya saldı - BUNA GÖRƏ
Bu gün, 06:27 |
|
|
|
• Rusiyanın Bakıya təzyiqi haqda inanılmaz iddia – “Mümkün deyil! Buna getmərik!”
Bu gün, 06:24 |
|
|
|
|