Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını .....                     Aysun getdiyi toylardan görün nələr tələb edir: .....                     "Meyiti palatada gizlədiblər" .....                     Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb .....                     Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə .....                     Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib .....                     “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov .....                     Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən .....                     Şirvan Sənaye ASC-nin səhmdarları .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: .....                     Ramiz Mehdiyevin qızı “təslim olmur” .....                     Eşidib ki, inilti səsi gəlir... .....                     Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu .....                     Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər .....                     SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib .....                     Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı .....                     “Tualet kağızını reklam etmək istəmirəm” .....                     "Eldar, bu iş sənlik deyil, çıx get" .....                     Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər .....                     SOCAR-ın SİRLİ HÜMMƏTİ... .....                     "Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" .....                     Ən çox şikayət olunan sığorta şirkətləri .....                     Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb .....                     Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? .....                     Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... .....                     Naxçıvan küçələrinə işıq gətirəcək .....                     Üzr istəmək kifayət etməyəcək: .....                     Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? .....                     Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi .....                     "Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı .....                     Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır .....                     Müxalifətin Paşinyanı yola salmaq axtarışları .....                     TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına .....                     Paşinyanı impiçmentlə devirmək mümkün deyil .....                     Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib .....                     Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... .....                     Siyəzəndə dövlət tenderlərini kimlər udur? .....                     Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? .....                     Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... .....                 

Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? - ARAŞDIRMA
Tarix: Bu gün, 10:57 | Çap et
Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır?
Gürcüstan 2007-ci ildən bəri ilk dəfə olaraq Rusiya qazına Azərbaycan qazından daha çox pul xərcləyib. Haqqın.az Gürcüstanın Dövlət Statistika Xidmətinin məlumatına istinadən belə yazır. “Geostat”ın saytında yerləşdirilən məlumata görə, bu ilin yanvar-mart aylarında Tiflis Rusiya qazı üçün 100,6 milyon dollar, Azərbaycan qazı üçün isə 82,4 milyon dollar ödəyib. Azərbaycanın rəsmi statistikasına əsasən birinci rübdə Gürcüstana 700 min kubmetr qaz satılıb. Bu isə isə qazın 117,7 dollara satıldığı anlamına gəlir.

Agentliyin məlumatına görə, 2025-ci ilin birinci rübündə Gürcüstan ümumilikdə 183,05 milyon dollar dəyərində təbii qaz idxal edib. Başqa təfərrüatlar verilmir, lakin ekspertlərin fikrincə, Azərbaycan qazının idxalının həcmi hazırda Rusiya qazını üstələyir və bu, güzəştli qiymətlər, o cümlədən Türkiyə və Avropa İttifaqı ölkələrinə tranzit üçün nəzərdə tutulan imtiyazlarla əlaqədardır. 2007-ci ilə qədər Gürcüstanın əsas təbii qaz tədarükçüsü Rusiya idi. Lakin 2006-cı ildə Bakı-Tiflis-Ərzurum qaz kəmərinin istifadəyə verilməsindən, elə həmin il Gürcüstanla Rusiya arasında baş verən casus qalmaqalından və 2008-ci ilin avqust müharibəsindən sonra Tiflis Azərbaycan qazına yönəldi.

Son illər Rusiyadan qaz alışı yenidən artmağa başlayıb. Gürcüstanın İqtisadiyyat Nazirliyi bu tendensiyanı şərh edərkən bunun daxili tələbatın artması ilə əlaqədar olduğunu və Azərbaycandan tədarükün texniki və hüquqi şərtlərin icazə verdiyi hədlər daxilində həyata keçirildiyini izah edib: “Rusiya qazının idxalı yalnız minimum lazımi həcmdə həyata keçirilir və əsasən qaz sənayesində balansın doldurulması və saxlanması üçün istifadə olunur, xüsusən qışda istehlak pik həddə çatdıqda”.

Əvvəllər Gürcüstan Rusiya qazının Ermənistana tranziti üçün həcmin 10 faizini alırdı. Daha sonra “Qazprom Export”un təzyiqi ilə müqavilənin şərtlərinə yenidən baxıldı. Sazişin təfərrüatları kommersiya məxfiliyinə görə açıqlanmır, lakin “Exo Kavkaza”nın 2024-cü ildə tənzimləmə komissiyasının məlumatlarına istinadən verdiyi məlumata görə, Rusiya qazının qiyməti min kubmetr üçün təxminən 180 dollar qiymətləndirilib.

2024-cü ilin əvvəlinə tərtib edilmiş enerji balansına əsasən, Gürcüstanın qaza olan ümumi tələbatının (3 milyard 231 milyon kubmetr) 3 milyard 17 milyon kubmetrinin Azərbaycandan, 200 milyon kubmetrinin Rusiyadan idxal hesabına ödənilməsi nəzərdə tutulmuşdu.

Azərbaycan Dövlət Statistika Komitəsinin rəsmi statistikasına əsasən 2024-cü ildə Gürcüstana 322 milyon 706,07 min dollar dəyərində 3 milyard 266 milyon 196,03 min kubmetr qaz ixrac edilib. Bu göstərici ilə hesabladıqda qazın min kubmetrinin 98 dollara satıldığı aydın olur. Lakin Energetika Nazirliyinin statistikasında Gürcüstana qaz ixracının həcmi 2,4 milyard kubmetrdən bir qədər artıq göstərilir.

2024-cü ildə Gürcüstan Rusiyadan 145,7 milyon dollar dəyərində boru qazı alıb ki, bu da 2023-cü illə müqayisədə 32 faiz çoxdur. 2023-cü ildə Gürcüstan Rusiya qazına görə 110 milyon dollardan çox pul ödəmişdi. Getdikcə artan maye qaz idxalı ilə birlikdə ötən il gürcülər Rusiyadan 180 milyon dollarlıq təbii qaz alıblar. Bunu Gürcüstanın Milli Statistika Xidmətinin məlumatları sübut edir.

Xidmətin məlumatına görə, Tiflis ötən il Bakıdan 254 milyon dollardan artıq qaz alıb. Bu rəqəm 2023-cü ilin məlumatından 19 faiz azdır. 2023-cü ildə Gürcüstan Azərbaycandan 313,4 milyon dollar həcmində qaz almışdı.

Rusiya qazının idxalı 2019-cu ildən artmaqdadır və 2023-cü ildə onun həcmi 596 milyon kubmetrə çatıb. Ötən il isə göstəricinin 800 milyon kubmetri keçdiyi rəsmi rəqəmlərdən aydın olur.

Gürcüstanın İqtisadiyyat Nazirliyi bu il Rusiyadan təbii qaz alışının həcmini iki dəfə artıracağını gözləyir. Bu barədə Sputnik Gürcüstan məlumat yayıb. Məlumata görə, nazirlik 2025-ci ildə Gürcüstanın qaz istehlakının 2,8 faiz artaraq 3,32 milyard kubmetrə çatacağını proqnozlaşdırır. Və bu həcmin təxminən 400 milyon kubmetrinin Rusiyadan, qalanının Azərbaycandan alınacağı nəzərdə tutulur. Lakin son iki ilin təcrübəsini nəzərə alsaq, proqnozun reallaşmayacağını, təbii qaz idxalında Rusiyanın payının artacağını, Azərbaycanın payının isə azalacağını əvvəlcədən görmək mümkündür. Birinci rübdə əldə olunan nəticənin ilboyu davam edəcəyi bəribaşdan məlumdur.

Qeyd edək ki, Rusiyadan qaz idxalının artması Gürcüstan rəsmilərinin izahından fərqli olaraq, yalnız tələbatın artması ilə bağlı deyil. Burada Rusiyanın Avropa bazarından çıxarılan qazı postsovet ölkələrinə satmaq istəyi də mühüm rol oynayır. Aydın məsələdir ki, Avropanın rahatlıqla 350-400 dollar ödədiyi məhsulu Gürcüstana 180, hətta 200-250 dollara belə satmaq Rusiya üçün səmərəli deyil. Lakin işlək qaz quyularını bağlamaqdansa, maya dəyəri kifayət qədər ucuz olan qazın aşağı qiymətə də olsa, kiməsə satılması daha yaxşıdır. Digər tərəfdən, Rusiya Avropaya alınmayan qazına bazar tapdığını sübut etməyə çalışır. Eyni siyasət hazırda Qazaxıstan və Özbəkistanla da yürüdülür. Moskva ucuz qiymətə qaz təklif etməklə hər iki ölkəni sürətlə öz qazına “alışdırır”. Avropaya münasibətdə baş verənlər göstərir ki, Rusiya qaz amilindən siyasi məqsədləri naminə rahatlıqla təzyiq aləti kimi istifadə edir. Bu baxımdan, həm Gürcüstanın, həm də Mərkəzi Asiya dövlətlərinin Moskvanın hazırkı və məcburiyyətdən doğan şirnikləndirici təkliflərinə ehtiyatlı yanaşmalarında fayda var.

Enerji məsələləri üzrə ekspert İlham Şabanın “Yeni Müsavat”a dediyinə görə, Azərbaycanın gömrük statistikası xarici ticarətin real mənzərəsini əks etdirmir: “Mən, ümumiyyətlə, bizim gömrük statistikasında göstərilən rəqəmlərə görə nəyisə şərh etməyi düzgün saymıram. Çünki faktiki əməliyyatları deyil, bəyan edilmiş həcmi göstərir gömrük. Azərbaycan Prezidenti, SOCAR bəyan edir ki, Azərbaycan 12 ölkəyə qaz ixrac edir. Amma Gömrük Komitəsinin açıqladığı hesabatda 2024-cü ildə cəmi 6 ölkəyə qaz ixrac edildiyi əksini tapıb. Komitə hətta Azərbaycan üçün strateji sayılan ixrac məhsulları üzrə hansısa formada təhlil xarakterli bir açıqlama da vermir ki, bunun əsasında real mənzərəni şərh edə biləsən.

Gürcüstan statistikasında da qeyri-müəyyənliklər var. Həcmi açıqlamırlar, ancaq dəyər ifadəsində enerji məhsullarını göstərirlər. Başqa bir tərəfdən, daim “neft və neft məhsulları idxalı” kimi termindən istifadə edirlər. Başqa bir tərəfdən qaz idxalı deyəndə bura əhalinin “balon qazı” kimi tanıdığı LPG maye qaz həcmlərini də əlavə edirlər (Rusiya birinci yerdədir bu məhsulun Gürcüstan bazarına ixracına görə). Amma o faktdır ki, biz 2024-cü ildə və cari ilin I rübündə Gürcüstan bazarında mavi yanacaq satışımızı azaltmışıq. Çünki digər bazarlarda, əsasən də Avropa bazarında satış həcmlərimizi artırmışıq. Öz istehsalımız artsa da, ancaq daha sərfəli bazarlarda qaz satışını Azərbaycanın maraqları naminə korrektə edirik, bunu da normal bazar münasibətləri kimi qəbul etmək lazımdır. Ona görə də hesab etmirəm ki, Gürcüstan statistikasının açıqlaması Azərbaycanın qaz ixracı siyasətində nəyinsə köklü dəyişməsini əks etdirən bir amildir. Qiymətə gəlincə, rəsmi statistikadan çıxan nəticəyə baxmayaraq, 98 dollara Gürcüstana qaz satmağımız real deyil, çünki SOCAR hesabatlarına baxsaq, Azərbaycanın daxili bazarında satılan 1000 kubmetr qazın maya dəyəri (hasilat, nəqletmə və paylanma xərcləri) 90 dollardan baha başa gəlir.

Müxtəlif konfranslarda səsləndirilən ekspert mülahizələrinə görə, Gürcüstan adətən Azərbaycandan qazı 160-170 dollara alır, Rusiya qazı isə Gürcüstana 180-190 dollara başa gəlir".

Yeri gəlmişkən, Energetika Nazirliyinin açıqladığı məlumata əsasən, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 16,7 milyard kubmetr təbii qaz hasil edilib. Bu qazın 4,5 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 9 milyard kubmetri “Şahdəniz”in, 0,5 milyard kubmetri “Abşeron” yatağının, 2,7 milyard kubmetrə yaxını isə SOCAR-ın payına düşüb.

Hesabat dövründə xaricə qaz satışı 8 milyard kubmetr təşkil edib. Bundan 4 milyard kubmetr Avropaya, 3,1 milyard kubmetr Türkiyəyə (o cümlədən TANAP-la 1,9 milyard kubmetr), 0,9 milyard kubmetr Gürcüstana satılıb.

2024-cü ilin eyni dövründə ölkədə 16,7 milyard kubmetr təbii qaz hasil edildiyini nəzərə alsaq, hasilat həcminin dəyişmədiyini görərik. Ötən il qazın 4,4 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 9,2 milyard kubmetri “Şahdəniz”, 0,5 milyard kubmetri “Abşeron”, 2,6 milyard kubmetri SOCAR üzrə hasil olunmüşdü. Bu isə o deməkdir ki, “AÇG”dən hasilat 100 min kubmetr, SOCAR üzrə 100 min kubmetrə yaxın artıb, “Şahdəniz”də isə 200 min kubmetr azalıb.

Ötən ilin statistikası ilə müqayisə etdikdə, bu ilin yanvar-aprelində Azərbaycanın qaz ixracının 500 min kubmetr azaldığını görmək olar: ötən ilin eyni dövründə ixrac 8,5 milyard kubmetr təşkil etmişdi. O cümlədən Avropaya 4,2 milyard kubmetr, Türkiyəyə 3,2 milyard kubmetr, Gürcüstana isə 1,1 milyard kubmetr qaz satılmışdı. Bu isə o deməkdir ki, Avropaya ixrac 200 min kubmetr, Türkiyəyə ixrac 100 min kubmetr, Gürcüstana ixrac isə 200 min kubmetr azalıb.

Qeyd edək ki, qaz ixracında azalmanın əsas səbəbi yanvar ayında “Şahdəniz”dən sahilə gedən sualtı boru xəttində yaranan problemlə bağlı hasilatın məhdudlaşdırılmasıdır.

Birinci rübdə Azərbaycanın Gürcüstan üzərindən qaz ixracının azalması tranzit haqqına görə ödənişlərin az olması ilə bağlı ola bilər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 13:58
Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02
"Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00
Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52
Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 12:49
“Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb
Bu gün, 12:42
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən sabiq idarə rəisinin cəzası azaldılıb
Bu gün, 12:40
Şirvan Sənaye ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 12:37
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36
Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: - “Məndə olan gözəllik onda yoxdur”
Bu gün, 12:32
Ramiz Mehdiyevin qızı “təslim olmur” - TƏFƏRRÜAT
Bu gün, 12:28
Eşidib ki, inilti səsi gəlir... - 18 yaşlı Elgünün cinayətinin dəhşətli təfərrüatı
Bu gün, 12:27
Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu - Görünməmiş dələduzluq
Bu gün, 12:22
Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər
Bu gün, 12:20
SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib - YENİ FAKTLAR...
Bu gün, 12:17
Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı - 85 minlik DƏLƏDUZLUQ
Bu gün, 12:15
“Tualet kağızını reklam etmək istəmirəm”
Bu gün, 12:09
"Eldar, bu iş sənlik deyil, çıx get" - ÇAĞIRIŞ
Bu gün, 12:00
Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər - “Fox News Digital”
Bu gün, 11:58
SOCAR-ın SİRLİ HÜMMƏTİ... - Burada haqqı deyənlər haqqı əzənlərə qurban verilir...
Bu gün, 11:51
"Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" - QALMAQAL
Bu gün, 11:25
Ən çox şikayət olunan sığorta şirkətləri - SİYAHI
Bu gün, 11:18
Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb
Bu gün, 11:17
Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? - Görünəni odur ki...
Bu gün, 11:12
Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... - DAYANACAQMI?
Bu gün, 11:10
Naxçıvan küçələrinə işıq gətirəcək - TENDERİN ÜZÜ İŞIQ GÖRMƏDİ
Bu gün, 11:06
Üzr istəmək kifayət etməyəcək: - Nəhəng şirkətlərin Rusiyaya qayıdış şərtləri açıqlandı
Bu gün, 10:59
Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? - ARAŞDIRMA
Bu gün, 10:57
Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi - Yekun qərar verildi
Bu gün, 10:53
"Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı
Bu gün, 10:52
Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır - İNCƏLƏMƏ
Bu gün, 10:49
Müxalifətin Paşinyanı yola salmaq axtarışları - Liderlərin sözü üst-üstə düşmədi
Bu gün, 10:48
TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına 4.8 milyon xərcləyəcək
Bu gün, 10:42
Paşinyanı impiçmentlə devirmək mümkün deyil - Akop Aslanyan
Bu gün, 10:34
Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 10:29
Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... - AXI NİYƏ?..
Bu gün, 10:25
Siyəzəndə dövlət tenderlərini kimlər udur? - SİYAHI
Bu gün, 10:17
Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? - AKTUAL
Bu gün, 10:00
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... - Şəhəri sökənlər seviləsi nəsə qoymayıblar...
Bu gün, 09:59
Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi - DOSYE
Bu gün, 09:49
"ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
Bu gün, 09:48
Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi
Bu gün, 09:28
Məmura “donuz” deyən şəxs cəzalandırıldı - Məktub 400 nəfərlik kollektivdə oxunub
Bu gün, 09:28
“Brend Media Group”un rəhbərinin adını ölüm işində kim gizlədib? – DETALLAR
Bu gün, 09:23
Vidadi Zeynalovun qızının evini baş həkimə “satan” MTK sədri ilə bağlı QƏRAR
Bu gün, 09:21
“Loğman” ASC səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 09:16
Qara Qarayev adına Dövlət Kamera Orkestrinə yeni direktor təyin olunub - ƏMR
Bu gün, 09:15
“Azercell” abunəçiləri nömrələrindən imtina edir – SƏBƏB, VİDEO
Bu gün, 09:12
Azərbaycanın məşhur pivə istehsalçısı əmlakını satışa çıxarır
Bu gün, 09:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru