
"Mənim fikrimcə, Qarabağa qayıdış təkcə könüllü yox, həm də məcburi olmalıdır".
Ölkə.Az xəbər verir ki, bu sözləri millət vəkili Aqil Abbas deyib. O, köçüb Ağdamda yaşayacağını söyləyib:
"Məsələn, Aqil Abbas, deputatsan, lap yaxşı, get, qal Ağdamda. Onsuz da fikrim var. Xanımımla razılaşmışıq ki, Ağdamda ev verilən kimi ora köçəcəyik. Özü də bu deputatlıq 100 il deyil ki. Gedib Ağdamda yaşayacağam. Həm də göstərmək lazımdır ki, mən gəldim, siz də gəlin gedək.
Möhtəşəm bir Ağdam tikilir. Bundan sonra 100 il Ağdamda tıxac olmayacaq. Nəfəs genişliyi var. Havası başqa, torpağı bərəkətlidir. Daş da əksən, Qarabağ torpağında bitər", - deyə o əlavə edib.