Neft ölkələri üçün həyəcan təbili .....                     Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır .....                     "Kişi efirdə belə davranmamalıdır" .....                     “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti .....                     Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb .....                     “Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı .....                     “İpək Yolu Sığorta”nın Direktorlar Şurasına .....                     "Məni məhkəməyə çağırmayıblar..." .....                     Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib .....                     20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox .....                     “Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? .....                     Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... .....                     Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı .....                     Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar .....                     “Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” .....                     PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir .....                     İcra başçısı özü haqqında sənədli film çəkdirib? .....                     Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb .....                     “Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” .....                     Sovetin ölüm balonu: .....                     Sahib Məmmədovun “agent ovu”: .....                     Putin İrana gedəcək .....                     Papikyanın Berlin səfərinin gizlinləri: .....                     "Ora ayrılan pulu necə yemisiniz" .....                     Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər .....                     “Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib .....                     AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? .....                     "Deputatsan, lap yaxşı, get qal Ağdamda" .....                     Nəfəs qalmaqallı videodan danışdı .....                     Bankların pul “qoparmaq” oyunu .....                     Ağalıda yaşayan qız "üsyan etdi": .....                     Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? .....                     Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... .....                     Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib .....                     Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır .....                     Tofiq İsmayılovun oğlu hakim qarşısında .....                     Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? .....                     Daha bir soydaşımızı itirdik .....                     Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib .....                     PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? .....                 

Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır – Hərracda nə baş verir?
Tarix: Bu gün, 15:32 | Çap et
Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır
Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub – E.M) İstintaq Baş İdarəsinin sabiq rəisi, general-mayor rütbəsi alınmış Mövlam Şıxəliyevin əmlaklarını hərracdan əldə edən, belə hərraclara qatılan hər kəs istintaqa çağırılır. Sorğu-sualın əsas mövzusu iştirakçıların hərraca qatılma səbəbi, hərraca çıxarılan əmlakları əldə etmək üçün kifayət qədər vəsaitin olub-olmaması və s. sualları əhatə edib.

Musavat.com-a daxil olan məlumatda deyilir ki, istintaqa çağırılan hərrac iştirakçılarından Mövlam Şıxəliyevin hansı əmlaklarını və hansı qiymətə almaq niyyətində olmaları, hərrac keçirilərkən qanunsuzluqların olub-olmaması sorğu-sual olunur.

Bildirilir ki, hərrac sistemi tam elektronlaşandan sonra Mövlam Şıxəliyevin də əmlaklarının satışı elektron hərrac üzərindən satışa çıxarılıb. İstintaqa çağırılanlara deyilib ki, Mövlam Şıxəliyevin əmlaklarından biri elektron hərraca çıxarılandan sonra hansısa qanunsuzluq ehtimalı yaranıb, istintaq da bu məsələni araşdırır. Buna görə də Mövlam Şıxəliyevin əmlaklarının satışında texniki fasilə yaranıb.

“Gözümüzün qabağında Mövlam Şıxəliyevin müsadirə edilmiş əmlaklarının “su qiymətinə” və şəxsi maraqlarına uyğun satışına cəhd edilir.

Halbuki həmin əmlaklar bizlərin qanunsuz həbsimiz, girovluqda saxlandığımız bir vaxtda, ailələrimizdən şantaj, hədə-qorxu, quldurluq yolu ilə alınan pullar hesabına alınıb” – bu sözləri Musavat.com-a “MTN işi” zərərçəkənlərdən olan Əfsəl Həsənəliyev demişdi.

Bildirmişdi ki, elektron hərracların keçirilməsində hərc-mərclik hökm sürür: “Elektron hərrac çevrilib olub kimlərinsə maraqlarını təmin edən bir vasitə. Hansı əmlakdan xoşları gəldi, satışını min bir bəhanə ilə əngəlləyirlər. Mövlam Şıxəliyevin müsadirəyə götürülən əmlaklarının hərracdan satılmasına imkan verilmir. Mövlam Şıxəliyev və digərlərinin cinayət işləri üzrə 2023-cü ilin mart ayında Nərimanov Rayon İcra Şöbəsinə icra sənədi verilib. İcra sənədinə əsasən Mövlam Şıxəliyevin əmlaklarına zərərçəkmişlərə dəymiş ziyanın qarşılanması üçün tələb yönəldilib. Əmlakların satılması 2024-cü ildə “Külək” MMC-yə həvalə olunmuşdu. Nərimanov Rayon İcra Şöbəsinin 1275-110551/23-15-12 saylı, 08.02.2024-cü il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Nərimanov rayonu, M. Əlizadə küçəsi, ev 134A ünvanında yerləşən daşınmaz əmlakın hərracdan satılması da “Külək” MMC-yə həvalə olunan əmlaklar sırasında idi. Qeyd olunan ünvandakı əmlak (Nərimanov rayonu, M. Əlizadə küçəsi, ev 134A ünvanı) bir neçə dəfə hərraca çıxarılsa da, “Külək” MMC rəhbəri Nurlan Həsənli öz maraqlı səviyyəsində əmlakın hərracdan satılmasını əngəllədi. Hətta bir dəfə baş tutmuş hərracdan qalib ayrılmış şəxsə hərrac protokolunu vermədi. Bu isə böyük bir qanunsuzluq, vəzifə səlahiyyətlərini aşmaqdır. 2025-ci il, 30 mart tarixində bu dəfə elektron hərrac keçirildi və Nərimanov rayonu, M. Əlizadə küçəsi, ev 134A ünvanındakı əmlak hərraca çıxarıldı.

Hərrac aprelin 6-da bitməli və əmlak satılmalı, əldə olunan vəsait biz zərərçəkənlərin hesabına köçürülməli idi. Lakin yenə də hərracın pozulmasına yönəlik addımlar atıldı. Bizə verilən məlumata görə bu dəfə hərracın pozulması "Qafqaz Constraction" şirkətinin rəhbərlərinin təşəbbüsü ilə sədr müavini Murad Həsən oğlu Rzayevin birbaşa iştirakı və Prezidentin Təhlükəsizlik Xidmətinin Famil adlı vəzifəli şəxsinin maraqları çərçivəsində baş verib. Sizdən xahiş edərəm ki, elektron hərracın işinin qanunsuz dayandıran şəxslərin kimlikləri araşdırılsın, elektron hərracın işinə qanunsuz müdaxilə edən "Qafqaz Constraction" şirkəti rəhbərlərinin, Murad Rzayevin, Famil adlı Prezidentin Təhlükəsizlik Xidmətinin vəzifəlisinin qanunsuz hərəkətlərinin araşdırılmasına göstəriş verilsin. Biz zərərçəkənlərin elektron hərracın qanunsuz dayandırılması ilə bağlı məhkəməyə təqdim etdiyimiz müraciətə baxılması da nəzarətə götürülsün”.

Zərərçəkən deyib ki, qeyd olunan əmlakın real bazar qiymətindən qat-qat aşağı satmaq üçün elektron hərracın işində “texniki fasilə” adlı bəhanə ortaya atılıb: “Biz zərərçəkənlər ədliyyə naziri Fərid Əhmədova müraciət edərək elektron hərracların keçirilməsindəki hərc-mərcliyə son qoyulmasını xahiş edirik. "Qafqaz Constraction" şirkətinin rəhbərləri, qabağa verilən Murad Rzayev hərraca çıxarılan əmlakı “su qiymətinə” almaq istəyir deyə, elektron hərrac pozulmalıdır?”

Mövlam Şixəliyev 2021-ci ildə Baş Prokurorluq tərəfindən həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov isə Cinayət Məcəlləsinin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələrlə ittiham olunublar.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şixəliyev 12 il, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov 10 il 6 ay, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov 11 il 2 ay, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib.

Hökmə əsasən, Mövlam Şixəliyevin aşağıdakı əmlakları müsadirə olunub:

Mövlam Şixəliyevin mülkiyyətində olmaqla öz adına rəsmiləşdirilmiş:

- Səbayel rayonu, Nizami küçəsi, ev 78 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (482 min manat)

- Səbayel rayonu, Bülbül prospekti, ev 7, mənzil 39 ünvanında yerləşən 198.1 kv.m sahəsi olan daşınmaz əmlak (770 min 609 manat)

- Səbayel rayonu, Bülbül prospektiev 7 ünvanında yerləşən 35 kv.m. sahəsi olan zirzəmi (35 min 500 manat)

- Nizami rayonu, Qara Qarayev prospekti, 39a ünvanında yerləşən daşınmaz əmlak (974 min 600 manat)

- Nəsimi rayonu, Nizami küçəsi, ev 78, 6 mənzil ünvanında yerləşən daşınmaz əmlak (214 min manat)

- Binəqədi rayonu, 7-ci mikrorayon, ev 9/25, mənzil 63 ünvanında yerləşən daşınmaz əmlak (31 min 500 manat)

- Binəqədi rayonu, Goradil kəndi, 690A ünvanında yerləşən daşınmaz əmlakı (39 min 528 manat)

Mövlam Şıxəliyevin həyat yoldaşı Aybəniz Şıxəliyevanın adına rəsmiləşdirilmiş:

- Ağdaş şəhəri, 20 Yanvar küçəsi, ev 7a ünvanında yerləşən daşınmaz əmlak (26 min 240 manat)

- Ağdaş şəhəri, H.Hacıyev küçəsi, ev 26 ünvanında yerləşən 197 kv.m. əmlak (17 min manat)

- Binəqədi rayonu, Novxanı kəndi, 686k ünvanında yerləşən daşınmaz əmlakın (37 min 600 manat)

- Nəsimi rayonu, Nizami küçəsi, ev 93, mənzil 21 2ünvanında yerləşən daşınmaz əmlak (400 min manat)

- Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 134a ünvanında yerləşən 403.3 kv.m. sahəsi olan daşınmaz əmlak (1 milyon 452 min manat)

- Səbayel rayonu, Bülbül prospekti, ev 7, mənzil 10 ünvanında yerləşən 137.7 kv.m. sahəsi olan daşınmaz əmlak (535 min 653 manat)

- Səbayel rayonu, Bülbül prospekti, ev 7, mənzil 40 ünvanında yerləşən 137.7 kv.m. sahəsi olan daşınmaz əmlak (738 min 711 manat)

Mövlam Şıxəliyevin qızı Samirə Əliyevanın adına rəsmiləşdirilmiş:

- Bakı şəhəri Səbayel rayonu, Bülbül prospekti, ev 7, mənzil 72 ünvanında yerləşən 167.3 kv. m. sahəsi olan daşınmaz əmlak (650 min 719 manat)

- Binəqədi rayonu, Novxanı kənd, 686 ünvanında yerləşən 214.3 kv.m sahəsi olan daşınmaz əmlak (257 min 172 manat)

- Binəqədi rayonu, Novxanı kəndi, 685V ünvanında yerləşən 1087.7 kv.m. sahəsi olan daşınmaz əmlak (1 milyon 305 min 240 manat)

Mövlam Şıxəliyevin oğlu Elgün Şıxəliyevin adına rəsmiləşdirilmiş:

- Səbayel rayonu, Nizami küçəsi, ev 96, mənzil 37 ünvanında yerləşən daşınmaz əmlak (360 min manat)

- Səbayel rayonu, prospekti ev 7 ünvanında yerləşən daşınmaz əmlak (714 min 985 manat)

Əmlakların ümumi dəyəri 7 milyon 738 min 17 manat məbləğində müəyyənləşib.

Daha sonra Mövlam Şixəliyevin ailə üzvlərinə məxsus bir neçə əmlakın üzərindən həbs götürülüb. Üzərindən həbs götürülən əmlakların ümumi məbləği 2 milyon manata yaxın qiymətləndirilib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Neft ölkələri üçün həyəcan təbili - Üçüncü böhran yaranır
Bu gün, 19:00
Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır
Bu gün, 18:58
"Kişi efirdə belə davranmamalıdır" - Faiq Ağayev
Bu gün, 18:02
“Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti - DƏLİXANADIR, VALLAH...
Bu gün, 18:00
Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb - ÇÜNKİ...
Bu gün, 17:58
“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı
Bu gün, 17:53
“İpək Yolu Sığorta”nın Direktorlar Şurasına TƏYİNAT OLUB
Bu gün, 17:42
"Məni məhkəməyə çağırmayıblar..." - "Şərurlu İsfəndiyar"
Bu gün, 17:37
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib
Bu gün, 17:34
20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 17:30
“Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? - DETALLAR
Bu gün, 17:28
Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... - İLGİNC FAKTLAR...
Bu gün, 17:22
Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 17:18
Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar - TASS
Bu gün, 17:15
“Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” - FOTO
Bu gün, 17:12
PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir - deputat
Bu gün, 17:06
İcra başçısı özü haqqında sənədli film çəkdirib? - QALMAQAL
Bu gün, 17:03
Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb
Bu gün, 16:59
“Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” - Ekspert danışır...
Bu gün, 16:41
Sovetin ölüm balonu: - Zibillikdən götürüb evlərə daşıyırlar
Bu gün, 16:38
Sahib Məmmədovun “agent ovu”: - Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?
Bu gün, 16:34
Putin İrana gedəcək
Bu gün, 16:30
Papikyanın Berlin səfərinin gizlinləri: - Almaniyanın Ermənistana dəstək verib-verməyəcəyi şübhəlidir
Bu gün, 16:29
"Ora ayrılan pulu necə yemisiniz" - ETİRAZ VAR...
Bu gün, 16:19
Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər - Sərkisyan
Bu gün, 16:11
“Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:02
AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? — ŞOK FAKTLAR
Bu gün, 15:59
"Deputatsan, lap yaxşı, get qal Ağdamda" - deputat
Bu gün, 15:55
Nəfəs qalmaqallı videodan danışdı - "Bilmirəm niyə belə oldu"
Bu gün, 15:52
Bankların pul “qoparmaq” oyunu – komissiya xidmətləri niyə bahalaşıb?
Bu gün, 15:50
Ağalıda yaşayan qız "üsyan etdi": - "Bu VİDEOnu çəkməyə məcbur oldum"
Bu gün, 15:48
Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? - AKTUAL
Bu gün, 15:44
Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... – Markov
Bu gün, 15:36
Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:34
Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır – Hərracda nə baş verir?
Bu gün, 15:32
Tofiq İsmayılovun oğlu hakim qarşısında - TƏFƏRRÜAT
Bu gün, 15:27
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 15:03
Daha bir soydaşımızı itirdik - ÖZGƏ DAVASINDA
Bu gün, 15:01
Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib – Film kimi cinayət
Bu gün, 14:52
PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? - Deputatdan açıqlama
Bu gün, 14:51
BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... - AXI NİYƏ?..
Bu gün, 14:46
AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir - DİQQƏT
Bu gün, 14:23
“İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” - deputat
Bu gün, 14:02
“Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, “Ermənistan” adlı dövlət yox ola bilər...”
Bu gün, 14:00
“Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır
Bu gün, 13:58
Binədə şəhid bulağı dağıdılıb - İcra Hakimiyyəti deyir ki...
Bu gün, 13:08
“Zelenski təşəbbüsü Putinin əlindən alıb” - The Guardian
Bu gün, 13:06
“PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” – Türkiyəli politoloq
Bu gün, 13:03
Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? - RƏSMİ BƏHANƏ
Bu gün, 13:02
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru