Azər Badamovun Rusiyadan deport olunması siyasi məsələdir - deputat
Tarix: 7-05-2025, 14:00 | Çap et
 Milli Məclisin üzvü Azər Badamovun Rusiyanın Həştərxan vilayətinə səfər əsnasında Moskvada hava limanında saxlanılıb geri qaytarılması qonşuluq və strateji müttəfiqlik çərçivələrinə sığmır. Rusiyanın bu cür destruktiv qonşuluq və müttəfiqlik anlayışı həm təəccüb, həm də dərin təəssüf hissi doğurur. Rusiya Azərbaycan ilə üç il əvvəl müttəfiqlik münasibətlərinə dair sənəd imzalayıb. Lakin son hadisələr göstərir ki, şimal qonşumuz müttəfiqlik prinsiplərinə zidd davranır, ikili standartlara üstünlük verir. Bu mənada, Azərbaycan Xarici İşlər Nazirliyinin Azər Badamovun Rusiyaya girişinə qadağa qoyulması faktına dərhal reaksiya verməsi və məsələyə münasibət bildirərək Rusiya tərəfinin verdiyi bu qərarı qeyri-dost addım kimi qiymətləndirməsi tamamilə doğru yanaşmadır. Rəsmi Moskva həm deputatımıza qarşı baş vermiş xoşagəlməz olayla, həm də kiberhücumlarla əlaqədar turarlı, məntiqli izahat verməlidir. Ölkəmizə qarşı qeyri-dost addımlarının motivlərinə aydınlıq gətirməlidir.
Millət vəkili Hikmət Babaoğlu Sherg.az-a deyib ki, 2022-ci il fevralın 22-də Rusiya və Azərbaycan arasında müttəfiqlik, birgə fəaliyyət haqqında bəyanat imzalanıb. Deputat vurğulayıb ki, Rusiya və Azərbaycan arasında enişli-yoxuşlu münasibətlər, ikili yanaşmalar məhz həmin dövrdən etibarən başlayıb:
"Mənə elə gəlir ki, Rusiyada idarəetmədə təsir imkanları olan bəzi güc mərkəzləri bütövlükdə Azərbaycan-Rusiya yaxınlaşmasından narazı qalıblar. Son dövrdə Rusiya və Azərbaycan arasındakı münasibətlərə diqqət yetirsək, görərik ki, iki ölkə arasında qalmaqal yaradılır, hibrid müharibə komponentləri müşahidə edilir. Baş verənlər bizə iki ipucu verir. Düşünə bilərik ki, Rusiya əvvəlki diktəedici, amiranə ölkə deyil. Hansısa hərəkəti gizli etməyə çalışır, ancaq alınmadığı üçün nəticədə bu cür hallar meydana çıxır. Deməli, Azərbaycan güclü ölkədir. Ona görə də Rusiya bizə qarşı fəaliyyətin dolayı yolla üsullarını axtarır. Əgər bu cür cəhdlər Rusiyada müəyyən şəxslər tərəfindən edilirsə, deməli, Rusiyada Azərbaycanla münasibətləri istəməyən güc mərkəzləri var. Heç şübhəsiz, onların başında erməni lobbisi və ermənipərəstlər gəlir. Millət vəkili Azər Badamova tətbiq olunan deportasiyanın hüquqi, siyasi və inzibati tərəfləri var. Siyasi tərəfi odur ki, belə hallar baş verdikdə, hansısa şəxs "persona non qrata" elan olunur, XİN-də siyahı dərc olunur. Diplomatik fəaliyyət haqqında Vyana Konvensiyasının tələbləri də bunu tələb edir".
Parlamentari qeyd edib ki, bir millət vəkili Moskva hava limanına təyyarə ilə eniş edir və orada saxlanılır. Halbuki, həmin deputat bir neçə gün öncə Dağıstanda, yəni Rusiya Federasiyasının başqa bir əyalətində səfərdə olub: "Belə çıxır ki, qarşımızda bir neçə Rusiya var, biri Moskva, o biri Dağıstandır və hər birinin ayrıca hüquqi statusu var? Rusiyada Ali Hüquq Şurası ilk növbədə bunu araşdırmalıdır. Dağıstan Rusiya Federasiyası deyil?! Məsələnin digər tərəfi odur ki, bir şəxsin hansı səbəbdən deportasiya olunduğu ona bildirilməlidir. Millət vəkillərinin diplomatik pasportu var və orada xüsusi qeyd olunur ki, bu pasport hansı statusu olan şəxslərə verilir. Yəni bu addım Vyana Konvensiyasından tutmuş, qonşuluq münasibətlərinədək hər anlamda bütün qaydaların pozulmasıdır".


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Mənzil bazarında İPOTEKA TƏLƏSİ - ARAŞDIRMA
Bu gün, 07:08 |
|
|
|
• Rusiyadakı azərbaycanlılara yeni təhlükə – Moskva kritik addıma gedəcək?
Bu gün, 07:05 |
|
|
|
• Kamandan Oxatma Federasiyası böhran içində – Anar Quliyev nə ilə məşğuldur?
Bu gün, 06:51 |
|
|
|
• ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... - İTTİHAM VAR...
Bu gün, 06:44 |
|
|
|
• Kreml paradı üçün "atəşkəs" - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:34 |
|
|
|
• Bakıda qurulan BARIŞIQ MASASI - Görünəni odur ki...
Bu gün, 06:32 |
|
|
|
• Azərbaycan Prezidenti “asılılıq” siyasətindən imtina edib və suveren lider kimi hərəkət edir - MÜHÜM GƏLİŞMƏ
Bu gün, 06:29 |
|
|
|
• Rusiya dostluq sınağından İKİ aldı: Azərbaycana qarşı üzüqara... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:23 |
|
|
|
• Yardımlıda şəhid ailələri imdad diləyir - Prezidentə MÜRACİƏT
Bu gün, 06:05 |
|
|
|
• Zaur Əliyev "Azpetrol"dan 40 min manatlıq benzin alıb
Bu gün, 06:01 |
|
|
|
• Bu gün əfv fərmanı olacaqmı? - AKTUAL
Bu gün, 05:59 |
|
|
|
• “Kontakt Home”dan kütləvi narazılıq - BU NƏDİ BELƏ?
Bu gün, 05:56 |
|
|
|
• Babək rayonu icra hakimiyyətinin yarım milyonluq tenderi - TƏFƏRRÜAT
Bu gün, 05:49 |
|
|
|
• Rusiya ilkin şərtlər olmadan sülh danışıqlarına başlamağa hazırdır - Çin XİN
Bu gün, 05:47 |
|
|
|
• Daha bir qadın yüksək vəzifəyə təyin olundu - FOTO
Bu gün, 05:42 |
|
|
|
• 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
Bu gün, 00:07 |
|
|
|
• Qazaxda Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib - FOTO
Bu gün, 00:04 |
|
|
|
• Saleh Məmmədovdan həbs edilən məmurun yerinə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 23:58 |
|
|
|
• 150 min insanı salamlayan yeni Papa çağırış etdi
Dünən, 23:56 |
|
|
|
• Sabiq icra başçısı Nəbi Muxtarovu öldürmək istədilər - Dəhşətli FAKTLAR
Dünən, 23:52 |
|
|
|
• Sülh sazişi 2026-cı ildən sonraya qalır? - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:02 |
|
|
|
• Məntiqə əsaslanan doğru qərar: Prezident Moskvaya mesaj verdi - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Kəlbəcərdə 120,6 milyon manatlıq böyük tikinti layihəsi bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:58 |
|
|
|
• “27 ildə ilk dəfədir mükafat alıram”
Dünən, 18:02 |
|
|
|
• Qələbə günü Moskvada sakinlərə liftdən istifadə etməmək tövsiyə olunur
Dünən, 18:00 |
|
|
|
• Simonyan Köçəryanı və Sarksiyanı “yıxıb-sürüdü”
Dünən, 17:54 |
|
|
|
• “TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı? - NƏ BAŞ VERİR?
Dünən, 17:50 |
|
|
|
• "Göygöl Şərab Zavodu" ASC-nin səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Dünən, 17:47 |
|
|
|
• “O siyahıda qərəz yoxdur, tam demokratik hazırlanıb” - “Şərəf” ordeni alan plastik cərrahla MÜSAHİBƏ
Dünən, 17:42 |
|
|
|
• Sığorta şirkətlərinin SƏHLƏNKARLIĞI - 50 manatınızın BAŞI AĞRIYIR
Dünən, 17:39 |
|
|
|
• Vaşinqton-Moskva münasibətlərində gərginlik: - Rusiya yenidən Çinə ehtiyac duymağa başlayır
Dünən, 17:36 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkətə 120 milyon manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 17:35 |
|
|
|
• Həbsdə olan sayt rəhbərinə hökm oxunub
Dünən, 17:32 |
|
|
|
• Ermənistanın sülhdən yayınması gələcəyi üçün təhlükə yaradır - ONA GÖRƏ DƏ...
Dünən, 17:06 |
|
|
|
• AYNA indi də marketlərin qabağında BƏND alıb... - İstədiklərini edirlər...
Dünən, 17:02 |
|
|
|
• Paşinyan Moskvaya gedib - "Sputnik Armenia"
Dünən, 16:54 |
|
|
|
• Azərbaycanda hansı siyasi partiyalara maliyyə ayrılır? - Nazirlikdən CAVAB
Dünən, 16:52 |
|
|
|
• Bakıda sevgilisini daşla vurub öldürən oğlanın MƏHKƏMƏDƏN VİDEOSU
Dünən, 16:45 |
|
|
|
• “Malibo” MTK vətəndaşı belə incidir... - NARAZILIQ VAR...
Dünən, 16:40 |
|
|
|
• Ermənistan Təhlükəsizlik Şurasının katibi Hindistana gedəcək - Ermənistan mətbuatı
Dünən, 16:37 |
|
|
|
• Hindistan mediasından Azərbaycana qarşı TƏXRİBAT - Düşmən olduqlarını İNDİMİ BİLİRLƏR?
Dünən, 16:35 |
|
|
|
• Həbsdən çıxan narkoman arvadının da cibindən narkotik tapdı, onu öldürdü – 7 uşaq isə...
Dünən, 16:34 |
|
|
|
• Balakəndə kanat yolunun tikintisinə 5 milyon manat ayrılıb
Dünən, 16:32 |
|
|
|
• Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - SƏRƏNCAM
Dünən, 16:31 |
|
|
|
• Bir sıra mədəniyyət və elm xadimlərinə Prezidentin fərdi təqaüdü veriləcək - SİYAHI
Dünən, 16:30 |
|
|
|
• Şuşada yaşayış binaları ilə bağlı 17 milyon manatlıq LAYİHƏ
Dünən, 16:21 |
|
|
|
• Azərbaycan əsgəri bizi kəklik kimi ovlayacaq – Ekspert
Dünən, 16:01 |
|
|
|
• Lerikin icra başçısının müavini bu dövlət qurumundan GİLEYLƏNDİ... - BU NƏDİ BELƏ?..
Dünən, 15:59 |
|
|
|
• Çin və Rusiya liderləri iqtisadiyyat, siyasət və təhlükəsizlik məsələlərini müzakirə ediblər
Dünən, 15:52 |
|
|
|
• Dövlət Xidməti "Sovetski"dəki tarixi binanın taleyi ilə bağlı qərar verib - FOTO
Dünən, 15:49 |
|
|
|
|