Əməkdar artist dövlətin pulsuz təyin etdiyi dərmanı niyə 80 manata alır? .....                     Məktəb direktoru faciəvi şəkildə vəfat etdi .....                     Əməliyyatdan sonra ölən qadının anası naziri məhkəməyə verdi .....                     Tramp və Zelenski ABŞ-ın Ukraynaya hərbi yardımları dayandırmasını müzakirə edəcək .....                     “Bilmirəm ömrümə nə qədər qalıb, ən böyük arzum onu xoşbəxt görməkdir...” .....                     İƏT-lə əməkdaşlıq ölkəmizin nüfuzunun artırılması baxımından xüsusi önəm daşıyır .....                     Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq istəyir .....                     Rusiyada Azərbaycan xəbər saytlarına giriş məhdudlaşdırılıb .....                     Agentlik 189 mənzil alacaqdı: .....                     Kremldəkilərin “günah keçisi” axtarışı VƏ... .....                     Fərid Əsgərovun təyinatdan sonra ilk .....                     Ali Məhkəmə Vüqar Səfərlinin cinayət işi üzrə qərar verib .....                     Məşhur tikinti şirkəti yarım milyon borca düşdü .....                     KOBİA ölkədaxili sərgilərin keçirilməsinə 160 min xərcləyəcək .....                     Ermənistanla “qapı”ya Tələt Paşanın adı veriləcək? .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Ordumuz qərbdədir, Bakını “yerinə oturda” bilməyəcəyik! .....                     Agentlik sədri onu departament müdiri təyin etdi .....                     Azərbaycanla Naxçıvanı birləşdirəcək “Tramp dəhlizi” .....                     Ermənistan parlamentində deputatlar arasında mübahisə düşüb .....                     Qarabağ qazisindən icra başçısına MÜRACİƏT .....                     Azərbaycan Mərkəzi Bankı “MilliKart”a lisenziya verib .....                     “Qala Sığorta”nın işçisinə “dümbələk” deyən şəxs cəzalandırıldı .....                     Günel Hacıya "Bakı Metropoliteni"ndə vəzifə verildi .....                     Mədəniyyət naziri şəxsən mənə dedi ki, artıq heç kəsə fəxri ad verilmir .....                     “Dəmir Yumruq” şirkəti İTTİHAM OLUNUR .....                     “Nizami “Xəmsə” yazanda ruslar meşədə ayılarla gəzirdi” .....                     Başçının başı PULYIĞIMINA QARIŞIB: Bələdiyyə də belə... .....                     Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır .....                     “Əliyev və Paşinyan tezliklə görüşəcək, Naxçıvana yol açılacaq” .....                     Ekstrasensdən ZƏNGƏZUR PROQNOZU .....                     Bakıda 14-cü mərtəbədən yıxılan qız .....                     Rusca təhsil alanlar XAİNDİRMİ? .....                     AZAL təyyarəsinin Rusiya Müdafiə Nazirliyinin əmri ilə vurulduğu TƏSDİQLƏNDİ .....                     TƏBİB 1 milyon manata yaxın dərman alır .....                     Rusiya bizi BOYKOT ETSƏ... .....                     “Zaman-zaman həbsimə səbəb olacaq səhvlər etmişəm” .....                     Azərbaycanda bu qədər rusdilli məktəbə ehtiyac varmı? .....                     Vəziyyət dəyişir: .....                     Masallıda “İstisu” istirahət mərkəzi BÖYÜK ZİBİLXANAYA ÇEVRİLİB .....                 

Şuşada gənclər arasında dava: 1 nəfər xəsarət aldı, 2 nəfər həbs edildi - TƏFƏRRÜAT
Tarix: 26-04-2025, 11:48 | Çap et
Şuşada gənclər arasında dava: 1 nəfər xəsarət aldı, 2 nəfər həbs edildi
Şuşa şəhərində bir neçə gəncin arasında yaranan mübahisə dava ilə nəticələnib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə Şuşa şəhərinin Qarabağ küçəsində baş verib.

Şuşa şəhər sakini, 2003-cü il təvəllüdlü Nihad və 2004-cü il təvəllüdlü Bakı şəhər sakini Riyad birlikdə Qəbələ rayon sakini Əmraha həmin küçədə inşa edilən yeni yaşayış massivinin içərisində bədən xəsarətləri yetiriblər.

Nihad və Riyadın barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə ittiham elan edilib.

İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nihad ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Şuşa şəhərindəki Yeni yaşayış massivində qardaşı Nicatla birlikdə yaşayır: “Dolanışığımızı təmin etmək üçün Şuşa şəhərində avtoyuma sexində yuyucu işləyirəm. Şuşada mühafizəçi işləyən Qəbələ rayon sakini Əmrahı təxminən hadisədən bir həftə əvvəl tanımışam”.

"Nalayiq ifadələr dediyini eşitdim"

Nihadın ifadəsinə görə, hadisə günü gecə saat 23 radələrində tanışı Riyadla birlikdə Qarabağ küçəsində xidmətdə olan Əmrahın yana gediblər: “Biz gələndə Əmrahın digər iş yoldaşı Ayxanın da orada olduğunu gördük. Bir yerdə söhbət zamanı dostum mənə pul göndərdiyinə görə bank kartı lazım oldu.

Əmrah üzərində bank kart olduğunu deyərək onu mənə verdi. Sonra pul göndərən dostuma zəng etmək üçün mobil telefonunu da verdi.

Əmrahın telefonunu götürərək pulu çıxarmaq üçün Riyadla marketin qarşısına getdik. Ayxan Əmrahın telefonuna səs atdı. Mən səsi açanda digər səs yazısı açıldı, Əmrahın mənimlə Riyadın ünvanına nalayiq ifadələr dediyini eşitdim”.

"Soruşdum ki, məni söymüsən?”

Nihad bildirib ki, Riyadla birlikdə Əmrahın yanına qayıdıb, onları niyə söydüyünü soruşub: “Əmrah “yaxşı eləmişəm” dedi. Əlimlə Əmrahın boğaz nahiyəsindən itələdim, nəyə görə məni söydüyünü soruşdum. Əmrah bu dəfə içkili olduğunu dedi, üzr istədi. Bundan sonra getdim.

Həmin gün axşam saat 21 radələrində yaşadığım evdə spirtli enerji içkisi qəbul etdikdən sonra həyətə düşəndə Riyadla qarşılaşdım və Əmrahdan nəyə görə məni söydüyünü aydınlaşdırmaq üçün getmək istədiyimi bildirdim. Riyad da mənimlə bərabər gəldi.

Qarabağ küçəsində eyni yerdə xidmət aparan Əmraha yaxınlaşaraq görüşdük. “Ötən gün deyirdin içkiliydim, bilməmişəm, söymüşəm, indi ayılmısan. Gəlmişəm soruşam ki, bəlkə səhv məndə olub deyə məni söymüsən?” dedim. Əmrah yenə də “üzrlü say” dedi. Onun sinəsindən geri itələdim, “yeri, çıx get” dedim. Bundan sonra Bakı şəhərinə getmək üçün yola çıxdım”.

Təqsirli bilinən şəxs ifadəsində göstərib ki, hadisənin baş verməsinə səbəb Əmrahın onun və Riyadın ünvanına telefon vasitəsilə nalayiq ifadələr işlətməsi olub. Onun sözlərinə görə, hər iki hadisə zamanı Əmrahı boğaz və sinə nahiyəsindən itələyib, Riyadın Əmirahı vurmağını görməyib.

"Aramızda narazılığımız olmayıb"

Digər təqsirli bilinən Riyadın sözlərinə görə, öz dolanışıqlarını təmin etmək məqsədilə 2024-cü ilin dekabr ayından Şuşa şəhərində MMC-də mühafizəçi işləyir: “Qəbələ rayon sakini Əmrahı həmin ilin oktyabrın ayından tanıyıram. Əmrah Şuşa şəhərində avtomobillərin yuyulma sexində yuyucu, MMC-də isə mühafizəçi işləyirdi. Münasibətlərimiz yaxşıydı, aramızda narazılığımız olmayıb”.

Riyad daha sonra ifadəsində hadisə barədə danışıb və bildirib ki, axşam vaxtlarında Nihadla birlikdə Xankəndi şəhərinə getmək üçün iş yoldaşı olan Ayxanın avtomobili ilə Xankəndi postuna tərəf gedib. Nihad yolüstü Şuşa şəhəri, Qarabağ küçəsində xidmətdə olan Əmrahla görüşmək istədiyini bildirib:

“Ayxana avtomobili Əmrahın xidmətdə olduğu əraziyə tərəf idarə etməyini xahiş etdim. Nihad Əmrahla ötən günü görüşərək
söhbət edəndə onun içkili olduğunu, səhərisi gün söhbət etmək istədiyini dediyini bildirdi. Biz Əmrahın yanına gedəndən sonra Nihad onu kənara çəkdi, onlar söhbət etdilər. Mən isə Ayxanla kənarda gözlədim. Sonra Nihadla Əmrahın sözlə mübahisə etdiklərini eşitdik və onlara yaxınlaşdıq. Bundan sonra Nihadı aralaşdıraraq apardım. Sonra Nihad Xankəndi şəhərinə gedəcəyini deyərək məndən ayrıldı”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Əmrahın sözlərinə görə, Qəbələ rayonun Dandıq kəndində anası ilə birlikdə yaşayır: “Öz dolanışığımızı təmin etmək məqsədilə 2024-cü ilin avqust ayından Şuşa şəhərində " MMC-də mühafizəçi işləyirəm. Şuşa şəhərində yaşayan Riyadı işə düzələndən sonra tanımışam. Riyad da mənim kimi MMC-də mühafizəçi işləyir. Riyad ilə iş yoldaşı kimi münasibətlərimiz yaxşı olub”.

"Üzr istəyirəm"

Əmrahın bildirdiyinə görə, hadisə günü saat 23 radələrində Şuşa şəhəri, Qarabağ küçəsində, “Yuxarı Gövhərağa” məscidinin qarşı tərəfində yerləşən yeni yaşayış massivində mühafizə xidmətində olarkən iş yoldaşı Riyad əvvəlcədən tanıdığı Nihad ilə birlikdə onun yanına gəliblər: “Biz söhbət edən zaman Nihad dostu tərəfindən pul göndərildiyini, pulu çıxarmaq üçün kart lazım olduğunu dedi. Mən öz kartımı Nihada verdim. Bank kartının proqramı telefona yükləndiyindən mobil telefonumu da Nihada verdim. Riyad və Nihad pulu çıxarmaq üçün marketə tərəf getdilər və təxminən yarım saat sonra qayıtdılar. Nihad və Riyad gəldikdən sonra mobil telefonumda ünvanlarına dediyim nalayiq sözlərə qulaq asdıqlarını dedilər. Mən konkret onların adını çəkmədiyimi, ümumi söydüyümü, heç birinə aidiyyəti olmadığını və yaxşı edərək söydüyümü bildirdim. Həmin vaxt Nihad və Riyadla yeni inşa edilən yaşayış massivinin girişində aramızda yaranmış mübahisə zamanı əvvəlcə Nihad əli ilə sifət nahiyəmdən 2 dəfə, sonra isə Riyad əli ilə sağ sifət nahiyəmdən vurdu. Riyad və Nihada “mən əgər sizə söydüyümü başa düşürsüzsə, onda sizdən üzr istəyirəm” dedim. Bundan sonra Nihad və Riyad aralaşaraq gedən zaman iş yoldaşım Ayxan öz avtomobili ilə xidmətdə olduğum yerə gəldi. Sifət nahiyəmdə qızartı və şişkinlik olduğunu görərək səbəbini soruşdu. Mən baş vermiş hadisə barədə Ayxana danışdım. Aramızda anlaşılmazlığın aradan qalxdığını dedim. Həmin vaxt Nihad və Riyad da yaxınlaşaraq narazılığın aradan qalxdığını bildirdi. Hər ikisi Ayxandan onları apararaq düşürtməyi xahiş etdilər”.

"Polisə şikayət etdim"

Əmrah qeyd edib ki, həmin günü səhəri, saat 21 radələrində yenə də xidməti ərazidə xidmətdə olarkən Nihad və Riyad birlikdə Ayxanın avtomobilində onun yanına gəliblər: “Nihad maşından düşdükdən sonra mənimlə işi oldğunu dedi və “Köhnə bazar” tərəfə çağırdı. Birlikdə söhbət edə-edə bazarın giriş qapısına tərəf gedəndə Nihad ünvanına söydüyümün səbəbini öyrənmək istədiyini məndən soruşdu. Nihada bu söhbəti əvvəlki gün bitirdiyimizi dedimr. Bu zaman Nihad mənimlə mübahisə etməyə başladı. Yaxamdan tutan zaman Riyad da yanımıza gəldi və mənə “səninlə çörək kəsmişəm, ona görə səni vurmuram” dedi, Nihadın tərəfini saxladı. Bu vaxt Ayxan gəldi və Nihadı aralaşdırdı. Bundan sonra Şuşa Rayon Polis Şöbəsinə döyülməm barədə ərizə ilə müraciət etdim”.

Bu işə Şuşa Rayon Məhkəməsində baxılıb. Məhkəmənin qərarı ilə təqsirli bilinən şəxslərin hər biri 1 ay 10 gün müddətinə inzibati qaydada həbs edilib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əməkdar artist dövlətin pulsuz təyin etdiyi dərmanı niyə 80 manata alır? - TƏFƏRRÜAT
Bu gün, 15:45
Məktəb direktoru faciəvi şəkildə vəfat etdi
Bu gün, 15:36
Əməliyyatdan sonra ölən qadının anası naziri məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 15:31
Tramp və Zelenski ABŞ-ın Ukraynaya hərbi yardımları dayandırmasını müzakirə edəcək
Bu gün, 15:26
“Bilmirəm ömrümə nə qədər qalıb, ən böyük arzum onu xoşbəxt görməkdir...”
Bu gün, 15:16
İƏT-lə əməkdaşlıq ölkəmizin nüfuzunun artırılması baxımından xüsusi önəm daşıyır -ŞƏRH
Bu gün, 15:11
Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq istəyir
Bu gün, 15:07
Rusiyada Azərbaycan xəbər saytlarına giriş məhdudlaşdırılıb
Bu gün, 13:37
Agentlik 189 mənzil alacaqdı: -13 milyonluq satınalma niyə baş tutmadı?
Bu gün, 13:34
Kremldəkilərin “günah keçisi” axtarışı VƏ... - “ən yaxşı günahkar miqrantlardır”
Bu gün, 13:26
Fərid Əsgərovun təyinatdan sonra ilk - Fotosu
Bu gün, 13:22
Ali Məhkəmə Vüqar Səfərlinin cinayət işi üzrə qərar verib - TƏFƏRRÜAT
Bu gün, 13:17
Məşhur tikinti şirkəti yarım milyon borca düşdü
Bu gün, 13:07
KOBİA ölkədaxili sərgilərin keçirilməsinə 160 min xərcləyəcək
Bu gün, 13:00
Ermənistanla “qapı”ya Tələt Paşanın adı veriləcək? - KİV
Bu gün, 12:54
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:37
Ordumuz qərbdədir, Bakını “yerinə oturda” bilməyəcəyik! - Ruslardan ETİRAF
Bu gün, 12:33
Agentlik sədri onu departament müdiri təyin etdi - ƏMR
Bu gün, 12:28
Azərbaycanla Naxçıvanı birləşdirəcək “Tramp dəhlizi” – İrəvandan reaksiya gəldi
Bu gün, 12:24
Ermənistan parlamentində deputatlar arasında mübahisə düşüb
Bu gün, 12:18
Qarabağ qazisindən icra başçısına MÜRACİƏT - "Mən heç kəsdən pul, yardım istəmirəm, amma..."
Bu gün, 12:14
Azərbaycan Mərkəzi Bankı “MilliKart”a lisenziya verib
Bu gün, 12:09
“Qala Sığorta”nın işçisinə “dümbələk” deyən şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 11:50
Günel Hacıya "Bakı Metropoliteni"ndə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 11:46
Mədəniyyət naziri şəxsən mənə dedi ki, artıq heç kəsə fəxri ad verilmir - Əməkdar artist Zemfira Sadıxova
Bu gün, 11:43
“Dəmir Yumruq” şirkəti İTTİHAM OLUNUR - TƏFƏRRÜAT
Bu gün, 11:37
“Nizami “Xəmsə” yazanda ruslar meşədə ayılarla gəzirdi” - FAKT BUDUR!
Bu gün, 11:31
Başçının başı PULYIĞIMINA QARIŞIB: Bələdiyyə də belə... - NARAZILIQ VAR...
Bu gün, 11:22
Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır - İLGİNC FAKTLAR
Bu gün, 11:14
“Əliyev və Paşinyan tezliklə görüşəcək, Naxçıvana yol açılacaq” - Trampdan Zəngəzurla bağlı yeni təklif
Bu gün, 11:10
Ekstrasensdən ZƏNGƏZUR PROQNOZU - 2027-ci ildə…
Bu gün, 11:07
Bakıda 14-cü mərtəbədən yıxılan qız SAĞ QALDI
Bu gün, 11:00
Rusca təhsil alanlar XAİNDİRMİ? - NƏ BAŞ VERİR?
Bu gün, 10:58
AZAL təyyarəsinin Rusiya Müdafiə Nazirliyinin əmri ilə vurulduğu TƏSDİQLƏNDİ - VİDEO
Bu gün, 10:55
TƏBİB 1 milyon manata yaxın dərman alır
Bu gün, 10:52
Rusiya bizi BOYKOT ETSƏ... - İtirən KİM OLACAQ?
Bu gün, 10:48
“Zaman-zaman həbsimə səbəb olacaq səhvlər etmişəm” - Bəxtiyar Hacıyev
Bu gün, 10:45
Azərbaycanda bu qədər rusdilli məktəbə ehtiyac varmı? - AKTUAL
Bu gün, 10:35
Vəziyyət dəyişir: - Putinə “yaşıl işıq” yandırıldı
Bu gün, 10:32
Masallıda “İstisu” istirahət mərkəzi BÖYÜK ZİBİLXANAYA ÇEVRİLİB - NARAZILIQ VAR...
Bu gün, 10:28
Ağcabədidə FERMER ÜSYANI... - Başçıya HÜCUM ETDİLƏR...
Bu gün, 10:18
Xankəndi sammiti: Qarabağdan dünyaya yeni mesaj - sülh, inkişaf və strateji liderliyin zirvəsi
Bu gün, 10:05
Araz Ağalarova qarşı icraatdan sonra Emin Rusiyadakı konsertini ləğv etdi - AÇIQLAMA
Bu gün, 10:02
"Dedim, bilirsən ki, mənim nə boyda oğlum var?"
Bu gün, 09:59
Bonus pulu iki aydır gecikdirilir: Həkimlər özlərini cəhbə bölgəsində hiss edirlər... - Maliyyə Nazirliyi kütləvi narazılıq yaradır
Bu gün, 09:50
Sosial şəbəkələrdə MARKETİNQ OYUNU – Məhsulun qiyməti niyə dövlət sirri kimi GİZLƏDİLİR?
Bu gün, 09:45
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:41
Qardaşlıq üzərində qurulan strateji tərəfdaşlıq - MƏQALƏ
Bu gün, 09:39
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib - İsrafil Kərimovun yazısı
Bu gün, 09:37
Paşinyan anons etdi: - Növbədənkənar katolikos seçkisi olacaq
Bu gün, 09:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru