İrəvan hakimiyyətinə güvənmək olmaz .....                     Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər .....                     “Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” .....                     CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF .....                     Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... .....                     Elşən İbrahimov DANIŞDI .....                     Professor Rəhman Bədəlov vəfat edib .....                     Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı? .....                     Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib .....                     Tələbələrin köçürülməsi prosesinə start verilir .....                     Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib .....                     Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... .....                     "Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq .....                     “Nar” regionlarda təhsilə dəstəyini davam etdirir .....                     İran rəsmisi Pezeşkianı təhqir etdi .....                     2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” .....                     Güney Qafqaz üçün ƏRƏB MASASI... .....                     Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər .....                     "Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR .....                     Bu məktəblər ÖZBAŞINA QALIB... .....                     AzTV-nin 440 minlik tenderi ləğv edildi .....                     “Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” .....                     Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb .....                     Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... .....                     Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” .....                     “Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi .....                     Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi .....                     Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib .....                     Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi .....                     İranda ETİRAZLAR BAŞLADI: .....                     Ermənistan İstintaq Komitəsi Eçmiədzinə əməliyyat planlaşdırmır .....                     Sabah bəzi yerlərdə az yağış yağacaq... .....                     Hüquqşünasdan ağır sözlər: .....                     Bu ixtisaslaşma magistraturadan çıxarıldı: Strateji sahə niyə diqqətdən kənarda qalır? .....                     "OKUKLU HOLDİNQ" VƏTANDAŞLARIN PULUNU NECƏ MƏNİMSƏYİR? .....                     Bakıda falçı evini satan qadının başına OYUN AÇDI .....                     Bələdiyyə gözünü yumub HƏR YERİ SATIR... .....                     Afət həmkarlarına MEYDAN OXUDU: .....                     “Daşnaksütyun”un rəhbərlərindən biri olan deputat Moskvaya qaçdı?.. .....                     "Alqış Musayevin yazdığı dəyərləndirmə yox, məğlubiyyət etirafıdır" .....                 

Praqmatizm dövrünün çətin seçimi: - köpək balıqları arasında sağ qalmaq
Tarix: 20-04-2025, 20:35 | Çap et
Praqmatizm dövrünün çətin seçimi:
Donald Tramp artıq iki aydan çoxdur Ağ Evdədir və geosiyasi şahmat taxtası tərsinə çevrilir. Avropa gərgin vəziyyətdədir: bundan sonra nə olacaq?

Onsuz da idientiklik böhranı yaşayan Avropa İttifaqı (Aİ) yeni çağırışlarla üz-üzədir. Üzv ölkələr arasında iqtisadi fikir ayrılıqları, mühacir böhranı, artan avroskeptizm – bu yandan da yalnız milli maraqlara əsaslanan siyasət yeridən ABŞ. Sual fırtınanın nə zaman qopacağı ilə bağlı deyil, sual kimlərin bu fırtınaya tab gətirə biləcəyindədir.

Amerika şərtlər irəli sürür – Aİ dayaq axtarır
Tramp heç vaxt “ümumi maraqlara” inanmayıb. Əgər hansısa razılaşma ABŞ üçün sərfəli deyilsə, ləğv olunur. Avropa artıq bunu hiss edir: yeni ticarət rüsumları, NATO-nun şərtlərinə yenidən baxılması, yumşaq diplomatiya yerinə sərt praqmatizm. ABŞ Avropa mallarına artıq 20%-lik (əksər postsovet ölkələri, o cümlədən Azərbaycandan olan idxalata isə 10%-lik) gömrük rüsumları tətbiq edib. “Əvvəlcə Amerika” – sadəcə şüar deyil, həm də fəaliyyət planıdır. Bu, Aİ üçün o deməkdir ki, ya yeni reallığa uyğunlaşmalıdır, ya da qlobal siyasətdə mövqelərini itirəcək.

Bertolt Brext xəbərdarlıq etmişdi… amma vəziyyət daha da pisləşdi
Brext “Əgər köpək balıqları insan olsaydı” adlı alleqoriyasında güclülərin guya zəifləri qoruduğu sivil dünya illüziyasını təsvir etmişdi. Amma reallıq daha sərt oldu: köpək balıqları insan olmadı, insanlar köpək balığına çevrildi. Beynəlxalq siyasətdə artıq ideologiyaya yer yoxdur – yalnız maraq, güc və nəzarət qalıb. Aİ balansı qorumağa çalışır, amma daxili ziddiyyətlər bu işi getdikcə çətinləşdirir.

Avropa klubu parçalanır
Vahidliklə bağlı bəyanatlara baxmayaraq, Aİ daxilindəki ziddiyyətlər daha da güclənir:

- İqtisadi fikir ayrılıqları. İnkişaf etmiş iqtisadiyyatlarla daha zəif “kənar” ölkələr arasında fərq ciddi problemdir. Almaniya və Niderland ixracla bağlı güclü mövqelərini qoruyub saxlayır, amma Yunanıstan, İtaliya və İspaniya borc yükü və struktur problemləri ilə mübarizə aparır. Aİ fondlarının yenidən bölüşdürülməsi mübahisələri davam edir: bəziləri daha çox həmrəylik tələb edir, digərləri isə maliyyə intizamında israrlıdır.

- Mühacir problemi. Mühacir axını 2015-ci ildəki qədər kəskin olmasa da, Aİ daxilində bu məsələ ilə bağlı fikir ayrılığı qalır. Almaniya və Fransa qaçqınların yenidən yerləşdirilməsi sistemini dəstəkləyir, Polşa, Macarıstan və Çexiya isə buna qarşı çıxır. Bu, milli suverenlik və həmrəylik prinsipləri barədə mübahisələri gücləndirir.

- Artan avroskeptizm. Macarıstanda Orban hökuməti açıq anti-Brüssel mövqeyi tutur, İtaliyada isə avroskeptik partiyalar Aİ-nin iqtisadi siyasətinə yenidən baxılmasını tələb edərək, güc qazanır. Polşada seçkilərdən sonra yeni hökumət Aİ ilə daha sıx əməkdaşlığa meyllidir, amma əvvəlki mübahisələr hələ də mövcuddur.

- Xarici siyasətdə fikir ayrılığı. Baltikyanı ölkələr və Polşa Rusiyaya qarşı daha sərt sanksiyalar tələb edir, Macarıstan və hətta Fransa elitasının bir hissəsi daha ehtiyatlı yanaşmanı dəstəkləyir. Çinlə münasibətlərdə də birlik yoxdur: Almaniya iqtisadi maraqlara baxmayaraq, strateji sektorlar üzərində nəzarəti gücləndirir, Litva isə ən sərt mövqe tutur.

ABŞ-a strateji tərəfdaş kimi inam azalır
Əfqanıstan böhranı və Ukrayna məsələsində Vaşinqtonun tərəddüdləri Avropa liderlərinə göstərdi ki, onlar ABŞ-ın qeyd-şərtsiz dəstəyinə güvənə bilməzlər. Bu isə Aİ daxilində öz müdafiə strategiyasının yaradılması barədə müzakirələri gücləndirir.

Aİ-nin ümumi iqtisadiyyatı hələ də dünyada ABŞ-dan sonra ikinci yerdədir və Çini qabaqlayır, amma onun beynəlxalq səhnədəki mövqeləri zəifləyir. Türkiyə fəal xarici siyasət aparır, Şərqi Avropa yeni iqtisadi ittifaqlar axtarır, Almaniya və Fransa isə daxili böhranlar və etirazlarla üzləşir.

Aİ hələ də güclü siyasi-iqtisadi qurumdur, amma daxili ziddiyyətlər getdikcə daha çox hiss olunur. Aİ ya islahatlar həyata keçirərək kompromis əldə edəcək, ya da birliyini itirərək milli maraqların üstün gəldiyi zəif əlaqəli dövlətlər birliyinə çevriləcək.

Tramp dünyanı praqmatizm dövrünə çağırır
Tramp və tərəfdarları bunu “sağlam düşüncədə inqilab” adlandırırlar. İdeologiyaya son qoyulur, yalnız öz xeyri və milli maraqlar. Onun strategiyası sadədir: sürətli sülh və Rusiya-Çin ittifaqının güclənməsinə yol verməmək. Trampın fikrincə, bu dünyada “dürüst” ittifaqlar yoxdur – yalnız müvəqqəti sövdələşmələr var.

Bəs bu hara aparır? Dünya beynəlxalq razılaşmalar olmadan, yalnız qarşılıqlı fayda üzərində fəaliyyət göstərə bilərmi? Bu sabitliyə aparan yoldur, yoxsa xaosa? Qlobal modeldən imtina sərt rəqabətə, beynəlxalq institutların zəifləməsinə və gərginliyin artmasına gətirib çıxarır. Nəticədə güclülər təsir zonaları uğrunda mübarizə aparacaq, zəiflər isə müdafiəsiz qalacaqlar.

Azərbaycan: köpək balıqları ilə imkanlar arasında...
Belə qeyri-sabit şəraitdə nə etməli? Azərbaycan üçün təkcə uyğunlaşmaq deyil, həm də inkişaf nöqtələri tapmaq vacibdir. Yaxın keçmişdə Ermənistan və sülh sazişi əsas mövzu idi, amma bu, bəlkə də artıq ikinci plana keçir. Regional gündəm dəyişir və yeni çağırışlar önə çıxır: Yaxın Şərqdə Azərbaycanın iki əsas müttəfiqi olan Türkiyə və İsrailin mövqelərinin güclənməsi, eləcə də Mərkəzi Asiyada öz mövqelərini aktiv şəkildə gücləndirən türk dünyası ölkələri ilə əməkdaşlığın dərinləşməsi.

Belə vəziyyətdə Azərbaycan keçmiş münaqişələrdə ilişib qalmamalı, əvəzində beynəlxalq arenada mövqelərini gücləndirmək üçün yeni imkanlardan yararlanmalıdır.

Azərbaycan üçün prioritetlər:

Xarici iqtisadi əlaqələrin şaxələndirilməsi – ABŞ, Aİ, Çin və Türkiyənin bölgədəki maraqlarını nəzərə alaraq onlarla münasibətləri inkişaf etdirmək.

Tranzit potensialının gücləndirilməsi – “Şimal-Cənub” və “Şərq-Qərb” beynəlxalq dəhlizlərində ölkənin rolunu artırmaq.

Balansın qorunması – geosiyasi itkilərə səbəb ola biləcək kəskin addımlardan çəkinmək.

Strateji sahələrin inkişafı – qlobal təlatümlərdən asılılığı azaltmaq üçün enerji, rəqəmsal iqtisadiyyat, texnologiya kimi sahələrə üstünlük vermək.

Praqmatizmin hökm sürdüyü dünyada Azərbaycanın əsas vəzifəsi yalnız müstəqil xarici siyasətini qorumaq deyil, həm də regional əməkdaşlıq üçün yeni mexanizmlərin yaradılmasında fəal iştirak etməkdir. Əks halda, başqalarının oyununda sadəcə piyada qalmaq riski var. Praqmatizm dövründə zəiflər müdafiə, güclülər fayda, müdriklər isə imkanlar axtarır…

Fuad Rəsulov - pressklub.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvan hakimiyyətinə güvənmək olmaz - ÇÜNKİ...
Bu gün, 06:26
Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər – MƏBLƏĞ
Bu gün, 06:23
“Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” - "Həkimlərdən şikayətçiyəm"
Bu gün, 06:20
CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF - “Bu şansı qaçırmamalıdır”
Dünən, 23:33
Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... - TƏFƏRRÜAT
Dünən, 23:29
Elşən İbrahimov DANIŞDI – Deportasiya ilə bağlı açıqlama
Dünən, 23:27
Professor Rəhman Bədəlov vəfat edib
Dünən, 23:24
Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı?
Dünən, 17:36
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:34
Tələbələrin köçürülməsi prosesinə start verilir
Dünən, 17:21
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:12
Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... - XƏBƏRDARLIQ
Dünən, 17:05
"Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq - Mehdiyevlər GERİ DURUR?
Dünən, 16:41
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - BUNDAN SONRA...
Dünən, 16:34
İran rəsmisi Pezeşkianı təhqir etdi - BAŞLARINI İTİRİBLƏR...
Dünən, 16:29
2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” – ŞOK AÇIQLAMA
Dünən, 16:25
Güney Qafqaz üçün ƏRƏB MASASI... - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:22
Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər - KİV
Dünən, 16:15
"Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR - Nuranənin ölümü kimə DƏRS olacaq?
Dünən, 13:03
Bu məktəblər ÖZBAŞINA QALIB... - İTTİHAM VAR...
Dünən, 13:01
AzTV-nin 440 minlik tenderi ləğv edildi
Dünən, 12:57
“Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” - DƏLİXANADIR, VALLAH...
Dünən, 12:56
Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb
Dünən, 12:46
Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... - NARAZILIQ VAR...
Dünən, 12:44
Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” – Məhkəmə
Dünən, 12:38
“Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi
Dünən, 12:34
Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi - Dövlət Departamenti
Dünən, 12:30
Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib - TƏFƏRRÜAT
Dünən, 12:27
Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi
Dünən, 12:15
İranda ETİRAZLAR BAŞLADI: -Pezeşkian HƏDƏFDƏ
Dünən, 12:12
Ermənistan İstintaq Komitəsi Eçmiədzinə əməliyyat planlaşdırmır
Dünən, 12:10
Sabah bəzi yerlərdə az yağış yağacaq...
Dünən, 12:06
Hüquqşünasdan ağır sözlər: - “Ölkədə geyləşmə prosesi gedir...”
Dünən, 12:00
Bu ixtisaslaşma magistraturadan çıxarıldı: Strateji sahə niyə diqqətdən kənarda qalır? - AKTUAL
Dünən, 11:58
"OKUKLU HOLDİNQ" VƏTANDAŞLARIN PULUNU NECƏ MƏNİMSƏYİR? - İTTİHAM VAR...
Dünən, 11:44
Bakıda falçı evini satan qadının başına OYUN AÇDI - TƏFƏRRÜAT
Dünən, 11:31
Bələdiyyə gözünü yumub HƏR YERİ SATIR... - BU NƏDİ BELƏ?
Dünən, 11:28
Afət həmkarlarına MEYDAN OXUDU: - “Toy bazarında nömrə birəm”
Dünən, 11:17
“Daşnaksütyun”un rəhbərlərindən biri olan deputat Moskvaya qaçdı?.. - “Johovurd”
Dünən, 11:13
"Alqış Musayevin yazdığı dəyərləndirmə yox, məğlubiyyət etirafıdır" - Elçin Alıoğlu yazır...
Dünən, 11:09
Ermənistan ordusunda 8 yaralı - Biri polkovnik-leytenantdır
Dünən, 11:05
Hakimiyyət uğrunda amansız mübarizə: açıq savaşda yeni mərhələ - GƏLİŞMƏ
Dünən, 11:01
İrəvanı qarışdıran iddia: Paşinyanı qorumaq üçün səs yazısını o ölkə verib – Gizli görüş
Dünən, 10:58
Naxçıvanda vətəndaşlara YENİ TƏLƏ: `Cibimizi soyurlar...` - Fuad Nəcəfli ƏNCAM ETMƏLİDİR...
Dünən, 10:55
Gecə əri evə gələn qadın sevgilisini qızının otağında gizlətdi, o isə azyaşlı ilə... - TƏFƏRRÜAT
Dünən, 10:49
Holdinqin aqrar biznesinə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Dünən, 10:45
London Azərbaycanın nəqliyyat dəhlizinə qoşulur - AKTUAL
Dünən, 10:41
Tramp Moskva və Pekini bombalamaqla hədələyib - CNN
Dünən, 10:39
Nazirliyin 5 milyonluq tenderi ləğv edildi - SƏBƏB AÇIQLANMADI
Dünən, 10:37
“Ks Baku”da qanun HƏRLƏYƏN YOXDUR...
Dünən, 10:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru