“Niyə macəra yolu ilə Həccə gedirlər ki?!” - Deputatdan QMİ-nin çağırışına DƏSTƏK
Tarix: 15-04-2025, 15:54 | Çap et
 “Problemi dövlətlərarası münasibətlər kontekstində təhlil etmək lazımdır. Qafqaz Müsəlmanları İdarəsi Səudiyyə Ərəbistanı tərəfindən rəsmi şəkildə qəbul olunan və bu prosesləri məhz onun vasitəsilə həyata keçirməyə çalışan hüquq və səlahiyyətə sahib qurumdur”.
Bu fikirləri Musavat.com-a deputat Fazil Mustafa Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) zəvvarlara çağırışına münasibət bildirərkən deyib.
“Belə bir vəziyyətdə insanlar niyə özlərini macəraya yönəldirlər?! Həcc vizası hər hansı konkret bir ölkəyə getmək üçün nəzərdə tutulmuş adi viza deyil. Bu viza müəyyən bir dövr ərzində ibadət prosedurunu həyata keçirmək üçün verilir. Bu səbəbdən də Səudiyyə Ərəbistanı bu vizanı rəsmi viza prosedurundan fərqli bir mexanizm kimi qiymətləndirir və onlar istəyir ki, hər hansı bir ölkədən gələn zəvvarlar ayrı-ayrı şirkətlər vasitəsilə deyil, konkret bir mərkəzdən tənzimlənərək göndərilsin. Bu yanaşma həm də onların işini asanlaşdırır”, - deyə deputat əlavə edib.
Fazil Mustafanın fikrincə, insanlar fərdi şəkildə və ya ayrı-ayrı şirkətlər vasitəsilə getdikdə bunun əvəzini ödəməli olurlar:
“Bu zaman qeyri-qanuni hallarla rastlaşırlarsa, sonradan bunun hüquqi mexanizmlərlə tənzimlənməsini də həyata keçirmək olmur. Bu baxımdan, məncə, məsələ üzərinə gedilməlidir və düşünülməlidir ki, hansı addımlar atılsa, burada daha faydalıdır və sabah mübahisəli olmayan bir vəziyyət yarana bilər. Ona görə də tövsiyə edərdim ki, insanlar riskli, macəralı yolu izləməsinlər, konkret dövlətin də müəyyən dərəcədə zəmanəti ilə tətbiq olunan Həcc prosedurunu elə konkret dövlətin tanıdığı müəssisə vasitəsilə etməyə çalışsınlar.
Biz də bu ziyarətdə olmuşuq, hər halda bu, daha mərkəzləşmiş və daha intizamlı qaydada ziyarətin həyata keçirilməsinə kömək edən vasitələrdən biri olacaq”.
Qeyd edək ki, QMİ Azərbaycandan Həcc ziyarətinə getmək istəyən zəvvarlara çağırış edib.
Bu barədə Modern.az-a QMİ Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi rəhbəri Vüsal Cahangiri məlumat verib.
O qeyd edib ki, ötən il olduğu kimi, bu il də bəzi işbaz şirkətlər vətəndaşları aldadaraq turizm vizası ilə onları Həccə aparmağa cəhd edirlər:
“Bizdə olan məlumatlara görə, 100-ə yaxın, bəlkə də daha artıq vətəndaşımız belə işbazların təşviqedici vədlərinə aldanaraq onlara çoxlu pul vəsaitləri ödəyiblər. Vətəndaşlara bir daha qəti şəkildə bildirmək istəyirik ki, Həcc vizası tamam fərqli vizadır, onu yalnız Qafqaz Müsəlmanları İdarəsi vasitəsilə əldə etmək olar, Səudiyyə Ərəbistanı Krallığı Həcc və Ümrə Nazirliyi tərəfindən qanuni səlahiyyət yalnız bu quruma verilib”.
Vüsal Cahangirinin sözlərinə görə, turizm vizası ilə Həcc mövsümündə Məkkəyə daxil olmaq Krallığın qanunlarına ziddir, bu, həmin turizm vizasının üzərində də qeyd edilib:
“Bu qanunu pozanları Krallığın hüquq-mühafizə orqanları tərəfindən yüksək cərimələr və həbslər, deportasiyalar və “qara siyahı”ya düşmələr kimi ağır cəzalar gözləyir. Ötən ildən fərqli bu qanunu pozana cərimə ikiqat artırılaraq 10 min Səudiyyə riyalı (təxminən 2 700 ABŞ dolları) təyin edilib. Bizdə dəqiq məlumatlar var ki, keçən il çox sayda vətəndaşlarımız belə şirkətlərin qurbanı olub. Bir daha xəbərdarlıq edirik ki, vətəndaşlarımız belə işbazlara aldanmasınlar, özlərini yüksək maddi və mənəvi xəsarətə məruz qoymasınlar”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın gündə min dronunu məhv edəcəyik - Şmıqal
Bu gün, 07:05 |
|
|
|
• Zaur Mikayılovun YUMOR HİSSİ... - ƏCƏB DƏ ŞƏNDİR...
Bu gün, 07:04 |
|
|
|
• Ər-Riyad ABŞ-a etimadını itirib, təhlükəsizlik sahəsində yeni tərəfdaşlar axtarır - KİV
Bu gün, 06:59 |
|
|
|
• Növrəst Cəfərovun şübhəli TENDER ORTAĞI - AXI NİYƏ?..
Bu gün, 06:57 |
|
|
|
• Ağdaş sakinindən İTTİHAM YAĞIŞI - "Bu üç qurum rayonda sözün əsl mənasında "at oynadırlar", insanları diri-diri öldürürlər"
Bu gün, 06:54 |
|
|
|
• Şəhid ailəsi keyfiyyətsiz mənzilə görə nazirliyi və tikinti şirkətini məhkəməyə verdi - yekun qərar onun xeyrinə oldu
Bu gün, 06:46 |
|
|
|
• 5 il əvvəl yanmış evinə təzminat ala bilmir - GİLEY
Bu gün, 06:44 |
|
|
|
• Gömrükdəki tenderlər: özgəsinin nə işi var? - TƏFƏRRÜAT
Bu gün, 06:40 |
|
|
|
• Azərbaycanda QARA MÜHASİBATLIĞA dönüş... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:35 |
|
|
|
• "Bu sahədə böyük bir maliyyə imkanları olmalıdır" - ONA GÖRƏ DƏ...
Bu gün, 06:32 |
|
|
|
• Şagirdlər gözləyir, cədvəl isə yoxdur: Bakı Məktəbində gərginlik - BU NƏDİ BELƏ?
Bu gün, 06:29 |
|
|
|
• Çörəyimizin üstünə hansı yağı sürtürük: BİLİRİKMİ? - İLGİNC FAKTLAR
Bu gün, 06:25 |
|
|
|
• ƏT BAHALAŞIR: Bazara nəzarət əldən çıxa bilər... - vətəndaş narahatdır...
Bu gün, 06:22 |
|
|
|
• SÜLH ÜÇÜN... uzağa getmək lazım deyil... - AKTUAL
Bu gün, 06:19 |
|
|
|
• "Heç kəs bilmədi ki, mənim nə problemim var" - Xalq artisti
Bu gün, 06:17 |
|
|
|
• “Pomidor müharibəsi”nin davamı: Əlaqələr kəsiləcəkmi? - NƏ ETMƏLİ?
Bu gün, 06:14 |
|
|
|
• Kiriyenkonun uğursuzluğu: sadə həqiqəti dərk etməkdən inadla imtina - GƏLİŞMƏ
Bu gün, 06:12 |
|
|
|
• Avtobuslarda gedişhaqqı dəyişə bilər: 17 qəpik… – DİQQƏT
Bu gün, 06:07 |
|
|
|
• Səs yazısı yayılan məktəb direktoru ilə bağlı araşdırmalara başlanıldı - rəsmi
Bu gün, 00:05 |
|
|
|
• Pezeşkian şayiələrə son qoydu: - Mən fəxr edirəm ki, türkəm!
Bu gün, 00:00 |
|
|
|
• "Büdcə planlarını dolduran qurumlar həm əhalinin, həm sahibkarın maddi vəziyyətini çətinləşdirəcək" - NƏ ETMƏLİ?
Dünən, 17:08 |
|
|
|
• İsrail bu tarixdə İrana zərbə endirəcək - ŞOK İDDİA
Dünən, 16:51 |
|
|
|
• “Bu addım Trampın sülh səylərinə açıq sabotajdır" - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:46 |
|
|
|
• "Layihələri elə sıralamaq olar ki, borc götürmədən və vaxtı bir qədər uzatmaqla borcsuz icra etmək olar" - ŞƏRH
Dünən, 16:43 |
|
|
|
• “Rabitəbank” və "Kommersant.az": nələr baş verir? - TƏFƏRRÜAT
Dünən, 16:39 |
|
|
|
• Quru sərhədlərin açılması barədə vacib AÇIQLAMA - “Tasnim”
Dünən, 16:34 |
|
|
|
• Özünə Türkiyədə 45 min manata saat və qolbağ aldı - FOTO
Dünən, 16:30 |
|
|
|
• Counz Robert Qəri “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 16:24 |
|
|
|
• Mehdiabadda qanunsuz tikintiyə hansı məmur icazə verib? - VİDEOFAKT
Dünən, 16:14 |
|
|
|
• “Vergi güzəşti ləğv olunsa belə, həm sahibkarın, həm də işçinin rifahına mənfi təsirlər yaratmayacaq qaydalar tətbiq olunacaq” - deputat
Dünən, 16:05 |
|
|
|
• Bakıda ögey anasının qorxusu altında qalan qız evdən qaçdı: "Gecə saat dördə işləmiş..." - TƏFƏRRÜAT
Dünən, 15:55 |
|
|
|
• Azərbaycanda sığorta şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:53 |
|
|
|
• Nazirin də şikayətləndiyi dərslikləri kim hazırlayır? - RƏSMİ
Dünən, 15:50 |
|
|
|
• Dövlət qurumu kuryer poçt xidmətləri üçün şirkət tapmadı - SATINALMA LƏĞV OLUNDU
Dünən, 15:48 |
|
|
|
• Məhkəmədə qalmaqal: - Təranə Səmədovanın işi başqa hakimə verildi
Dünən, 15:45 |
|
|
|
• Kilsənin siyasi maraqlara bağlılığı Ermənistandakı stabilliyi təhlükəyə atır - GƏLİŞMƏ
Dünən, 15:43 |
|
|
|
• "AZƏRSU", YOXSA "AZƏRYEZİD"? - Bu qurum daha nə qədər sakinlərə zülm verəcək?!
Dünən, 15:34 |
|
|
|
• Dilqəm Məhərrəmovun adı siyahıda olmadı - Bu yola əl atdı
Dünən, 15:29 |
|
|
|
• Kərəm Mustafayevin həyat yoldaşına yeni vəzifə verildi - FOTO
Dünən, 15:23 |
|
|
|
• Binəqədidə iş yerində yıxılaraq ölən şəxslə bağlı araşdırma aparılır
Dünən, 15:16 |
|
|
|
• Ermənistanda respondentlərin 12%-i Paşinyana səs verməyə hazırdır - KİV
Dünən, 13:39 |
|
|
|
• Bakı Moskvaya yenə “yox” dedi - bu məsələdə...
Dünən, 13:25 |
|
|
|
• Paşinyan Trampın Ermənistanı Albaniya ilə səhv salmasından narahat deyil - "Sputnik Armenia"
Dünən, 13:22 |
|
|
|
• Təyyarə qəzasında ölən bacı-qardaşın kompensasiya DAVASI – Dövlət hansı qərarı VERƏCƏK?
Dünən, 13:13 |
|
|
|
• 10 GÜNDÜR ÖLÜB, YAXINLARININ XƏBƏRİ YOXDUR – Rusiyada rəhmətə gedən azərbaycanlının ailə üzvləri axtarılır
Dünən, 13:09 |
|
|
|
• Şamaxı Xəstəxanası kimin mülküdü, Natiq Əliyevin atasının, yoxsa TƏBİB-in? – Vüqar Qurbanova sual olunur
Dünən, 13:03 |
|
|
|
• Kişi geyimində evdən 45 min manat oğurlayan qadın saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:00 |
|
|
|
• Amal Qrup MMC-nin özbaşnalığı…. - Təhçizatçılar Qubadlıda gördükləri işin ödənişini almaq üçün rəsmi qurumlardan imdad diləyirlər….
Dünən, 12:58 |
|
|
|
• Paşinyan yolların açılmasından danışdı
Dünən, 12:47 |
|
|
|
• Müdafiə naziri Çin Xalq Respublikasına işgüzar səfər edib
Dünən, 12:44 |
|
|
|
|