Bir qrup adam ölkəyə gizli yolla mal gətirir .....                     Dugindən şok açıqlama: Müharibə ilə Rusiya özünü bərpa edir! .....                     Zaur Mikayılovun bundan xəbəri varmı? .....                     "Nar" ilin ən uğurlu abituriyentlərini mükafatlandırıb .....                     "Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! .....                     Sərnişinlərin 202 saylı BƏLASI... .....                     Yekun sülh sazişi gələn il imzalana bilər... .....                     “Heç bir dəvət yoxdur, Milli Musiqi gününə də çağırmayıblar” .....                     "Tərpənmək istəyirdim, bu hadisələr baş verdi..." .....                     Bakı-Moskva münasibətləri heç vaxt əvvəlki səviyyəsinə qayıtmayacaq .....                     Metroda gedişhaqqı BAHALAŞIR .....                     NHMT ailəsinə ağır itki .....                     Tehran ABŞ-nin bölgəyə gəlməsini təhdid kimi görür .....                     Fəda Abbasov Elçin Zeynalovla necə anlaşdı? .....                     Finlandiya Ukraynanın xahişi ilə ATƏT-in Daimi Şurasının növbədənkənar iclasını çağırıb .....                     Rus ekspertdən Bakı ilə bağlı sərsəm iddia .....                     Ermənistan, Hindistan və İran nəqliyyat əlaqələri üçün üçtərəfli dialoq aparacaq .....                     Son 10 ildə Sumqayıtda şəhər təsərrüfatı sahəsində görülən işlər sosial rifaha xidmət edir .....                     SEPAH-ın Azərbaycana “Pakistan döyüşçüləri” böhtanı .....                     Bakı və İrəvanda görüş etimad mühitini gücləndirə bilər .....                     Özümü qəti təqsirli saymıram .....                     Türkiyənin xüsusi nümayəndəsi görüş üçün Ermənistana gedəcək .....                     Müharibəyə hazırlaşan Qərb .....                     “Paşinyan Allahın Bakı və Ankaraya hədiyyəsidir” .....                     Erməni cəmiyyəti sülhün vacib olduğunu qəbul edir .....                     Çarın qorxusu və: .....                     Türkiyə ilə sərhədləri açmağa hazırıq .....                     Avropada və Azərbaycanda minimum əməkhaqqı nə qədərdir? .....                     Səfərovun məhkəməsi: .....                     Talıbovdan sonra Naxçıvanda kənd təsərrüfatı “çöküb”? .....                     Bu tikiş şirkətinin 1,5 milyon manat vergi borcu üzə çıxdı .....                     Heydər Babayevin sərvəti əlindən alınır? .....                     “Deyirlər guya ölürəm, danışa bilmirəm...” .....                     Narkotik asılılığı olan məşhur jurnalist müalicəyə başladı .....                     Santuş AFFA-dan təzminat tələb edir .....                     Fernandu Santuş Azərbaycana təşəkkür edib .....                     Ermənistanda siyasi partiyalar hansı resursla seçkiyə gedir? .....                     Balaxanıda sənəd dələduzluğu: .....                     Qurban Qurbanov Azərbaycanın futbol üzrə yığmasının baş məşqçisi gətiriləcək? .....                     Pezeşkian ABŞ-yə səfər edəcək .....                 

"Ermənistan bu fürsəti əldən verməkdədir" - FAKT BUDUR!
Tarix: 9-04-2025, 08:28 | Çap et
"Ermənistan bu fürsəti əldən verməkdədir"
Son illərdə Cənubi Qafqaz regionunda yaranmış yeni geosiyasi reallıqlar fonunda Azərbaycanın Türkiyə və Gürcüstanla həm ikitərəfli, həm də üçtərəfli təmasları güclənib. Son 30 ildə Azərbaycanın Türkiyə və Gürcüstanla əlaqələri yüksələn xətlə inkişaf edərək, bir sıra transmilli layihələrin reallaşmasına zəmin yaradıb.

Üç ölkənin dövlət qurumları, o cümlədən müdafiə və xarici işlər nazirlikləri arasında qurulan səmərəli münasibətlər regional və beynəlxalq əməkdaşlıq, habelə qlobal təhlükəsizlik baxımından mühüm nəticələr verib. Ölkələrimiz arasında yüksək səviyyəli təmasların intensivləşməsi, qarşılıqlı səfərlər Azərbaycan, Türkiyə və Gürcüstanın Cənubi Qafqaz regionunda reallaşdırılan, transmilli əhəmiyyətə malik layihələrin əsas təşəbbüskarları və icraçıları olması ilə şərtlənir.

Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlığı region üçün çox faydalıdır. Bu format regional təhlükəsizliyin gücləndirilməsi və sabitliyin bərqərar olması istiqamətində uğurla fəaliyyət göstərir. Xarici işlər nazirləri ilə yanaşı, Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli danışıqlar formatı da mövcuddur ki, burada daha çox hərbi sənaye və müdafiə məsələləri gündəliyə daxil olur.

Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı həm də hər üç ölkənin silahlı qüvvələri arasında səmərəli əməkdaşlıq əlaqələrinin inkişafına xidmət edir. Bölgədəki vəziyyətin doğurduğu aktual çağırışlar strateji tərəfdaşlar olan Azərbaycan, Türkiyə və Gürcüstan arasında müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsini zərurətə çevirir. Sabitliyə, sülhə və iqtisadi inteqrasiyaya xidmət edən qlobal layihələri birgə reallaşdıran hər üç ölkə postmüharibə dövrünün sülhyaratma proseslərinə fəal töhfələr verir.

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun görüşündə bu əməkdaşlığın daha da möhkəmlənməsi istiqamətində daha bir addım atılıb. Gürcüstan parlamentindən verilən məlumata görə, tərəflər yaxın vaxtlarda parlament sədrləri səviyyəsində Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlıq formatının yaradılması ilə bağlı razılığa gəliblər. Kurtulmuş Türkiyənin sözügedən məsələ ilə bağlı ev sahibliyinə hazır olduğunu da bildirib. Spikerlərin “Qafqaz masası” yaratması fonunda İrəvan yenidən qapı arxasında qalır. Cənubi Qafqazın yeganə ölkəsi Ermənistandır ki, özünü regional layihələrdən təcrid etməkdədir. Halbuki onun da bu formatlarda, platformalarda iştirak şansı var. Sadəcə, Azərbaycan və Türkiyə ilə münasibətlərin tənzimlənməsində gözlənilən addımları atmalıdır.

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Arif İsmayılbəylinin “Yeni Müsavat”a bildirdiyinə görə, spikerlər səviyyəsində qurulan platforma əməkdaşlığın spektrinin genişləndirilməsinə hesablanıb. Parlament partiyasının funksioneri hesab edir ki, bu üçbucağın inkişaf etdirilməsi regionda sabitliyə xidmət edir. Üç ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu deyən VHP mənsubunun fikrincə, parlament sədrlərinin bir araya gəlməsi ilə əlaqələr daha da möhkəmlənəcək: “Ermənistan bu fürsəti əldən verməkdədir. Düzdür, Paşinyan Türkiyə və Azərbaycanla normallaşma prosesinin həyati əhəmiyyətini erməni xalqına izah etməyə çalışır, bununla belə, ölkəsinin blokadası davam edir. Çünki Türkiyə və Azərbaycana ərazi iddiaları qalır, erməni xalqının türkə nifrəti dəyişməyib, İrəvanda hələ də revanşist fikirlər səslənir, Qarabağdan əl çəkmək istəmədiklərini nümayiş etdirirlər. Bu da Ermənistana zərər vurur və onu regional əməkdaşlıq layihələrindən təcrid edir. Ona görə də Paşinyan siyasətinə yenidən baxmalı, addımlarını sürətləndirməlidir. Çünki regionda hər anın öz hökmü var və hazırkı reallıqlar dəyişə bilər”.

A.İsmayılbəyli Azərbaycan Prezidentinin “Qafqaz evi” ideyasını irəli sürdüyünü xatırladaraq, regionda dayanıqlı sülh üçün ən unikal variantın bu platforma olduğunu düşünür: “Bizə kənar güclərin müdaxiləsi, yaxud vasitəçiliyi lazım deyil. Üç Qafqaz ölkəsi bölgədə sabitliyi təmin etmək üçün bu ideyanı gerçəkləşdirə bilər. Türkiyənin də bunda maraqlı olduğunu görürük. Eyni zamanda "altılıq" platforması təklif olunub. Hələlik Gürcüstanın Rusiya ilə problemləri reallaşmasına imkan vermir. Ermənistan və İranın da mövqeyi tam aydın deyil. Ancaq “Qafqaz masası” qurulur və Ermənistanın da burada iştirak perspektivi görünür. Sadəcə, İrəvan Avropa İttifaqının, Fransanın oyununa getməməlidir".

Türkiyədə fəaliyyət göstərən siyasi təhlilçi Ramiyə Məmmədova Ermənistanın bu gedişlə hələ çox qapılar arxasında qalacağını proqnozlaşdırır: “Buna səbəb özünütəcrid siyasətidir. Azərbaycan isə çoxşaxəli xarici siyasət yürüdür. Yəni istər Qərblə enerji sahəsində əməkdaşlıq, istər Rusiya və Çinlə olan əlaqələr, istərsə də regional layihələrin həyata keçirilməsi olsun. Bu mənada Türkiyə-Gürcüstan-Azərbaycan tandemi inkişafda olan formatlardan biridir. Burada siyasi-iqtisadi, təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsindən söhbət gedir. Özəlliklə Xəzər və Qara dəniz hövzələrini əhatə edən geniş coğrafiyada Azərbaycan, Türkiyə və Gürcüstan iqtisadi üçbucağı formalaşıb. Ermənistan isə bu fürsəti əldən verib. İndiyədək üç ölkənin birgə təşəbbüslərlə reallaşdırdıqları enerji, nəqliyyat layihələri regional və qlobal əməkdaşlıq baxımından xüsusi önəm daşıyır. Bu sırada 1999-cu ildə istifadəyə verilən Bakı-Supsa neft kəməri bir ilkdir”.

Ekspertin sözlərinə görə, Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum kəmərləri bu əməkdaşlığı möhkəmləndirən təməl xətlərdir: “Ermənistan da bundan yararlana bilərdi. Ancaq onun işğalçılıq siyasəti, bu gün isə həm sülh əleyhinə addımları, regionda təxribatçı hərəkətləri, Zəngəzur dəhlizinə qarşı çıxması, gah Fransanın, gah İranın əlində oyuncağa çevrilməsi onu bu əməkdaşlıq layihələrindən kənarda qoyub. Təbii ki, Paşinyan bu reallığı görür və onu 180 dərəcə dəyişmək haqqında fikirləşir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bir qrup adam ölkəyə gizli yolla mal gətirir - Şəbəkənin başında kimlər dayanır?
Bu gün, 07:06
Dugindən şok açıqlama: Müharibə ilə Rusiya özünü bərpa edir! - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:02
Zaur Mikayılovun bundan xəbəri varmı? - BU NƏDİ BELƏ?
Bu gün, 07:01
"Nar" ilin ən uğurlu abituriyentlərini mükafatlandırıb - FOTO
Bu gün, 06:51
"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...
Bu gün, 06:47
Sərnişinlərin 202 saylı BƏLASI... - GİLEY
Bu gün, 06:43
Yekun sülh sazişi gələn il imzalana bilər... - ŞƏRH
Bu gün, 06:38
“Heç bir dəvət yoxdur, Milli Musiqi gününə də çağırmayıblar” - Xalq artistinə LAQEYD münasibət
Bu gün, 06:35
"Tərpənmək istəyirdim, bu hadisələr baş verdi..."
Bu gün, 06:28
Bakı-Moskva münasibətləri heç vaxt əvvəlki səviyyəsinə qayıtmayacaq - ÇÜNKİ...
Bu gün, 06:22
Metroda gedişhaqqı BAHALAŞIR - Görünəni odur ki...
Bu gün, 06:20
NHMT ailəsinə ağır itki - "Uzaqdayam, vidalaşa da bilmədim..."
Bu gün, 01:30
Tehran ABŞ-nin bölgəyə gəlməsini təhdid kimi görür - GƏLİŞMƏ
Bu gün, 00:48
Fəda Abbasov Elçin Zeynalovla necə anlaşdı? – Direktor daha yüksək vəzifəyə hazırlaşır?
Bu gün, 00:40
Finlandiya Ukraynanın xahişi ilə ATƏT-in Daimi Şurasının növbədənkənar iclasını çağırıb - KİV
Bu gün, 00:35
Rus ekspertdən Bakı ilə bağlı sərsəm iddia
Dünən, 20:19
Ermənistan, Hindistan və İran nəqliyyat əlaqələri üçün üçtərəfli dialoq aparacaq
Dünən, 17:50
Son 10 ildə Sumqayıtda şəhər təsərrüfatı sahəsində görülən işlər sosial rifaha xidmət edir - FOTO
Dünən, 16:33
SEPAH-ın Azərbaycana “Pakistan döyüşçüləri” böhtanı – Tehrandan ağlasığmaz iddialar
Dünən, 16:29
Bakı və İrəvanda görüş etimad mühitini gücləndirə bilər - ONA GÖRƏ DƏ...
Dünən, 16:27
Özümü qəti təqsirli saymıram – İlqar Mustafayev
Dünən, 16:24
Türkiyənin xüsusi nümayəndəsi görüş üçün Ermənistana gedəcək
Dünən, 16:21
Müharibəyə hazırlaşan Qərb - Rusiyanın elan olunmayan bloku
Dünən, 16:19
“Paşinyan Allahın Bakı və Ankaraya hədiyyəsidir”
Dünən, 16:01
Erməni cəmiyyəti sülhün vacib olduğunu qəbul edir -ŞƏRH
Dünən, 16:00
Çarın qorxusu və: - 150 il yaşamaq istəyi
Dünən, 15:55
Türkiyə ilə sərhədləri açmağa hazırıq - Rubinyan
Dünən, 15:53
Avropada və Azərbaycanda minimum əməkhaqqı nə qədərdir? - SİYAHI
Dünən, 15:50
Səfərovun məhkəməsi: - vəkilin vəsatəti təmin edildi
Dünən, 15:48
Talıbovdan sonra Naxçıvanda kənd təsərrüfatı “çöküb”? - BU DA FAKT!
Dünən, 15:41
Bu tikiş şirkətinin 1,5 milyon manat vergi borcu üzə çıxdı - TƏFƏRRÜAT
Dünən, 15:35
Heydər Babayevin sərvəti əlindən alınır? – Gerçəklər üzə çıxdı…
Dünən, 15:30
“Deyirlər guya ölürəm, danışa bilmirəm...” – Lalə Şövkət
Dünən, 15:26
Narkotik asılılığı olan məşhur jurnalist müalicəyə başladı - VİDEO
Dünən, 15:16
Santuş AFFA-dan təzminat tələb edir – ŞOK MƏBLƏĞ
Dünən, 15:14
Fernandu Santuş Azərbaycana təşəkkür edib
Dünən, 15:12
Ermənistanda siyasi partiyalar hansı resursla seçkiyə gedir? - AKTUAL
Dünən, 15:04
Balaxanıda sənəd dələduzluğu: - Qonşu qonşunun 4000 manatını necə ələ keçirib?
Dünən, 14:55
Qurban Qurbanov Azərbaycanın futbol üzrə yığmasının baş məşqçisi gətiriləcək? - AÇIQLAMA
Dünən, 13:53
Pezeşkian ABŞ-yə səfər edəcək
Dünən, 13:09
Ekologiyanı pulla çirkləndirənlər: ETSN-də rüşvət qalmaqalı - BU NƏDİ BELƏ?..
Dünən, 13:07
AFFA Santuşa 12 milyon təzminat verəcək? - Portuqaliyalı "Beşiktaş"dan da təzminat almışdı
Dünən, 13:02
“İnqilab olmayacaq” - Kaxa Kaladze
Dünən, 12:58
Cənubi Qafqazla bağlı prioritetimiz dəyişməyib - Rusiya xarici işlər naziri
Dünən, 12:54
“JOY TOUR” və “JOY TRAVEL” şirkəti 20-dən çox şəxsi aldatmaqda ittiham olunur, təsisçi həbs edilib - TƏFƏRRÜAT
Dünən, 12:52
Santuşun yerinə Pantuşu gətirəcəklər - Aqil Abbas
Dünən, 12:47
Rus generalın qətlində şok isim: - Bakı ermənisi...
Dünən, 12:45
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:39
“Azərbaycanda Rusiyanın agentləri və casus şəbəkələri var” - deputat
Dünən, 12:35
Gürcüstan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələr – Azərbaycan 7-cidir
Dünən, 12:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru