
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkənin yeni daxili işlər nazirini təyin edib.
“Report” Özbəkistan KİV-ə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Şerzod Əsədov məlumat verib.
“Özbəkistan Prezidentinin fərmanı ilə Daşkənd şəhər Daxili İşlər Baş İdarəsinin rəisi Əziz Taşpulatov daxili işlər naziri təyin edilib”, - məlumatda bildirilib.
O, bu vəzifədə 2017-ci ilin sentyabrından daxili işlər naziri olmuş Pulat Bobojonovu əvəzləyib.