Azərbaycan Türk Ocağı "Qənirə Paşayeva mükafatı" təsis etdi .....                     Hakimlərin fotoları və tərcümeyi-halı niyə gizli saxlanılır? .....                     "Mən yaşıla vurğunam..." .....                     "Avropa ölkələri Ukraynaya təhlükəsizlik zəmanəti verə bilməz" .....                     Sabiq deputat nazirin geyiminə "ilişdi" .....                     Ağ Ev Rusiyaya qarşı sanksiyaların mümkün ləğvini öyrənir .....                     İcra başçısının oğlu lüks avtomobillərinin və bahalı nömrələrinin olması faktını təsdiqlədi .....                     Bu gün od çərşənbəsidir .....                     Putinin Rusiyaya xəyanəti: Ukraynanı ABŞ-a “təslim etdi” .....                     Müəllimlərə 8 Martda niyə hədiyyə almayaq ki?! .....                     "Mənim və Aysel xanım üçün bu addımı atmaq çətin idi" .....                     Simonyanın hər kəsdən üzr istəməsinin səbəbi .....                     Müharibədə sensasion detal: türk qoşunları bura girə bilər .....                     Səs yazısı yayılan direktor işdən çıxarıldı .....                     İrəliləyiş olmayacaq: .....                     Bakının tələbi, erməni cəmiyyətinin xilas yolu .....                     Banklar daha dollar almır: Nə baş verir? .....                     Səsyazısı yayılan direktor ləğv olunmuş universitetin MƏZUNUDUR .....                     Trampın Rusiya-Ukrayna məsələsində iki çıxış yolu qalıb .....                     Məktəblərə “cəza yağışı” gəlir: .....                     Bakıda qardan sonra əksər yollar dağıldı: Yoxsa bu boyda sərvət HARDAN İDİ Kİ?.. .....                     Qadınlar Razi Nurullayevin cavabını verdilər: .....                     Ukrayna torpaqlarını Rusiyaya verməyən yeganə prezidentəm .....                     Bu həftə DƏYİŞİKLİK GÖZLƏNİLİR .....                     Ukrayna uğrunda QARIŞ SAVAŞI... .....                     Azərbaycan GUAM Parlament Assambleyasına sədrliyi Gürcüstana təhvil verib .....                     ABŞ Azərbaycanın maraqlarına xələl gətirəcək addım atmayacaq .....                     Təhsilə pul yatırmağın qaranlıq tərəfi .....                     Mədəniyyət Nazirliyi BƏƏ şirkətindən 3 adda kitab alır .....                     Ermənistan-Azərbaycan danışıqlarında niyə fasilə yaranıb? .....                     Polis marketlərdən 50 min manat dəyərində oğurluq edən şəxsləri saxladı .....                     Prezident vəd vermişdi... .....                     İcra başçısının müavini məhkəməyə gəlmədi, iclas təxirə salındı .....                     Alçaldılmış və təhqir edilmiş .....                     Yaxın beş ildə Azərbaycanın büdcəsi profisitli olacaq .....                     Ləğv olunmuş Azərbaycan Sənaye Korporasiyası xalis mənfəətdən .....                     Nazir ona vəzifə verdi .....                     Şirvanda erməni siqaretləri satan şəxs həbs edilib .....                     Səs yazısı yayılan direktorla bağlı araşdırma aparılır .....                     "Veysəloğlu"nun "İllik Dəyərləndirmə və Gələcəyə Baxış" adlı motivasiya tədbirində şirkətin uğurları və yeni istiqamətlər müzakirə olundu .....                 

Məktəblərə “cəza yağışı” gəlir: - Müəllim və şagirdlər üçün çətin dövr
Tarix: Dünən, 18:11 | Çap et
Məktəblərə “cəza yağışı” gəlir:
Son illər məktəblər əsasən müxtəlif istiqamətli kriminal hadisələr, şagird-müəllim-valideyn arasında baş verən münaqişələrlə yadda qalır.

Belə hadisələrdən biri kimi son günlər Bakıda müəllimlə valideyn arasında baş verən mübahisəni göstərmək olar. Hadisə 25 nömrəli məktəbdə baş verib və Azərbaycan dili müəllimi Xeyransa Karakovanın mübahisə zamanı halı pisləşərək komaya düşdüyü qeyd edilirdi. O, 2 gün komada qaldıqdan sonra müalicə aldığı xəstəxanada vəfat edib.

Baş vermiş hadisəni təkzib edən məktəbdən bildirilmişdi ki, Xeyransa Karakova ürək çatışmazlığı səbəbindən dəfələrlə xəstəxanada müalicə alıb. Fevralın 24-də evində halı pisləşərək xəstəxanaya yerləşdirilən X.Karakova fevralın 26-da orada dünyasını dəyişib: “Rəhmətə gedən müəllimin vəfatı səbəbi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”.

Bu hadisənin mətbuata çıxarılması belə müəllim-valideyn münasibətlərinin bir nümunəsidir. Digər bir hadisə isə Ucar rayonunun Rəstəcə kəndində baş vermişdi. Məktəblilər arasında dava zamanı bir şagird ağır xəsarət almışdı.

Belə ki, 9-cu sinif şagirdləri arasında yaranan mübahisə sonradan əlbəyaxa davaya çevrilmişdi ki, 2009-cu il təvəllüdlü K.G. sinif yoldaşı M.G.-ni bıçaqlamışdı. Son xoşagəlməz hadisələrdən biri kimi bugünlərdə sosial şəbəkələrdə Bakının Pirallahı rayonu, Gürgən qəsəbəsi 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoyun səs yazısını göstrmək olar. Səs yazısında direktorun müəllimlərlə mübahisəsi yer alıb.

Direktor müəllimlərin ona ad günü ilə bağlı aldıqları 600 manatlıq hədiyyəni bəyənməyib və bu səbəbdən pedaqoji heyəti təhqir edib. Rektor müəllimlərə "Mənə dilənçi payı lazım deyil",- deyə irad tutub. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, məsələ araşdırılacaq.

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri məktəbdə olub. Rəsmi şəxslər pedaqoji heyətin üzvləri ilə müvafiq söhbətlər aparıblar. Məsələ ilə bağlı araşdırma aparılır.

Məktəbdə baş verən bu hadisələr ictimaiyyət tərəfindən narahatlıqla qarşılanmır, məktəblərlə bağlı mənfi rəy formalaşmasına səbəb olur. Niyə bu gün məktəblərimiz təhsil, təlim-tərbiyə ocağı kimi deyil, krimal hadisələr, münaqişələrin baş verdiyi müəssisələr olaraq gündəmə gəlir?

Məsələ ilə bağlı təhsil eksperti Elmin Nuri “Cebheinfo.az”-a bildirib ki, məktəblərdə istər şagirlərin öz arasındakı, istər şagird-müəllim, istər müəllim-valideyn, istərsə də məktəb rəhbərliyi ilə müəllim münasibətlərində intizam prinsiplərinə uyğun olmayan, məktəb nüfuzuna xələl gətirən və tədris prosesinin pozulması ilə nəticələnən hadisələr yaşanır:

“Çox təəssüf ki, bir ərazidə az, digər ərazidə çox olsa da, reallıq bunu deməyə imkan verir.

Xüsusən də şagirdlərarası münasibətlərdə, müəllim-şagird əlaqələrində bu cür pozuntu hallarına rast gəlirik.Valideynlərlə müəllimlər arasında pozuntulara o qədər də çox rast gəlinmir. Çünki bizdə valideynin şagirdə olan nəzarəti ibtidai seqmentlə mədudlaşır. Yəni valideynin şagird üzərində nəzarəti əsasən I-IV siniflər arasındadır. Yuxarı siniflərə gəldikdə isə bu nəzarət tədricən aradan qalxır. Məsələnin artıq qanunvericilik tərəfi işlənməlidir.

Sevindirici məqamlardan biri ondan ibarətdir ki, artıq gələn tədris ilindən “Şagird davranış qaydaları” bütün ölkədə tətbiq ediləcək. Bunun kağız üzərində qalacağı, yalnız məktəbin divarında asılan qayda olacağı, yaxud həqiqətən sistem olaraq işləyəcəyini zaman göstərər”.

Ekspert bildirib ki, hazırda 300-ə qədər məktəbdə bu pilot layihə şəklində həyata keçirildi:

“Şəxsən mən istərdim ki, həmin məktəblərdəki monitorinqlərin nəticələri elan olunsun. Bilmək istəyirəm ki, şagirdlər, müəllimlər tərəfindən nə kimi qayda pozuntuları oldu və onlarla bağlı hansı cəza, intizam tədbirləri həyata keçirildi. Bunlar monitorinq kimi açıqlansın, biz də görək ki, “Şagird davranış qaydaları” pilot şəkildə də olsa, 300 məktəbdə işləyir. Biz bunu görmürük, yalnız rəqəmləri görürük. Bu qaydalar çox yaxşı hazırlanıb, ancaq kağız üzərindədir. Burada müəyyən qayda pozuntularına görə cəza mexanizmləri var. Məsələn, 5 və 6-cı dərəcəli davranış pozuntuları daha ağır cəzaların tətbiqini tələb edir. Biz görək ki, 300 məktəbdə bu qaydalar işlək olub və hazırda da öz keçərliliyini qoruyub saxlayacaq. Bu, ortada yoxdur və böyük boşluqdur”.

Ekspertin fikrincə, bu, qarşıdakı tədris ilində də “Şagird davranış qaydaları”nın müəyyən qədər uğurlu tətbiqini sual və şübhə altında saxlayır:

“Şəxsən mən görmədim ki, hansısa məktəbdə şagird, yaxud müəllim “Şagird davranış qaydaları”na əsasən cəzalandırılıb və ona uyğun tədbir görülüb. Bu barədə bir məlumat yoxdur. Başa düşmürəm, 300 məktəbin hamısında nisbi sakitlik olub? Bu, inandırıcı deyil. Bundan başqa “Müəllimlərin etik davranış qaydaları” var, Elm və Təhsil Nazirliyi tərəfindən tövsiyə xarakterli olaraq hazırlanmış sənəddir.

Orada müddəalar var ki, hər biri nəzəri olaraq çox aktualdır. Ümumilikdə yaxşı hazırlanıb. Yaxşı, bu praktikada nə dərəcə keçərlidir? Bizdə problem odur ki, hər bir amilin nəzəri olaraq əsaslandırılması var, praktikada mexanizmi yoxdur. Artıq bu sənədləri həm şagirdlər, həm də müəllimlərlə bağlı praktiki müstəviyə gətirməliyik. Gətirilmədiyi halda şagirdlər arasında neqativ hallar çox olacaq, müəllim-şagird münasibətlərində neqativ hallarına yenə rast gəlinəcək”.

Ekspert öz yaxınlarının timsalında artıq valideynlər arasında məktəbə xələl gətirən hadisələrin olduğunu gördüyünü deyib: “Valideyn müəllimin işinə müdaxilə edir. Məktəbdə asayişi pozacaq hallara səbəb olan bir emosiya nümayiş etdirir.

Bizdə artıq üçüncü istiqamət, “Məktəb daxilində valideynlərin etik davranış qaydaları” hazırlanmalıdır. Doğrudur, “Şagird davranış qaydaları”nda valideynlər də nəzərdə tutulub. Ancaq bu, şagird üçün keçərli olub ki, valideyn üçün də keçərli olsun? Bu gün məcburuq ki, tamam başqa proqram əsasında xüsusi qaydalar çərçivəsi hazırlayaq.

Çünki həqiqətən də buna ehtiyac var. “Votsap” qruplarındakı valideyn diqtəsindən tutmuş, məktəb daxilində tədris prosesinin pozulmasına qədər valideynlərin də günahı az deyil. Bu üç istiqamət, yəni şagird-valideyn-müəllim istiqamətləri artıq nəzəri deyil, praktikada öz sözünü deməlidir. Demədiyi halda biz hələ çox neqativ halların şahidi olacağıq”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan Türk Ocağı "Qənirə Paşayeva mükafatı" təsis etdi - AÇIQLAMA
Bu gün, 00:57
Hakimlərin fotoları və tərcümeyi-halı niyə gizli saxlanılır? - ARAŞDIRMA
Bu gün, 00:54
"Mən yaşıla vurğunam..." - FOTO
Bu gün, 00:50
"Avropa ölkələri Ukraynaya təhlükəsizlik zəmanəti verə bilməz" - Starmer
Bu gün, 00:33
Sabiq deputat nazirin geyiminə "ilişdi" - "Ayıbdır…"
Bu gün, 00:31
Ağ Ev Rusiyaya qarşı sanksiyaların mümkün ləğvini öyrənir - KİV
Bu gün, 00:23
İcra başçısının oğlu lüks avtomobillərinin və bahalı nömrələrinin olması faktını təsdiqlədi - İLGİNC
Bu gün, 00:22
Bu gün od çərşənbəsidir
Bu gün, 00:10
Putinin Rusiyaya xəyanəti: Ukraynanı ABŞ-a “təslim etdi” - FAKT BUDUR!
Bu gün, 00:04
Müəllimlərə 8 Martda niyə hədiyyə almayaq ki?! – Qurunun oduna yananlar
Bu gün, 00:00
"Mənim və Aysel xanım üçün bu addımı atmaq çətin idi"
Dünən, 23:58
Simonyanın hər kəsdən üzr istəməsinin səbəbi – Sui-qəsd olacaq?
Dünən, 23:56
Müharibədə sensasion detal: türk qoşunları bura girə bilər – General
Dünən, 21:22
Səs yazısı yayılan direktor işdən çıxarıldı - rəsmi
Dünən, 21:18
İrəliləyiş olmayacaq: - Aİ-nin Ermənistana ehtiyacı yoxdur!
Dünən, 19:02
Bakının tələbi, erməni cəmiyyətinin xilas yolu – Yeni Konstitusiya
Dünən, 19:00
Banklar daha dollar almır: Nə baş verir? - AKTUAL
Dünən, 18:58
Səsyazısı yayılan direktor ləğv olunmuş universitetin MƏZUNUDUR - "Kimin əlindən su içdiyi bəlli"...
Dünən, 18:20
Trampın Rusiya-Ukrayna məsələsində iki çıxış yolu qalıb - Azad İsazadə ŞƏRH EDİR
Dünən, 18:17
Məktəblərə “cəza yağışı” gəlir: - Müəllim və şagirdlər üçün çətin dövr
Dünən, 18:11
Bakıda qardan sonra əksər yollar dağıldı: Yoxsa bu boyda sərvət HARDAN İDİ Kİ?.. - İLGİNC FAKT
Dünən, 18:07
Qadınlar Razi Nurullayevin cavabını verdilər: - "Nə aliment alırlar ki, sərbəst də yaşasınlar?"
Dünən, 18:01
Ukrayna torpaqlarını Rusiyaya verməyən yeganə prezidentəm - Tramp
Dünən, 17:58
Bu həftə DƏYİŞİKLİK GÖZLƏNİLİR - İDDİA
Dünən, 17:56
Ukrayna uğrunda QARIŞ SAVAŞI... - İNCƏLƏMƏ
Dünən, 17:49
Azərbaycan GUAM Parlament Assambleyasına sədrliyi Gürcüstana təhvil verib
Dünən, 17:42
ABŞ Azərbaycanın maraqlarına xələl gətirəcək addım atmayacaq - Ermənistanın xəyalları "suya düşdü"
Dünən, 17:40
Təhsilə pul yatırmağın qaranlıq tərəfi – Gənclər harada səhv edir?
Dünən, 17:36
Mədəniyyət Nazirliyi BƏƏ şirkətindən 3 adda kitab alır – 36 min ödəyəcək
Dünən, 17:30
Ermənistan-Azərbaycan danışıqlarında niyə fasilə yaranıb? - Geosiyasi qeyri-müəyyənlik...
Dünən, 16:10
Polis marketlərdən 50 min manat dəyərində oğurluq edən şəxsləri saxladı - FOTO, VİDEO
Dünən, 16:06
Prezident vəd vermişdi... - NƏ OLACAQ?..
Dünən, 16:04
İcra başçısının müavini məhkəməyə gəlmədi, iclas təxirə salındı - DETALLAR
Dünən, 16:02
Alçaldılmış və təhqir edilmiş – O, Ağ Evə niyə çağırıldı?
Dünən, 15:58
Yaxın beş ildə Azərbaycanın büdcəsi profisitli olacaq - Dünya Bankı
Dünən, 15:53
Ləğv olunmuş Azərbaycan Sənaye Korporasiyası xalis mənfəətdən - ZƏRƏRƏ KEÇİB
Dünən, 15:50
Nazir ona vəzifə verdi - FOTO
Dünən, 15:46
Şirvanda erməni siqaretləri satan şəxs həbs edilib - İkinci əməlidir
Dünən, 15:42
Səs yazısı yayılan direktorla bağlı araşdırma aparılır
Dünən, 15:26
"Veysəloğlu"nun "İllik Dəyərləndirmə və Gələcəyə Baxış" adlı motivasiya tədbirində şirkətin uğurları və yeni istiqamətlər müzakirə olundu - FOTO
Dünən, 15:17
Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasəti - MƏQALƏ
Dünən, 15:11
Qadın ülviyyətin, zərifliyin, gözəlliyin rəmzidir - İsrafil Kərimovun yazısı
Dünən, 15:09
Azərbaycanda gələn ildən közərmə lampalarına qadağa qoyulacaq, nazir müavini səbəbi açıqlayıb
Dünən, 15:04
Rafiq Vəliyev Mədəniyyət Nazirliyinin pullarının 30 faizini öz layihəsinə xərcləyib - ARAŞDIRMA
Dünən, 14:02
MİDA-nın 620 minlik tenderi ləğv edildi
Dünən, 14:00
“Qoca qitə” çarə axtarışında: - ruslar gəlir, amerikalılar gedir
Dünən, 13:58
Sahil Babayevin yerinə keçən nazir nələri dəyişəcək? – Rəy
Dünən, 13:10
Məhkəmə qalmaqallı "Laser Beauty Estetik Klinika" ilə bağlı qərar verdi - DETALLAR
Dünən, 13:06
Türkiyədə inflayasiya səviyyəsi 39%-ə düşdü – Dünyada 6-cı yerdədir
Dünən, 13:04
“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”nə sədr əvəzi təyin edilib - FOTO
Dünən, 12:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru