Pakistan-Ermənistan dialoqu Bakının razılığı ilə başladı .....                     ƏƏSMN niyə bütün mebel və inventarları eyni şirkətdən alır? .....                     “AAAF Park” sakinlərindən ETİRAZ… .....                     “iPhone 17” Azərbaycanda 4 199 manatdan satışa çıxdı .....                     Bu ölkədə də səfirliyimiz təsis ediləcək .....                     Putinin əmri olmasaydı... .....                     Güclü şimal-qərb küləyi əsəcək .....                     Azərbaycan Güləş Federasiyasında baş katib vəzifəsinə .....                     "Bir-İki dönər"dən şikayət .....                     Ət bahadır... .....                     "Hər iki valideynimin baxıma ehtiyacı var..." .....                     Sənədləşmə gözləyən insanların evlərini itirmək təhlükəsi... .....                     "Səhifəmi bağlayıb, sonra məndən pul istədilər" .....                     Hacı İsmayılın "AA" seriyalı "Land Rover" sürən oğlu cəzalandırıldı .....                     “Məndən başqa 15 nəfər işçinin də pulunu vermirlər” .....                     Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb .....                     Sahibkarları indi də elektron tərəzi ilə soyurlar... .....                     “Həkimlər bizi hədələyir ki, səsini çıxarsan, 2 ildə aldığınız pulları geri ödəyəcəksiniz” .....                     Şirvanda torpaq mübahisəsi zəminində qətl: Cəza ağırlaşdırıldı .....                     Hazırlıq başladı: İsraildə vardı, 38 il sonra Türkiyədə də olacaq .....                     Ağdamda 16 yaşlı qız cinsi zorakılığa məruz qaldı, 4 nəfər həbs olundu .....                     Beyləqanda bu ilin əvvəlində yaradımış şirkətin nizamnamə kapitalından .....                     Onlar son zamanlar 100 milyonluq əmlak satıblar... .....                     Nadir Bayramlı QINADI: .....                     Putin müharibəni genişləndirir, növbəti hədəf Polşadır .....                     14 yaşlı qızla 20 yaşlı oğlan nişanlandı .....                     Azərbaycan Ordusunda praktiki məşğələlər icra olunub .....                     İsrail kəşfiyyatı Qətərdə əməliyyatı bir neçə həftə ərzində planlaşdırmışdı .....                     Ruslar Azərbaycana qarşı YENİ HƏBS DALĞASINA START VERİB... .....                     Qırmızı kitaba düşən heyvanlarla müştəri "cəlb" edilir .....                     Qarabağ Qazisi `Azəriqaz`la çəkişmədə... .....                     Azərbaycanda yeni nazirlik yaradılacaq? .....                     Tovuzda ƏDALƏT AXTARIŞI: məmursansa HAQLISAN? .....                     "Bu qərarı qanunsuz hesab edirəm" .....                     Paşinyan ermənilərdən ÜZR İSTƏDİ... .....                     Azərbaycanda sabiq məktəb direktoruna elektron qolbaq taxıldı .....                     Şimal və cənubdan Azərbaycana heyrətamiz böhtan .....                     Paşinyanın valideynləri: 12 yaşından Nikolu ögey anası böyüdüb .....                     Lavrov Əliyevin məşhur təklifini gündəmə gətirdi .....                     Beynəlxalq Böhran Qrupundan Bakıya sensasion təklif .....                 

"BU SAHƏDƏ dəyişikliklər edilməlidir" - ÇAĞIRIŞ
Tarix: 26-02-2025, 08:52 | Çap et
"BU SAHƏDƏ dəyişikliklər edilməlidir"
Prezident İlham Əliyev həftəsonu Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti Yoxan Eliaşı qəbul edib. Dövlət başçısı Azərbaycanda qış idman növləri üzrə beynəlxalq yarışların keçirilməsi üçün müasir qış-xizək mərkəzlərinin yaradıldığını bildirərək, bu cür yarışların təşkil olunmasının ölkəmizin qış turizm potensialı ilə yanaşı, ümumilikdə turizm imkanlarının təbliğində rolunu vurğulayıb.

Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman yarışlarına uğurla ev sahibliyi etdiyini xatırladan Prezident İlham Əliyev ölkəmizin bu sahədə müasir infrastruktur baxımından geniş imkanlarının, eləcə də böyük təcrübəsinin olduğunu deyib.

Yoxan Eliaş rəhbərlik etdiyi federasiyanın ölkəmizlə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu vurğulayıb. Qonaq Azərbaycanda beynəlxalq xizək yarışlarının keçirilməsi perspektivlərindən danışıb.

Görüşdə gələcək əməkdaşlıq, həmçinin Beynəlxalq Xizək və Snoubord Federasiyası ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanın qış turizm imkanlarının və “Şahdağ” Turizm Mərkəzinin dünya səviyyəsində daha da tanıdılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, snoubord qışa xas olan bir idman növüdür. Surfbord və skeytbordinqdən fərqi bu oyunun qar üstündə oynanmasıdır. Snoubordçuların orta yaş həddi 18-24 arasındadır. Zərif cinsin nümayəndələri arasında bu idman növü ilə məşğul olanların sayı daha çoxdur. Ekstremal idman növlərinə daxil olan snoubordinq qış Olimpiya oyunlarının proqramında 1998-ci ildən nümayiş etdirilir.

Azərbaycan indiyədək Avropa və İslam Oyunlarına ev sahibliyi edib, bu işdə təcrübəsi var. Qış oyunlarını keçirmək üçün infrastruktur da formalaşdırıla bilər. Həm də təkcə Şahdağda deyil, işğaldan azad olunmuş dağ rayonlarında bu mümkündür.

İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. İqtisadçı turizm sektorunun Azərbaycanın qeyri-neft sektoru üzrə prioritet istiqamətlərdən biri olduğunu xatırladıb: “Bugünkü mövcud şəraitə əsaslansaq, turizm sektoru digər prioritetlər arasında potensialı və reallaşdırılması birinci olan sektordur. Çünki qeyri-neft sektoru üzrə olan prioritetlər arasında hər birinin inkişaf etdirilməsi üçün müəyyən problemlər mövcuddur. Məsələn, kənd təsərrüfatı qeyri-neft sektoru üzrə prioritet olsa da, bu gün Azərbaycanın su ehtiyatı, torpaq ehtiyatı, torpağın keyfiyyəti və məhsuldarlıq məsələləri kənd təsərrüfatının neft sektoruna alternativ bir sahə olaraq inkişaf etdirilməsi və gəlir əldə olunmasına imkan vermir. Lakin Azərbaycanın turizm sektoru kifayət qədər potensiala malikdir. 2011-ci ildə dövlət tərəfindən həmin ilin "Turizm İli" elan edilməsindən sonra ölkəmizdə bir sıra beynəlxalq tədbirlər, eyni zamanda ölkənin qlobal turizm bazarında daha yaxşı tanıdılması üçün müxtəlif idman yarışları təşkil edildi. 2015-ci ildə Avropa Oyunları, sonrakı dövrlərdə “Avroviziya” müsabiqəsi, “Formula 1" yarışları keçirildi. Bütün bunların mərkəzində dayanan əsas məqsəd ölkənin qlobal turizm bazarında tanıdılması idi.

Bu tədbirlər müəyyən müddət ərzində öz təsirini göstərdi. 2019-cu ildə Azərbaycana 3,2 milyon turist gəldi və bu, ölkəmizin tarixində rekord göstərici oldu. Lakin 2020-ci ildə bu rəqəm 4 dəfə azalaraq, 792 min nəfərə düşdü. 2022-2023-cü illərdə isə turizmlə bağlı bizim rəqib ölkələrimiz - Türkiyə və Gürcüstan 2019-cu ilin rekord göstəricilərini təzələdilər. Lakin Azərbaycanda bu, mümkün olmadı.

Hesab edirəm ki, bunun iki əsas səbəbi var. Birincisi, ölkə sərhədlərinin qapalı saxlanılmasıdır. İkincisi isə turizm sektorunda hələ də dövlətin rolunun yüksək səviyyədə qalmasıdır. Turizm sektoru ölkə üçün strateji əhəmiyyət daşımadığından və ciddi risklər yaratmadığından, bu sahənin özəl sektora ötürülməsi məqsədəuyğundur. Dövlət isə tənzimləyici funksiyasını həyata keçirməli və bu rolda qalmalıdır. 2009-cu ildə Şahdağda qış turizm kompleksinin inşasına başlanıldı, 2015-ci ildə isə qapalı səhmdar cəmiyyəti yaradıldı. Lakin turizm mərkəzinin qapalı səhmdar cəmiyyəti kimi fəaliyyət göstərməsi turizmin inkişafına mənfi təsir edir. Çünki bu, özəl sektor olmalıdır. Azərbaycanın yeraltı sərvətləri və strateji müəssisələri - məsələn, “AzerGold”, metro, “Azəriqaz” və s. qapalı səhmdar cəmiyyəti formasında fəaliyyət göstərə bilər. Ancaq Azərbaycanın - bir nömrəli turizm mərkəzi ola biləcək bir məkanın bu formada idarə edilməsi başadüşülən deyil. 2016-cı ildən 2023-cü ilin sonuna qədər Şahdağ Turizm Mərkəzinin zərəri 103 milyon manatı keçib. Əgər biz turizm sektorundan gəlir əldə etmək istəyiriksə və ölkənin əsas turizm mərkəzi zərərlə işləyirsə, qeyri-neft sektoru kimi turizmin inkişafı sual altına düşür. Deməli, burada dəyişikliklər edilməlidir. Düşünürəm ki, bu sektorun özəl sektora ötürülməsi vəziyyəti yaxşılaşdıracaq".

İqtisadçı onu da dedi ki, dövlətin kifayət qədər yükü var: “Dünya təcrübəsi isə göstərir ki, özəl fəaliyyətin mümkün olduğu sahələri dövlət nəzarətdə saxladıqda, bu, büdcəyə yük olmaqla yanaşı, inkişafı ləngidir. Gürcüstan və Türkiyədə turizm sektorunu dövlət əlində saxlasa idi, eyni zərərlərlə üzləşərdilər. Çünki bu sahənin özünəməxsus xüsusiyyətləri var. 2021-ci ildə dövlət tərəfindən bu sahəyə 14 milyon manat, 2022-ci ildə isə 12 milyon manat vəsait ayrılıb. Bu vəsaitlərə baxmayaraq, turizm xidmətləri kifayət qədər bahadır. Bütün bunları vurğulamaqda məqsədim odur ki, cənab Prezidentin Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti Yoxan Eliaşı ilə görüş və bu görüşdəki müzakirələrindən sonra turizmin özəl sektora ötürülməsi və bu istiqamətdə rəqabət mühitinin formalaşması vacibdir. Çünki rəqabət mühiti turizmin inkişafında əsas faktorlardan biridir.

Ötən il ölkəmizdə COP29 tədbiri keçirildi. Bu tədbirin ekologiya üçün faydası ilə yanaşı, Azərbaycanın turizm sektoruna da müsbət təsiri oldu. Ölkənin beynəlxalq arenada tanıdılması və yüz minə yaxın insanın ölkəmizə gəlməsi 2025-ci ildə 2019-cu ildəki 3,2 milyonluq rekord göstəricini yeniləmək üçün ciddi bir fürsət yaradır. Bir daha vurğulayım ki, quru sərhədlərin açılması, xüsusən də dəmir yolu nəqliyyatı ilə Gürcüstan və Azərbaycan arasında marşrutun bərpası, eləcə də turizm sektorunda dövlətin yükünü azaltmağa yönəlmiş strategiyanın icrası ölkənin turizm sektoruna töhfə verə bilər".

İşğaldan azad edilmiş ərazilərə gəldikdə isə iqtisadçı qeyd edir ki, bu bölgələrin turizm potensialı ölkənin digər əraziləri ilə müqayisədə daha yüksəkdir: “Quba, Qəbələ və Şəki istiqamətləri ilə bərabər səviyyədə olmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin üstünlüyü uzun müddət əlçatan olmaması ilə bağlıdır. Bu da turistlər üçün əlavə maraq yaradır. Sadəcə olaraq, burada da müasir turizm mərkəzlərinin yaradılması və yaradıldıqdan sonra qapalı səhmdar cəmiyyət kimi dövlətin nəzarətində olması baş verəcəksə, bu zaman buranın da ölkə iqtisadiyyatı üçün fayda gətirməsində müəyyən risklər qaçılmaz olacaq”.

“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Pakistan-Ermənistan dialoqu Bakının razılığı ilə başladı -ŞƏRH
Bu gün, 12:47
ƏƏSMN niyə bütün mebel və inventarları eyni şirkətdən alır? - İcazə verin, şübhələnək...
Bu gün, 12:44
“AAAF Park” sakinlərindən ETİRAZ… - Çıxarış problemi sakinləri ayağa qaldırdı
Bu gün, 12:38
“iPhone 17” Azərbaycanda 4 199 manatdan satışa çıxdı – ABŞ-də satışlar ayın 19-u başlayır
Bu gün, 12:35
Bu ölkədə də səfirliyimiz təsis ediləcək
Bu gün, 12:29
Putinin əmri olmasaydı... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:25
Güclü şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:13
Azərbaycan Güləş Federasiyasında baş katib vəzifəsinə yeni təyinat olub
Bu gün, 12:12
"Bir-İki dönər"dən şikayət - "İçərisindən şüşə çıxdı" (VİDEO)
Bu gün, 12:10
Ət bahadır... - Ekspert deyir ki...
Bu gün, 11:44
"Hər iki valideynimin baxıma ehtiyacı var..." - ETİRAZ VAR...
Bu gün, 11:39
Sənədləşmə gözləyən insanların evlərini itirmək təhlükəsi... - Yüzlərlə söküntü barədə qərar çıxarılıb
Bu gün, 11:37
"Səhifəmi bağlayıb, sonra məndən pul istədilər"
Bu gün, 11:25
Hacı İsmayılın "AA" seriyalı "Land Rover" sürən oğlu cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 11:24
“Məndən başqa 15 nəfər işçinin də pulunu vermirlər” - ÖZBAŞINALIQ...
Bu gün, 11:22
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb - TƏFSİLAT
Bu gün, 11:10
Sahibkarları indi də elektron tərəzi ilə soyurlar... - ŞOK FAKTLAR
Bu gün, 11:09
“Həkimlər bizi hədələyir ki, səsini çıxarsan, 2 ildə aldığınız pulları geri ödəyəcəksiniz” - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:05
Şirvanda torpaq mübahisəsi zəminində qətl: Cəza ağırlaşdırıldı – MƏHKƏMƏ
Bu gün, 10:59
Hazırlıq başladı: İsraildə vardı, 38 il sonra Türkiyədə də olacaq – Azərbaycanlılar üçün çağırış
Bu gün, 10:56
Ağdamda 16 yaşlı qız cinsi zorakılığa məruz qaldı, 4 nəfər həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 10:53
Beyləqanda bu ilin əvvəlində yaradımış şirkətin nizamnamə kapitalından - 1 MİLYON MANAT GÖTÜRÜLÜR
Bu gün, 10:49
Onlar son zamanlar 100 milyonluq əmlak satıblar... – İDDİA
Bu gün, 10:44
Nadir Bayramlı QINADI: - “Oxumur, özünü rüsvay edir”
Bu gün, 10:42
Putin müharibəni genişləndirir, növbəti hədəf Polşadır
Bu gün, 10:39
14 yaşlı qızla 20 yaşlı oğlan nişanlandı - Ata həbs edildi
Bu gün, 10:37
Azərbaycan Ordusunda praktiki məşğələlər icra olunub - VİDEO
Bu gün, 10:34
İsrail kəşfiyyatı Qətərdə əməliyyatı bir neçə həftə ərzində planlaşdırmışdı - KİV
Bu gün, 10:31
Ruslar Azərbaycana qarşı YENİ HƏBS DALĞASINA START VERİB... - bu dəfə...
Bu gün, 10:28
Qırmızı kitaba düşən heyvanlarla müştəri "cəlb" edilir - Restoranlarda "trend"ə çevrilən “vəhşilik”...
Bu gün, 10:14
Qarabağ Qazisi `Azəriqaz`la çəkişmədə... - Artıq bir ildir ki...
Bu gün, 10:10
Azərbaycanda yeni nazirlik yaradılacaq? - Görünəni odur ki...
Bu gün, 10:05
Tovuzda ƏDALƏT AXTARIŞI: məmursansa HAQLISAN? - NARAZILIQ VAR...
Bu gün, 10:00
"Bu qərarı qanunsuz hesab edirəm" - VİDEOMÜRACİƏT
Bu gün, 09:41
Paşinyan ermənilərdən ÜZR İSTƏDİ... - BUNA GÖRƏ...
Bu gün, 09:36
Azərbaycanda sabiq məktəb direktoruna elektron qolbaq taxıldı
Bu gün, 09:33
Şimal və cənubdan Azərbaycana heyrətamiz böhtan - AXI NİYƏ?
Bu gün, 09:27
Paşinyanın valideynləri: 12 yaşından Nikolu ögey anası böyüdüb - FOTO
Bu gün, 09:24
Lavrov Əliyevin məşhur təklifini gündəmə gətirdi – “Razıyıq!”
Bu gün, 09:13
Beynəlxalq Böhran Qrupundan Bakıya sensasion təklif - DETALLAR
Bu gün, 09:01
Rusiyada qanunsuz miqrantlara qoyulan möhlət bu gün bitir - KİV
Bu gün, 08:59
Xankəndidə restoranda müştəriləri təhqir edən şəxs həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 08:57
Fransanın dizayn, konsaltinq və mühəndislik şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 08:56
Bir qrup müəllim deputatın direktor bacısından şikayətçidir - "Məktəb ciddi yoxlanılsın..."
Bu gün, 08:53
Trampın adamları Bakıda: Zəngəzur hazırlığı başladı - GƏLİŞMƏ
Bu gün, 08:47
Direktor təyinatında İKİLİ STANDART... - BU NƏDİ BELƏ?
Bu gün, 07:31
Masazırda barınan oliqarx-məmur... - İLGİNC FAKTLAR
Bu gün, 07:26
"Uşaq bağçasına yerlər 500 manata satılır" - NARAZILIQ VAR...
Bu gün, 07:22
Zirəddindən şok müharibə PROQNOZU
Bu gün, 07:18
İnteqrasiya təlimli internat məktəbinin qalmaqallı direktoru yenidən gündəmdə - bu dəfə vergi məsələsinə görə...
Bu gün, 07:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru