
Rusiya ilə sərhədi olan ölkələr Ukraynada sülhməramlı missiyada öz hərbçilərini göndərməməlidirlər. Bu, provokasiyaya səbəb ola bilər və vəziyyəti pisləşdirə bilər.
Teleqraf xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib.
Onun sözlərinə görə, Rusiya ilə sərhədi olan ölkələr üçün Ukraynaya hərbçilər göndərmək təhlükəlidir.
"Rusiya ilə sərhədi olan heç bir ölkə belə bir addım atmamalıdır. Polşa öz hərbçilərini Ukraynaya göndərmir və göndərməyəcək, bunu aydın şəkildə demək istəyirəm", – o qeyd edib.