Yasamalın icra başçısı qanunları belə pozdu .....                     Sərdar Cəlaloğludan Ayaz Salayevə SƏRT SÖZLƏR .....                     "Sosial şəbəkələrdə yazırlar ki, evdən dəstək var" .....                     "İsa Qəmbər LGBT-nin nə olduğunu bilmir?" .....                     Britaniya fevralın 24-də Ukraynaya yeni yardım paketini açıqlayacaq .....                     Agentliyin 2,4 milyonluq tenderi ləğv edildi .....                     “Arkoz İnşaat Şirkəti”nin 107 min manata yaxın .....                     Paris-İrəvan hərbi əməkdaşlığı müzakirə edildi .....                     Ermənistan təmas xəttindən çox uzaqlarda mina yerləşdirib .....                     İrəvan Bakının tələbləri ilə razılaşdı: Paşinyan vaxt qazanır? .....                     Konstitusiya dəyişikliyi Azərbaycan və Ermənistanı sülhə yaxınlaşdıra bilər .....                     Ukrayna təbii sərvətlərə dair saziş layihəsini ABŞ-yə göndərib .....                     Putin yenə “Oreşnik”dən danışdı: .....                     Türk millətinin bir adı, bir dili var, o da bəllidir .....                     İrəvan məhkəməsi Merdzavanda atışma işi üzrə beşinci fiqurantı həbs edib .....                     Azərbaycan Ordusunda psixoloqlarla növbəti təlim keçirilib .....                     Xaçmazın icra başçısı 15 yaşı tamam olan şəhid övladı ilə görüşüb .....                     Son bir ildə əsas ərzaq məhsullarının qiyməti necə dəyişib? .....                     İrəvan Qərbə ümidini itirir, sülh masasına qayıdır: .....                     “Sahibkar açdığı şadlıq sarayının adını əcnəbi dildə “palace” yazır” .....                     Zelenski ABŞ-nin yaratdığı "canavardır" .....                     Azərbaycan mediasına kiberhücum .....                     “İcra hakimiyyətində adımızı “problemli qazilər” qoyublar” .....                     Aİ Ermənistana müdafiə qabiliyyətini artırmaq üçün Avropa Sülh Fondundan yeni tranş ayırmağa hazırlaşır .....                     Avtoqəza ilə bağlı məhkəmədə işi olanların nəzərinə .....                     “Rus dilini bilən kadrlara ehtiyac azala bilər” .....                     "Abbas öz sənətindədir, mən öz sənətimdə..." .....                     Revanşist Qukasyan ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib .....                     Tramp məcburetmə əməliyyatına başlayıb: .....                     İtaliyadan Azərbaycanla bağlı qətnamə: Niyə bizsiz qəbul olundu? .....                     "Mənim körpə nəvələrim artıq 4 ildir ki, ac-yalavac yaşayır..." .....                     Qara dənizdə "Natiq Əliyev” tankeri yük gəmisi ilə toqquşub .....                     Zelenskinin hələ də “kükrəməsi” daha çox Avropanın digər ölkələri ilə bağlıdır... .....                     Bakı Moskvaya mesaj verir ki, biz dost, müttəfiq ola bilərik... .....                     Dövlətə xəyanətdə ittiham edilən Bəhruz Səmədovun .....                     Təranə Qumral: “Könülə mənlə danışmağa icazə vermirlər” .....                     Şahin Bağırov onu rəis təyin etdi .....                     Hərbi attaşelər Aviasiya Təmir Zavodunda olublar .....                     SOCAR-da bu nə BAZARDIR... BU NƏ YIĞIMDIR? .....                     “Nisə haqda danışmağıma peşman oldum, sağ ikən gəlsin, öləndə yasıma onsuz da gələcək” .....                 

Əslində mülki təyyarəyə açılan atəş həm də 22 fevral sazişinə açılmışdı - BU FAKTDIR...
Tarix: Dünən, 09:22 | Çap et
Əslində mülki təyyarəyə açılan atəş həm də 22 fevral sazişinə açılmışdı
Sabah - fevralın 22-də Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ildə Moskvada Rusiya prezidenti Vladimir Putinlə müttəfiqlik sazişi imzalamasının üç ili tamam olur. 43 maddəlik müttəfiqlik sənədi indiyə kimi iki ölkə arasında olan siyasi, iqtisadi, hüquqi, ticarət, hərbi və humanitar əlaqələrlə bağlı müqavilələrin bir bəyannamədə toplanaraq gələcək münasibətlərin yeni çərçivəsini müəyyən edirdi.

Rusiya və Azərbaycan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 3 iyul 1997-ci il tarixli müqavilədə, Rusiya və Azərbaycan arasında dostluq və strateji tərəfdaşlıq haqqında 3 iyul 2008-ci il tarixli bəyannamədə, habelə, Rusiya və Azərbaycan prezidentlərinin 1 sentyabr 2018-ci il tarixli birgə bəyanatında öz əksini tapan müddəalar yeni reallıqlar əlavə olunmaqla vahid sənəd halında imzalandı.

Bəyannamənin 43 bəndi var və qarşılıqlı fəaliyyətin ən mühüm sahələrini əhatə edirdi. Bəyannamə ilə müəyyən olunmuş əməkdaşlığın əsas prinsipləri və strateji sahələri aşağıdakılardır: qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq; güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik; milli maraqların aliliyi; beynəlxalq münasibətlərin qəbul olunmuş norma və qaydalarına riayət; qarşılıqlı fəaliyyət; Qafqaz və Xəzər regionlarında sabitlik naminə əməkdaşlıq; tərəflərin təhlükəsizlik maraqlarının qorunması; məsləhətləşmələr mexanizminin yaradılması; Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması və Rusiya Federasiyasının vasitəçilik rolu; uzunmüddətli sülh naminə əməkdaşlıq; ölkələrin ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətin qarşısının alınması; hərbi-texniki və siyasi əməkdaşlıq; maliyyə institutlarının əməkdaşlığı; tranzit-nəqliyyat fəaliyyətinin potensialının inkişafı; atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində qarşılıqlı faydalı əməkdaşlıq; informasiya - kommunikasiya texnologiyaları sahəsində birgə layihələrin inkişafı; aqrar-sənaye kompleksi sahəsində əməkdaşlıq; səhiyyə sahəsində əməkdaşlıq; parlamentlərarası əməkdaşlıq; humanitar sahəsində əməkdaşlıq.

Bu bəyannamənin imzalanması Rusiya üçün çox mürəkkəb və həssas dövrə təsadüf edirdi. ABŞ və NATO ilə olduqca gərgin münasibətlər yaranmışdı. Belə bir hərbi-siyasi şəraitdə Azərbaycanla müttəfiqlik bəyannaməsinin imzalanması Rusiya üçün siyasi-psixoloji baxımdan vacib idi. 25 dekabr 2024-cü ildə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin Rusiya ərazisində vurulması isə müttəfiqlik münasibətlərinə ciddi zərbə oldu. Əslində mülki təyyarəyə açılan atəş həm də Rusiya ilə Azərbaycan arasındakı müttəfiqlik münasibətlərinə açılmışdı. O zaman bir çoxları bu hadisədən heyrətlənərək Rusiyanın məhz indiki vaxtda, Ukrayna ilə müharibə fonunda üzləşdiyi sanksiyaların davamı halında, onsuz da müttəfiqlərini sürətlə itirdiyi zamanda Azərbaycanla körpüləri yandırmasını ağlasığmaz hesab edirdilər. Normal halda Rusiya hətta Qərb dövlətlərinin təzyiqlərinə rəğmən, onunla normal qonşuluq münasibətlərini saxlayan Azərbaycanın mülki təyyarəsinə qəsd edənləri son nəfərinədək cəzalandırmaqda maraqlı olmalı idi.

Deputat Elşad Musayevin “Yeni Müsavat”a bildirdiyinə görə, Rusiya ilə münasibətlərdə üç il ərzində hər hansı gərginlik olmamışdı, amma o demək sayılmaz ki, Moskva öz siyasətindən geri çəkilmişdi: “İndi Ukrayna cəbhəsində mövqelər aydınlaşır və Rusiya öz şərtlərini irəli sürür. Yəni Rusiya hesab edir ki, başı müharibədən açılır və yenidən özünə gələcək. Ona görə də bizim 2022-ci ildə imzaladığımız bu müqavilə daha çox zərurətdən doğan gerçəklik idi. Mən bu müqavilədən uzağa gedən nə isə gözləmirəm”. E. Musayev Rusiyanın vurulan təyyarəmizlə bağlı tələbləri hələ də yerinə yetirmədiyini, bunun da müttəfiqlik sazişinin ruhuna zidd olduğunu hesab edir: “Artıq hadisənin iki ayının tamamına az qalır və rəsmi Moskva çalışır ki, bu cinayəti ört-basdır etsin. Ona görə biz Rusiyanın addımlarında daha çox məsələni unutdurmaq cəhdlərini müşahidə edirik. Sonuncu dəfə rəsmi Moskva adından Zaxarova danışıb və deyib ki, Bakı ilə münasibətləri korlamağa cəhd göstərənlər var. Lakin üçüncü tərəfi axtarmaqdansa, Azərbaycan Prezidentinin səsləndirdiyi tələbləri icra etmək lazımdır. Əgər biz strateji müttəfiqlik deklorasiyası imzalamışıqsa, deməli, oradakı bəndlərə sadiq qalmaq, öhdəlikləri yerinə yetirmək lazımdır”.

Deputatın fikrincə, belə müttəfiqlik olmur: “Bu necə müttəfiqlik sazişidir ki, bizim hava gəmimizi vurursan, bir cümləlik üzr istəyirsən, amma nə atəş açanları tutursan, nə zərər çəkənlərə təzminat ödəyirsən. Əsl müttəfiq isə dost kimi davranır və səhvini boynuna alaraq vurduğu ziyanı ödəyir ki, münasibətlər pisləşməsin. O səbəbdən, imzalanan sənəd həmin dövrdə qlobal proseslərin inkişafı cəhətdən hər nə qədər mühüm olsa da, bu gün biz görürük ki, Rusiyanın imperialist təfəkkürü, ambisiyaları dəyişməyib”. Deputat Azərbaycanın şimal qonşusu ilə münasibətlərdə hər zaman səmimi olduğunu və Bakının da Kremldən adekvat mövqe gözlədiyini düşünür.

Siyasi şərhçi Fuad Əliyevin sözlərinə görə, 22 fevral sazişi son dərəcə əhəmiyyətlidir və bu gün baş verənlər onu sübut edir: “Ukrayna müharibəsinin nəticələri, Azərbaycanın həmin dövrdə tutduğu mövqe və savaşdan iki gün qabaq o bəyannaməni imzalaması göstərdi ki, Azərbaycan Prezidenti uzaqgörəndir və siyasi təcrübəsi çox böyükdür. Mən bu sənədə həm də Azərbaycanın özünü problemlərdən kənar tutmaq zəmanəti kimi baxıram. Rusiyanın hegemon güc olduğunu qəbul etmək lazımdır”. Ekspertin fikrincə, bu sənədin bəhrəsini də görmüşük: “Liderlər səviyyəsində olan etimadın nəticəsi idi ki, sülhməramlı kontingent regionu vaxtından tez tərk etdi. Bundan az əvvəl isə Azərbaycan antiterror əməliyyatı keçirəndə Rusiya işə qarışmadı. Eyni zamanda Şimal-Cənub dəhlizi, ticarət dövriyyəsi, Baykal-Amur xətti və digər müstəvilərdə mühüm əməkdaşlıqlar var. Həmçinin ötən ilin avqustunda prezident Putin Azərbaycanda yüksək səviyyədə qarşılandı. Bunlar mütləq qeyd olunmalıdır”. F.Əliyevə görə, ümumiyyətlə, həmin sənədin əhəmiyyətini Rusiya daha çox qiymətləndirməlidir: "Moskva bilir ki, sanksiyalara qoşulmamışıq, Qərb koalisiyasında iştirak etmirik, bölgədə onun maraqlarına kəskin şəkildə mənfi təsir edəcək addımlar atılmır. Ona görə də biz hələ də ümidliyik ki, istintaqın yekununda Rusiya təyyarə hadisəsi ilə bağlı məhz müttəfiqliyə yaraşan mövqedən çıxış edəcək. Əgər bunu etməyəcəksə, o zaman 22 fevral sənədi getdikcə önəmini itirməyə, münasibətlər soyuq səviyyədə qalmağa davam edəcək”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yasamalın icra başçısı qanunları belə pozdu - FOTOLAR
Bu gün, 05:50
Sərdar Cəlaloğludan Ayaz Salayevə SƏRT SÖZLƏR - "Rusu gözümüzə soxma..."
Bu gün, 05:45
"Sosial şəbəkələrdə yazırlar ki, evdən dəstək var" - VİDEO
Bu gün, 05:19
"İsa Qəmbər LGBT-nin nə olduğunu bilmir?" - Tənzilə Rüstəmxanlı
Bu gün, 05:13
Britaniya fevralın 24-də Ukraynaya yeni yardım paketini açıqlayacaq - “Daily Telegraph”
Bu gün, 05:05
Agentliyin 2,4 milyonluq tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 00:05
“Arkoz İnşaat Şirkəti”nin 107 min manata yaxın - VERGİ BORCU VAR
Bu gün, 00:02
Paris-İrəvan hərbi əməkdaşlığı müzakirə edildi
Dünən, 21:56
Ermənistan təmas xəttindən çox uzaqlarda mina yerləşdirib - XİN
Dünən, 21:49
İrəvan Bakının tələbləri ilə razılaşdı: Paşinyan vaxt qazanır? - AKTUAL
Dünən, 19:00
Konstitusiya dəyişikliyi Azərbaycan və Ermənistanı sülhə yaxınlaşdıra bilər - GÖZLƏNTİ
Dünən, 18:58
Ukrayna təbii sərvətlərə dair saziş layihəsini ABŞ-yə göndərib - TASS
Dünən, 18:07
Putin yenə “Oreşnik”dən danışdı: - Günəşin temperaturu...
Dünən, 18:06
Türk millətinin bir adı, bir dili var, o da bəllidir - Akif Aşırlı
Dünən, 18:03
İrəvan məhkəməsi Merdzavanda atışma işi üzrə beşinci fiqurantı həbs edib - TƏFƏRRÜAT
Dünən, 18:00
Azərbaycan Ordusunda psixoloqlarla növbəti təlim keçirilib
Dünən, 17:55
Xaçmazın icra başçısı 15 yaşı tamam olan şəhid övladı ilə görüşüb - FOTO
Dünən, 17:52
Son bir ildə əsas ərzaq məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 17:49
İrəvan Qərbə ümidini itirir, sülh masasına qayıdır: - Ermənistanın taleyi artıq Bakıda həll olunur
Dünən, 17:47
“Sahibkar açdığı şadlıq sarayının adını əcnəbi dildə “palace” yazır” - ETİRAZ
Dünən, 17:42
Zelenski ABŞ-nin yaratdığı "canavardır" - "Axios"
Dünən, 17:35
Azərbaycan mediasına kiberhücum - “Global Media Group”u kimlər hədəfə alıb?
Dünən, 17:26
“İcra hakimiyyətində adımızı “problemli qazilər” qoyublar” - NARAZILIQ VAR...
Dünən, 17:21
Aİ Ermənistana müdafiə qabiliyyətini artırmaq üçün Avropa Sülh Fondundan yeni tranş ayırmağa hazırlaşır - DETALLAR
Dünən, 17:11
Avtoqəza ilə bağlı məhkəmədə işi olanların nəzərinə - Ali Məhkəmədən qərar
Dünən, 17:09
“Rus dilini bilən kadrlara ehtiyac azala bilər” - deputat
Dünən, 17:02
"Abbas öz sənətindədir, mən öz sənətimdə..."
Dünən, 16:57
Revanşist Qukasyan ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib - KİV
Dünən, 16:50
Tramp məcburetmə əməliyyatına başlayıb: - Zelenski ABŞ-dan niyə uzaqlaşır?
Dünən, 16:39
İtaliyadan Azərbaycanla bağlı qətnamə: Niyə bizsiz qəbul olundu? - DOSTLUĞUMUZ POZULUB?
Dünən, 16:36
"Mənim körpə nəvələrim artıq 4 ildir ki, ac-yalavac yaşayır..." - Şəhid anasından PREZİDENTƏ MÜRACİƏT
Dünən, 16:31
Qara dənizdə "Natiq Əliyev” tankeri yük gəmisi ilə toqquşub - AÇIQLAMA
Dünən, 16:20
Zelenskinin hələ də “kükrəməsi” daha çox Avropanın digər ölkələri ilə bağlıdır... - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:12
Bakı Moskvaya mesaj verir ki, biz dost, müttəfiq ola bilərik... - amma mən sənin kiçik qardaşın deyiləm
Dünən, 16:09
Dövlətə xəyanətdə ittiham edilən Bəhruz Səmədovun məhkəməsi başlayıb
Dünən, 16:00
Təranə Qumral: “Könülə mənlə danışmağa icazə vermirlər” - VİDEO
Dünən, 15:57
Şahin Bağırov onu rəis təyin etdi - ƏMR
Dünən, 15:56
Hərbi attaşelər Aviasiya Təmir Zavodunda olublar
Dünən, 15:54
SOCAR-da bu nə BAZARDIR... BU NƏ YIĞIMDIR? - "Bu məsələlərlə bağlı şikayətlər olsa da..."
Dünən, 15:52
“Nisə haqda danışmağıma peşman oldum, sağ ikən gəlsin, öləndə yasıma onsuz da gələcək”
Dünən, 15:47
“Melissa Park”a xəbərdarlıq edildi – Sakinlərin hüquqları pozulub
Dünən, 15:46
Qaib yazılmır, axşam dərsləri ləğv edilib - Qarlı havada universitetlərdə...
Dünən, 15:19
Nikol bu şəhər uğrunda savaşa başladı: - xüsusi təyinatlılar yeridir
Dünən, 15:15
“Nar” “Böyük Qayıdış” mövzusunda rəsm müsabiqəsi keçirib - FOTO
Dünən, 15:09
"Mənim dediklərimi kim necə anlayır, özü bilər" - Ayaz Salayev
Dünən, 15:04
Nazirlik “Grand Hotel”in sahibi ilə 1,2 milyonluq yeni müqavilə imzaladı – Ofis icarəyə götürüb
Dünən, 15:02
DİN əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparır, müraciətlərə çevik reaksiya verir
Dünən, 15:00
"Paşinyan mənim ideoloji və sinfi düşmənimdir..." - Mxitaryan
Dünən, 14:58
"Veysəloğlu" qazi və veteran əməkdaşlarına sayca 10-cu seminarı təşkil etdi - FOTO
Dünən, 14:43
Ayaz Salayevin çıxışı sübut elədi ki, təhlükə realdır - RƏYLƏR
Dünən, 14:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru