![ÜZRÜNÜ GÖZLƏDİYİMİZ Kremldən ikibaşlı AÇIQLAMA ÜZRÜNÜ GÖZLƏDİYİMİZ Kremldən ikibaşlı AÇIQLAMA](https://diaaz.space/uploads/posts/2025-02/thumbs/1739537521_0001.jpg)
Azərbaycan aviaşirkəti AZAL-ın təyyarə faciəsindən Rusiya və Azərbaycan arasında münasibətləri pisləşdirmək üçün istifadə cəhdləri uğursuzluğa məhkumdur.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
Diplomat qeyd edib: "Təyyarə qəzası nəticəsində həm Azərbaycan, həm də bizim vətəndaşlarımız həyatlarını itirdilər, bu faciə həm orada, həm də bizdə dərindən hiss olunur. Amma buna baxmayaraq, bəziləri bunun üzərindən öz maraqlarını güdməyə çalışırlar. Xalqlar, xüsusən də ortaq tarix və regionda ümumi məsuliyyət zonasına sahib ölkələr arasında nifaq salmaq cəhdləri uğursuz olacaq".