![Paşinyanın istefası prosesinə başlayırlar Paşinyanın istefası prosesinə başlayırlar](https://diaaz.space/uploads/posts/2025-02/thumbs/1739602915_888.png)
Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının keçmiş deputatı Ovik Ağazaryan yaxın vaxtlarda Baş nazir Nikol Paşinyanın istefası prosesinə başlamaq niyyətindədir.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Joqovurd” qəzeti məlumat yayıb.
Nəşr yazır ki, hazırda Ağazaryan etimadsızlıq prosesinə başlamaq üçün yeni yaratdığı partiyasının nümayəndələri ilə müxtəlif görüşlər keçirir, müzakirələr aparır.
Xatırladaq ki, fevralın 8-də Ovik Ağazaryan və onun hakim partiyadan xaric edilmiş həmkarı Akop Aslanyan yeni yaradılmış Vahid Milli Sosialist Partiyasının təsis qurultayı keçirilib.
Qurultayda çıxış edən Ağazaryan və Aslanyan bəyan ediblər: “Biz Nikol Paşinyanın yenidən seçilməsi və baş nazir olmasına imkan verməmək üçün mübarizə aparacağıq”.