"Azərbaycan-İran münasibətləri və əməkdaşlığı bundan sonra da ..." .....                     Manqurdlaşmış tatar .....                     "Xahiş edirəm, heç kim mənə Fyodr Tyutçevin şeirindəki məşhur misranı xatırlatmasın" .....                     Azərbaycana hücum cəhdi iflasa uğradı .....                     Rəsmi Bakıdan Paşinyanın sərsəmləmələrinə .....                     “AS Group”un rəhbərliyində dəyişiklik olub .....                     Qaz bahalaşır, neft ucuzlaşır .....                     Qızılın qiyməti tarixi rekordunu yenilədi .....                     NƏ BAŞ VERİR: Azərbaycanda unun topdansatış qiyməti bahalaşdı .....                     "KQB" arxivləri ilə agentura şəbəkəsini səhv salırlar" .....                     Rusiyanın baş casusu olduğu deyilən Ramiz Mehdiyevdən AÇIQLAMA .....                     Baboşun fanatı Emin Hüseynovun içki şirkətində yoxlamalar başlandı .....                     Sülh sənədinin imzalanması Paşinyandan asılı məsələ deyil .....                     25 il stajı olan və heç bir qüsuru olmayan işçiyə RƏDD CAVABI VERİLİRSƏ... .....                     AZAL və İsrailin "El Al" aviaşirkəti kod-şer razılaşması imzalayıb .....                     “Yaxın zamanlarda sorosçu və fetoçuların da şəbəkələri ifşa olunacaq” .....                     “Azpulmat” müştərilərinə qarşı dələlduzluq edir?.. .....                     Azərbaycanda insan gec yetişir... .....                     Üç il əvvəl itkin düşən hindistanlı turistin qalıqları tapılıb .....                     “Hamı özünə pulla pensiya düzəldirdi, Sahil Babayev bu sahəni dəyişdi, indi korrupsiya yoxdur” .....                     Bu şəxslərin güzəştli şərtlərlə əmək pensiya çıxmaq hüququ var... .....                     Trampın Putinə zəngində gizlədilən məqam: Moskvanın iki yolu var .....                     Paşinyan təsəlli tapmaq üçün Makronun yanına uçdu .....                     Düşməni Qarabağdan İT KİMİ QOVANA... Göyçayda İTTUTAN vəzifəsi rəva görülür... .....                     DTX dövlətə xəyanət etmiş Azər Bağırovu İordaniyadan Azərbaycana gətirib .....                     "Çox istərdim ki, televiziyalarımızda qeybət yox, sənət göstərilsin" .....                     Bakıda yeni Qənimətlər Parkı yaradılacaq... .....                     Ağ Ev SSRİ-ni dağıdan “silahı” sıradan çıxarır .....                     Yediyimiz YAĞDAN xəbəriniz varmı? .....                     Mehin Hümbətova Türkiyədə mükafat aldı .....                     Artıq bu şəbəkəyə DÖVLƏT müdaxilə etməlidir... .....                     Zatulin də “xor”a qoşuldu, Bakıdan ona şillə kimi cavablar... .....                     Dənizdə qalan neftçilər HARAY ÇƏKDİ .....                     Direktorların sertifikasiyaya cəlb olunması təhsil sisteminə nə qazandıracaq? .....                     Moskva bəyannaməsinə yenidən baxıla bilər .....                     İrəvanda hakimiyyət dəyişikliyi ssenarisi .....                     Kənd təsərrüfatı təyinatlı torpaqda QƏSSABXANA TİKİRLƏR .....                     Putin Bakıdan nə istəyir? .....                     Ermənistan böyük hücuma hazırlaşır? .....                     Tanqo iki nəfərlik rəqsdir .....                 

Paşinyanın əsl niyyətini ört-basdır edən məqaləsinə CAVAB - AKTUAL
Tarix: Dünən, 22:29 | Çap et
Paşinyanın əsl niyyətini ört-basdır edən məqaləsinə CAVAB
Ermənistanın Baş naziri Nikol Paşinyan “Armenpress” agentliyində geniş məqalə dərc edib.

“Cebheinfo.az” xəbər verir ki, Paşinyan Ermənistanın Azərbaycana hərbi hücuma hazırlaşdığına dair ittihamları təkzib edərək regionda davamlı sülhün bərqərar olması üçün geniş proqram təqdim edib.

Nikol Paşinyan Ermənistanın 6 oktyabr 2022-ci il tarixli Praqa razılaşmasına mütləq sadiqliyini vurğulayıb. O bildirib ki, həmin sənədlə Almatı Bəyannaməsinə əsasən, hər iki ölkə keçmiş sovet respublikalarının sərhədləri daxilində bir-birinin ərazi bütövlüyünü tanıyır.
Məqalədə Ermənistanın hazırda Azərbaycanın nəzarətində olan 200 kvadrat kilometrə yaxın suveren ərazisi məsələsinə xüsusi diqqət yetirilir. Baş nazir İrəvanın mövqeyini açıq şəkildə belə ifadə edib:

"Bu ərazilər Ermənistanın beynəlxalq səviyyədə tanınan 29 743 kvadrat kilometr ərazisinin tərkib hissəsidir. Lakin onların qaytarılmasının hərbi yolla deyil, yalnız sərhədlərin delimitasiyası prosesi çərçivəsində həyata keçirilməsi planlaşdırılır".

Silahlı qüvvələrin modernləşdirilməsi proqramına toxunan Paşinyan xüsusilə qeyd edib ki, Ermənistan ordusu sırf ölkənin beynəlxalq səviyyədə tanınmış ərazisini qorumaq üçün islahatlar aparır və beynəlxalq sülhməramlı missiyalarda iştirak istisna olmaqla, onun hüdudlarından kənarda istifadə edilməyəcək. Eyni zamanda, hökumət başçısı Ermənistanın təhlükəsizliyinə Azərbaycandan qaynaqlanan real təhdidlərdən danışıb. O, Ermənistanın suveren ərazisinin 60 faizə yaxınının “Ermənistan Respublikasının nəzarəti altında olan ərazilər” adlandırıldığı Qərbi Azərbaycan anlayışını təhlükə kimi qiymətləndirib.

Gərginliyin azaldılması istiqamətində konkret addımlar kimi Baş nazir artıq Azərbaycan tərəfinə göndərilmiş bir sıra təşəbbüsləri təqdim edib. Onların arasında silahlanmaya qarşılıqlı nəzarət mexanizmlərinin yaradılması, sərhəd insidentlərinin birgə araşdırılması sisteminin formalaşdırılması, hər iki ölkənin əraziləri vasitəsilə qarşılıqlı dəmir yolu əlaqəsinin təşkili var.

Paşinyan, həmçinin sərhədlərin delimitasiyası üzrə ikitərəfli komissiyaların konstruktiv fəaliyyətini və hərbi əsirlərin problemləri üzrə komissiyaların bu yaxınlarda keçirilən iclasını misal çəkib.

Baş nazir sonda vurğulayıb ki, regionda eskalasiya üçün heç bir ilkin şərt yoxdur, əksinə, davamlı sülhün bərqərar olması üçün hər cür şərait yaradılıb. Onun sözlərinə görə, mərhələli eskalasiya siyasətindən əl çəkərək Ermənistanın yeganə alternativ hesab etdiyi institusional sülhün bərqərar olmasına keçmək lazımdır.

Qeyd edək ki, Ermənistanın sülhə hazır olması və müharibəyə hazırlaşmadığı barədə Paşinyanın iddialarının təhlili siyasi reallıqla uyğun gəlmir.

Paşinyan Praqa razılaşması ilə Almatı Bəyannaməsinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirir. Bununla da, Ermənistanın Baş naziri başqa dövlətə qarşı növbəti dəfə təcavüzkar müharibə etmək niyyətində olmadığını göstərməyə çalışır. Halbuki, Ermənistan tərəfi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hələ rəsmən tanımayıb. Praqa Bəyannaməsi niyyət xarakterli sənəd hesab olunur və Ermənistan qarşısında hüquqi-konstitusion öhdəlik yaratmır. İkincisi, Ermənistan Azərbaycanın dörd anklav kəndini (Barxudarlı, Sofulu, Yuxarı Əskipara, Kərki) işğal altında saxlamaqla de-yure Praqa Bəyannaməsini pozub.

Paşinyan Almatı Bəyannaməsinə istinad etməklə yalnız keçmiş Azərbaycan SSR-in sərhədləri daxilində ərazi bütövlüyünü tanımağa hazır olduğuna işarə edir. Ermənistanın Baş naziri bununla da 1991-ci il Almatı Bəyannaməsi imzalanan zaman mövcud olan sərhədləri əsas götürməyin vacibliyinə dair mesaj verir.

Bu, həm də keçmiş Ermənistan SSR-in 1991-ci ildə mövcud olmuş sərhədlərinin Azərbaycan tərəfindən dövlət sərhədi kimi tanınmasının vacibliyini vurğulayır. Halbuki, Ermənistan Ali Soveti 1989-cu il dekabrın 1-də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini özünə birləşdirmək barədə qərar qəbul etməklə Azərbaycanla mövcud olan inzibati sərhədləri ləğv edib.

Almatı Bəyannaməsi imzalananda Azərbaycanla Ermənistan arasında sərhəd xətti olmayıb. Ermənistan Almatı Bəyannaməsinin 3-cü bəndində əksini tapmış sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyünə hörmətlə yanaşılması prinsipindən imtina edib. Ona görə də Azərbaycanla Ermənistan arasında sərhədlər yenidən müəyyənləşməlidir.

Yalnız sərhədlərin delimitasiyası və demarkasiyası prosesi başa çatdıqdan sonra Paşinyan Ermənistanın ərazi bütövlüyündən danışa bilər. Almatı Bəyannaməsində 1991-ci ilə aid sərhədlərin əsas götürülməsinə dair hər hansı ifadə yoxdur. Həmin sənəddə yalnız “Sovet dövründə mövcud olmuş inzibati sərhədlər” ifadəsi var. Sovet dövrü isə 1920-ci ilin aprel ayından başlayaraq, 70 ildən artıq müddəti əhatə edir. Ona görə də delimitasiya və demarkasiya prosesində istənilən ilin xəritəsi əsas götürülə bilər.

Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyündən danışsa da, Ermənistan konstitusiyası bunun əksini göstərir. Ermənistan hökuməti konstitusiyanın preambulasında Azərbaycana qarşı ərazi iddiasının əks olunduğu Müstəqillik Bəyannaməsinə istinad hissəsini çıxartmaq üçün referendumun keçirlməsindən yayınır. Bu isə Praqa Bəyannaməsinin birbaşa pozulması deməkdir.

Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası başa çatmadan Paşinyan Ermənistan ərazisinin 29743 kv.km. olduğunu iddia edir. Halbuki, Praqa Bəyannaməsində Ermənistanın ərazi bütövlüyünün 29 min kv.km olduğu göstərilir. Sovet dövrünün son illərinə aid xəritələrdə bu göstəricinin 28743 kv.km olduğu qeyd edilir. Ona görə də Paşinyan 29000 rəqəminin səhv olduğunu etiraf edərək, 28743 kv.km-dən danışdı. İndi isə Ermənistan tərəfi yenidən saxtakarlığa əl ataraq ərazinin 29743 kv.km təşkil etdiyini bildirir. Bu yanaşmanın özü həm Praqa Bəyannaməsinə, həm də Paşinyanın sülh planına ziddir.

200 kv.km ərazinin Ermənistana aid olması barədə Paşinyanın dediklərinə gəlincə, bunun da hüquqi və siyasi əsası yoxdur. Birincisi, söhbət Laçın və Kəlbəcər istiqamətindəki yüksəkliklərdən gedir ki, həmin ərazilər sovet dövründə Azərbaycana məxsus olub. İşğal dövründə isə Ermənistan bu yüksəklilkləri qanunsuz olaraq ərazisinə qatıb. 2021 və 2022-ci illərdə keçirlən hərbi əməliyyatlar zamanı Azərbaycan sözügedən yüksəklikləri azad edib. İkincisi, sərhədlərin delimitasiyası yekunlaşmadığına görə Paşinyan bu ərazilərin Ermənistana aid olduğunu iddia edə bilməz.

Paşinyan həmin əraziləri sərhədlərin delimitasiyası çərçivəsində qaytarmaq istədiyini deməklə, dolayısı ilə 200 kv.km. ərazi uğrunda hərbi əməliyyatların altertnativ variant olduğuna eyham vurur. Bu isə Ermənistanın Azərbaycanla şərti sərhəddə, o cümlədən Kəlbəcər istiqamətində istehkamlar quraraq hərbi texnika cəmləməsinin məqsədlərinə aydınlıq gətirir.

Müşfiq Abdulla
“Cebheinfo.az”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Azərbaycan-İran münasibətləri və əməkdaşlığı bundan sonra da ..." - Prezident İlham Əliyev
Bu gün, 11:04
Manqurdlaşmış tatar - Vəliyev necə Valuyev OLUB...
Bu gün, 11:03
"Xahiş edirəm, heç kim mənə Fyodr Tyutçevin şeirindəki məşhur misranı xatırlatmasın" - deputat
Bu gün, 10:58
Azərbaycana hücum cəhdi iflasa uğradı - Qazaxıstanı hədəfə aldılar
Bu gün, 10:56
Rəsmi Bakıdan Paşinyanın sərsəmləmələrinə CAVAB
Bu gün, 10:50
“AS Group”un rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 10:42
Qaz bahalaşır, neft ucuzlaşır - Azərbaycanın gəlirləri necə olacaq?
Bu gün, 10:39
Qızılın qiyməti tarixi rekordunu yenilədi
Bu gün, 10:37
NƏ BAŞ VERİR: Azərbaycanda unun topdansatış qiyməti bahalaşdı – SON QİYMƏTLƏR
Bu gün, 10:35
"KQB" arxivləri ilə agentura şəbəkəsini səhv salırlar" - REAKSİYA
Bu gün, 10:26
Rusiyanın baş casusu olduğu deyilən Ramiz Mehdiyevdən AÇIQLAMA - "Axmaq-axmaq söhbətlər yayırlar..."
Bu gün, 10:23
Baboşun fanatı Emin Hüseynovun içki şirkətində yoxlamalar başlandı - İçkilərin satışı dayandırıldı
Bu gün, 10:20
Sülh sənədinin imzalanması Paşinyandan asılı məsələ deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:15
25 il stajı olan və heç bir qüsuru olmayan işçiyə RƏDD CAVABI VERİLİRSƏ... - İcazə verin şübhələnək...
Bu gün, 10:11
AZAL və İsrailin "El Al" aviaşirkəti kod-şer razılaşması imzalayıb
Bu gün, 09:59
“Yaxın zamanlarda sorosçu və fetoçuların da şəbəkələri ifşa olunacaq” – “Onlar ən urvatsız nazirlər olublar...”
Bu gün, 09:57
“Azpulmat” müştərilərinə qarşı dələlduzluq edir?.. - BU NƏDİ BELƏ?..
Bu gün, 09:52
Azərbaycanda insan gec yetişir... - Aqşin Yenisey
Bu gün, 09:49
Üç il əvvəl itkin düşən hindistanlı turistin qalıqları tapılıb - ona məxsus əl çantası, bank kartları və...
Bu gün, 09:47
“Hamı özünə pulla pensiya düzəldirdi, Sahil Babayev bu sahəni dəyişdi, indi korrupsiya yoxdur” - Əkrəm Həsənov BELƏ DEYİR...
Bu gün, 09:45
Bu şəxslərin güzəştli şərtlərlə əmək pensiya çıxmaq hüququ var... - Ekspert danışır...
Bu gün, 09:41
Trampın Putinə zəngində gizlədilən məqam: Moskvanın iki yolu var - AKTUAL
Bu gün, 09:34
Paşinyan təsəlli tapmaq üçün Makronun yanına uçdu – Erməni nəşri
Bu gün, 09:30
Düşməni Qarabağdan İT KİMİ QOVANA... Göyçayda İTTUTAN vəzifəsi rəva görülür... - AXI NİYƏ?..
Bu gün, 09:17
DTX dövlətə xəyanət etmiş Azər Bağırovu İordaniyadan Azərbaycana gətirib - TƏFƏRRÜAT
Bu gün, 09:11
"Çox istərdim ki, televiziyalarımızda qeybət yox, sənət göstərilsin" - ETİRAZ VAR...
Bu gün, 09:09
Bakıda yeni Qənimətlər Parkı yaradılacaq... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:04
Ağ Ev SSRİ-ni dağıdan “silahı” sıradan çıxarır – Diqqətçəkən Bakı detalı
Bu gün, 09:00
Yediyimiz YAĞDAN xəbəriniz varmı? - Hətta “kənd yağı” adı altında...
Bu gün, 08:56
Mehin Hümbətova Türkiyədə mükafat aldı - FOTO
Bu gün, 08:54
Artıq bu şəbəkəyə DÖVLƏT müdaxilə etməlidir... - ÇÜNKİ...
Bu gün, 08:50
Zatulin də “xor”a qoşuldu, Bakıdan ona şillə kimi cavablar... - Bu köpək hürmək üçün marıqda yatıbmış...
Bu gün, 08:39
Dənizdə qalan neftçilər HARAY ÇƏKDİ - "21 gündür işdəyik... yeməyimiz... siqaretimiz bitib..."
Bu gün, 08:35
Direktorların sertifikasiyaya cəlb olunması təhsil sisteminə nə qazandıracaq? - AKTUAL
Bu gün, 08:26
Moskva bəyannaməsinə yenidən baxıla bilər - GƏLİŞMƏ
Bu gün, 08:22
İrəvanda hakimiyyət dəyişikliyi ssenarisi – Paşinyana iki pis xəbər
Bu gün, 07:34
Kənd təsərrüfatı təyinatlı torpaqda QƏSSABXANA TİKİRLƏR - NARAZILIQ VAR...
Bu gün, 07:31
Putin Bakıdan nə istəyir? - Son “kart” işə salındı
Bu gün, 07:24
Ermənistan böyük hücuma hazırlaşır? – Sabiq dövlət müşaviri açıqlayır
Bu gün, 07:21
Tanqo iki nəfərlik rəqsdir - Trampdan Putinə ismarış
Bu gün, 07:18
Rusiya savaş zamanı hərbi xidmətdən azadolunma şərtlərini ağırlaşdırır - Sifilis və psixi pozulmalar
Bu gün, 02:30
DSMF qanunları NECƏ RAM EDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 02:25
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi Ağ Evdə imzalana bilər: - Tramp niyə buna çalışır?
Bu gün, 02:16
Kremldən təlimat alaraq ölkəmiz haqqında bəzi "hürən" və "zingildəyən" şəxslər var - HƏQİQƏTƏN DƏ...
Bu gün, 02:11
Ölümə aparan oyun: Uşaqları necə qoruyaq? - AKTUAL
Bu gün, 02:07
Avropa İnvestisiya Bankı Ukraynaya 2 milyard dollar ayırdı
Bu gün, 02:05
Çimnaz Sultanovanın Xalq artisti ilə səmimi görüntüləri - VİDEO
Bu gün, 00:34
Məktəb direktoru ÖZBAŞINA QALIB... - nə qanun bilir, nə də...
Bu gün, 00:30
Bakı-Moskva qarşıdurması: Regionda yeni geosiyasi oyun başlayır? - NƏ ETMƏLİ?
Bu gün, 00:21
"Onlar işlənmiş əski parçası kimi bir kənara atılacaqlar" - deputat
Bu gün, 00:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru