![Xarici təşkilat Azərbaycandan niyə qovuldu? Xarici təşkilat Azərbaycandan niyə qovuldu?](https://diaaz.space/uploads/posts/2025-02/thumbs/1738833506_0001.jpg)
Bəs deyirdilər, Qərb mətbuatı müstəqildir və özünü tam maliyyələşdirir. Hətta Amerika, Avropa strukturları Azərbaycanı tənqid edirdi. Deyirdilər, Azərbaycanda dövlət mediaya dəstək verməsin. Onda media müstəqilliyini itirir və sair.
Amma budur, sən demə, Politico kimi bir media orqanı ABŞ dövlətindən maliyyə alırmış.
Donald Tramp hakimiyyətə qayıdandan sonra Politico da qara günlərini yaşamağa başladı. Çünki Dövlət Effektivliyi Departamentinin rəhbəri İlon Mask bu qəzetə ayrılan pulların kəsilməsinə qərar verib.
Bəs Politico bu maliyyəni necə alırdı? Həmin o USAİD vasitəsilə.
Təşkilatın tam adı belədir: ABŞ Beynılxalq İnkişaf Agentliyi.
Bu Agentliklə baş verənlər məlumdur: Tramp onun proqramlarını dayandırıb. Onlarla işçisi məzuniyyətə göndərilib. Araşdırmalar tam sürətlə davam edir. İlon Mask bu təşkilatı "cinayətkar şəbəkə" adlandırıb.
Azərbaycanda bu şəbəkənin fəaliyyəti 2024-cü il iyunun 1-dən dayandırılmışdı. İnformasiya agentliklərində yayılan məlumatlara görə, bu barədə xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanlı həmkarı ilə birgə mətbuat konfransında məlumat vermişdi. Nazir belə demişdi: “USAİD-in Azərbaycanda təmsilçiliyinin də heç bir əsası yoxdur. Onların (USAİD) fəaliyyətinin tam olaraq dayandırılmasının vaxtı yetişib".
Bu gün isə XİN daha bir məlumat yayıb. Məlumatda bildirilib ki, USAİD-in fəaliyyətinin Azərbaycanda dayandırılnası ilə bağlı ABŞ-a bildiriş göndərilib.
ABŞ-ın özündə isə bu təşkilatın ləğvinə hazırlıq gedir. Onu Dövlət Departamenti ilə birləşdirib, işçilərinin bir hissəsini ixtisar etmək istəyirlər.
Azərbaycan, belə görünür ki, USAİD-lə bağlı ABŞ hökumətinin özündən də əvvəl qərar verib. Bu da ABŞ-ın əvvəlki administrasiyasının həmin təşkilat vasitəsilə suveren dövlətlərdə təsir agenturaları qurmasından irəli gəlir. O cür təsir agentləri şəbəkəsi dövlət hakimiyyətini ələ keçirəndə nələr baş verir, bunu Ukraynanın acı təcrübəsində artıq gördük, görürük. Oxşar ssenarini Gürcüstanda da təkrarlamaq istədilər, alınmadı. Bu cür kədərli, dağıdıcı perspektivlərdən qaçmaq üçün Azərbaycan hökuməti bir sıra preventiv addımlar atmlşdı. Düz də eləmişdi. Həmin məlum şəbəkələrə rəsmi Bakı tam vaxtlnda öz yerlərini göstərdi. Azərbaycanın DEMONOKRATİYA eksperimentləri üçün poliqon olmadığını anlatdı. İndi Ermənistan düşünsün. Çünki bu ölkədə əvvəl Rusiyanın "dotasiya hakimiyyəti" vardı, o devriləndən sonra yerində Corc Soroc adına "qrant hökuməti" qurulmuşdu. USAİD isə Ermənistanda baş tacı edilmişdi. Ermənistandakı inqilab da, İlon Maskın sözləri ilə desək, bu "cinayətkar" donor şəbəkələrinin əsəridir. Eynisini Bayden administrasiyası bütün keçmiş Sovet məkanına yaymağa çalışdı, amma gücü və siyasi ömrü çatmadı. Əvəzində Donald Tramo gəlib və USAİD kimi təşkilatları Baydenin dalınca göndərir.
Azərbaycanda çox tez-tez belə tənqidi fikirlər deyilir ki, Azərbaycan xarici qrantlardan imtina edir, amma bu pullar Ermənistana, Gürcüstana axır. Faktlar, rəqəmlər də göstərirlər.
Doğrudur, burda yalan yox. Ermənistana və Gürcüstana daha çox xarici qrantlar verilirdi. Amma baxın, bu gün Ermənistan baş nazirini Amerikada saya salan olmadı. Tramp onu heç həndəvərinə buraxmayıb. "Strateji tərəfdaş" Vaşinqtona gəlir, ancaq Amerika rəsmiləri heç onun üzünə də baxmır. Həmin o "cinayətkar şəbəkə"nin maliyyəsi ilə qurulan bir hakimiyyətə başqa nə münasibət olacaqdı ki?!
Ermənistan Trampın necə bir siyasət izləyəcəyini bilmir, onunla kontakt qura bilmir, hökumət tikan üstündə oturub. Gürcüstanda yaşananları isə hamı görür; ölkə uçurumun kənarından qayıtdı. Hələ də daxili gərginlik tam keçib getməyib.
Bu da xarici qrantların xeyri!
Beləliklə, Azərbaycanın vaxtlnda və doğru qərar verdiyi bir daha təsdiqləndi. Bir suveren ölkənin daxili siyasətinin xaricdən maliyyələşdirilməsi çox ağır fəsadlar törədir. Bunu başqalarının faciəli təcrübələri də dəfələrlə göstərib. Elə Azərbaycanın özündə də dövləti içəridən sarsıtmağa çox cəhdlər olub. Hətta Azərbaycanın daxilində terror şəbəkələrini belə maliyyələşdirmişdilər. Ölkənin şimalında yeraltı bunkerləri "Meşə qardaşları" terror qruplaşması öz daxili imkanları ilə tikib?! Yoxsa silahları terrorçular atalarının pensiya kartı ilə alıb?! Pulu kimlər verib, bu qanlı, cinayətkar "musiqini" kimlər sifariş edib, məlumdur. Dövlət Təhlükəsizliyi Xidmətinin və Daxili İşlər Nazirliyinin birgə apardığı sonuncu uğurlu əməliyyat xeyli gerçəkləri ortaya qoydu. Bütün detalları isə istintaq aşkara çıxaracaq.
Ölkənin qan damarlarında başqa dövlətlərin, xarici kəşfiyyatların "siyasi" maliyyəsi dolaşanda nələr olur, necə fəlakətlər baş verir, məncə, hamı görür. Ona görə də, düşünürəm və əminəm ki, Azərbaycan dövləti bu istiqamətdə doğru olanları edir. Həm də bunu təkcə Azərbaycan etmir; hər normal dövlət öz siyasi təhlükəsizliyini xarici müdaxilədən qorumağa çalışır. Kim bunu bacarırsa, dözür, dayanır, inkişaf edir, kim bacarmırsa, daxildən dağılıb çökür.
Azərbaycan birincilərdəndir.
Tarixdən üzübəri bir həqiqət var: uğurlu dövlət iki faktor üzrərində mümkündür. Biri sabitlik, biri isə inkişafdır. Bunlar bir-birinin həm səbəbi, həm nəticəsidir. Başqa cür olmur.
Bahəddin Həzi, bizimyol.info