![Putin "Roskosmos"a yeni baş direktor təyin edib Putin "Roskosmos"a yeni baş direktor təyin edib](https://diaaz.space/uploads/posts/2025-02/thumbs/1738831109_777.jpeg)
"Roskosmos"un baş direktoru Yuri Borisov vəzifəsindən azad edilib. APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb.
RF prezidentinin digər fərması ilə "Roskosmos"a Dmitri Bakanov yeni baş direktor təyin edilib.
39 yaşlı Bakanov indiyə qədər Rusiya nəqliyyat nazirinin müavini vəzifəsində çalışıb.