Özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan şəxslərdir - İTTİHAM VAR...
Millət vəkilləri telekanallarda həkimlərin reklamına qarşı çıxıb. Yaxşı həkimin reklama ehtiyacı olmadığını qeyd edən millət vəkilləri Azərbaycanda həkim reklamının qadağan olunmasını təklif edib. Milli Məclisin yaz sessiyasında çıxış edən Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib ki, bir sıra televiziya kanallarında şou proqramlarında, tibbi xidmətlərin, ayrı-ayrı həkimlərin və klinikaların heç bir reklam normalarına uyğun olmayan reklam edilməsi göz önündədir:
“Reklam edilməsi bir tərəfə, görürsən ki, şou proqramların sponsorluğunu da həkimlər edirlər. Bunun da olduqca mənfi nəticələri ortaya çıxır. Biz tibb sektorunda xidmətlərin reklamına qarşı deyilik, ancaq reklamın müəyyən çərçivələri, normaları var. O cümlədən tibbi deontologiya və tibbi etika da gözlənilməlidir. Son dövrlərdə bir çox ölüm, ağırlaşma hallarının baş verməsində, xüsusilə plastik cərrahiyə, bədən şəkilləndirmə, mədə kiçiltmə əməliyyatlarında yaşanan hallarda bu reklamların, şou proqramların mənfi təsiri var. Bunların çoxunun tibbi göstərişi də yoxdur. Ümumiyyətlə, həkimlərin şəxs olaraq reklam edilməsi, dünyanın heç bir ölkəsinin reklam praktikasında yoxdur”.
Deputat Aqil Abbas da təklif edib ki, yaz sessiyasının qanunvericilik işləri planına “Reklam haqqında” qanuna dəyişikliklər daxil edilsin:
"Sovet hökuməti dövründə heç bir həkimi qəzetdə tərifləməyə icazə yox idi. Jurnalistlər həkim haqqında xoş söz yazanda belə onu cəzalandırırdılar. Bu gün televiziyada bütün şou proqramlarda həkimlərin və dərmanların reklamı gedir. Buna bir əncam çəkmək lazımdır. Bu gün hərəsi bir yerdən diplom alanların, gedib Harvardda filan kurs keçənlərin reklamı gedir. Bu dərəcədə həkim reklamı düzgün deyil. “Reklam haqqında” qanuna yenidən baxılsın. Bu, televiziyalara böyük ziyan vuracaq. Çünki özəl kanallar arvad davası və həkim, dərman reklamı ilə dolanır”.
Qeyd edək ki, hazırkı qanunvericiliyə görə, həkimlərin efirdə reklamına məhdudiyyət yoxdur. Qanunvericilikdə bu məsələ "Reklam haqqında" qanunun 29-cu maddəsi ilə tənzimlənir: "Dərman vasitələrinin, tibbi təyinatlı texnikanın və məmulatların, tibbi xidmətlərin reklamı" ilə bağlı maddədə qeyd edilib ki, hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağandır. Buraya donor orqanların reklamı da aiddir. Həmçinin kütləvi müalicəvi seansların, hipnoz metodlarının, psixi və bioenerji təsirlərin müalicəvi xassələrinin reklamına yol verilmir".
Göründüyü kimi, qanunvericilik həkimlərin efirlərdə reklamını qadağan etmir.
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə “Sherg.az”a açıqlamasında dünyanın hər yerində həkimlərin reklamının birmənalı olaraq qadağan olduğunu deyib: “İnsanların sağlamlığı məsələsi milli strateji məsələdir. Amma bu gün həkimlər televiziyaya çıxıb özünü reklam edirlər. Televiziyalarda danışan həkimlər haqqında neqativ fikirlər demək istəmirəm. Kimin kim olması hər kəsə bəllidir. Biz onların istedadına da, gücünə də bələdik. Çox təəssüflər olsun ki, "N1” adlandırılan həkimlər savadına görə axırıncı sıralarda dayanan insanlardır. Kanallarda reklamı aparılan, özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan, anatomiyadan xəbəri olmayan şəxslərdir. Təəssüf ki, camaat buna inanır və reklama uyur. Reklamı güclü gedən həkimə tələbat artır və bu da həmin həkimi məşhurlaşdırır, qəbul qiymətini artırır. Bizim millət belə reklamlara, qəbulu baha olan həkimə daha çox inanıb etibar edir. Hansısa həkim çıxıb deyir ki, bu mənim öz müalicə üsulumdur. Sən kimsən axı, öz üsulun da ola?! Həkim hər hansı xəstəlikdən danışa, onun müalicə prosesindən çəkiliş edə bilərlər. Amma onları efirə çıxardıb pul xatirinə reklam etmək insanların sağlamlığına da təhdiddir. Müalicə metodunun reklamı ayrıdır, bu, informasiya xarakterlidir. Ancaq bu həkimə gəlin, bu, respublikada bir nömrəli ginekoloqdur, nə bilim, qulaq həkimidir... Belə reklam biabırçılıqdır. Bilinir ki, söhbət nədən gedir".
İcbari tibbi sığortanın həkimlə xəstə arasında münasibətləri tənzimləyən sistem olduğunu xatırladan həkim deyib ki, bütün həkimlər növbəli şəkildə xəstələrə baxsa, bir sıra həkimlərin reklamına ehtiyac qalmayacaq. Bu sahədəki problemləri görmək lazımdır, bununla bağlı məsələlər müzakirə olunmalıdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Həbsdəki general 12 milyon 415 min ödəməsinin nəzərə alınmasını istəyir - GƏLİŞMƏ
Bu gün, 12:44 |
|
|
|
• 1 milyon mənimsəmədə ittiham olunan Raqif Abbasov hakim önündə: Azadlıqdadır... - TƏFƏRRÜAT
Bu gün, 12:43 |
|
|
|
• Dünyada taxılın bahalaşması Azərbaycana da təsir göstərəcək - NƏ ETMƏLİ?
Bu gün, 12:40 |
|
|
|
• Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK – Yaşayış yerini dəyişən valideynlər NƏ ETMƏLİDİRLƏR?
Bu gün, 12:38 |
|
|
|
• Burda doğru danışana TƏZYİQ EDİRLƏR... - AXI NİYƏ?..
Bu gün, 12:36 |
|
|
|
• "Atam hələ xəstəxanadadır" - AÇIQLAMA
Bu gün, 12:26 |
|
|
|
• Əmlak Xidmətinin 5.5 milyonluq tenderinə “stop” qoyuldu
Bu gün, 12:24 |
|
|
|
• "Hazırda vəziyyətim çox pisdir, maddi imkanım acınacaqlıdır..." - GİLEY
Bu gün, 12:20 |
|
|
|
• Aİ ilə əməkdaşlığı inkişaf etdirməyi planlaşdırırıq - Ovannisyan
Bu gün, 12:16 |
|
|
|
• Bakıdan Pezeşkiana siqnal göndərildi – “Həmin qüvvələr…”
Bu gün, 12:11 |
|
|
|
• Bakıda “Rus Evi”nin yerləşdiyi binanın üzərində adın rus dilində yazılması ilə bağlı tədbirlər görüləcək - AÇIQLAMA
Bu gün, 12:08 |
|
|
|
• Ermənistanın salamat olmasını istəyiriksə, bunu etməliyik - Paşinyan
Bu gün, 12:06 |
|
|
|
• “Təhsil deyil, biznesdir” – Elvin məktəblərdən gileyləndi
Bu gün, 11:50 |
|
|
|
• Suriyanın yeni lideri Türkiyəyə arxa çevirir? - “Regnum”
Bu gün, 11:47 |
|
|
|
• Gömrük generallarının pensiya QALMAQALI – Büdcəyə vurulan zərər GERİ ÖDƏNİLƏCƏK?
Bu gün, 11:40 |
|
|
|
• İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması üçün səylər davam etdirilir - Ermənistan XİN
Bu gün, 11:37 |
|
|
|
• "Baku Network"un rəhbəri “Valday” klubunun Yaxın Şərq konfransında çıxış edəcək
Bu gün, 11:24 |
|
|
|
• “ABŞ Ermənistanda çevrilişin qarşısını aldı..." - “Armtimes”
Bu gün, 11:21 |
|
|
|
• "Mənim Ali Məhkəmənin sədri olduğum dövrdə ölüm cəzası qərarı verilməyib" - Tahir Kərimli
Bu gün, 11:15 |
|
|
|
• Aİ ölkələrinin hamısı Trampa qarşı çıxdı
Bu gün, 11:12 |
|
|
|
• Parlamentdə yeni TƏYİNAT - FOTO
Bu gün, 11:11 |
|
|
|
• İrəvandan açıqlama: - “Sülh sazişinin imzalanmasına çox yaxınıq”
Bu gün, 11:07 |
|
|
|
• "İmam Əli Mərkəzi" casus yuvasıdır - Nazir
Bu gün, 11:06 |
|
|
|
• Qızı vermədilər, oğurladılar - İmişlidəki olayın TƏFƏRRÜATLARI
Bu gün, 11:01 |
|
|
|
• Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
Bu gün, 10:58 |
|
|
|
• AZAL-ın təyyarəsinin qəzaya uğrama səbəbinin araşdırılması üzrə ilkin hesabat yaxın günlərdə açıqlanacaq - Nazir
Bu gün, 10:51 |
|
|
|
• "Avroviziya" təmsilçimiz onlardan biri olacaq? - FOTO
Bu gün, 10:50 |
|
|
|
• Çin ABŞ məhsullarına tarif tətbiq edib
Bu gün, 10:39 |
|
|
|
• Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Bu gün, 10:38 |
|
|
|
• Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
Bu gün, 10:25 |
|
|
|
• "Bu, bir təsadüf deyildi" - VİDEO
Bu gün, 10:10 |
|
|
|
• Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
Bu gün, 10:02 |
|
|
|
• Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaq - Paşinyan
Bu gün, 09:55 |
|
|
|
• Özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan şəxslərdir - İTTİHAM VAR...
Bu gün, 09:52 |
|
|
|
• Təhsildə nöqsanlar belə ört-basdır edilir... - MALƏSƏF...
Bu gün, 09:50 |
|
|
|
• Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb - VİDEO
Bu gün, 09:45 |
|
|
|
• Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? - ETİRAZ
Bu gün, 09:43 |
|
|
|
• "Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:40 |
|
|
|
• “AXC-nin iclasında təklif etdim ki, gəlin, Heydər Əliyevi Naxçıvandan Bakıya çağıraq” - Fəzail Ağamalı
Bu gün, 09:36 |
|
|
|
• Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... - TƏFƏRRÜAT
Bu gün, 09:29 |
|
|
|
• "Azərbaycan hər zaman türk dövlətləri ilə bütün sahələrdə inteqrasiyanın olmasına çalışıb" - Fazil Mustafa
Bu gün, 09:18 |
|
|
|
• "44 günlük müharibədə məğlubiyyət bizə bu imkanı verdi" - Paşinyan
Bu gün, 09:17 |
|
|
|
• Paşinyanın sirli ABŞ səfəri - Bakıya qarşı gizli plan...
Bu gün, 09:15 |
|
|
|
• Rusiyada yaşayan azərbaycanlılara hansı problemlər yaradacaq? - AKTUAL
Bu gün, 09:12 |
|
|
|
• İran Zəngəzur prosesindəki maneələri aradan qaldıracaq - Görünəni odur ki...
Bu gün, 09:10 |
|
|
|
• Köçəryanı qane edən Qarabağ təklifi – “Nə Əliyev, nə də Elçibəy razılaşdı, çünki…”
Bu gün, 09:04 |
|
|
|
• Gürcüstandan Azərbaycana ZƏRBƏ - Bakıdan etirazlar
Bu gün, 09:03 |
|
|
|
• Teatr Xadimləri İttifaqının sədri lotoreya reklamına çəkilib - BU NƏDİ BELƏ?..
Bu gün, 09:01 |
|
|
|
• Paşinyanın ələ keçirmək istədiyi Azərbaycan ərazisi – “Çox strateji yerdir…”
Bu gün, 08:59 |
|
|
|
• USAİD- təmizləyən ABŞ əslində öz DÖVLƏT NAMUSUNU qurtarmağa cəhd etmiş oldu... - FAKT BUDUR!
Bu gün, 08:56 |
|
|
|
|