Belarus Mərkəzi Seçki Komissiyası (MSK) bu il yanvarın 26-da keçirilən prezident seçkilərinin nəticələrini yekunlaşdırıb.
“Report” BELTA-ya istinadən xəbər verir ki, bununla əlaqədar MSK-nın iclası keçirilib.
"MSK-ya səsvermənin nəticələrinə dair protokollar təqdim edilib. Bunların əsasında ölkə üzrə seçkilərin nəticələri müəyyən edilib", - MSK sədri İqor Karpenko bildirib.
Komissiyanın iclasının nəticələrinə görə, Belarus Prezidenti vəzifəsinə Aleksandr Lukaşenko seçilib. Onun namizədliyinə 5 136 293 seçici səs verib. Bu da səsvermədə iştirak edən vətəndaşların 86,82 %-ni və ya yarısından çoxunu təşkil edib.