Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Son illər Azərbaycanda kosmetoloji prosedurlara tələbat artdığından bu xidməti göstərən “kosmetoloqlar”ın, estetik mərkəzlərin sayı artıb. Sözsüz ki, bu da qeyri-peşəkar kosmetoloqların və onların qurbanlarının sayını artırır. Bəs 3-4 aylıq kurs bitirməklə gözəllik salonlarında, estetik mərkəzlərdə həkim-kosmetoloq işləmək nə dərəcədə düzgündür? Müvafiq tibbi təhsili olmayan, insan anotomiyasını bilməyən şəxslərin gözəllik salonlarında qanla bağlı müxtəlif prosedurlar həyata keçirməsi mümkündür?
Lent.az bu suallar ətrafında araşdırma aparıb.
Qeyd edək ki, bu gün hər addımbaşı bir gözəllik salonu ilə qarşılaşırıq. Əslində bu, heç də pis deyil, üz-gözünə, saçlarına düzən vermək istəyən xanımlar bunun üçün uzaq məsafə qət etməli olmurlar. Ancaq pis olan odur ki, 3-5 ay ya hardasa kosmetoloq kursunu bitirən, ya da hansısa kosmetoloqun yanında bu sənətin sirlərini öyrənənlər bu gün salonlarda qanla bağlı müxtəlif prosedurlar həyata keçirirlər. Məsələn, plazma liftinq (PRP), lazer epilyasiya, xalların yandırılması, ləkələrin ağardılması, piqment ləkələrinin aradan qaldırılması, varikoz genişlənmənin qarşısının alınması, qırışların aradan götürülməsi, mezoterapiya, pilinq, botks, dodaqların təbii və süni gel ilə korreksiyası və s. kimi qanla əlaqədar, həmçinin bədənə yad maddələr yeridilən prosedurlar salonlarda gerçəkləşdirilir. Plazma liftinq proseduruna diqqət edək. Bu prosedur zamanı damardan 100-200 qram qan alınır və qanın trombositlərlə zəngin plazma (PRP) hissəsi götürülərək müalicə olunacaq bölgəyə vurulur. Bu zaman həmin bölgədəki hüceyrələr yenilənir. PRP saç tökülməsi zamanı, üzü gəncləşdirmək üçün, ayaq, çiyin, dizdəki kirəcləşmələr və s. zamanı istifadə olunan prosedurdur. Göründüyü kimi, bu zaman qan bədənin bir yerindən alınır və kənarda müxtəlif əməliyyatlar aparılaraq trombositlərlə zəngin plazma bədənin digər yerinə vurulur. Bu zaman proseduru düzgün həyata keçirmək üçün tibbi biliyin olması, bundan da əlavə gigiyenik qaydalara əməl edilməsi vacibdir. Ancaq etiraf edək ki, bu gün salonların əksəriyyətində bu şərait və tibbi personal yoxdur.
Apardığımız araşdırmalar əsasında bir sıra dövlətlərin təcrübələri ilə də tanış olduq. Əldə etdiyimiz məlumatlara görə, Rusiyada bu sahə kifayət qədər inkişaf edib. Həkim-kosmetoloq ixtisası rəsmi şəkildə ölkənin Səhiyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçib. Türkiyədə də kifayət qədər professional mütəxəssislər var. Hazırda Türkiyənin ən tanınmış ali təhsil ocaqlarında kosmetoloq olmaq üçün azı 3 il təhsil almaq şərtləri qoyulub.
Avropada isə kosmetoloq olmaq üçün mütləq müalicə işi üzrə ali tibbi təhsil almaq tələb olunur.
Bəs Azərbaycanda qanun nə deyir?
Azərbaycan Respublikasının Qanununa əsasən kosmetoloji iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nda “kosmetoloji” iş üzrə tibbi xidmətin göstərilməsi tibbin bir sahəsi kimi qeyd olunub:
“Burada tibbi kosmetologiyaya daxil olan estetik problemlər, onların korreksiyasına və profilaktikasına yönəlmiş, örtük toxumalarına müdaxilə ilə müşayiət olunan müxtəlif kompleks prosedurları nəzərdə tutulub. Tibbi kosmetologiyaya, cərrahi müdaxilələr istisna olmaqla (plastik cərrahiyyəyə aid olduğundan) konservativ və korreksion üsullar daxildir. Bu üsullara inyeksion prosedurlar, müxtəlif növ aparat kosmetologiyası (o cümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları, müalicəvi masaj üsulları, plazmoliftinq aid oluna bilər. Bu üsulların hamısı “kosmetoloji” işə aid olunduğundan müvafiq iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoveneroloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşmış keçmiş ali tibbi təhsilli mütəxəssislər məşğul olmaq hüququna malikdirlər”.
Lakin çox zaman bizdə xarici ölkələrdən fərqli olaraq adi qadın salonlarında "kosmetoloq” işləyən şəxslər çox zaman orta təhsilə malik olurlar. Mütəxəssislər isə deyir ki, kosmetoloq olmaq üçün farmakologiya, kimya, anatomiya, biokimya, dəri xəstəlikləri, onlara diaqnoz qoyulması və müalicə olunması sahəsində dərin biliklərə malik olmalıdır. Ali tibbi təhsili, kimya, biologiya, fizika və psixologiyadan ətraflı məlumatı olmadan necə kosmetoloq işləmək olar?
Fikirləşdik ki, bu suala ən yaxşı elə işin içində olan biri cavab verə bilər.
Bu səbəblə plastik cərrah Ülviyyə Ağazadəyə müraciət etdik.
O bildirib ki, həkim kosmetoloqlar əslində tibbi təhsilli dermatoveneroloqlar olmalıdırlar:
“Təbii ki, salon şəraitində kosmetoloji prosedurların aparılması çox təhlükəlidir. Nəinki pasiyentə iynə vurmaq, hətta adi maskanın edilməsi belə düzgün deyil. Çünki maskanın tərkibində belə allergen ola bilər, hansı ki pasiyentin bədəni buna əks-reaksiya göstərə bilər. Bu zaman əgər pasiyent şoka düşsə, salon şəraitində onu vəziyyətdən necə çıxarmaq olar? İnyeksiya, yəni iynə vasitəsilə həyata keçirilən, orqanizmə yad maddənin daxil olması ilə gerşəkləşən prosedurları gözəllik salonlarında etmək düzgün deyil. Çünki inyeksiyaların tərkibi o qədər də məsum deyil. Onların bəziləri tam gigiyenik və klinik şəraitdə həyata keçirilməlidir. Ona görə də belə asanlıqla insan həyatını təhlükəyə atmaq olmaz".
Bəs gözəllik salonlarında gigiyenik vəziyyət nə yerdədir?
Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən saytımıza verilən məlumata görə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 20 oktyabr 2015-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırıldığı üçün Dövlət sanitariya xidməti tərəfindən bərbərxana və gözəllik salonlarında müvafiq nəzarət tədbirləri həyata keçirilmir:
““Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası 2 iyul 2013-cü il tarixli Qanununun 16.1.3. bəndinə əsasən, sahibkarlıq subyektində yoxlama insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə konkret faktlara əsaslanan rəsmi məlumatlar, şikayətlər daxil olduqda aparıla bilər”.
Məlumatda bildirilib ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli Qanununun tətbiqi ilə əlaqədar bəzi məsələlər barədə Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2014-cü il tarixli Fərmanına əsasən “İnsan həyatı və ya sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə və ya mühüm zərər” dedikdə aşağıdakılar başa düşülür: 1. bir və ya bir neçə insanın əmək qabiliyyətinin müvəqqəti və ya daimi itirilməsi, yaxud bir və ya bir neçə insanın ölümü, habelə yoluxucu xəstəliklərin yayılması, epidemiyaların yaranması təhlükəsi, yaxud belə halların baş verməsi; 2. ekoloji sistemin ayrı-ayrı komponentlərinin kəmiyyət və keyfiyyətcə dəyişməsi, ekoloji tarazlığın pozulması təhlükəsi, yaxud belə halların baş verməsi; 3. dəyəri 50000 (əlli min) manat və ondan yuxarı olan dövlət əmlakının zədələnməsi və ya məhv edilməsi təhlükəsi, yaxud belə halların baş verməsi. Bundan başqa, həmin qanunun 8.3. bəndinə əsasən “sahibkar metodiki köməklik göstərilməsi, məsləhət almaq və vəziyyəti qiymətləndirmək üçün yoxlayıcı orqana müraciət etmək və onu yerləşdiyi və ya faktiki fəaliyyət göstərdiyi ünvana dəvət etmək hüququna malikdir”.
Əziz xanımlar, hər zaman gözəl görünmək istəmək hər birimizin haqqıdır. Lakin bunun üçün xeyli diqqətli olmaq gərəkdir. Gözəlliyin tələb etdiyi qurban canınız olmasın.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Bu gün, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Bu gün, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Bu gün, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Bu gün, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Bu gün, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Bu gün, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Bu gün, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Bu gün, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Bu gün, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Bu gün, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Bu gün, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Bu gün, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Bu gün, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Bu gün, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Bu gün, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Bu gün, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Bu gün, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Bu gün, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Bu gün, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Bu gün, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Bu gün, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Bu gün, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Bu gün, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Bu gün, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Bu gün, 16:35 |
|
|
|
• Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Bu gün, 16:30 |
|
|
|
• 2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Bu gün, 16:29 |
|
|
|
• 60 yaşlı kişi toyda 2 nəfərin başını niyə kəsmək istəyib? - TƏFƏRRÜAT
Bu gün, 16:26 |
|
|
|
• "Nikol Paşinyana olan ictimai etimad... - tarixi minimuma düşüb"
Bu gün, 16:02 |
|
|
|
• “Araz” supermarketlər şəbəkəsi gənclər üçün yeni iş imkanları yaradır - DİQQƏT
Bu gün, 15:59 |
|
|
|
• Şimal bölgəsi POLİS NƏZARƏTİNDƏ - ƏMƏLİYYAT VAR...
Bu gün, 15:56 |
|
|
|
• “Lay's” çipslərinin ölümcül TƏHLÜKƏSİ – Azərbaycanda satışı QADAĞAN EDİLƏCƏK?
Bu gün, 15:54 |
|
|
|
• Günün fotosu: MALƏSƏF... - BURA BAKIDIR!...
Bu gün, 15:52 |
|
|
|
• Paşinyan Zənğəzur dəhlizini açır - KİV
Bu gün, 15:50 |
|
|
|
• “Qusarda zərərsizləşdirilən terror qrupu qlobal güclərin Qafqaz uğrundakı mübarizəsinin göstəricisidir”
Bu gün, 15:47 |
|
|
|
• Erməni cəmiyyəti aşınıb - FAKT BUDUR!
Bu gün, 15:44 |
|
|
|
• "Kişi də heç öz ailə sirrini gətirib efirə çıxarar?" - ETİRAZ
Bu gün, 15:42 |
|
|
|
• Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru TƏYİN OLUNDU
Bu gün, 15:40 |
|
|
|
• Mart ayından sosial müavinətlərin və təqaüdlərin artırılmasını görəcəyik - MM komitə sədri
Bu gün, 15:39 |
|
|
|
• Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:37 |
|
|
|
• Minimum pensiyanın 320 manata çatdırılması ilə bağlı qanuna dəyişiklik təsdiqlənib
Bu gün, 15:30 |
|
|
|
• Bank kartından oğurlanan məbləğin geri qaytarılması mümkündür? - TƏFƏRRÜAT
Bu gün, 15:28 |
|
|
|
• “Azərbaycan milli mətbuatının 150 illiyi yubiley medalı təsis ediləcək - SƏRƏNCAM
Bu gün, 15:25 |
|
|
|
• Polad Bülbüloğlu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 15:23 |
|
|
|
• Azərbaycan İƏT-in Təmiz Enerji Mərkəzinə ev sahibliyi edəcək
Bu gün, 15:19 |
|
|
|
• Mirzoyanın yalanı, Amnistiya Aktı, “arvad boğuşması”... - Deputatlardan təklif və iradlar
Bu gün, 15:17 |
|
|
|
• Pezeşkianı Bakıya niyə buraxmırlar? – İki kritik səbəb
Bu gün, 15:13 |
|
|
|
• Rusiyadan Sərkisyan açıqlaması: - “Planlı şəkildə öldürülüb”
Bu gün, 15:09 |
|
|
|
• Gənc oğlan dayısının yetkinlik yaşına çatmayan qızını qaçırdı, gecələr... – ŞOK TƏFƏRRÜAT
Bu gün, 15:07 |
|
|
|
• Belarus MSK prezident seçkilərinin nəticələrini təsdiqləyib
Bu gün, 15:03 |
|
|
|
|