İşdən çıxan, iflas olan, kreditini ödemeyen şəxslər banklara müraciət edib vəziyyətlərini düzəltmək üçün möhlət borcu almaq istəyirlər.
Görəsən banklar vətəndaşa bu cür şərait yaradırmı?
Mövzu ilə bağlı bank eksperti Asif İbrahimov Sonxeber.az - a açıqlama verib:
"Bu məsələ ilə - müflisləşmə ilə bağlı Azərbaycan Respublikasında qanun var. Amma qanunun mexanizmi işləmir. Çünki, bu ağır bir prosedur olduğu üçün belə hallar yaşandığı halda fiziki və hüquqi şəxslərdə alınmır. Müəyyən praktikada hüquqi şəxslərdə həyata keçirilir. Amma fiziki şəxslər üçün belə bir yanaşma tətbiq edilməyib. Digər məsələ isə onunla bağlıdır ki, kredit götürən şəxslərlə müəyyən məbləğdən sonra zaminlik müqaviləsi bağlanılmalıdır. Krediti götürən şəxs hər hansı səbəbdən borcunu ödəyə bilməsə, kreditin ödənişi məhkəmə qaydası ilə zamin duran şəxsin öhdəliyinə verilir. Düşünürəm ki, bu, məsələ ilə bağlı müəyyən qanunvericilik tənzimləmələri həyata keçirilməlidir".