Əsas Səhifə > Güney Press > Belarus MSK prezident seçkilərinin nəticələrini təsdiqləyib
Belarus MSK prezident seçkilərinin nəticələrini təsdiqləyibBu gün, 15:03 |
Belarus Mərkəzi Seçki Komissiyası (MSK) bu il yanvarın 26-da keçirilən prezident seçkilərinin nəticələrini yekunlaşdırıb. “Report” BELTA-ya istinadən xəbər verir ki, bununla əlaqədar MSK-nın iclası keçirilib. "MSK-ya səsvermənin nəticələrinə dair protokollar təqdim edilib. Bunların əsasında ölkə üzrə seçkilərin nəticələri müəyyən edilib", - MSK sədri İqor Karpenko bildirib. Komissiyanın iclasının nəticələrinə görə, Belarus Prezidenti vəzifəsinə Aleksandr Lukaşenko seçilib. Onun namizədliyinə 5 136 293 seçici səs verib. Bu da səsvermədə iştirak edən vətəndaşların 86,82 %-ni və ya yarısından çoxunu təşkil edib. Geri qayıt |