Fransada istintaq hakimləri Suriyanın keçmiş Prezidenti Bəşər Əsədin 2017-ci ildə Ərəb Respublikasında mülki obyektlərin bombalanmasında iştirak etdiyi iddiası ilə həbsinə dair növbəti order verib.
APA xəbər verir ki, bu barədə “AFP” məlumat yayıb. Sözügedən order Fransa Milli Antiterror Prokurorluğunun tələbi əsasında verilib.